Məhkəmə qərarları › İş №e-2-2(113)-1021/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1021/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1021/2021 16.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 nümayəndəsi və vəkili X1, Cavabdeh6 və Cavabdeh7 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 119682-1-10004/1 №-li və xx.xx.2013-cü il tarixli 119682-1-10004/2 №-li “Kommersiya krediti müqavilələri" və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 305.755,56 (üç yüz beş min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində əsas borc, 5.995 (beş min doqquz yüz doxsan beş) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 311.750,56 (üç yüz on bir min yeddi yüz əlli manat 56 qəpik) AZN məbləğində pulun, həmçinin, 30 (otuz) manat məbləğində məhkəmə üçün və 90 (doxsan) manat ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh5, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması,tutmanın aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzil (ipoteka predmetininn ilkin satış qiymətinin 145.000 (bir yüz qırx beş min) manat məbləğində müəyyən etməklə); ipoteka predmeti olan - ünvan 2 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzil (ipoteka predmetininn ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə); ipoteka predmeti olan - ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzil (ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat məbləğində müəyyən etməklə);daşınmaz əmlakların satışından əldə edilən vəsait hesabına cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 və onunla birlikdə yaşayan ailə üzvü - Cavabdeh3 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması, ünvan 4 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış, 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvü - Cavabdeh2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması, ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh5 və onunla birlikdə yaşayan ailə üzvü - Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

2. “Borclular”ın xx xxxx 2021-ci il tarixə “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” arasında bağlanmış xx.xx.2013-cü il tarixli 119682-1-10004/1 №-li və xx.xx.2013-cü il tarixli 119682-1-10004/2 №-li “Kommersiya krediti müqavilələri” və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində əsas borc, 5,995.00 (beş min doqquz yüz doxsan beş) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 306.750,56 (üç yüz altı min yeddi yüz əlli manat 56 qəpik) AZN məbləğində müəyyən edilir. 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğindən, yəni 306.750,56 (üç yüz altı min yeddi yüz əlli manat 56 qəpik) AZN məbləğindəki borc məbləğindən cərimə borcunun məbləği çıxılır və “Borclular”ın müştərək qaydada kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə Banka olan cəmi borcu 300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borcu bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 59 ay ərzində hər ay 2.000,00 (iki min) AZN-ə bölünmüş hissələrlə hər ayın 30-dan gec olmayaraq, sonuncu ay isə qalan 182.755,56 (bir yüz səksən iki min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində pulu “Bank“a ödəyir. Bununla da “Borclular”ın Bank qarşısında xx.xx.2013-cü il tarixli 119682-1-10004/1 №-li və xx.xx.2013-cü il tarixli 119682- 1-10004/2 №-li “Kommersiya krediti müqavilələri” və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2. Ödəniş cədvəli: 1 2 000,00 16 2 000,00 31 2 000,00 46 2 000,00 2 2 000,00 17 2 000,00 32 2 000,00 47 2 000,00 3 2 000,00 18 2 000,00 33 2 000,00 48 2 000,00 4 2 000,00 19 2 000,00 34 2 000,00 49 2 000,00 5 2 000,00 20 2 000,00 35 2 000,00 50 2 000,00 6 2 000,00 21 2 000,00 36 2 000,00 51 2 000,00 7 2 000,00 22 2 000,00 37 2 000,00 52 2 000,00 8 2 000,00 23 2 000,00 38 2 000,00 53 2 000,00 9 2 000,00 24 2 000,00 39 2 000,00 54 2 000,00 10 2 000,00 25 2 000,00 40 2 000,00 55 2 000,00 11 2 000,00 26 2 000,00 41 2 000,00 56 2 000,00 12 2 000,00 27 2 000,00 42 2 000,00 57 2 000,00 13 2 000,00 28 2 000,00 43 2 000,00 58 2 000,00 14 2 000,00 29 2 000,00 44 2 000,00 59 2 000,00 15 2 000,00 30 2 000,00 45 2 000,00 60 182.755,56

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan“300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği““Bank”ın xeyrinə“tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) AZN məbləğində müəyyən edilməklə), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan ünvan 4 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış, 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 100.000 (bir yüz min) AZN məbləğində müəyyən edilməklə) və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 55.000 (əlli beş min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlaklar açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait isə “Bank“a ödənilir. 4.3. Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh3, ünvan 4 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış, 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh2 və ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh5 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məcburi qaydada çıxarılır və mənzillər boşaldılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyanlar”a qaytarılır.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir.

6. “Tərəflər“ öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

2. “Borclular”ın xx xxxx 2021-ci il tarixə “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” arasında bağlanmış xx.xx.2013-cü il tarixli 119682-1-10004/1 №-li və xx.xx.2013-cü il tarixli 119682-1-10004/2 №-li “Kommersiya krediti müqavilələri” və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində əsas borc, 5,995.00 (beş min doqquz yüz doxsan beş) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 306.750,56 (üç yüz altı min yeddi yüz əlli manat 56 qəpik) AZN məbləğində müəyyən edilir. 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğindən, yəni 306.750,56 (üç yüz altı min yeddi yüz əlli manat 56 qəpik) AZN məbləğindəki borc məbləğindən cərimə borcunun məbləği çıxılır və “Borclular”ın müştərək qaydada kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə Banka olan cəmi borcu 300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borcu bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 59 ay ərzində hər ay 2.000,00 (iki min) AZN-ə bölünmüş hissələrlə hər ayın 30-dan gec olmayaraq, sonuncu ay isə qalan 182.755,56 (bir yüz səksən iki min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğində pulu “Bank“a ödəyir. Bununla da “Borclular”ın Bank qarşısında xx.xx.2013-cü il tarixli 119682-1-10004/1 №-li və xx.xx.2013-cü il tarixli 119682- 1-10004/2 №-li “Kommersiya krediti müqavilələri” və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2. Ödəniş cədvəli

1 2 000,00 16 2 000,00 31 2 000,00 46 2 000,00 2 2 000,00 17 2 000,00 32 2 000,00 47 2 000,00 3 2 000,00 18 2 000,00 33 2 000,00 48 2 000,00 4 2 000,00 19 2 000,00 34 2 000,00 49 2 000,00 5 2 000,00 20 2 000,00 35 2 000,00 50 2 000,00 6 2 000,00 21 2 000,00 36 2 000,00 51 2 000,00 7 2 000,00 22 2 000,00 37 2 000,00 52 2 000,00 8 2 000,00 23 2 000,00 38 2 000,00 53 2 000,00 9 2 000,00 24 2 000,00 39 2 000,00 54 2 000,00 10 2 000,00 25 2 000,00 40 2 000,00 55 2 000,00 11 2 000,00 26 2 000,00 41 2 000,00 56 2 000,00 12 2 000,00 27 2 000,00 42 2 000,00 57 2 000,00 13 2 000,00 28 2 000,00 43 2 000,00 58 2 000,00 14 2 000,00 29 2 000,00 44 2 000,00 59 2 000,00 15 2 000,00 30 2 000,00 45 2 000,00 60 182.755,56

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan“300.755,56 (üç yüz min yeddi yüz əlli beş manat 56 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği““Bank”ın xeyrinə“tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) AZN məbləğində müəyyən edilməklə), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan ünvan 4 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış, 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 100.000 (bir yüz min) AZN məbləğində müəyyən edilməklə) və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 55.000 (əlli beş min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlaklar açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait isə “Bank“a ödənilir. 4.3. Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi ev 5 ünvanında yerləşən 116.0 kv.m. ümumi, 73.9 kv.m. yaşayış, 42.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 120 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh3, ünvan 4 ünvanında yerləşən 83.15 kv.m. ümumi, 59.85 kv.m. yaşayış, 23.3 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 41 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh2 və ünvan 3 ünvanında yerləşən 45.7 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh5 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məcburi qaydada çıxarılır və mənzillər boşaldılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyanlar”a qaytarılır.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir.

6. “Tərəflər" öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar