Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1070/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 nümayəndəsi X4 Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 firmasına və Cavabdeh5nə qarşı cavabdehlərdən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində ******* manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı cavabdehlərdən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində ******* manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3, Cavabdeh4 firması və Cavabdeh5 cavabdehlər qismində işə cəlb edilmişlər. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda 16.06.2021-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X13 X3 publik hüquqi şəxsi (VÖEN: **********), İdarə Heyətinin sədri Samir Qurbanov şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh2 (VÖEN.**********), İdarə Heyətinin sədri Tofik Gamidov şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 (VÖEN: **********), direktoru X6 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən “Cavabdeh5" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), direktoru X8 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh4 firması (VÖEN: **********), direktoru X2 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 oğlu (VÖEN: **********), nümayəndəsi Səməd-zadə Rəşad Fikrət oğlunun şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), birlikdə “Tərəflər” adlandırılacaqlar, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçının Cavabdehlərə qarşı “faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e- 2-2(103)-1070/2021 saylı kommersiya iş üzrə Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsini məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. Cavabdehlər İddiaçının maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını qismən, yəni 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat, 00 qəpik) manat məbləğində (həcmində) qəbul edirlər;
2. Cavabdehlər 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat, 00 qəpik) manat məbləğində pulu X11 Bərpası üzrə Dövlət Fonduna (Rekvizit: X7, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hesablaşma hesabı: AZ07CTRE********************, Vöen: **********, büdcə təsnifatının kodu: 142583, büdcə səviyyəsinin kodu: 3, Elektron köçürmə: *3/142583/5218401, xəzinə kitabının nömrəsi: 5218401) köçürmə yolu ilə 2021-ci ilin iyun ayından başlamaqla hər ayın 30-dan gec olmamaqla ümumilikdə 12 (on iki) ay müddətində - 16 iyun 2022-ci il tarixədək aşağıda göstərilən qaydada ödəməyi öhdələrinə götürürlər: 2.1. İlkin ödəniş qismində Saziş üzrə məbləğin 20 %-i, yəni 51632,00 AZN (əlli bir min altı yüz otuz iki manat, 00 qəpik) məbləğində pul 30 iyun 2021-ci il tarixədək ödənilir; 2.2. Qalan 206528,00 AZN (iki yüz altı min beş yüz iyirmi səkkiz manat, 00 qəpik) məbləğində pul növbəti 11 (on bir) ay müddətində hər ay 18776,00 AZN (on səkkiz min yeddi yüz yetmiş altı manat, 00 qəpik) məbləğində ödənilməsi şərtilə 30 iyun 2022-ci il tarixədək ödənilir;
3. İddiaçı maddi ziyanın faktiki həcminin 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat,00 qəpik) manat məbləğində olmasını təsdiq edir, iddia tələbinin qalan hissəsindən imtina edir, Cavabdehlərə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür;
4. Bu Saziş qüvvəyə minməsindən sonra, Türkan qəsəbəsində yerləşən “Türkan-1” və “Türkan-2” əhəngdaşı faydalı qazıntı yataqlarında (bundan sonra Sazişdə “faydalı qazıntı yataqları”) cavabdehlərin hesabına geoloji ekspertiza işləri aparılaraq qalıq ehtiyat müəyyən olunur.
5. “Faydalı qazıntı yataqları’’nda aparılmış geoloji ekspertizaya əsasən müəyyən olunan qalıq ehtiyata münasibətdə mədən vergisinin 10 (on) faizi məbləğində birdəfəlik ödəniş məbləği müəyyən olunur. Həmin məbləğ Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 firması və fərdi sahibkar X9 oğlu tərəfindən ödənildikdən sonra, İddiaçı “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu bəndə qeyd olunan Cavabdehlərə birbaşa danışıqlar yolu, “faydalı qazıntı yataqları”nı tam istismar olunması məqsədilə 11 (on bir) ay müddətinə “Dağ-mədən ayırması” aktı verməyi öhdəsinə götürür;
6. Bu Sazişin 5-ci bəndində qeyd olunan “Dağ-mədən ayırması” aktının müddətinin sonunda yataqlarda qalan faydalı qazıntının həcmi istismara imkan verərsə onun müddətinin uzadılması ilə bağlı məsələyə Tərəflər arasında yenidən baxıla bilər;
7. Cavabdeh2 MMC tərəfindən bu Saziş üzrə öhdəliklərin Cavabdehlər tərəfindən yerinə yetiriləcəyinə və müvafiq məbləğin (258160,00 AZN) ödəniləcəyinə zəmanət verilir;
8. Cavabdehlər “faydalı qazıntı yataqları”nda aidiyyəti dövlət təşkilatı tərəfindən təsdiq olunmuş rekultivasiya planına uyğun olaraq əvəzsiz qaydada rekultivasiya işləri aparmağı öhdələrinə götürürlər. Zərurət olarsa, rekultivasiya işlərinin icrası qaydası, müddəti, həcmi və Cavabdehlərin həmin işləri icra etmə öhdəliyinə görə maddi məsuliyyəti Cavabdehlər arasında imzalanmış xüsusi sazişlə (razılaşmada) tənzimlənəcəkdir;
9. Cavabdehlər yerin təkindən istifadə ilə bağlı razılıq və lisenziyaların alınmasına və ya alınmamasının nəticələrinə, o cümlədən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasına görə özləri məsuliyyət daşıyırlar;
10. Cavabdehlər tərəfindən bu Sazişin 2-ci bəndində müəyyən olunmuş ödəniş şərtləri və müddətlərinin 2 (iki) dəfə ardıcıl pozulması bu Saziş üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının bu Saziş üzrə Cavabdehlər barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır;
11. Cavabdehlər tərəfindən bu Saziş üzrə öhdəliklər icra edilmədiyi təqdirdə, İddiaçının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Cavabdehlərə verilmiş “Dağ-mədən ayırması” aktlarını ləğv etmək hüququ vardır;
12. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 firması və fərdi sahibkar X9 oğlu bu Saziş üzrə öhdəliklərin icra edilməməsi nəticəsində “xxxx” MMC-yə dəymiş maddi ziyana və çəkdiyi xərclərə görə “xxxx” MMC qarşısında tam maddi məsuliyyət daşıyırlar. Cavabdehlər Sazişin 8-ci bəndinə uyğun olaraq, rekultivasiya işlərinə dair öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə, “xxxx” MMC İddiaçıya “Dağ-mədən ayırması” aktının ləğv edilməsi barədə müraciət etmək hüququ vardır;
13. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir;
14. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir;
15. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar;
16. X17 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 3 (üç) səhifədən ibarət olan 7 (yeddi) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, beşi Cavabdehlərdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflər ərizələrlə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X3 ilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 firması və Cavabdeh5 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X13 X3 publik hüquqi şəxsi (VÖEN: **********), İdarə Heyətinin sədri Samir Qurbanov şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh2 (VÖEN.**********), İdarə Heyətinin sədri Tofik Gamidov şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 (VÖEN: **********), direktoru X6 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən “Cavabdeh5" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), direktoru X8 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh4 firması (VÖEN: **********), direktoru X2 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), Azərbaycan Respublikasının qanunları əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 oğlu (VÖEN: **********), nümayəndəsi Səməd-zadə Rəşad Fikrət oğlunun şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), birlikdə “Tərəflər” adlandırılacaqlar, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçının Cavabdehlərə qarşı “faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e- 2-2(103)-1070/2021 saylı kommersiya iş üzrə Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsini məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. Cavabdehlər İddiaçının maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını qismən, yəni 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat, 00 qəpik) manat məbləğində (həcmində) qəbul edirlər;
2. Cavabdehlər 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat, 00 qəpik) manat məbləğində pulu X11 Bərpası üzrə Dövlət Fonduna (Rekvizit: X7, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hesablaşma hesabı: AZ07CTRE********************, Vöen: **********, büdcə təsnifatının kodu: 142583, büdcə səviyyəsinin kodu: 3, Elektron köçürmə: *3/142583/5218401, xəzinə kitabının nömrəsi: 5218401) köçürmə yolu ilə 2021-ci ilin iyun ayından başlamaqla hər ayın 30-dan gec olmamaqla ümumilikdə 12 (on iki) ay müddətində - 16 iyun 2022-ci il tarixədək aşağıda göstərilən qaydada ödəməyi öhdələrinə götürürlər: 2.1. İlkin ödəniş qismində Saziş üzrə məbləğin 20 %-i, yəni 51632,00 AZN (əlli bir min altı yüz otuz iki manat, 00 qəpik) məbləğində pul 30 iyun 2021-ci il tarixədək ödənilir; 2.2. Qalan 206528,00 AZN (iki yüz altı min beş yüz iyirmi səkkiz manat, 00 qəpik) məbləğində pul növbəti 11 (on bir) ay müddətində hər ay 18776,00 AZN (on səkkiz min yeddi yüz yetmiş altı manat, 00 qəpik) məbləğində ödənilməsi şərtilə 30 iyun 2022-ci il tarixədək ödənilir;
3. İddiaçı maddi ziyanın faktiki həcminin 258160,00 AZN (iki yüz əlli səkkiz min yüz altmış manat,00 qəpik) manat məbləğində olmasını təsdiq edir, iddia tələbinin qalan hissəsindən imtina edir, Cavabdehlərə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür;
4. Bu Saziş qüvvəyə minməsindən sonra, Türkan qəsəbəsində yerləşən “Türkan- 1” və “Türkan-2” əhəngdaşı faydalı qazıntı yataqlarında (bundan sonra Sazişdə “faydalı qazıntı yataqları”) cavabdehlərin hesabına geoloji ekspertiza işləri aparılaraq qalıq ehtiyat müəyyən olunur.
5. “Faydalı qazıntı yataqları’’nda aparılmış geoloji ekspertizaya əsasən müəyyən olunan qalıq ehtiyata münasibətdə mədən vergisinin 10 (on) faizi məbləğində birdəfəlik ödəniş məbləği müəyyən olunur. Həmin məbləğ Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 firması və fərdi sahibkar X9 oğlu tərəfindən ödənildikdən sonra, İddiaçı “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu bəndə qeyd olunan Cavabdehlərə birbaşa danışıqlar yolu, “faydalı qazıntı yataqları”nı tam istismar olunması məqsədilə 11 (on bir) ay müddətinə “Dağ-mədən ayırması” aktı verməyi öhdəsinə götürür;
6. Bu Sazişin 5-ci bəndində qeyd olunan “Dağ-mədən ayırması” aktının müddətinin sonunda yataqlarda qalan faydalı qazıntının həcmi istismara imkan verərsə onun müddətinin uzadılması ilə bağlı məsələyə Tərəflər arasında yenidən baxıla bilər;
7. Cavabdeh2 MMC tərəfindən bu Saziş üzrə öhdəliklərin Cavabdehlər tərəfindən yerinə yetiriləcəyinə və müvafiq məbləğin (258160,00 AZN) ödəniləcəyinə zəmanət verilir;
8. Cavabdehlər “faydalı qazıntı yataqları”nda aidiyyəti dövlət təşkilatı tərəfindən təsdiq olunmuş rekultivasiya planına uyğun olaraq əvəzsiz qaydada rekultivasiya işləri aparmağı öhdələrinə götürürlər. Zərurət olarsa, rekultivasiya işlərinin icrası qaydası, müddəti, həcmi və Cavabdehlərin həmin işləri icra etmə öhdəliyinə görə maddi məsuliyyəti Cavabdehlər arasında imzalanmış xüsusi sazişlə (razılaşmada) tənzimlənəcəkdir;
9. Cavabdehlər yerin təkindən istifadə ilə bağlı razılıq və lisenziyaların alınmasına və ya alınmamasının nəticələrinə, o cümlədən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasına görə özləri məsuliyyət daşıyırlar;
10. Cavabdehlər tərəfindən bu Sazişin 2-ci bəndində müəyyən olunmuş ödəniş şərtləri və müddətlərinin 2 (iki) dəfə ardıcıl pozulması bu Saziş üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının bu Saziş üzrə Cavabdehlər barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır;
11. Cavabdehlər tərəfindən bu Saziş üzrə öhdəliklər icra edilmədiyi təqdirdə, İddiaçının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Cavabdehlərə verilmiş “Dağ-mədən ayırması” aktlarını ləğv etmək hüququ vardır;
12. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 firması və fərdi sahibkar X9 oğlu bu Saziş üzrə öhdəliklərin icra edilməməsi nəticəsində “xxxx” MMC-yə dəymiş maddi ziyana və çəkdiyi xərclərə görə “xxxx” MMC qarşısında tam maddi məsuliyyət daşıyırlar. Cavabdehlər Sazişin 8-ci bəndinə uyğun olaraq, rekultivasiya işlərinə dair öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə, “xxxx” MMC İddiaçıya “Dağ-mədən ayırması” aktının ləğv edilməsi barədə müraciət etmək hüququ vardır;
13. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir;
14. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir;
15. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar;
16. X17 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 3 (üç) səhifədən ibarət olan 7 (yeddi) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, beşi Cavabdehlərdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev