Məhkəmə qərarları › İş №e-2-2(113)-10472/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10472/2025

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10472/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2iddiaçı "xxxx" ASC-nin xeyrinə 750 manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində 90PD419 dövlət qeydiyyat nişanlı Chevrolet Cruzemarkalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsisahiblərinin mülkiməsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi 90PD419 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı həmin avtonəqliyyat vasitəsi ilə X1 zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2Cavabdeh1 MMCilə əmək (mülki) müqaviləsi əsasında fəaliyyət göstərdiyimüəyyən edilmişdir. X1 vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 672 nömrəki Ekspert rəyi ilə X1 dəymiş zərər yüngül zərər vurmaya aid edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 750 manat məbləğində sığorta ödənişi X6 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Chevrolet Cruze” markalı 90PD419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində Cavabdeh1 MMC qeyd olunmuşdur.

8. xx.xx.2020-ci il tarixli PPA********** saylı icbari sığorta müqaviləsinə əsasən “Chevrolet Cruze” markalı 90PD419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC-yə məxsus olmaqla sığortalı qismində sığortlanmışdır. Sığorta haqqı 76,50 manat müəyyən edilmişdir.

9. xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 MMC mülkiyyətində olan 90PD419 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze minik” markalı avtomobilin idarə edilməsini X4 etibar edilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixə qədər etibarlıdır.

10. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP4089672 saylı xx.xx.2020-ci il tarixli Qərara əsasən X5 xx.xx.2020-ci il tarixində, saat 17:35-də “Chevrolet Cruze minik” markalı 90PD419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən məcəllədə nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsi və yol hərəkəti qaydalarını pozan şəxsin nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında təhbeh növü tətbiq edilməsi qərara alınmışdır.

11. xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı Cavabdeh1 MMC-yə məxsus “Chevrolet Cruze” markalı 90PD419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X7 750 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir.

12. 16.10.2020-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" ASC tərəfindən 750 manat məbləğində pul X6 hesabına köçürülmüşdür.

13. "xxxx" ASC Cavabdeh1 MMC-yə 17 iyun 2021-ci il tarində məktub ünvanlayaraq bildirilmişdir ki, hadisənin səbəbləri tam təsnifatı ilə aydınlaşdırılarkən məlum olmuşdur ki, sürücü X5 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddəsinə uyğun olaraq şirkətin Cavabdeh1 MMC-yə qarşı subroqasiya hüququ yaranır. Odur ki, "xxxx" ASC tərəfindən ödənilmiş 750 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur.

14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

18. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

19. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

20. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

21. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

22. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

23. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

24. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

25. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, bir sığorta hadisəsinə görə "xxxx" ASC-də sığortalanmış “Chevrolet Cruze” markalı 90PD419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X1 zərər dəymişdir, dəymiş ziyanın cəmi məbləği 750 manat müəyyən edilməklə iddiaçı tərəfindən zərər dəymiş şəxsə ödəniş edilmişdir.

27. Məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməməlidir.

28. Belə ki, işdə olan Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP4089672 saylı xx.xx.2020-ci il tarixli Qərara əsasən sığorta hadisəsi baş verən zaman sürücü qismində X5 tanınmış, hadisə baş verən zaman (xx.xx.2020-ci il tarixli etibarnaməsinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi avtomobilin idarə edilməsinə dair etibarnamə verilmiş) nəqliyyat vasitəsi X3 qanuni sahibliyində olmuş və X1 zərərin də onun tərəfindən vurulması həmin qərarda öz əksini tapmışdır.

29. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin cavabdeh X2 tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia yalnız həmin cavabdehə münasibətdə təmin olunmalıdır.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 750 manat zərər məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar