Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10432/2025 03.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndələri X1, Nümayəndə2, nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3, üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6, X5 və X7 cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, payçıların pay haqlarının müəyyən edilməsi və həmin hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə, sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə İddiaçı MTK-nın əvvəlki təsisçiləri ilə, xx.xx.2024-cü il tarixli Akt-Müqavilənin pərdələnməsi naminə görüntü üçün bağlanmış bütün alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmçinin, İddiaçı MTK-nın fəaliyyəti üzrə xx.xx.2024-cü il tarixə və həmin tarixdən hazırki günə kimi, yüksək mərtəbəli binaların inşasına görə cəlb edilmiş bütün pul vəsaitlərinin miqdarı nəzərə alınmaqla, payçıların pay haqlarının müəyyən edilməsi və həmin hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi məqsədi ilə iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 ərizənin təmin edilərək, iddia ərizisinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil3 Fazi oğlu iddia ərizəsinin hazırlı iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, məhkəmə hazırlıq iclasının digər cavabdehlər və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6, X5 və X7 cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, payçıların pay haqlarının müəyyən edilməsi və həmin hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-10432/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10432/2025
03.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver