Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2024

15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı,podrat müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edilməmiş malların təhvil verilməyən hissəsinin dəyəri olan 1.462.302 ABŞ dollarının, 97486,8 ABŞ dolları dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə "xxxx" MMC arasında 16 avqust 2019-ci il tarixli, 18-06 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Podratçı "xxxx" MMC Müqaviləyə edilmiş 1 saylı əlavədə təsbit olunan malları vəsaiti alıcı tərəfindən tam ödənildikdən sonra 200 gün ərzində alıcıya təqdim etməyi, Alıcı həmin malları qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Alıcı müqavilə şərtlərinin tələblərinə əsasən müqavilə dəyərini tam ödəmişdir. Ən son ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Həmin tarixdən 200 gün xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq malların Azərbaycan Respublikasına gətirilməsi təmin edilməmişdir. Ümumilikdə 1.462.302 ABŞ dolları dəyərində mallar "xxxx" MMC tərəfindən X3 təqdim edilməmişdir. Müqavilədə nəzərdə tutulmuş mallar vaxtında təqdim edilmədiyi üçün X4 istehsala başlaya bilməmişdir. Bununla da X1 miqdarda ziyan dəymişdir. Bundan başqa 1.462.302 ABŞ dolları məbləğində mallar qanunvericiliklə müəyyən edilmiş müddətdə (2 il) Azərbaycan Respublikasına göndərilmədikdə və ya həmin vəsait qaytarılmadıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə həmin məbləğin 20%-dən 30%-dək cərimə edilmə təhlükəsi qarşısındadır. Bununla bağlı rəy verilməsi məqsədilə "xxxx"nə müraciət edilmişdir. "xxxx"nin 03 mart 2023-cü il tarixli Qiymətləndirmə rəyinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 4 ha torpaq sahəsində, podratçı ilə bağlanmış müqaviləyə əsasən, inşası nəzərdə tutulmuş istixananın yekunlaşmayan hissəsi, həmçinin siyahıya əsasən təmin olunmayan və təhvil verilməyən avadanlıq, qurğu və digər vasitələrlə birlikdə bu günə olan dəyəri 1.462.302 ABŞ dolları təşkil edir. 2020-ci ilin mart ayından pandemiya elan edildiyini nəzərə alaraq 1 il cavabdehin iradəsindən asılı olmayan səbəblər kimi qəbul etsək, malların göndərilməsinin son tarixi xx.xx.2021-ci il kimi qəbul edilməlidir. Halbuki, pandemiya elanı müqavilədə fors major halları kimi qəbul edilməmişdir. xx.xx.2021-ci il tarixdən iddia qaldırılan tarixə müqavilə öhdəliklərinin icrasından 16 ay keçir. 1.462.302 ABŞ dolları x 5% = 73115,1 ABŞ dolları. 73115,1 ABŞ dolları : 12 ay = 6092,925 ABŞ dolları x 16 ay = 97486,8 ABŞ dolları. Deməli cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən 97486,8 ABŞ dolları zərər vurmuşdur.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək cavabdeh "xxxx" MMC-dən 1.462.302 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 26 saylı kassa mədaxil orderinə əsasən istixana avadanlığı üçün 350000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir.

9. X4 ilə "xxxx" MMC arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 18-06 saylı müqaviləyə əsasən:

10. Müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq podratçı bu müqaviləyə əlavə edilmiş 1 saylı əlavədə təsbit edilmiş malları alıcıya təqdim etməyi, alıcı isə həmin malları qəbul etməyi və malların dəyərini müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürür.

11. Müqavilənin 2-ci bəndinə əsasən ümumi məbləğ 2.346.040 ABŞ dolları təşkil edir.

12. Müqavilənin 3-cü bəndinə əsasən ümumi məlbəğ aşağıdakı qaydada alıcı tərəfindən podratçıya ödənilir.

13. A) 938440 ABŞ dolları məbləğində avans ödənişi;

14. B) 1.407.600 ABŞ dolları məbləğində avans ödənişi;

15. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar Bakı şəhərində alıcıya təhvil verilir.

16. Müqavilənin 4.4-cü bəndinə əsasən mallar alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 200 gün ərzində təhvil verilir.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən çatdırılma gecidirildiyi təqdidə podratçı gecikdirmə müddətinin hər günü üzrə çatdırılmamış malların ümumi dəyərinin 0.01%-i məbləğində cəriməni alıcıya ödəyir. Cərimənin yüksək həddi, çatıdırılmamış malın dəyərinin 5%-dən artıq ola bilməz.

18. 16 avqust 2019-cu il tarixli 18-06 saylı müqaviləyə 1 saylı əlavəyə əsasən görüləcək işlərin və təchiz olunacaq malların cəmi dəyəri 2.346.040 ABŞ dolları müəyyən edilmişdir.

19. 16 avqust 2019-cu il tarixli 18-06 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 7 saylı əlavəyə əsasən tərəflər mübahisəli məsələləri və anlaşılmazlıqları 30 gün ərzində danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda. Bu məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq həll edilməsi və məhkəmə aidiyyəti olaraq Bakı Kommersiya Məhkəməsini və ya Rusiya Arbitraj Məhkəməsini seçirlər.

20. 30.08.2019-cu il tarixli gömrük bəyanaməsinə əsasən X2 adına göndərilən malların ümumi invoys dəyəri 24731,41 ABŞ dolları, xx.xx.2019-cu il tarixli gömrük bəyanaməsinə əsasən - 28009,40 ABŞ dolları, xx.xx.2019-cü il tarixli gömrük bəyanaməsinə əsasən - 35405,97 ABŞ dolları, xx.xx.2019-cü il tarixli bəyannaməyə əsasən - 25480,32 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 38222,02 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 28663,94 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaəyə əsasən - 26020,98 ABŞ dolları, eyni tarixli bəyannaməyə əsasən - 26799,60 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 23528,93 ABŞ dolları, eyni tarixli bəyannamələrə əsasən - 33727,76 ABŞ dolları, 3158,36 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 106020,40 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 88013,65 ABŞ dolları, eyni tarixli bəyannamələrə əsasən - 56793,75 ABŞ dolları, 3202,90 ABŞ dolları, 497,45 ABŞ dolları, 11370 ABŞ dolları, və 20422.50 ABŞ dolları, əlavə vərəq üzrə 8662,50 ABŞ dolları və 2250 ABŞ dollar, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən - 37870 ABŞ dolları, xx.xx.2019-cu il tarixli bəyannaməyə əsasən - 81817,85 ABŞ dolları, xx.xx.2029-cu il tarixli bəyannaməyə əsasən - 81817,85 ABŞ dolları, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən 38277 ABŞ dolları, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrinə əsasən 32100,80 ABŞ dolları, 6302,70 ABŞ dolları, 6219,72 ABŞ dolları, əlavə vərəq üzrə 2826,60 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən 1926,72 ABŞ dolları, eyni tarixli bəyannaməyə əsasən 766,18 ABŞ dolları, 40651,28 ABŞ dolları, 1650 ABŞ dolları, 12390 ABŞ dolları, 9888,68 ABŞ dolları, 4574,12 ABŞ dolları, əlavə vərəqə əsasən 7302,98 ABŞ dolları və 1926,72 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən 5566,30 ABŞ dolları, eyni tarixli bəyannamələrə əsasən 84000 ABŞ dolları, 72433,75 ABŞ dolları, əlavə vərəqə əsasən 8433,75 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən 81871,35 ABŞ dolları, əlavə vərəqə əsasən 24120 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən - 204443,96 ABŞ dolları təşkil etmişdir.

21. İddiaçıya məxsus olan və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən hesabdan çıxarışına əsasən X4 tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdə 600.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 600.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 300.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 400.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 400.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 200.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 122.000 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.

22. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda ona məxsus hesabdan xx.xx.2019-xx.xx.2023-cü illər üzrə cavabdeh şirkətə xx.xx.2019-cu il tarixdə 600000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 600000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 300000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 400000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 400000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 200000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 122000 ABŞ dolları məbləğində ödənişlər edildiyi qeyd olunmuşdur.

23. xx.xx.2020-ci il tarixli 1 saylı “Malların qəbulu və icra olunmuş işlərin qəbulu aktı”na əsasən xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumi məbləğ olaraq 1.071.920 ABŞ dolları dəyərində malların təchiz edildiyi və xidmətlərin göstərildiyi qeyd edilmişdir. Həmin aktı hər iki tərəf təsdiq etmişdir.

24. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda ona məxsus olan "xxxx" ASC-dəki bank hesabında xx.xx.2019-cu il tarixində 400.000 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 321.091,98 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

25. Azərbaycan Respublikasının Sahibkarlığın X6 Federasiyasının Azərbaycandakı Ticarət nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda sahibkar X3 güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi üçün 2022ci ilin oktyabr ayının sonuna qədər möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli T031-94 nömrəli müraciətinə baxıldığı və müraciətdə qeyd edilən mövcud problemləri nəzərə alaraq sahibkar X3 güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlət verilməsini məqsədəuyğun hesab edildiyi qeyd olunmuşdur.

26. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda müqavilə çəçivəsində zəruri məhsulların 75%-dən çoxunu tədarük etdiyini və xx.xx.2022-ci il tarixdən sonra istixana örtüyünün montajına başlamağı planlaşdırdığını və 2022-ci ilin noyabr ayının sonunadək materialların qalan hissəsini tədarük edəcəyi və tikinti-quraşdırma işinə başlayacağı qeyd olunmuşdur.

27. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 4 ha torpaq sahəsində, podratçı ilə bağlanmış müqaviləyə əsasən inşası nəzərdə tutulmuş istixananın yekunlaşmayan hissəsini, həmçinin siyahıya əsasən təmin olunmayan və təhvil verilməyən avadanlıq, qurğu və digər vasitələrlə birlikdə bu günə olan dəyəri 1.462.302 manat təşkil edir.

28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

29. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə qarışıq müqavilə hesab edildiyindən, yəni həm malların göndərilməsi, həm də həmin malların quraşdırılması nəzərdə tutulduğundan məhkəmə Mülki normanın alqı-satqı və podrat müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

33. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

34. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

35. Müqavilə və ona əlavə ilə nəzərdə tutulmuş çatdırılmış malların quraşdırılması ilə bağlı məhkəmə aşağıdakı maddi hüquq normaları çərçivəsində hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

38. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

39. 755-ci maddəyə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

40. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

42. Tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 18-06 saylı Müqavilənin 1ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq podratçı bu müqaviləyə əlavə edilmiş 1 saylı əlavədə təsbit edilmiş malları alıcıya təqdim etməyi, alıcı isə həmin malları qəbul etməyi və malların dəyərini müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

43. İşdə olan bank hesabı çıxarışında və tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli aktdan da göründüyü kimi iddiaçı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin, cavabdeh tərəf müqavilə ilə bağlı müddəaları, iddiaçının hüquqlarını pozaraq müqavilə və ona əlavədə nəzərdə tutulmuş malları/işləri iddiaçıya tam təqdim etməmişdir. Belə ki, müqavilənin ümumi giyməti 2.346.040 ABŞ dolları təşkil etmiş, iddiaçı tərəfindən cavabdehə cəmi 2.622.000 ABŞ dolları ödəniş edilmişdir, tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən görülmüş işlərin/verilmiş malların cəmi dəyəri 1.071.920 ABŞ dolları təşkil etmişdir.

44. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla – müqavilə, ödəniş sənədləri, işlərin və malların qismən təhvil-təslimi aktı və gömrük bəyannamələri ilə təsdiqini tapdığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və tələfindən ödənilmiş, lakin cavabdeh tərəfindən icra olunmamış/təqdim olunmamış malların dəyərini qeyd olunan məbləğdə geri tələb etməkdə haqlı olmuşdur.

45. Qeyd olunan faktlardan və cavabdeh tərəfindən iddiaçıya ünvanladığı məktubdan da aydın olduğu kimi cavabdeh "xxxx" MMC tərəfindən işlər və malların təhvil verilməsi tam yerinə yetirilməmişdir.

46. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh şirkətinin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini nəzərə alaraq, məhkəmə iddia ərizəsinin təmin olunması, cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cü il tarixli müqavilə üzrə 1.462.302 ABŞ dolları məbləğində pulun tutulmalı olması nəticəsinə gəlir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cü il tarixli müqavilə üzrə 1.462.302 (bir milyon dörd yüz altmış iki min üç yüz iki) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar