Məhkəmə qərarları › İş №e-2-2(113)-103/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-103/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-103/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Transponder tutumunun istifadəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L nömrəli Müqavilə və 2 saylı Düzəliş əsasında cavabdehə göstərilmiş Azerspace-1 peyk yayım xidməti üzrə 29225,42 ABŞ dolları (iyirmi doqquz min iki yüz iyirmi beş dollar 42 sent) məbləğində xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumunun “” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Transponder tutumunun istifadəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L nömrəli Müqavilə və 2 saylı Düzəliş əsasında cavabdehə göstərilmiş Azerspace-1 peyk yayım xidməti üzrə 29225,42 ABŞ dolları (iyirmi doqquz min iki yüz iyirmi beş dollar 42 sent) məbləğində xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər “” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehndən birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan “Transponder tutumunun istifadəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC 2013-cü il oktyabrın 15-dən 2017-ci il oktyabrın 1-dək Azerspace-1 telekommunikasiya peyki vasitəsi ilə cavabdehə peyk yayımı xidməti göstərmişdir. “” televiziya kanalının Azerspace-1 peyk yayım xidməti müqabilində iddiaçıya toplam 29225,42 ABŞ dolları (iyirmi doqquz min iki yüz iyirmi beş dollar 42 sent) məbləğində xidmət haqqı borcu yaranmışdır. İddiaçının cavabdehlə münasibətlərinin qısa tarixçəsi olaraq qeyd edir ki, Azerspace-1 peykində 2013-cü ildə 3 meqahers həcmində transponder tutumu “” telekanalının peyk yayımı üçün cavabdehə ayrılmışdır. Xidmət haqqı üzrə aylıq hesab fakturalar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Cavabdehin xidmət haqqı borcu 70838 ABŞ dolları məbləğinə çatdığına görə xx.xx.2016-cı il tarixdə transponder tutumundan cavabdehin istifadəsi dayandırılmış, bu haqda cavabdeh yazılı məktubla məlumatlandırılmışdır. Cavabdeh öz borcunun bir hissəsini ödədiyinə görə İddiaçı ASC xx.xx.2017-ci il tarixdən transponder tutumundan cavabdehin istifadəsini bərpa etmişdir. Həmçinin xx.xx.2016-cı ilədək olan xidmət dövrü üzrə cavabdehin 34838 (otuz dörd min səkkiz yüz otuz səkkiz) ABŞ dolları miqdarında xidmət haqqı borcunu iddiaçıya ödəmək öhdəliyi “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləyə tərəflərin razılaşdığı xx.xx.2017-ci il tarixli, 2 saylı Düzəlişin 1 və 2-ci bəndi ilə aşkar təsdiq edilmişdir. Cavabdeh xidmət haqqı məbləğini xx.xx.2017-ci il tarixinədək tam həcmdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borc öhdəliklərinə əməl etmədiyinə görə xx.xx.2017-ci il tarixindən onun transponder tutumundan istifadəsi təkrarən dayandırılmışdır. Cavabdeh ən son xx.xx.2017-ci il tarixində ödəniş etmiş və bununla da borc öhdəliyi hazırda 29225,42 ABŞ dolları təşkil etmişdir. Cavabdeh müqavilədən irəli gələn pul öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və xx.xx.2017-ci il tarixinə yaranan toplam 29225,42 ABŞ dolları xidmət haqqını İddiaçı ASC-yə bu günədək ödəməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması məqsədilə cavabdehlə danışıqlar aparılmasına, könüllü ödəniş etmək təklif edilməsinə baxmayaraq, ödəniş edilməmişdir. Məhkəmə baxışının davam etdiyi dövrdə Azərbaycanda xx.xx.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyində Cavabdeh qeydiyyatdan keçdiyi məlum olmuşdur. Ona görə də borc məbləği birgə qaydada hər iki cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh qanuni təmsilçisi X4 verdiyi izahatda bildirdi ki, hazırkı iddia tələbinin təmsil etdiyi MMC-yə aidiyyatı yoxdur. Lakin “” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sıx əlaqələri olduğundan onun iddiaçıya qeyd olunan borcunun olmasından xəbəri var. Borcun ödənilməsinin gecikdirilməsi transponder tutumundan cavabdehin istifadəsinin dayandırılması, bununla bağlı yaranan narazılıqlar olmuşdur. Əməkdaşlıq davam edərsə, borcun ödənilməsində də heç bir problem olmaz. Təmsil etdiyi MMC-yə münasibətdə iddia tələbini qəbul etmir. Cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L saylı “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC xx xxxxxx 2013-cü il tarixindən (başlangıc tarixi xx xxxxxxx 2013-cü il) x xxxxxxx 2018-ci ilədək Azerspace-1 telekommunikasiya peyki vasitəsi ilə cavabdehə peyk yayımı xidməti göstərir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı Transponder Tutumunu X3 istifadəsinə verir. Müştəri isə İstifadə Müddətində həmin Transponder Tutumundan istifadə edir və hər İ (bir) MHz-iıı 1 ay istifadəsi üçün 4000 (dörd min) ABŞ Dolları məbləğində haqqı İddiaçıa vaxtlı-vaxtında tam ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L saylı müqaviləyə edilən İİ nömrəli Əlavədən (ödəniş cədvəli) görünür ki, 01 Mhz üçün bir aylıq ödənişin 4000 ABŞ dolları, bir aylıq tam ödənişin 12000 ABŞ dolları olması barədə tərəflər razılaşmışlar. - “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında”xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L saylı müqavilə üzrə xidmətin bərpası və xidmət haqlarının ödəmə vaxtı barədə 2 nömrəli Razılaşmaya əsasən müqavilə üzrə xidmətin göstərilməsi, yəni 3 MHs transponder tutumunun müştərinin istifadəsinə verilməsi və bunun müqabilində aylıq xidmət haqqının hesablanması xx.xx.2017-ci il tarixdən bərpa edilir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən müqavilə üzrə xx.xx.2016-cı il tarixinədək hesablanmış və Müştəri tərəfindən ödənilməmiş qalan 34838 (otuz dörd min səkkiz yüz otuz səkkiz) ABŞ dolları məbləğində xidmət haqqını Müştəri 2017-ci il fevral ayının 28-dək İddiaçıa tam həcmdə ödəyəcəkdir, əks təqdirdə isə İddiaçı 2017-ci ilin mart ayının 1-dən 5000 (beş min) ABŞ dolları məbləğində cəriməni və 2016-cı ildən gecikdirilmiş hər bir təqvim günü üçün müqavilədə nəzərdə tutulmuş miqdarda dəbbə pulunu Müştəridən tələb etmək hüququna malikdir. Razılaşmanın 3-cü bəndinə əsasən müştəri qəbul edir və razılaşır ki, 34838 ABŞ dolları məbləğində xidmət haqqı məbləği bu Razılaşma ilə sübuta yetirilir. İddiaçıun tələbinin əsaslığını təsdiq edir. İddiaçı tələbi aşkardır və İddiaçı Müştəridən Xidmət haqqı borcunu Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əmr icraatı qaydasında tələb etməsinə əsas verir. Müştəri nəzərə alır ki, əmr icraatı məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Razılaşmanın 5-ci bəndinə əsasən bu razılaşma tərəflər üçün məcburidir və xx xxxxxx 2017-ci il tarixindən tətbiq edilir. - “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında”xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L saylı müqavilə əsasında göstərilmiş Azerspace-1 peyk yayım xidmətlərinə görə cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməmiş xidmət haqqı məbləğinin hesabatı və xx.xx.2015-ci il tarixli 00522 nömrəli, xx.xx.2016-cı il tarixli 01690 nömrəli, xx.xx.2017-ci il tarixli 1978 nömrəli, xx.xx.2017-ci il tarixli 2514 nömrəli, xx.xx.2017-ci il tarixli 2671 nömrəli hesab fakturalardan görünür ki, “” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd olunan müqavilə üzrə Azerspace-1 peyk yayım xidmətlərinə görə iddiaçının tələb etdiyi ödənilməmiş 29225,45 ABŞ dolları məbləğində borcu mövcuddur. - xx.xx.2019-cu il tarixli, 31/676 nömrəli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasında məktubla cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, müqavilə üzrə yaranmış 29225,45 ABŞ dolları məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və Cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli, AZKS-SM-AZ-İTRAZ-13-L saylı “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək 29225,45 ABŞ dolları məbləğində xidmət haqqının cavabdehlərdən tutulması barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini tam ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh ” Məhdud Məsuliyyətli Cəmiyyətindən 29225,45 ABŞ dolları məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə müqavilə və razılaşmalar yalnız “” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmışdır. Məhkəmə iş üzrə cavabdeh olaraq göstərilmiş Cavabdeh iddiaçıya münasibətdə hər hansı öhdəliyinin müəyyən edilməməsi, habelə iddiaçı tərəfindən bu halları təsdiq edən sübutların təqdim edilməməsi səbəbindən hesab edir ki, iddia tələbi Cavabdehnə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin cavabdehlərdən birinə münasibətdə tam təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “” Məhdud Məsuliyyətli Cəmiyyətindən 29225,42 ABŞ dolları (iyirmi doqquz min iki yüz iyirmi beş ABŞ dolları qırx iki sent) xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdehnə münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar