Məhkəmə qərarları › İş №e-2-2(113)-1047/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1047/2023

25.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1047/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25520 Avro borcun, yükün daşınmasına görə 4693 Avro yükün daşınmasına görə xidmət haqqı, ümumilikdə 30213 Avronun, hüquqi yardıma görə ödənilmiş 600 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (Təchizatçı) tərəfindən cavabdehin (Sifarişçi) sifarişi əsasında mallar gətirilmişdir. Mallar gətirilən zaman müəyyən problemlər yaranmış, bunun nəticəsində malın çatdırılmasında gecikmələr olmuşdur. Sifarişçi işlərinin davam etdirilməsi üçün Təchizatçı tərəfindən 63520 Avro məbləğində cavabdehə qaytarılmaq şərti ilə kompensasiya şəklində borc verilmişdir. xx.xx.2022-ci il tarixli sənədə əsasən, yük Gürcüstan-Azərbaycan sərhədini keçdikdən sonra borc məbləği tam şəkildə Təhcizatçıya ödənilməli idi. Yük sərhədi müvəffəqiyyətlə keçməsinə baxmayaraq, Sifarişçi tərəfindən borc məbləğində 38000 Avro ödənilmişdir. Hazırda Sifarişçi 25520 Avro borc məbləği, yükün daşınmasına görə 4693 Avro xidmət haqqı borcu, ümumilikdə 30213 Avro borcu yaranmışdır. Tərəflərindən qeyd olunan problemin həlli üçün xx.xx.2022-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçıya dəymiş ziyan ödənilməmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 40000 Avro, ödənilən günün məzənnəsi uyğun olaraq Azərbaycan Respublikasının manatı ilə vurulmuş zərər və 306 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddia tələblərini qəbul etmir və iddia ərizəsinə qarşı olaraq aşağıdakıları bildirir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC Almaniyanın Köln şəhərindən X14 GmbH Co KG firmasından idman qida məhsullarını 55658,54 Avroya alıb Azərbycan Respublikası ərazisinə gətirilməsi üçün İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına daşımaya təhvil verilmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin malı 2 ay Gürcüstan Respublikasında saxladıqdan sonra Azərbaycan Respublilkası ərazisinə gətirmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı malın daşınmasında əsassız gecikdirmələrə yol verdiyindən Cavabdeh MMC satış nöqtələrinə məhsullarını vaxtında çatdırmamış, sifarişçilər qarşısında öhdəliklərini icra etməmiş, xüsusi qida məhsullarının idxalı üçün yeni lisenziyanın (razılığın) alınması zərurəti yaranmış, nəticədə Cavabdeh MMC-yə 40000 avro zərər vurulmuşdur. Cavabdeh MMC iddia tələbinə görə 306 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında işgüzar münasibətlər təxminən 5 il bundan əvvəl yaranmış, bu illər ərzində şifahi yük daşınması müqaviləsinə əsasən bir neçə dəfə cavabdehə məxsus olan malların iddiaçı tərəfindən daşınması həyata keçirilmiş, sifarişlər verildikdən sonra daşınmalar uğurla həyata keçirilmiş, vaxtında mallar cavabdehə təhvil verilmiş, iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələr və invoyslar əsasında da ödənilmişdir. Sözügedən son daşınma ilə bağlı 2 ay Gürcüstan Respublikasında yubanmalar olmuş, həmin yubanmalarda cavabdehin təqsiri olmamış, bu barədə vaxtında cavabdehə məlumat verilmiş, hətta malların daşınmasının gecikdirilməsi ilə bağlı qarşı tərəfə borc olaraq 63520 Avro məbləğində cavabdehə kompensasiya verilmişdir. Mallar 2022-ci ilin 14 oktyabr tarixində ölkəyə idxal edilmiş, bu barədə e-mail vasitəsilə cavabdehə məlumat verilmiş, lakin malların sənədləri olmadığı üçün malların gömrük rəsmiləşdirilməsi cavabdeh tərəfindən yalnız 2022-ci ilin noyabr ayının əvvəlində həyata keçirilmişdir. Borcun qaytarılması tam şəkildə həyata keçirilməmiş, belə ki, 25520 Avro qaytarılmamış, habelə çatdırılma xidmətinin dəyəri ödənilməmiş qalmışdır. Dəfələrlə borcun və daşınma xərcinin ödənilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdehin qanuni təmsilçisi onların direktoruna malların gecikdirilmə ilə çatdırılması ilə əlaqədar olaraq onlara ziyan dəydiyini (yeni lisenziyaların alınması ilə bağlı xərclər) bildirmiş, ziyanı təsdiq edən sübutların, habelə müddəti daşınmanın gecikdirilməsi gedişində artıq bitmiş həm əvvəlki, həm də yeni icazələrin onlara təqdim edilməsi, yalnız bundan sonra tərəflərindən ziyanın qarşılanacağı bildirilsə də, onlara hər hansı sənəd təqdim edilməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, cavabdehin daşınması həyata keçirilmiş mallara dair aldığı icazələrin gecikdirilmə ilə hər hansı bağlılığı yoxdur, belə ki, həmin mallar ölkəyə idxal edildiyi zamandan asılı olmayaraq həmin mallara dair (qida əlavələri olduğu üçün) müvafiq icazələr alınmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən AQTA-ya təqdim edilmiş müraciətlərdən də göründüyü kimi, gətirilmiş idman qida məhsullarının yararlılıq müddətinin sonu 2023-cü ilin dekabr ayına qədərdir. Bu səbəbdən qarşılıqlı iddia əsassızdır. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında daşınma ilə bağlı əməkdaşlıq 5-6 il davam etmiş, bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə məxsus malların daşınması həyata keçirilmiş, digər daşınma şirkətləri ilə müqayisədə qiymətlər daha yüksək olsa da, tərəflərindən qiymət mübahisələndirilməsi aparılmamış, daşınmaların dəyəri həmişə vaxtında ödənilmişdir. Sonuncu daşınma 2 ay gecikdirilmə ilə həyata keçirilmiş, bu barədə iddiaçı onlara məlumat vermiş, belə ki, onların da mallarının olduğu yük maşınında olan digər mallarla bağlı sənədləşmədə problem olduğu üçün iddiaçının sürücüsü barəsində Gürcüstan Respublikasında cinayət işi başlanmış, tərəflər artıq həmin malların idxalının real olmadığını düşünüb borc müqaviləsi bağlamış, onlara kompensasiya olaraq 63520 Avro məbləğində borc verilmişdir. Mallar 2022-ci ilin noyabr ayında onlara təhvil verilmiş, bu səbəbdən həmin pulun bir qismi qaytarılmış, qalan 25520 Avro qaytarılmamış, qaytarılmayan məbləğlə bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə yazılı sənəd tərtib edilmiş, sənədi iddiaçının nümayəndəsi (sürücüsü) S.Babaşov imzalamışdır. Tərəflər həmin sənədlə razılığa gəlmişlər ki, qalan pulun yalnız 11000 Avro məbləği (cavabdehin çəkdiyi ziyan nəzərə alınmaqla) iddiaçıya qaytarılacaqdır. Həmin pulun qaytarılmamasının, habelə daşınma xərcinin ödənilməməsinin səbəbi isə iddiaçının məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməsi olmuşdur. Bundan əlavə, daşınma 2 ay gecikdirilmə ilə həyata keçirildiyi üçün onlara ziyan dəymiş, belə ki, mallara dair həmin vaxt qüvvədə olan icazələrin müddəti bitmiş, bununla bağlı tərəflərindən yeni icazələr alınmış (rüsumlar ödənilmiş), kreditorlar qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirmələri üçün daha yüksək qiymətə yenidən Almaniyadan mallar sifariş verilmiş, habelə kreditorlar qarşısında olan öhdəliklərini vaxtında icra etmədikləri üçün müxtəlif öhdəlikləri yaranmışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən ki, yük Gürcüstanda gömrükdən çıxa bilmədiyinə görə LV Caspian Limited Şirkətinin Azərbaycandakı filialı 63520 Avro məbləğində cavabdehə kompensasiya ödənilməsini həyata keçirir. Bu yük Gürcüstan – Azərbaycan sərhədini keçdikdən sonra həmin gün məbləğ tam şəkildə 63520 Avro olaraq cavabdeh tərəfindən iddiaçıya geri ödənilməlidir. Materiallarda olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən həmin məbləğ iddiaçı tərəfindən cavabdehin nümayəndəsi (Elçin Məmmədov) təhvil verilmişdir. Cavabdeh tərəfindən X6 xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən cavabdehi təmsil etmək, pul ödəmək, pul vəsaitlərini almaq ... səlahiyyətləri verilmişdir. Etibarnamənin qüvvədə olması müddəti 1 il müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli invoysa əsasən ödənilməli olan daşınma haqqı 4693 Avro təşkil edir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, EBCİ saylı, 388785 saylı elektron qaiməyə əsasən nəqliyyat xərci 7902,55 manat (1Avro = 1.6839 manat) təşkil edir. xx.xx.2022-ci il tarixli CMR sənədinə əsasən (cild 1, i.v. 56) cavabdehə məxsus olan mallar Almaniya Respublikasında iddiaçıya xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Babaşov Samir Vaqif oğlu ifadəsində göstərdi ki, 2017-ci ildən iddiaçı şirkətdə hazırkı günədək sürücü vəzifəsində çalışır. “X17 Klubu» MMC-ni tanıyır. Ötən ilin noyabr ayında həmin MMC-yə bir dəfə 38000 avro pulun alınmasına görə getmişdir. Həmin pulun alınmasına dair qəbzi imzalamışdır. Materiallarda olan xx.xx.2022-ci il tarixli sənəddə olan imza ona məxsusdur, lakin o, həmin sənədi oxumadan imzalamışdır. Ona öz rəhbərliyi tərəfindən “X17 Klubu» MMC-dən pul vəsaitini geri alarkən qəbzə imza etmək tapşırılmışdı, bu səbəbdən həmin sənədi imza etmişdir. Daha sonra o, Cavabdeh MMC-yə getməmişdir. Pulu alanda cavabdehin direktoru Cəsarət bəy orada olmuşdur. Pul ilə bağlı bir dəfə Cavabdeh MMC-yə getmiş, ondan əvvəl isə invoysların alınmasına görə getmişdir. Direktorları Fuad müəllim ona yalnız pulu almaq və bununla bağlı qəbzə qol çəkməyi həvalə etmişdi. Sənədi imzalayan zaman direktorları Fuad müəllimə zəng etməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2009-cu ildən Cavabdeh MMC-də ictimai əsaslar ilə işləyir. Əmək müqaviləsi yoxdur. Etibarnamə əsasında gömrük və sairə işləri görür. Cavabdeh MMC və İddiaçı Şirkəti ilə son 4-6 il müddətində əməkdaşlıq edib. Malların son daşınmasında Gürcüstan Respublikasında problem yaranmış, bu səbəbdən malların çatdırılmasında gecikmələrin olması səbəbindən aldıqları idman qidalarını digər şəxslərə satdıqları üçün Cavabdeh MMC-də problemlər olmuş, müştərilər tərəfindən onlardan bununla bağlı kompensasiyalar tələb edilmişdir. İddiaçı Şirkətindən verilmiş pulu almış, belə ki, şirkətlərin direktorları tərəfindən danışıqlar həyata keçirilmiş, 2022-ci ilin sentyabr ayında axşam saatlarında İddiaçı Şirkətindən təxmini 63000 avro pulu təhvil almışdır. Bu barədə qəbzə imza etmiş, materiallarda olan qəbzdəki imza ona məxsusdur. Yeni partiya malın alınması üçün iddiaçıdan borc pul almışlar. Almaniyaya həmin pulla yeni sifarişlər verilmiş, yeni sifarişlərin çatdırılması bu dəfə başqa şirkətə həvalə edilmiş, direktorlar arasında razılaşmaya görə onlara dəymiş ziyanın yarısını iddiaçı öz üzərinə götürmüş, 38000 avro pulun geri alınmasını iddiaçının sürücüsü S.Babaşov imzalamışdır. O, özünü cavabdehə iddiaçı şirkətin əməkdaşı kimi təqdim etmiş, qəbzi oxyuyandan sonra imzalamaqdan qəti şəkildə imtina etmiş, daha sonra direktorları Fuad müəllimə zəng etdikdən sonra sonuncu ondan qəbzi imzalamasını xahiş etmişdir. O, onların telefon danışıqlarını eşitməmiş, ehtimal etmişdir ki, sürücü direktorla danışmış, həmin telefon danışığından sonra qəbzi imza etmişdir. Həmin sənədi həmçinin o, imzalamışdır. Oradakı imza ona məxsusdur. Malların çatdırılmasında gecikmələr baş verəndən sonra, cavabdeh bəzi lisenziyaları yeniləmiş, mallar vaxtında çatdırılsa idi, onların lisenziyaları yenilənməsi zərurəti yaranmazdı. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırmasının predmeti olmuş sübutlara əsasən işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdehin sifarişi ilə iddiaçı Almaniya Respublikasından özünə məxsus nəqliyyatı vasitəsi ilə Azərbaycan Respublikasına cavabdehə məxsus yüklərin (idman qida malları) daşınmasını həyata keçirmişdir. Daşıma haqqının ümumi məbləği 4693 Avro müəyyən edilmiş, mallar iki ay gecikmə ilə cavabdehə təhvil verilmişdir. Bundan əlavə, tərəflər arasında 28 sentyabr 2022-ci il tarixdə borc müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə 63520 Avro məbləğində kompensasiya şəklində borc verilmiş, borcun qeyd olunan mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra qaytarılmalı olması razılaşdırılmış, 38000 Avro məbləğində borc qaytarılmış, qalan 25520 Avro məbləğində borcun qaytarılmasından imtina edilmişdir. İddiaçı hazırda daşınma haqqının, habelə ödənilməmiş qalıq borcun qaytarılmalı olmasını iddia edir. Cavabdeh iddiaya etiraz edərək, yük daşınmasının 2 ay gecikmə ilə həyata keçirilməsi səbəbindən onlara ziyan dəydiyini, bu səbəbdən iddianın rədd edilməli olduğunu bildirir. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya ekspeditor xidmətlərinə dair müqavilənin şərtlərinə uyğun yazılı sifariş göndərilməmiş, sifariş şifahi qaydada verilmişdir. Tərəflərin nümayəndələri (iddiaçı və cavabdehin qanuni nümayəndələri) arasındakı “Vatsap” mobil telefon proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalardan görünür ki, yükün çatdırılmasının yubanacağı barədə məlumat həmin proqram vasitə ilə verilmiş, cavabdeh yükün mümkün qədər tez çatdırılmasını xahiş etsə də konkret tarix göstərməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi 2 ay gecikdirməklə icra etsə də qeyd olunan hal daşıma haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə ilk iddia tələbi əsaslıdır. Materiallara əlavə edilmiş “Vatsap” yazışmalarından görünür ki, iddiaçı yükün təhvil verilməsinin gecikəcəyi barədə cavabdehə məlumat vermiş, cavabdeh daşımadan imtina etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, malın vaxtında çatdırılmasının mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, iddiaçı öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. Cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 4693 Avro borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia həmin hissədə təmin edilməli, cavabdehdən 4693 Avro məbləğində daşıma haqqı tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia tələbini 25520 Avro məbləğində borcun qaytarılması hissəsində də əsaslı hesab edir. Belə ki, tərəflər arasında borc müqaviləsi şərtlə bağlanmış, həmin şərt (yükün Gürcüstan – Azərbaycan sərhədini keçməsi) baş vermiş, borcun həmin şərtin baş verdiyi gün qaytarılmalı olması razılaşdırılsa da, borcun bir qismi xx.xx.2022-ci il tarixdə qaytarılmış, qalan 25520 Avro məbləğində borc ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi “25520 Avro məbləğində borcun tutulması” hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli yazılı sənədi (cild 3, i.v. 57) hazırkı iş üzrə mötəbər sübut hesab etmir. Həmin sənəddə göstərilmişdir ki, Almaniyadan yeni sifariş edilmiş mallar Azərbaycana gəldikdən və satışa çıxarıldıqdan sonra cavabdeh iddiaçıya qalan 11000 Avro məbləğində borcu ödəyəcək. Bununla xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş 63520 Avro məbləğində pul tam olaraq geri qaytarılacaqdır. Belə ki, həmin sənədi iddiaçının adından orada əmək müqaviləsi əsasında işləyən sürücüsü (S.Babaşov) imzalamış, onun iddiaçının sürücüsü olması faktı cavabdehə bəlli olmuş, belə bir razılaşmanın imzalanmasına dair ona hər hansı etibarnamə verilməmişdir. İddiaçının nümayəndəsi izahatında sürücüləri S.Babaşovun həmin sənədi imza etmək kimi səlahiyyətinin olmadığını, ona yalnız qaytarılan borcu qəbul etməklə bağlı səlahiyyət verildiyini bildirmiş, göstərilən halı məhkəmə iclasında şahid S.Babaşov özü də təsdiq etmişdir. Materiallarda həmin razılaşmaya dair iddiaçının iradə ifadəsinin olduğunu təsdiq edən hər hansı sübut mövcud deyil. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə razılaşmır və həmin ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsində yükün vaxtında cavabdehə çatdırılmaması səbəbindən qarşılıqlı iddiaçıya 40000 Avro məbləğində ziyan dəydiyi göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili A.Ağalarov həmin ziyan hesablanarkən Almaniyadan məcbur qalıb daha yüksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, yeni icazələrin alınmasına çəkilmiş xərclərin, habelə üçüncü şəxslər (həmin qida məhsullarını təhvil verməli olduqları alıcılar) qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış xərclərin nəzərə alındığını, ziyanın dəqiq deyil, təxmini olaraq hesablandığını bildirmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehə Almaniyadan məcbur qalıb daha yüksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, habelə üçüncü şəxslər (həmin qida məhsullarını təhvil verməli olduqları alıcılar) qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış zərərlə bağlı sübutların məhkəməyə təqdim edilməsi bir neçə dəfə təklif edilsə də, cavabdeh tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da cavabdeh MPM-nin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən Məhkəməyə çoxsaylı sənədlər təqdim edilmişdir. Belə ki, Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 20,20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 110,40 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 19,80 manat, xx.xx.2023cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 2003 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 4006 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 20,20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 110,40 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 110,40 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 20,20 manat cavabdeh tərəfindən X2 hesabına ödənilmişdir. 28 dekabr 2022-ci il tarixli 263 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat, 28 dekabr 2022-ci il tarixli 259 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat, 08 dekabr 2022-ci il tarixli 248 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 88,20 manat, 08 dekabr 2022-ci il tarixli 247 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat, 08 dekabr 2022-ci il tarixli 246 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 88,20 manat, 08 dekabr 2022-ci il tarixli 244 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat, 28 dekabr 2022-ci il tarixli 261 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat, 28 dekabr 2022-ci il tarixli 265 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 hesabına 490 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2859/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “GF Amino Professional, tablet №500” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2832/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Multivitamin, kapsul №130” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli B/2852/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Easy Gain-Chocolate, toz 2000q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Cavabdeh ilə “X3” X12 arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli B/3032/2022 nömrəli BFMQƏ-nin dərman vasitəsi ilə eyni tərkibli olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertizanın aparılması haqqında müqaviləyə əsasən tərəflər xidmət göstərilməsi barədə razılığa gəlmişlər. X1 əsasən ekspertizanın qiyməti 578,20 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il atrixli 14547 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Cavabdeh ilə “X3” X12 arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli B/2998/2022 nömrəli BFMQƏ-nin dərman vasitəsi ilə eyni tərkibli olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertizanın aparılması haqqında müqaviləyə əsasən tərəflər xidmət göstərilməsi barədə razılığa gəlmişlər. X1 əsasən ekspertizanın qiyməti 578,20 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il atrixli 144441 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2864/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən 100 % X13, toz 750 q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2837/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “X16-Cola-lime, daxilə qəbil üçün məhlul 1000 ml” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il atrixli 14436 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2869/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Təbii mənşəli preparaların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasınn aparılmasına dair metodiki tövsiyələrin”tələbləinə əsasən məhsulun tərkibində olan Tribulus terrestris bitkisi BFMQƏnin tərkibində istifadəsi üçün qadağan olunan bitkilərin siyahısına daxildir. Vitamin B6-nın dozası gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir (maximum 6 mg ola bilər). xx.xx.2022-ci il atrixli 14442 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2866/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Malrodextrin-Neutral, toz 2000 q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14450 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli B/2854/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “X10, toz 300q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14448 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2839/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Mineral Complex, kapsul №130” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14447 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2841/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “GF Protein Professional-Chocolate, toz 2350q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14452 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2867/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “TT Ultra Stron, tablet 180№” adlı məhsul idmançılar üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və X4 tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”in tələblərin əsasən məhsulun tərkibində olan Tribulus terrestris bitkisi BFMQƏin tərkibində istifadə üçün qadağan olunan bitkilərin siyahısına daxildir. Qeyd: Artıq 2021ci ildən X5 Agentliyi müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrinin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olunmasını insan orqanizmi üçün təhlükəsiz hesab etmir. xx.xx.2022-ci il tarixli 14453 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2831/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Gglucosamine+Vitamin C, tablet №90” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14439 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2861/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Gglucosamine+Vitamin C, tablet №90” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14440 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli B/2853/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “İnstant Oats-Banana, toz 2000q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14443 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2867/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “TGF T-Booster Professional, kapsul №90” adlı məhsul idmançılar üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və X4 tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”in tələblərin əsasən məhsulun tərkibində olan Tribulus terrestris bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərin siyahısına daxildir. Vitamin B6-nın dozası gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir (maxumun 6 mg ola bilər). xx.xx.2022-ci il tarixli 14442 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2858/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Green Amino, kapsul №550” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14445 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli B/2855/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “100% BCAAs+X9, toz 500q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14444 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2840/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “X15-Cherry, daxilə qəbul üçün məhlul 1000 ml” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14455 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2834/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Arginin Simplex 800, kapsul №130” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14455 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli B/2836/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Gainer Professional-Chovolate, toz 2000q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14459 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli B/2860/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “100% EAAs Zero-Green Apple, toz 500q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14458 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X12 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli B/2847/2022 saylı bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Zorn-Mango, toz 480q” adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2022-ci il tarixli 14449 nömrəli hesab-faktura ilə cavabdeh tərəfindən ekspertiza xərci qismində 578,20 manat ödənilmişdir. Məhkəmə təqdim edilmiş həmin sənədləri iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasını təsdiq edən sübutlar qismində nəzərə alınmalı olmaması qənaətinə gəlir. Belə ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.2-ci maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli və eyni dozalı ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədi ilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın: 2.1.1-ci bəndinə əsasən bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) - qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. 3.1.2-ci bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasına idxal edilən BFMQƏ (şəxsi istifadə üçün idxal olunan BFMQƏ-lər istisna olmaqla) BFMQƏ-lər ekspertizadan keçirilir. Göründüyü kimi, cavabdeh tərəfindən ölkəyə idxal edilmiş malların həmin Qaydaların tələblərinə əsasən məcburi şəkildə ekspertizadan keçirilməsi ilə bağlı çəkdiyi xərclər iddiaçı tərəfindən cavabdehə vurulmuş zərər kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı əlavə sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 306 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir. İlk iddia ərizəsində 600 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması xahiş edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçı tərəfindən hüquqi yardımla bağlı “Femida” Vəkil Bürosunun hesabına xx.xx.2023-cü il tarixdə 600 manat hüquqi yardıma görə pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən hüquqi yardıma görə çəkilmiş xərclərlə bağlı 600 manat məbləğində pul ağlabatan hesab edilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh MMC-dən 25520 (iyirmi beş min beş yüz iyirmi) Avro borc, yükün daşınmasına görə 4693 (dörd min altı yüz doxsan üç) Avro xidmət haqqı, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat, ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu, ümumilikdə 30213 (otuz min iki yüz on üç) Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 306 (üç yüz altı) manat dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar