Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-108/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hesabına əsassız yaranmış 43,380 manat borcun silinməsinə dair və mediasiya təşkilatına ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "Collezione İtalia” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı “Azərişıq’ ASC-nin balans və xidmətində olan gərginliyi 35/10 kV-luq, gücü 2x25 olan 218 saylı yarımstansiyanın (YS) 10 kV-luq paylayıcı qurğusundan (PQ) 2 dövrəli kabel xətti çəkilmiş və obyektdə quraşdırılmış 10/0.4 kV-luq. gücü 2x2500 kVA olan 3298 saylı transformator məntəqəsi (TM) vasitəsilə yerinə yetirilir. Belə ki, qeyri-yaşayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı 218 saylı yarımstansiyanın (YS) 10 kV-luq PQ-də quraşdırılmış müvafiq olaraq 2 ədəd "LUNA" markalı 69206055; 69206498 zavod nömrəli, dövlət möhürləri 1152121: İİ534 15. alt qapaq möhürləri 790236; 790239. göstərişləri 476.640: 2771.967 olan hesablaşma elektrik sayğacları vasitəsi ilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında 06/22-594 (**********20594; **********20595) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən obyektin qonşuluğunda yerləşən "xxxx"xxxx"Collezione İtaly” MMC-nin balans və xidmətində olan gərginliyi 10/0.4 kV-luq. gücü 2x2500 kVA olan 3298 say lı TM-in 10 kV-luq PQ-dəıı 1 dövrəli kabel xətli çəkilmiş və "xxxx" MMC-yə quraşdırılmış 10/0.4 kVluq. gücii 1x1600 kVA olan 3472 saylı TM vasitəsilə yerinə yetirilir. Qeyri yuçayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı 3472 saylı TM-in 10 kV-luq PQ-də quraşdırılmış 1 ədəd "LUNA” markalı. 69208058 zavod nömrəli, dövlət möhürü ******* alt qapaq möhürü 883055. göstərişi 1277,019 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır və "Azərişıq” ASC-nin kompüter məlumat bazasında 06/18-2 (**********0631) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. "Autolux” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompüter məlumat bazasında xx.xx.2019-cu il tarixində qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-eu İl tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olaraq 43.380 manat məbləğində əlavə məbləğ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə tərəfimizdən müraciət olunmuşdur. Nazirliyin 24 fevral 2022-ci il tarixli AERA-20-807/22 nömrəli məktubuna əsasən bu məsələ öz təsdiqini tapmışdır, lakin sözügedən borcun silinməsi "xxxx" ASC-nin səlahiyyətində olduğu qeyd edilmişdir. Əlavə olaraq onu da qeyd edək ki, "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə tərəflərindən pretenziya məktubu göndərilərək əsassız yaranmış borcun silinməsi barədə müraciət olunmuşdur lakin borcun silinməsi ilə bağlı hər hansı rəsmi cavab verilməmişdir bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 28 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən istifadə olunmamış işıq sərfiyyatına görə cavabdehə artıq ödənilmiş 90,999 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması və cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 verdiyi izahatda bildirdi ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrü üçün 43380 manat məbləğində çıxılmanı həqiqətən də aparmamışdır. Ona görə də bu hissədə iddia tələbini qəbul edirlər. Lakin ondan sonrakı dövr üçün hesablanmış məbləği qəbul etmirlər. Belə ki, bu hissədə cavabdeh tərəfindən çıxılma tam olaraq həyata keçirilmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, hüquqi şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək istifadə edilməmiş işıq sərfiyyatına görə "xxxx" ASC-yə 90999 manat məbləğ artıq ödənilmişdir. -İş materiallarına əlavə edilmiş hesab fakturalardan məlum olur ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə işıq sərfiyyatına görə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 8910 manat, 18.022019-xx.xx.2019-cu il dövrü üçün 13014 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 8316 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 11070 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 19980 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 35640 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 40230 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 31311 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 12249 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 11790 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 11700 manat, xx.xx.2019-xx.xx.2020-ci il dövrü üçün 14850 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 13140 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 10530 manat, xx.xx.2020xx.xx.2020-ci il dövrü üçün 7740 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 7650 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 16200 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 22050 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 30060 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 32220 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 16226.28 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 11880 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 8190 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 13500 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 12960 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 12019.86, xx.xx.2020xx.xx.2020-ci il dövrü üçün 12480.93 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 14870.88 manat olmaqla borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş hesab fakturalardan məlum olur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 6840 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 2880 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 3960 manat, xx.xx.2019-cu il dövrü çün 4500 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 4320 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 8460 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 10080 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 9540 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 7380 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 6840 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 5580 manat, xx.xx.2019-xx.xx.2020-ci il dövrü üçün 6480 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 6300 manat, xx.xx.2020-xx.xx.2020-cu il dövrü üçün 4860 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 3600 manat, xx.xx.2020-xx.xx.2020-ci dövrü üçün 3690 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 6480 manat, xx.xx.2020xx.xx.2020-ci il dövrü üçün 6300 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 7740 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 10440 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 7020 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 5400 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 3960 manat, xx.xx.2020-xx.xx.2021-ci il dövrü üçün 5940 manat, xx.xx.2021xx.xx.2021-ci il dövrü üçün 5400 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 5867.10 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 4909.50 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 4914.72 manat borc hesablanmışdır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AERA- 20-807/22 nömrəli, AERA-20-807/22 nömrəli məktubla bildirilmişdir ki, "Autolux” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompüter məlumat bazasında xx.xx.2019cu il tarixində qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-eu İl tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olaraq 43.380 manat məbləğində əlavə dəyər yaranmışdır. - İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 43,380 manat məbləğində borcun silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə İddiaçı MMC tərəfindən istifadə edilməmiş işıq sərfiyyatına görə "xxxx" ASC-yə artıq ödənilmiş 90,999 manat məbləğində pulun geri qaytarılması ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hazırki işin hallarından məlum olur ki, İddiaçı MMC-nin yaxınlığında yerləşən "xxxx" MMC-nin enerji təchizatı iddiaçının balans və xidmətində olan kabel xətti və müvafiq transformator məntəqəsi vasitəsilə həyata keçirilir. xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə məxsus olan qeyri yaşayış sahəsi qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-xx.xx.2019-cu il üzrə sayğac göstərişləri məlumat bazasına daxil edilmişdir. Lakin iddiaçı tələbində iddia edir ki, xx.xx.2019-xx.xx.2019-cu il dövrləri üçün cavabdeh tərəfindən sayğac göstəriciləri iddiaçının hesabından ümumiyyətlə çıxılmamış, xx.xx.2019-xx.xx.2020-ci illər üzrə isə hesabatlarda çıxılma qismən nəzərdə alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf isə iddianı qismən qəbul etmiş, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını təsdiqləmiş, mübahisələndirilən digər dövr üzrə iddianı qəbul etməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində bildirilmişdir ki, "xxxx" MMCyə hesablanmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə 50580 manat məbləğində ümumiyyətlə çıxılmalar nəzərə alınmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək isə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılma nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən sonra isə "xxxx" MMC-yə yazılan faktura İddiaçı MMC-dən tam olaraq çıxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir.Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.13-cü maddəsinə əsasən subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Beləliklə, məhkəməyə təqdim edilmiş, həm "xxxx" MMC, həm də İddiaçı MMC tərəfindən işıq sərfiyyatına görə tərtib edilmiş hesab fakturalar və ekspert rəyi ilə təsdiq edilir ki, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə "xxxx" MMC-yə hesablanmış 50580 manat məbləğində pul ümumiyyətlə, İddiaçı MMC-dən çıxılmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ümumilikdə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılmalar isə nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən etibarən isə çıxılmalar tam şəkildə həyata keçirilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 90,999 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Belə ki, "xxxx" ASC tərəfindən də məhkəməyə "xxxx" MMC-yə yazılan borc məbləğlərinin İddiaçı MMC-nin hesabından çıxılmasını təsdiq edən hər hansı sübutlar təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən istifadə olunmamış işıq sərfiyyatına görə cavabdeh "xxxx" ASC-yə artıq ödənilmiş 90,999 (doxsan min doqquz yüz doxsan doqquz) manat məbləğində pulun geri qaytarılması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-108/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-108/2023
26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver