Məhkəmə qərarları › İş №e-2-2(113)-1042/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1042/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1042/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin Muğanbank ASC-nin AZ75MUGA**********00019AZM00 nömrəli hesablaşma hesabından 24370 manat pul məbləğinin tutularaq iddiaçının "xxxx" ASC-nin 6 saylı filialında olan AZ62GUNA******************** nömrəli hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı “İcraçı” olaraq, onunla "Sifarişçi” - "X1" MMC arasında bağlanmış 019/026 saylı, 01 may 2019-cu il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən iddiaçı tərəfindən "X1" MMC-yə avtomobillərə təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərə dair işlərin qiyməti "Qiymətlərin razılaşma Protokolu"na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında aktlarla "lcraçı"nın nümayəndəsi tərəfindən təhvil verilmiş və "Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 05 iyun 2019-cu il tarixli, 07 iyun 2019-cu il tarixli (2 ədəd), 09 oktyabr 2019-cu il tarixli (3 ədəd), 22 fevral 2020-ci il tarixli, 15 avqust 2020-ci il tarixli, 18 dekabr 2019-cu il tarixli, 30 yanvar 2021-ci il tarixli aktlara müvafiq olaraq 028 saylı, 05 iyun 2019-cu il tarixli; 029 saylı, 07 iyun 2019-cu il tarixli; 030 saylı, 07 iyun 2019-cu il tarixli; 051 saylı, 09 oktyabr 2019-cu il tarixli; 052 saylı, 09 oktyabr 2019-cu il tarixli; 053 saylı, 09 oktyabr 2019-cu il tarixli; 004 saylı, 22 fevral 2020-ci il tarixli; 023 saylı, 15 avqust 2020-ci il tarixli; 031 saylı, 18 dekabr 2020-ci il tarixli; 005 saylı, 30 yanvar 2021-ci il tarixli hesab-fakturalara və EAAV seriyalı, 389223 nömrəli, 05 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 429869 nömrəli, 07 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 430816 nömrəli, 07 iyun 2019-cu il tarixli, EBAA seriyalı, 985008 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, EBAA seriyalı, 985287 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, EBAA seriyalı, 985457 nömrəli, 09 oktyabr 2019-cu il tarixli, EBAG seriyalı, 713622 nömrəli, 22 fevral 2020-ci il tarixli, EBAN seriyalı, 690845 nömrəli, 15 avqust 2020-ci il tarixli, EBAV seriyalı, 078159 nömrəli, 18 dekabr 2020-ci il tarixli və EBAW seriyalı, 803448 saylı, 30 yanvar 2021-ci il tarixli elektron qaimələrə əsasən, ümumilikdə 40520 manat dəyərində işlər görülmüş və təhvil verilmişdir. Lakin, dəfələrlə olunan müraciətlərə baxmayaraq, borc məbləğindən “X1" MMC tərəfindən 16500 manat ödənilmiş, qalan 24020 manat bu günə qədər ödənilməmişdir. Cavabdeh müqavilə üzər öhdəliklərini yerinə yetirməməsi səbəbindən vəkillə müqavilə bağlanaraq 150 manat ödənilmiş, eyni zamanda ilkin mediasiya sessiyasına görə 200 manat ödənilmişdir. Göstərilənlərə əsasən "X1” MMC-nin hesabından 24020 manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150 manat, mediatora ödənilmiş 200 manat, ümumilikdə 24370 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24020 manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150 manat, mediatora ödənilmiş 200 manat, ümumilikdə 24370 manat məbləğinin "X1” MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 019/026 saylı, 01 may 2019-cu il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən, "X1" MMC - "sifarişçi" təmir xidmətlərinin göstərilməsini sifariş verib “icraçı”ya - İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. - 22 fevral 2020-ci il tarixli akta əsasən 3410 manat məbləğində, 09 oktyabr 2019cu il tarixli akta əsasən 4700 manat məbləğində, 07 iyun 2019-cu il tarixli akta əsasən 2650 manat məbləğində, 30 yanvar 2021-ci il tarixli akta əsasən 2000 manat məbləğində, 07 iyun 2019-cu il tarixli akta əsasən 6965 manat məbləğində, 05 iyun 2019-cu il tarixli akta əsasən 5105 manat məbləğində, 15 avqust 2020-ci il tarixli akta əsasən 5990 manat məbləğində, 09 oktyabr 2019-cu il tarixli akta əsasən 2250 manat məbləğində, 18 dekabr 2020-ci il tarixli akta əsasən 6030 manat məbləğində, 09 oktyabr 2019-cu il tarixli akta əsasən 1420 manat məbləğində xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. - 22 fevral 2020-ci il tarixli 004 nömrəli hesab-fakturaya əsasən 3410 manat, 09 oktyabr 2019-cu il tarixli 051 nömrəli hesab-fakturaya əsasən 4700 manat, 07 iyun 2019cu il tarixli 030 nömrəli hesab-fakturaya əsasən 2650 manat, 30 yanvar 2021-ci il tarixli 005 nömrəli hesab-fakturaya əsasən 2000 manat, 07 iyun 2019-cu il tarixli 029 nömrəli hesab-fakturaya əsasən 6965 manat, 05 iyun 2019-cu il tarixli 028 nömrəli hesabfakturaya əsasən 3410 manat, 15 avqust 2020-ci il tarixli 023 nömrəli hesab-fakturaya əsasən 5990 manat, 09 oktaybr 2019-cu il tarixli 053 nömrəli hesab-fakturaya əsasən 2250 manat, 18 dekabr 2020-ci il tarixli 031 nömrəli hesab-fakturaya əsasən 6030 manat, 09 oktyabr 2019-cu il tarixli 052 nömrəli hesab-fakturaya əsasən 1420 manat məbləğində cavabdehin borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından iddia ərizəsinin təmin olunması üçün əsaslar mövcuddur. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, 40520 manat dəyərində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 16500 manat məbləğində ödəniş olunmuş, 24020 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 24020 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 24020 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar