Məhkəmə qərarları › İş №e-2-2(113)-1064/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1064/2022

22.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1064/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X6 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2nə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər X6 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və "xxxx" MMC-dən müştərək qaydada saxta materiallar nəticəsində ona dəymiş 41000 (qırx bir min) manat məbləğində maddi ziyan, 2500 manat mənəvi ziyan, vəkilə ödənilmiş 1000 manat və 301 manat dövlət rüsumu olmaqla, cəmi 44801 manat (qırx dörd min səkkiz yüz bir manat) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanındakı anbar satış obyektininin dam örtüyünün vurulması və materialların alınması üçün fərdi sahibkar X6 və Cavabdeh2 MMC ilə materialların alınması ilə bağlı 27 may 2021-ci il tarixli müqavilə və usta xidmətlərinin göstərilməsi haqqında 02 avqust 2021-ci il tarixli müqavilə bağlanmışdır. Bundan sonra dam örtüyünü quraşdırmaq üçün xxxxx tərəfindən materiallar əraziyə gətirilmiş və öz ustaları tərəfindən qeyd olunan obyektin dam örtüyü vurulmuşdur. Eyni zamanda görülən işlərə zəmanət verilmişdir. Bu işlərin görülməsi üçün tərəfindən ümumilikdə xxxxx a qəbzlərdə göründüyü kimi, 41000 (qırx bir min) manat pul ödənilmişdir. Lakin az müddət keçdikdən sonra yağış yağması nəticəsində vurulan dam örtüyünün 80 yerindən su damlamağa başlamışdır. Bununla bağlı a məlumat versə də, uzun sürən mübahisədən sonra o, öz işçilərini və 40 ədəd kley göndərmişdir. Lakin verilən kley çatmadığı üçün işçilər 300 manat dəyərində kleyi onun tərəfindən almağını və pulunu ın verəcəyini bildirmişdilər. Bundan sonra yağış yağması nəticəsində dam örtüyü yenidən təkrar damlamağa başlamışdır. Dam örtüyünün yenidən düzəldilməsini dəfələrlə a bildirsə də, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu günə kimi dam örtüyü düzəlməmiş, verilən 41000 manat pul geri qaytarılmamışdır. Başqa ustaları dəvət etmiş və onlar dam örtüyünün düzgün vurulmaması və materialların keyfiyyətsiz olması nəticəsində dam örtüyünün korlandığını, təzə materiallarla yenidən vurulmalı olduğunu bildirilmişlər. Təqdim etdiyi sənədlərlə cavabdehin ona vurduğu maddi ziyan aşkardır, zərərin məbləği kifayət qədər yüksəkdir və buna görə də hesab edir ki, cavabdeh ona vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdeh2 MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MMC-yə və X3 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ümumilikdə 44801 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, cavabdeh X6 ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında xxxxx tərəfindən iddiaçıya məxsus obyektin dam örtüyü vurulmuşdur. Həmin işlərin görülməsi üçün xxxxxa 41000 manat pul ödənilmişdir. Lakin işlər görülüb qurtardıqdan bir müddət sonra yağış yağması nəticəsində dam örtüyü 80 yerdən su buraxmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi ilə tanış olduqda görünür ki, mübahisə mövcuddursa belə, bu, İddiaçı ilə X6 arasındadır. Cavabdeh2 MMC-nin hazırkı mübahisəyə hansı formada aidiyyətinin olması, onun tərəfindən hansı hüquq pozuntusuna yol verilməsi iddia tələbində qeyd olunmamış, yalnız iddianın bir hissəsində tərəf hansısa ustaları dəvət etdiyini və həmin ustaların materialların keyfiyyətsiz olmasını demələrini qeyd etmişdir. Cavabdeh2 MMC-nin tərəf olaraq hazırkı iddiaya cavabdeh kimi cəlb edilməsi və 44801 manat pulun müştərək qaydada ondan tələb olunması absurddur və heç bir hüquqi əsası yoxdur. Bunu təkcə iddiaçının özünün tərtib etdiyi iddia ərizəsinə əsaslanaraq belə söyləmək mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh2 MMCnin yol verdiyi mülki hüquq pozuntusunun nədən ibarət olması iddia tələbində qeyd olunmamış və əsaslandırılmamışdır. Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış GMRKM-001 saylı müqavilə əsasında nəzərdə tutulmuş məhsul qarşı tərəfə verilmişdir. Həmin müqavilənin 6-cı maddəsində satıcının malın keyfiyyətinə 1 il müddətinə zəmanət verilməsi qeyd olunmuşdur. Müqavilənin 8-ci maddəsində qeyd olunmuşdur ki, zəmanət müddəti ərzində təchiz olunmuş malların keyfiyyəti müqavilənin texniki şərtlərinə uyğun gəlmədikdə alıcı malın texniki göstəricilərinin tələblərinə uyğunsuzluğunun aşkar etdiyi tarixdən ən gec 15 gün ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Müqavilənin şərtlərində qeyd olunan müddət ərzində iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə məhsulun keyfiyyətsiz olması ilə bağlı hər hansı irad və ya etiraz nə şifahi, nə də yazılı şəkildə bildirilməmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarında olan xx.xx.2021 -ci il tarixli, 596 saylı mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2021 -ci il tarixli qaimə fakturada qeyd olunan üst - 0.32 mm, alt - 0.28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqəsinin qalınlığı -0.2 mm-dir. Cavabdeh2 MMC tərəfindən müqavilə şərtlərində iddiaçıya satılmış sendviç panellərin ölçüləri ilə bağlı hər hansı şərtlər əvvəlcədən razılaşdırılmamış, bu barədə heç bir qaimə verilməmişdir. Qeyd olunan qaimə usta xidməti göstərən X6 tərəfindən iddiaçıya təqdim edilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdilməsi və azaldılması” barədə ərizə verərək, 41263 (qırx bir min iki yüz altmış üç ) manat vurulmuş zərərə görə məbləğin, 200 (iki yüz) manat mediasiya xərcinin və 26 (iyirmi altı) manat dövlət rüsumunun, cəmi 41489 manat (qırx bir min dörd yüz səksən doqquz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC iddia tələbinin həcminin dəqiqləşdilməsi və azaldılması” barədə ərizəyə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında xxxxx tərəfindən iddiaçıya məxsus obyektin dam örtüyü vurulmuşdur. Həmin işlərin görülməsi üçün xxxxxa 41000 manat pul ödənilmişdir. Lakin, işlər görülüb qurtardıqdan bir müddət sonra yağış yağması nəticəsində dam örtüyü 80 yerdən su buraxmışdır. İddia tələbinin həcminin dəqiqləşdilməsi və azaldılması” barədə ərizə rəqəmlərin dəqiqləşdirilməsi və məhkəmə tərəfindən təyin edilib keçirilmiş ekspertizaya istinad edilməsi hissəsini çıxmaq şərtilə ilkin iddia ərizəsini təkrarlayır. Hazırkı sənədlərdə də Cavabdeh2 MMC tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın nədən ibarət olması, hansı səbəbə görə müştərək qaydada 41489 manat pulun tutulması aydın deyildir. Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə əsasında nəzərdə tutulmuş məhsul qarşı tərəfə verilmişdir. Həmin müqavilənin 6-cı maddəsində satıcının malın keyfiyyətinə 1 il müddətinə zəmanət verilməsi qeyd olunmuşdur. Müqavilənin 8-ci maddəsində qeyd olunmuşdur ki, zəmanət müddəti ərzində təchiz olunmuş malların keyfiyyəti müqavilənin texniki şərtlərinə uyğun gəlmədikdə alıcı malın texniki göstəricilərinin tələblərinə uyğunsuzluğunun aşkar etdiyi tarixdən ən gec 15 gün ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Müqavilənin şərtlərində qeyd olunan müddət ərzində iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə məhsulun keyfiyyətsiz olması ilə bağlı hər hansı irad və ya etiraz nə şifahi, nə də yazılı şəkildə bildirilməmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarında olan, tərəfin də dəfələrlə istinad etdiyi xx.xx.2021-ci il tarixli, 596 saylı mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32mm, alt – 0,28mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2mm-dir. Cavabdeh2 MMC tərəfindən müqavilə şərtlərində iddiaçıya satılmış sendviç panelllərin ölçüləri ilə bağlı hər hansı şərtlər əvvəlcədən razılaşdırılmamış, bu barədə heç bir qaimə verilməmişdir. Qeyd olunan qaimə usta xidməti göstərən X6 tərəfindən iddiaçıya təqdim edilmiş, sonuncu da bunu Cavabdeh2 MMC ilə razılaşdırmamışdır. İddiaçı tərəfindən eyni iddia tələbinə həm Cavabdeh2 MMC, həm də X4 cavabdeh qeyd etməsi düzgün deyildir, iddia tələbində göstərilən predmetlər, tərəflər və tələblər tamamilə fərqlidir. Cavabdeh2 MMC-dən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, X1 isə vurulmuş ziyanın ödənilməsi tələb olunur. Cavabdehlərdən niyə görə müştərək qaydada vurulmuş ziyanın tutulması iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, mallar iddiaçıya təqdim edilməmişdən öncə yarım metrlik nümunə göndərilmiş və iddiaçı həmin nümunəni bəyənərək malları almağa razı olmuşdur. İddiaçıya məxsus obyektin dam örtüyündə ferma adlanan dəmirlər aralı olduğundan ona bildirmişdir ki, bu şəkildə dam örtüyünün vurulması qüsurların yaranmasına səbəb ola bilər. Lakin iddiaçı təkidlə dam örtüyünün göstərdiyi formada vurulmasını və özünün də bu sahədə bilikləri olduğunu bildirmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə rəy verən ekspert bildirdi ki, iddiaçıya məxsus obyektə baxış keçirmişlər. Nərdivanla dam örtüyünə qalxaraq baxılıb. Normaya görə dam örtüyünün hissələri 10 sm bir-birinin üzərində olmalıdır. İddiaçıya məxsus obyektin dam örtüyündə isə təxminən 5-7 sm idi. Baxış keçirilən zaman dam örtüyünə yapışqan vurulduğu müəyyən edildi. Həmin yapışqan da isti və ya soyuq hava şəraitindən qopa bilər. Çox güman ki, sonradan yapışqan vurulan zaman dam örtüyünün üzərinə çıxılmışdır. Qüsur arakəsmələrdən də ola bilər. Obyekt təmirli idi deyə həmin hissəyə baxa bilməmişdir. Sendviç panellər bir-birinin üzərində yaxşı oturmamışdı. Eyni zamanda kip şəkildə bağlanmamışdı. Sendviç panellərin alt və üst hissəsindəki metal təbəqələrin qalınlığı nə qədər çox olarsa, sendviç panel də bir o qədər az əyilər. Arakəsmələr arasındakı məsafə 90 sm əvəzinə 150 sm olsa, metal təbəqənin qalınlığı 0,2 mm deyil, 0,4 mm olsa belə, yenə də qüsur ola bilərdi. Cavabdeh2 Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Məhdud Məhdud Cəmiyyətinin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, onlara münasibətdə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Alıcı” İddiaçı ilə “Satıcı” Cavabdeh2 Məhdud Məhdud Cəmiyyəti arasında 27 may 2021-ci il tarixli, GMRKM-001 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqaviləyə əlavə edilmiş əlavələrdə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə imzalandıqdan sonra alıcı hesabfakturada göstərilən ümumi məbləğin 100 faizi əvvəlcədən köçürmə yolu ilə ödəyir. - xx.xx.2021-ci il tarixli qaimə fakturadan görünür ki, xxxxx tərəfindən cəmi məbləği 41000 manat məbləğində olan mal-material İddiaçınə təhvil verilmişdir. Həmin qaimə fakturada sendviç panelin alt qalınlığı 0,28mm, üst qalınlığı isə 0,32mm olaraq qeyd edilmişdir. - “Sifarişçi” İddiaçı ilə “İcraçı” X6 arasında 02 avqust 2021-ci il tarixli, 01/2021 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən obyektdə müqaviləyə əlavədə qeyd edilmiş işlərinin görülməsini icraçıya sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən işləri etməyi öhdəsinə götürür. - 02 avqust 2021-ci il tarixli, 01/2021 saylı müqaviləyə əlavə 1-ə əsasən sifarişçi və icraçı görülmüş işlərin dəyərinin 4300 manat məbləğində olması ilə bağlı razılığa gəlmişlər. - 02 avqust 2021-ci il tarixli, 01/2021 saylı müqavilə üzrə təhvil-təslim aktından görünür ki, görülmüş işlərin dəyəri 4300 manat təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 050612 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh2 Məhdud Məhdud Cəmiyyəti tərəfindən İddiaçınə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36744,01 manat (ƏDV daxil) təşkil edir. - 11.09.2021-ci il tarixli, EBBH seriyalı, 974349 nömrəli elektron qaimədən müəyyən edilir ki, X6 tərəfindən İddiaçınə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4300 manat təşkil edir. - 30.08.2021-ci il tarixli, GİF/4 seriyalı, 704203 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən X3 1800 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4064 saylı ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeroportunun qərb hissəsində - Maştağa qəsəbəsi, Zabrat- Maştağa yolu 3 ünvanında yerləşən İddiaçınə məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “dam örtükləri, layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Sözügedən dam örtüyündə aşkar olunmuş qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması mümkün deyildir. Aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeroportunun qərb hissəsində - Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu 3 ünvanında yerləşən İddiaçınə məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyünün düzgün quraşdırılmadığını və qüsurlu vəziyyətdə olduğunu, həmin qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığını nəzərə alaraq, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41263 manat məbləğində olduğu müəyyən olunur. Tədqiq olunan anbar tikintisinin üzərinə döşənmiş sendviç panelin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığı təqdim edilmiş xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32mm, alt – 0,28mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2mm-dir. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia tələbi cavabdeh X3 münasibətdə qismən təmin olunmalı, Cavabdeh2 MMC-yə münasibətdə isə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1-ci maddəsinə əsasən sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2-ci maddəsinə əsasən sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3-cü maddəsinə əsasən podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (alıcı) ilə Cavabdeh2 MMC (satıcı) arasında 27 may 2021-ci il tarixli, GMRKM-001 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 02 avqust 2021-ci il tarixdə İddiaçı” (sifarişçi) ilə X6 (icraçı) arasında podrat müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı hər iki müqavilə üzrə tərəf olmuşdur və podratçı satıcıdan alınan malmaterialdan istifadə edərək iddiaçı üçün podrat işlərini yerinə yetirmişdir. İddiaçı həmin işlərin nəticəsi olaraq 41263 (qırx bir min iki yüz altmış üç ) manat məbləğində zərərə məruz qaldığını əsas gətirərək həmin məbləğin cavabdehlərdən tutulmasına dair iddia irəli sürmüşdür. Belə ki, iddiaçı hesab edir ki, həm mal-material keyfiyyətsiz olmuş, həm də işlər qüsurlu görülmüşdür. Yuxarıda qeyd olunan nəticəyə gələrkən məhkəmə aşağıdakıları nəzərə almışdır. Əvvəla, alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavə edilmiş əlavələrdə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etməyi, alıcı isə hesab-fakturada göstərilən ümumi məbləğin 100 faizini əvvəlcədən köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallarla bağlı müqaviləyə əlavələr bağlanmamışdır. Mal-materiallar verilmiş və dəyəri ödənilmişdir. Görülən işlərdə istifadə olunan həmin mal-materialların təqdim olunmasına dair qaimə faktura xx.xx.2021-ci il tarixdə X6 və iddiaçı tərəfindən imzalanmışdır. Həmin qaimə fakturada sendviç panelin alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olaraq qeyd edilmişdir. Ekspert rəyinə əsasən anbar tikintisinin üzərinə döşənmiş sendviç panelin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığının xx.xx.2021-ci il tarixli qaimə fakturada qeyd olunan üst – 0,32 mm, alt – 0,28 mm ölçülərlə üst-üstə düşmədiyi, sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığının 0,2 mm olduğu müəyyən olunmuşdur. Cavabdeh2 MMC-nin nümayəndəsi onlar tərəfindən məhz alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olan sendviç panellərin satıldığını bildirməmiş, qalınlığın 0,2 mm olduğunun müəyyən olunması halını mübahisələndirməmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaçı ilə metal təbəqənin qalınlığı ilə bağlı razılaşmalarının olmadığını qeyd etmişdir. Bundan başqa, Cavabdeh2 MMC-nin öz öhdəliklərini pozması nəticəsində iddiaçıya zərərin vurulması, məhz metal təbəqənin müəyyən olunan qalınlığının iddiaçıya zərər vurulmasına səbəb olduğu müəyyən olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh2 MMC-yə münasibətdə təmin olunmamalıdır. Cavabdeh X6 və iddiaçı arasında bağlanan müqavilədə qeyd olunur ki, sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən obyektdə müqaviləyə əlavədə qeyd edilmiş işlərinin görülməsini icraçıya sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən işləri yerinə yetirməyi öhdəsinə götürür. Qeyd olunan işlər görülmüş və dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçınə məxsus göstərilən ünvanda yerləşən bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “dam örtükləri, layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Dam örtüyündə aşkar olunmuş qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması mümkün deyildir. Dam örtüyünün düzgün quraşdırılmadığını və qüsurlu vəziyyətdə olduğunu, həmin qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığını nəzərə alaraq, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41263 manat məbləğində olduğu müəyyən olunur. Beləliklə, cavabdeh X6 işi qüsurlu görmüş, nəticədə iddiaçıya 41263 manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında cavabdeh qeyd etdi ki, iddiaçıya məxsus obyektin dam örtüyündə ferma adlanan dəmirlər aralı olduğundan iddiaçıya bildirdi ki, bu şəkildə dam örtüyünün vurulması qüsurların yaranmasına səbəb ola bilər. Lakin iddiaçı təkidlə dam örtüyünün göstərdiyi formada vurulmasını və özünün də bu sahədə biliklərinin olduğunu dedi. Həmin halla bağlı qeyd olunmalıdır ki, göstərilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçının müqavilədən imtina etmək və vurulan zərərin əvəzini ödəməyi tələb etmək hüququ olmuşdur. Ona göə də cavabdeh məhz iddiaçının göstərişini nəzərə alaraq qüsurlu iş görməsinə haqq qazandıra bilməz. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Dam örtüyünün normalara uyğun quraşdırılmaması iş materiallarına əlavə olunmuş ekspert rəyi ilə öz təsdiqini tapır. Beləliklə, cavabdeh X6 öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir və ona görə də iddiaçı dəymiş zərərin ondan tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 iddiaçı ilə arasında bağlanmış 02 avqust 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya zərər dəymişdir. Cavabdeh Ş.xxxxxun öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində yaranmış qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması və eyni zamanda iddiaçı tərəfindən digər cavabdehdən alınmış malmaterialın dam örtüyündə yenidən istifadə edilməsi mümkün deyildir. Bu hal ekspert rəyi və verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Ş.xxxxx tərəfindən qüsurlu olaraq görülmüş iş nəticəsində iddiaçıya məxsus olan mal-material yararsız hala düşmüşdür. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını, işin faktiki hallarını, cavabdeh Ş.xxxxxun müqavilədə nəzərdə tutulan xidmətin lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığını və vurduğu zərərin əvəzini ödəməli ödəməli olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş maddi ziyana görə cavabdeh X1 41263 manat məbləğində vurulmuş zərər tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin digər hissələrini ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 26 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Müəyyən olunur ki, iddiaçı tərəfindən qeyd olunan məbləğlərdə mediasiya xərci və rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə (41263 manat) ödənilməli olan dövlət rüsumunun məbləği 213,79 manat təşkil edir. İddiaçı mediasiya prosesi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödədiyindən həmin hissədə dövlət rüsumu ödəməkdən azad olunur və iddiaçı tərəfindən əlavə olaraq ödənilməli dövlət rüsumun məbləği 26 manat deyil, 13,79 manat təşkil edirdi. Qeyd olunan normaların tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə qismən təmin edilməli, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,79 manat (on üç manat yetmiş doqquz qəpik) məbləğində pul cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 41263 (qırx bir min iki yüz altmış üç) manat məbləğində vurulmuş zərər, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,79 manat (on üç manat yetmiş doqquz qəpik) olmaqla, cəmi 41476,79 manat (qırx bir min dörd yüz yetmiş altı manat yetmiş doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar