Məhkəmə qərarları › İş №e-2-2(113)-1038/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1038/2020

21.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1038/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 28900,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınının pozulmusı haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə ziyan kimi hesablanmış 28900,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınının pozulmusı haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə ziyan kimi hesablanmış 28900,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı X5 Departamenti tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktda Cəmiyyətdə xx.xx.2019-cu il tarixdə sayğacdan kənar xəttin aşkarlandığı göstərilmiş və həmin akt əsasında kənar xətdən istifadə nəticəsində qaz sərfyyatı 144804 m3 göstərilməklə dəymiş ziyan kimi Cəmiyyətə (abonent kodu: **********00001) 28900,80 manat hesablanmışdır. Lakin Cəmiyyət tərəfindən heç vaxt sayğacdan kənar xətdən istifadə edilməmiş, aşkarlanmış xəttin Cəmiyyətlə heç bir əlaqəsi olmamış və həmin xətt Cəmiyyətin qaz şəbəkəsinə, onun hər hansı bir avadanlığına qoşulmamışdır. Bununla yanaşı, Cəmiyyətin əksər bina, tikili, qurğuları və 237277,70 m2 torpaq sahəsi xx.xx.2019-cu il tarixdən təhvil-qəbul aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Həmin bina, tikili, qurğuların, 237277,70 m2 torpaq sahəsinin yerləşdiyi ərazinin isə məhz qaz sayğacının və borularının yerləşdiyi ərazi olduğundan həmin ərazi və orada yerləşən bina, tikili və qurğular artıq Cəmiyyətin balansında deyil və Cəmiyyətin həmin ərazidən istifadə etmək hüququ yoxdur. Digər tərəfdən isə, Cəmiyyət kənar xətdən istifadə etsəydi, xx.xx.2019-cu il tarixdən etibarən onun qaz sərfyyatı keçmiş aylarla müqayisədə nəzərə çarpacaq şəkildə ən azı 2 dəfə artardı. Lakin Cəmiyyətin qaz sərfiyyatı həmin tarixdən sonra nəzərə çarpacaq şəkildə artmamışdır. Belə ki, qazın sərfyyatı 2019-cu ilin noyabr ayında 1015,60 manat, dekabr ayında 937,60 manat, 2020-ci ilin yanvar ayında 1338,40 manat olmuşdur. 2020-ci ilin yanvar ayının sərfyyatı ilə 2019-cu ilin noyabr və dekabr ayı arasında olan fərq təxminən 322 manat - 400 manat arası olmuşdur ki, bu da nəzərə çarpacaq qədər fərq deyildir və bu fərq Cəmiyyətə olunan sifarişlərdən və istehsalatın həcmindən asılı olaraq yaranmışdır. Cavabdeh eyni zamanda qanunsuz olaraq hesablanmış 28900,80 manat borcun ödənilməsini tələb edir. Həmin xəttin Cəmiyyətin hər hansı bir avadanlığına qoşulması və Cəmiyyət tərəfindən həmin xətdən istifadə edilməsi sübuta yetirilməmişdir və cavabdeh hüquqdan sui-istifadəyə yol verməklə istehlakçı kimi Cəmiyyətin hüquqularını pozmuş, Cəmiyyətə əsassız olaraq dəymiş ziyan kimi 28900,80 manat borc hesablamışdır və əsassız olaraq həmin məbləğin ödənilməsini Cəmiyyətdən tələb edir. Göründüyü kimi, Cavabdeh tərəfindən akt əsasında hesablanmış ziyan (28900,80 manat) əsassızdır və həmin məbləğ silinməlidir. Cəmiyyət tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək əsassız olaraq dəymiş ziyan kimi hesablanmış 28900,80 manat pulun silinməsi xahiş edilsə də, cavabdeh tərəfindən həmin məbləğin silinməsi istiqamətində heç bir tədbir görülməmişdir. xx.xx.2020-ci il tarixdə isə cavabdeh heç bir xəbərdarlıq etmədən (müvafiq bildiriş göndərmədən) Cəmiyyətin qaz təchizatını dayandırmışdır. Belə olan halda isə Cəmiyyət qazdan istifadə edə bilmir və həm istehsalatın işi dayanmış olur, həm də hazırki soyuq aylarda işçilərin işlədiyi otaqlar həddən artıq soyuq olur. İşçilərin iş keyfiyyəti aşağı düşür, onlar tez-tez xəstələnir və işə gələ bilmirlər. Bu isə Cəmiyyətin normal fəaliyyətini iflic edir. Digər tərəfdən isə Cəmiyyətin əsas sifarişçisi ARDNŞ-dir və Cəmiyyətə heç bir xəbərdarlıq edilmədən qazın verilişinin kəsilməsi səbəbindən yuxarıda da qeyd olunduğu kimi, istehsalatda ləngimələr və dayanmalar baş verir ki, bu da ARDNŞ-in sifarişlərinin vaxtında icra oluna bilməməsi və Cəmiyyətə maddi zərərin dəyməsi ilə nəticələnir. Qeyd olunanlar isə ARDNŞ ilə Cəmiyyət arasında uzun illərdir ki, mövcud olan işgüzar münasibətlərin pozulmasına da gətirib çıxara bilər. Cavabdeh İB tərəfindən soyuq aylarda Cəmiyyətin qaz təchizatının dayandırılması və əsassız hesablanmış borcun ödənilməsinin tələb etməsi qanunsuzdur və bu hallar bir istehlakçı kimi Cəmiyyətin hüquqlarını kobud şəkildə pozur. Cavabdeh İBnin əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASC-nin sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmış, əsassız olaraq ziyan ödətdirilməsi təhlükəsi ilə qarşılaşmışdır. Beləliklə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” TASC-nin Konstitusiya ilə qorunan mülkiyyət, istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, qaz qurğuları lahiyə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar sənədlərinin tələblərinə əməl etmək, həmçinin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticasində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək tərəflər arasında bağlanmış müqavilə üzrə iddiacının üzərinə götürdüyü öhdəlikdir. Lakin iddiaçı tərəfindən bu öhdəlik yerinə yetirilməmiş, yəni sayğacdan kənar qaz xətti vasitəsi ilə qanunsuz olaraq qazdan istifadə etmişdir. Hesab edir ki, qanunsuz şəkildə istifadə olunmuş təbii qazın dəyəri tam şəkildə ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh” İB arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1350-07-13 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür Sənaye obyektində istilik sistemini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-400 markalı, 80093146 nömrəli qaz sayğacı quraşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,10 manat məbləğində müəyyən edilmişdir: 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. - xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki xx.xx.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə məxsus sənaye obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlaması həyata keçirilən zaman sayğacdan kənar xətt aşkarlanması və dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətə məxsus sənaye obyektində (abonent kodu 10**********000) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında Qaz işlədicilərindən PQ-4-ün (restoran tipli) maksimal saatlıq qaz sərfi 4.5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal satlıq qaz sərfi 16 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Qızıdırışı kürənin maksimal saatlıq qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, SQQ-nin maksimal saatlıq qaz sərfi 20 kub.m/saat, orta günlük iş rejimi 24 saat vəhesabat müddəti 90 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.8 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan (4.5x24x90=9720kub.m, 16x2x24x90=69120 kub.m, 6x24x90 =12960 kub.m, 1.8x24x90=3888 kub.m, 2.6x24x90=5616 kub.m) cəmi 144504 kub.m hesablanmışdır. İş metirallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinin (abonent kodu 10**********000) xx.xx.2020-ci il tarixli abonenet saldosundan görünür ki, müəssisəyə 2020-ci ilin yanvar ayına akt üzrə 28900,80 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixdə 01/10 nömrəli iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən tərtib edilmiş qanunsuz akt əsasında hesablanmış borcun silinməsi xahiş olunmuşdur. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətə məxsus sənaye obyektinə (abonent kodu 10**********000) Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarınının pozulmusı haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 28900,80 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə məxsus sənaye obyektinə (abonent kodu 10**********000) Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarınının pozulmusı haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 28900,80 manat manat məbləğində borc silinsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar