Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1018/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 27478.18 manat əsas, 2455.94 manat faiz və 326.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 30260.27 manat məbləğində borcun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 18619.41 manat əsas, 1446.34 manat faiz və 294.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 20359.8 manat borcun və 410 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2na məxsus olan ünvan 1 ünvanında 140.5 kv.m ümumi sahədən, 90 kv.m yardımçı sahədən,yaşayış otaqlarının sayı 4 olan mənzilə (Yeni qaydalarla AZ1007 ünvan 1) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə EMİS vasitəsi ilə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1018/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1018/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver