Məhkəmə qərarları › İş №e-2-2(113)-1024/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1024/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1024/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə - 021A********** saylı kredit müqaviləsi üzrə 6368.66 manat məbləğində kredit bоrcu, 633.44 manat məbləğində faiz bоrcu və 184.7 manat məbləğində cərimə olmaqla,cəmi 7186.80 manat, - 021A********** saylı kredit müqaviləsi üzrə 1373.67 manat məbləğində kredit bоrcu, 124.92 manat məbləğində faiz bоrcu və 45.34 manat məbləğində cərimə olmaqla,cəmi 1543.93 manat, - 021A********** saylı kredit müqaviləsi üzrə 5322.8 manat məbləğində kredit bоrcu, 556.11 manat məbləğində faiz bоrcu və 179.91 manat məbləğində cərimə olmaqla,cəmi 6058.82 manat, - 021A********** saylı kredit müqaviləsi üzrə 11009.8 manat məbləğində kredit bоrcu, 1203.58 manat məbləğində faiz bоrcu və 363.32 manat məbləğində cərimə olmaqla,cəmi 12576.70 manat, ümumilikdə cəmi 27366 (iyirmi yeddi min üç yüz altmış altı) manat 25 (iyirmi beş) qəpik məbləğində bоrcun və ödənilmiş 172.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1Yarəli oğluna İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on ikimin) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 20 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12600 (on iki min altı yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh1Yarəli oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmişdir.

10. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 021G**********01 nömrəli, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 021G**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

11. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 12.000 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh1 kredit şəklində verilmişdir.

12. Daha sonra "xxxx" QSC ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana aylıq faiz dərəcəsi 2% olmaqla, 24 ay müddətinə 5.500 manat məbləğində kredit verilmişdir.

13. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 021G**********02 nömrəli, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 021G**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

14. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 5.500 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh1 kredit şəklində verilmişdir.

15. Daha sonra "xxxx" QSC ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 24 ay müddətinə 8.300 manat məbləğində kredit verilmişdir.

16. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 021G**********02 nömrəli, Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, 021G**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

17. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 8.300 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh1 kredit şəklində verilmişdir.

18. Daha sonra "xxxx" QSC ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 20 ay müddətinə 12.600 manat məbləğində kredit verilmişdir.

19. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 021G**********01 nömrəli, Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, 021G**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

20. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 12.600 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh1 kredit şəklində verilmişdir

21. Kredit və zaminlik müqavilələri tərəflərin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

25. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

26. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

27. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 6.242,87 manat, faiz borcu üzrə 829,54 manat borcu vardır.

29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 1.373,67 manat, faiz borcu üzrə 124,92 manat borcu vardır.

30. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024cü il tarixinə əsas borcu 5.322,8 manat, faiz borcu üzrə 556,11 manat borcu vardır.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024cü il tarixinə əsas borcu 11.009,8 manat, faiz borcu üzrə 1.203,58 manat borcu vardır.

32. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 6.242,87 manat, faiz bоrcu üzrə 633,44 manat məbləğində pul, digər kredit müqavilələri üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində iddia tam əsaslıdır və xx.xx.2022-ci il tarixli 021A********** kredit müqaviləsi üzrə əsas borc üzrə 1.373,67 manat, cərimə borcu üzrə 124,92 manat, xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5.322,8 manat, faiz borcu üzrə 556,11 manat, xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11.009,8 manat, faiz borcu üzrə 1.203,58 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia əsaslıdır.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 184,7 manat, xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 45,34 manat, xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 179,91 manat, xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 363,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

37. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 172,10 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Belə ki, İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 172,10 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

39. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.242 (altı min iki yüz qırx iki) manat, 87 (səksən yeddi) qəpik, faiz bоrcu üzrə 633 (altı yüz otuz üç) manat, 44 (qırx dörd) qəpik, cərimə borcu üzrə 184 (bir yüz səksən dörd) manat 70 (yetmiş) qəpik olmaqla, cəmi 7.061 (yeddi min altmış bir) manat, 01 (sıfır bir) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1.373 (bir min üç yüz yetmiş üç) manat, 67 (altmış yeddi) qəpik, faiz bоrcu üzrə 124 (bir yüz iyirmi dörd) manat, 92 (doxsan iki) qəpik, cərimə borcu üzrə 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik olmaqla, cəmi 1.543 (bir min beş yüz qırx üç) manat, 93 (doxsan üç) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5.322 (beş min üç yüz iyirmi iki) manat, 80 (səksən) qəpik, faiz bоrcu üzrə 556 (beş yüz əlli) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 179 (bir yüz yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik olmaqla, cəmi 6.058 (altı min səksən iki) manat, 82 (səksən iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2023-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11.009 (on bir min doqquz) manat, 80 (səksən) qəpik, faiz bоrcu üzrə 1.203 (bir min iki yüz üç) manat, 58 (əlli səkkiz) qəpik, cərimə borcu üzrə 363 (üç yüz altmış üç) manat 32 (otuz iki) qəpik olmaqla, cəmi 12.576 (on iki min beş yüz yetmiş altı) manat, 70 (yetmiş) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 172 (bir yüz yetmiş iki) manat, 10 (on) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar