Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10357/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindənxx.xx.2025-ci il tarixli ******* saylı aktın əsasında 1764.72 ( Bir min yeddi yüzaltmış dörd manat 72 qəpik) manat məbləğində borcun **********00001 saylı abonent hesabından borcun silinməsi, dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Soltan Nuxa kəndi ərazisində DURUCA Restoranı Cavabdeh İB-yə müraciəti əsasında qazla təmin edilmiş, müqavilə bağlanmış və **********00001 saylı hesablaşma abonent kodu verilmişdir. İstifadə edilən qazın miqdarını isə **********6 saylı sayğac tənzimləyir. 2025-ci ilin mart ayında Cavabdeh İB-nin bir qrup əməkdaşı restorana gələrək sayğaca, qaz xətlərinə və cihazlara baxış keçirmiş, lakin sayğaca müdaxilə və sayğacdan kənar qanunsuz birləşmə müşahidə edilməmişdir. Bununla bağlı ona bir neçə sənədə imza etdirərək, sənədlər tam doldurulduqdan sonra bir nüsxəsini ona verəcəklərini deyərək restoranı tərk etdilər. Lakin ona hər hansı sənəd və yoxlamanın keçirilməsinə dair çıxarış verilməmişdir. May ayında verilən hesabda isə Cavabdeh İB-nin əməkdaşları tərəfindən 1764.72 manat əlavə borc yazıldığının şahidi olmuşdur. Bununla bağlı yerli qaz xidmətindən ona ətraflı məlumat verilmədiyindən, Bakı şəhərində Cavabdeh İB-də olmuş və ona göstərilən borcla əlaqədar bildirilmişdir ki, DURUCA restoranında istismarda olan sayğacın saatlıq maksimal ölçmə həddi 6 kub/metr olduğu halda qaz işlədicilərinin saatlıq sərfiyyatı 23.2 kub/metrdi və ona görə hesabat aparılaraq əlavə 1764.72 manat borc hesablamışlar. Qəbul vaxtı isə ona verilən sənədlərdə yazılanlardan isə onun heç bir məlumatı olmamışdır. Ona görə də ona yazılmış əlavə 1764.72 manat borcu qanunsuz hesab etdiyindən, həmçinin Cavabdeh İBnin əməkdaşları apardıqları yoxlama qaz təchizatı ilə bağlı və sahibkarlıq subyektlərinin yoxlanması ilə bağlı normalara cavab vermədiyindən, məsələyə yenidən baxılmasını və borcun hesabımdan silinməsi üçün rəsmi qaydada müraciət etmiş, lakin müraciətinə heç bir münasibət bildirilməmişdir. X1 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallarıaşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh tərəfindən onun təqsirli olmağı ilə bağlı hər hansı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə müraciət edilməmiş və onun təqsirli olmağı ilə bağlı müvafiq qərar mövcud deyildir.
3. Cavabdeh nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X1 pozulması haqqında akt əsasında hesablanmış 1764.72 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı məxsus qeyri yaşayış sahəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-17 ci maddələri əsasında xx.xx.2025-ci il tarixli KY252290987 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-4 markalı ********** nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Götərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli yoxlama aktı, Sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2025-ci il tarixli təbii X1 pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən sənədlərlə istehlakçının saatlıq sərfi 10.5 m3 olan 7 ədəd iran sobası, saatlıq sərfi 2.4 m3 olan 2 ədəd PQ4, saatlıq sərfi 1.5 m3 olan 1 ədəd dəmir soba, saatlıq sərfi 3 m3 olan 1 ədəd yer ocağı, saatlıq sərfi 2.4 m3 olan 1 ədəd QSQ 24l, saatlıq sərfi 3.4 m3 olan 1 ədəd Kombi 31kv qaz cihazlarından istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23.2 m3/saat olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 23.2 – 6 = 17.2 x 12 x 30 = 6192 m3 və onun pul dəyəri 1764.72 manat təşkil etmişdir. Bildirir ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçılara qadağan edilmiş və qazın alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3-cü bəndinə uyğun olaraq Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsinin 2.2.6-cı yarımbəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Tələbnamələr - Təbii X1 pozulmasına dair aktlar, sayğacın çıxarılma aktları, yoxlamanın nəticələrinə dair rəylər, etibarnamə. İstinad edilən normalar Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən, Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil edir. 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.10- cu maddəsinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X1 pozulması haqqında akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı elektron kabinet vasitəsi ərizə göndərərək, lazımi sübutların onun tərəfindən təqdim edildiyini nəzərə alaraq, iştirakı olmadan işə baxılıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
8. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan xx.xx.2025-xx.xx.2025-ci il tarixli, KY252290987 nömrəli çıxarışdan görünür ki, Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən sahibkar İddiaçı Elmar oğluna məxsus restoranda müqavilə şərtlərinə əməl olunması ilə bağlı yoxlama aparılmış, plandan kənar yoxlamanın təyin edilməsi üçün əsas isə sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının müəyyən edilməsidir.
9. **********00001 nömrəli abonent İddiaçı məxsus kafe üzrə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı hüquq və vəzifələri izah edilmiş və baxış keçirilən müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması və 17.2 m3 sərfiyyatın aşılması barədə məlumat verilmişdir.
10. **********00001 nömrəli abonent İddiaçı məxsus kafe üzrə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli sənaye üzrə inventar aktından görünür ki, müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması və həmin sərfiyyatın aşılması 17.2 m3 müəyyən edilmiş və qeyd edilən akt İddiaçı tərəfindən imzalanmışdır.
11. İddiaçı məxsus Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama üzrə siyahıdan görünür ki, müəssisədə - texniki şərtlər, layihə və istismara qəbul sənədləri, sayğacın quraşdırma aktları və qaz qurğularının texniki pasportları, qazın alqı-satqı müqaviləsi, sənaye qaz qurğularının buraxılış-sazlama və rejim sazlama aktları, tikinti-quraşdırma işləri texniki şərtlərin və qaz təchizatı layihəsinin tələblərinə, həmçinin tikinti norma və qayedalarına uyğunluğu, əsas və köməkçi qaz qurğuları, nəzarət ölçü cihazları və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması, tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektorlar quraşdırılması və işlək vəziyyətdə saxlanılması, özbaşına qaz qurğularının quraşdırılması, yerdəyişmə, dəyişdirilməsi və bina daxilində qeyri-metal borular vasitəsi ilə qaz xəttinin çəkilişinin müəyyən edilməsi, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğularının istifadə olunması, sənaye qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsi və istehlak olunan qazın dəyərinin vaxtında və tam ödənilməsinin (abonentin saldosunun təhlili) müəyyən edilməsi üçün yoxlama aparılmış və qeyd edilən siyahıya istehlakçının nümayəndəsi Elnur Aqğakərimov tərəfindən imza edilmişdir.
12. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda sayğaca ümumi baxış keçirilmiş, müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox (17.2 m3) olduğu aşkar edilmişdir. Tələb kimi dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir.
13. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2025ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23.2 m3/saat olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 23.2 – 6 = 17.2 x 12 x 30 = 6192 m3 və onun pul dəyəri 1764.72 manat təşkil etmiş və ödənilməsi tələb olunmuşdur.
14. **********00001 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2023, 2024 və 2025-ci illərə dair qalıq aktlar üzrə borc 1764,72 manat təşkil edir.
15. Göründüyüm kimi hazırki mübahisə İddiaçı Elmar oğluna məxsus Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən restoranda quraşdırılmış istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması əsası ilə ona hesablanmış borcla əlaqədardır. İddiaçı isə ona hesablanmış 1764,72 manat məbləğində borcu qəbul etmədiyindən, məhkəməyə müraciət etmişdir.
16. Qeyd edilməlidir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (386.1-ci maddə). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Başqa sözlə, zərər olmayan yerdə mülki-hüquqi məsuliyyət yoxdur.
17. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
19. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
20. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
21. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
22. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
27. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Məhkəmə İddiaçı Cavabdehnə maddi zərərin vurulmamasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən sahibkar İddiaçı Elmar oğluna məxsus Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən restoranda müqavilə şərtlərinə əməl olunması ilə bağlı yoxlama aparılmış, (plandan kənar yoxlamanın təyin edilməsi üçün əsas isə sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının müəyyən edilməsi üçün) yoxlama zamanı müəyyən edilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23.2 m3/saat olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 23.2 – 6 = 17.2 x 12 x 30 = 6192 m3 və onun pul dəyəri 1764.72 manat təşkil edir. Bu səbəbdən Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə ******* nömrəli təbii X1 pozulması haqqında akt tərtib edilmiş və istehlakçı (iddiaçı) İddiaçı Elxan oğlu aktın doğruluğunu imzası ilə təsdiq etmişdir.
29. Həmçinin müəyyən edilmişdir ki, **********00001 nömrəli abonent İddiaçı məxsus kafe üzrə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yoxlama aktı, eləcə də xx.xx.2025-ci il tarixli sənaye üzrə inventar aktı ilə də İddiaçı (hüquq və vəzifələri izah edilməklə) baxış keçirilən müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması və 17.2 m3 sərfiyyatın aşılması barədə məlumat verilmiş və bu barədə tərtib edilmiş aktlara imza etdirilmişdir. Cavabdeh iddiaçının hərəkətləri nəticəsində ona ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
30. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş Aktda iddiaçının törədmiş mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən (inventar aktı, yoxlama aktı, tələbnamə və s.) bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Başqa sözlə iddiaçının fəaliyyət göstərdiyi obyektdə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması və 17.2 m3 sərfiyyatın aşılması işin mübahisəsiz halını təşkil edir.
31. Lakin Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən restoran tərəfindən qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olmasını bir il ərzində istifadə etməklə 1764,72 manat dəyərində hesablanmasını Cavabdeh tərəfindən əsaslandırılmamışdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 5.2-ci bəndinə əsasən, 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qərarın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
33. Hazırda Cavabdeh tərəfindən Akt üzrə hesablama iddiaçının qaz cihazlarının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olmasını 12 ay istifadə etməsi ehtimalından çıxış edilmişdir. Halbuki iş materiallarında iddiaçının məhz 12 ay ərzində qazın maksimal ölçmə həddindən çox olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya verilmiş qazın dəyərini tam hesablamaq və növbəti ayın 10-dək məlumat (hesab) təqdim etmək öhdəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 5.2-ci bəndindən irəli gəlir. Lakin Cavabdeh bu öhdəliyini lazımınca icra etməmişdir.
34. Bu səbəbdən də məhkəmə, iddiaçı tərəfindən Cavabdehnə 147,06 (1764,72 : 12 = 147,06) manat məbləğində ziyanın vurulmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2025ci il tarixıi, ******* nömrəli təbii X1 pozulması haqqında akta əsasən itirilmiş qazın həcminin 1 ay üçün Cavabdeh tərəfindən hesablanması əsaslıdır.
35. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında akta görə İddiaçı (Abonent kodu: **********00001) hesablanmış 1617,66 (1764,72 - 147,06 = 1617,66) manat borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və +10000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun 36,17 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında akta görə İddiaçı (Abonent kodu: **********00001) hesablanmış 1617,66 (1764,72 - 147,06 = 1617,66) manat borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 36,17 (otuz altı manat, 17 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə