Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10560/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun etirafı barədə müqaviləsi, dəbbə pulu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 590,86 manat əsas borc, 110 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 730,86 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında xx.xx.2025-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır.Bu müqavilənin 1.1-ci bəndinə əsasən,borclu tələbkara cəmi 590,86 manat borcunun olduğunu etiraf edir.Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2025-ci il tarixinə qədər 590,86 manat-ı hissə hissə xx.xx.2025--cü il tarixindən başlayaraq hər ay 98.48 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür..Həmin vaxtdan cavabdeh ödəniş etməmiş və 590,86 manat əsas borc qalmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə görə borclu hər gecikdirilən gecikmə gününə görə qalıq borcun 0.2 faizi həcmində dəbbə pulu ödəyəcəkdir. Bu bəndə əsasən 110 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 590,86 manat əsas borc, 08 iyul 2025-cü ildən 08 dekabr 2025-ci ilə qədər 110 manat dəbbə pulu olmaqla cəmi 700,86 manat borcu yaranmışdır. Mülki Məcəllənin882.1.-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa,etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəlləni 882.2.-ci maddəsinə əsasənBu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi şirkətimiz tərəfindən tərtib olunan xx.xx.2025-cü il tarixlimüqavilə bu məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf özimzası ilə təsdiqləmişdir. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçiişəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. AR MPM-nin 40.2-ci maddəsinə əsasən Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. xx.xx.2025-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2cü maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, Tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli,borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə,tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq, MPM-nin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır, MPM-nin 40.1-ci maddəsinə əsasən, müqavilə aidiyyəti ərazi aidiyyətinin pozulmasına yol verməməlidir. Buna görə də Cavabdehsahibkarlıq fəaliyyəti ilə məşğul və vergi ödəyicisi olduğu üçün qeydiyyat ünvanına uyğun olaraq kommersiya mübahisəsinin həlli üçün iş Bakı Kommersiya Məhkəməsinə yüklənmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 590,86 manat əsas borc, 15 manat dəbbə pulu və 30 olmaqla, ümumilikdə 635,86 manat olmaqla tutularaq "A+CO" ASC-yə ödənilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli AC-İSS/xxxx-2025/ƏR saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 590,86 manat borcunun olduğunu etiraf edir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğini 08 iyul 2025-ci il tarixinə qədər 590,86 manatı hissə-hissə 08 fevral 2025-ci il tarixindən başlayaraq 06 ay müddətinə hər ay 98,48 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə xx.xx.2025-ci il tarixinə kimi qüvvədədir.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0.2%-i həcmində dəbbə pulu ödəyəcəkdir.
14. xx.xx.2025-ci il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında akta əsasən Cavabdeh mövcud borcunun 590,86 manat olması müəyyən edilmişdir.
15. Cavabdeh iddiaçı şirkətə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində 590,86 manat məbləğində borcu olmasını qəbul etdiyini və qeyd olunan məbləğin 2025-ci ilin iyul ayının 8-nə qədər ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Belə ki, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli AC-İSS/xx-xx-2025/ƏR saylı müqavilə bağlanmış, cavabdeh həmin müqavilə ilə iddiaçıya 590,86 manat ödənilməmiş borcunun olmasını etiraf etmiş, lakin bügunə kimi borc öhdəliyi üzrə hər hansı hərəkət edilməmişdir.
18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli AC-İSS/xx-xx-2025/ƏR saylı müqavilədən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdən keçirilə bilər.
19. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
20. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
21. Tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilərin bağlanması, müqavilədə qeyd edilən borc məbləği işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.
22. Buna görə də məhkəmə hesab edir ki, Saziş üzrə iddianın əsas borcun ödənilməsi tələbi ilə təmin olunması üçün əsaslar mövcuddur.
23. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 15 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 2.3-cü bəndinə istinad etmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
26. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
28. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 15 manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 590,86 manat əsas borc, 15 manat dəbbə pulu olmaqla cəmi 605,86 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova