Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1038/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00412180-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (hesab nömrəsi: 010DGAAAZN25294) 39036,71 manat əsas borc, 2009,30 manat faiz borcu, 116,52 manat cərimə borcu olmaqla, cəmi 41162,53 (qırx bir min yüz altmış iki manat əlli üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 213,49 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunduğuna görə iddiasını geri götürdüyünü və bu səbəbdən məhkəmə prosesində iştirak etməyəcəyini bildirərək, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5, 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı ASC-nin ərizəsi təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 213 (iki yüz on üç) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumu (qəbz № **********72) ona geri qaytarılsın Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1038/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1038/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver