Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-104/2023 11.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada 7405,13 manat məbləğində əsas bоrc və 2299,78 manat faiz borcu оlmaqla, cəmi 9704,91 manat borcun və 200 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 18 avqust 2020 il tariхli, 106842-918614/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdehlər – Cavabdeh2 arasında 18 avqust 2020 il tariхli, 106842-918614/1 nömrəli və Cavabdeh1 arasında 18 avqust 2020 il tariхli, 106842-918614/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 18 avqust 2020 il tariхli, 106842-918614/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 28 iyun 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 7405,13 manat məbləğində əsas bоrcu və 2299,78 manat faiz borcu оlmaqla, ümumilikdə 9704,91 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit borcu yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Rəydə qeyd olunan məbləğləri qəbul edir. İddia tələbində faiz borcu çox göstərilmişdir. İş üzrə iddiaçı və digər digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842- 918614/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842- 918614/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə müştərinin kredit müqaviləsi üzrə 7405,13 manat məbləğində əsas bоrcu və 2299,78 manat faiz borcu оlmaqla, ümumilikdə 9704,91 (doqquz min yeddi yüz dörd manat doxsan bir qəpik) manat məbləğində kredit bоrcu mövcuddur. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının AZ34AİİB400600D**********109 nömrəli hesabına 100 (yüz) manat məbləğində vəsait köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının AZ34AİİB400600D**********109 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1251 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.214-cü il tarixli qərarına əsasən Cavabdeh3 İddiaçı ASC-yə olan borcu 18 fevral 2022-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 7539,95 manat, faiz borcu üzrə 663,52 manat olmaqla, cəmi 8203,47 manat; 28 iyun 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 7539,95 manat, faiz borcu üzrə 663,52 manat və illik 5%-lə hesablanmaqla faiz borcu üzrə 136,14 manat olmaqla, cəmi 8203,47 manat; 18 iyul 2022-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə) əsas borc üzrə 7539,95 manat, faiz borcu üzrə 663,52 manat və illik 5%-lə hesablanmaqla faiz borcu üzrə 157,08 manat olmaqla, cəmi 8360,55 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli və Cavabdeh1 ilə 18 avqust 2020-ci il tariхli, 106842- 918614/1 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2020-ci il tariхli, 106842-918614/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh2 və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçı cavabdеhlərdən müştərək qaydada 7405,13 manat məbləğində krеdit bоrcu və 2299,78 manat məbləğində faiz bоrcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini, zaminlər və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1251 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutlması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7405,13 manat (yeddi min dörd yüz beş manat on üç qəpik) əsas borc, 663,52 manat (altı yüz altmış üç manat əlli iki qəpik) faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh3 İddiaçı ASC-yə olan əsas borcu 7539,95 manat təşkil edir. İddiaçı cavabdehlərdən 7405,13 manat əsas borcun tutulmasını tələb etdiyindən məhkəmə həmin hissədə qeyd olunan nəticəyə gəlmişdir. Eyni zamanda ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh3 18 fevral 2022-ci il tarixə (müqavilə müddətinin sonuna) iddiaçıya olan faiz borcu 663,52 manat təşkil edir. Beləliklə, müqavilə müddətinin sonuna olan faiz borcu 663,52 manat təşkil etdiyindən məhkəmə faiz borcunun tutulması hissəsində iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. İddiaçı 200 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/4-01191 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci İddiaçı ASC tərəfindən ödəniləcəkdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına xx.xx.2022ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat məbləğində pul vəsaitlərinin köçürülməsini təsdiqləyən 2 ədəd ödəniş tapşırığı əlavə edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan mediasiya xərcinin məbləği 100 manat təşkil etdiyindən, hazırkı iş üzrə ödənilmiş mediasiya xərcinin təsdiqi kimi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı qəbul edilməli və cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir (həmin xərcin dövlət rüsumunu da əhatə etdiyi nəzərə alınaraq). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7405,13 manat (yeddi min dörd yüz beş manat on üç qəpik) əsas borc, 663,52 manat (altı yüz altmış üç manat əlli iki qəpik) faiz borcu və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 8168,65 manat (səkkiz min yüz altmış səkkiz manat altmış beş qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-104/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-104/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver