Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-108/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən 395232,10 manat əsas, 48511,88 faiz borcu və 40,23 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 137 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı bank xidmətlərinin göstərilməsi X6 kreditləşmənin xüsusi şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 13% olmaqla 400000 (dörd yüz min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı bank xidmətlərinin göstərilməsi X6 kreditləşmənin xüsusi şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 53 saylı notariat ofisində İddiaçı ASC ilə X1 arasında 20 sentyabr 2022-ci il tarixli, 42/110 saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin 20 sentyabr 2022-ci il tarixli, 3M-5121 reyestr nömrəli qeydi ilə ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra 20 sentyabr 2022-ci il tarixli 146000/850 saylı ünvan 2 ünvanlamış olduğu məktubla İddiaçı ASC ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyü saxlanılmaq şərti ilə Cavabdeh2 xeyrinə özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. X1 ilə Cavabdeh2 arasında 21 sentyabr 2022-ci il tarixdə, AN-1 № ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və ipoteka müqaviləsi üzrə ipoteka qoyan statusu Cavabdeh2 keçmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X7 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 sentyabr 2022-ci il tarixli, **********03-05101-083001 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Beləliklə 11 yanvar 2024-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X8si və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsi üzrə cavabdehlərin 259283,1 (iki yüz əlli doqquz min iki yüz səksən üç manat on qəpik) manat əsas borc, 14936,79 (on dörd min doqquz yüz otuz altı manat yetmiş doqquz qəpik) manat faiz borcu, 316.27 (üç yüz on altı manat iyirmi yeddi qəpik) manat cərimə borcu ümumilikdə 274536,16 (iki yüz yetmiş dörd min beş yüz otuz altı manat on altı qəpik) manat borcu qalmışdır. Cavabdehlər kreditin qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İlkin olaraq iş kommersiya mübahisəsi olduğuna görə razılıq əldə olunması məqsədilə Mediasiya Şurasına müraciət olunmuş, lakin hər hansı bir razılıq əldə olunmamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən 22 yanvar 2024-cü il tarixli, MŞB/6-00090 saylı X4 iştirak edilməməsi barədə arayış verilmiş və arayışın əsli iddia ərizəsinə əlavə edilmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən 111993,10 manat əsas borc, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ.Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.Vəliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 bağlanmışdır.
14. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 13% olmaqla 400000 (dörd yüz min) manat kredit verilmişdir.
15. Kredit müqaviləsinin 01 saylı əlavəsi olan ödəniş cədvəlinə əsasən bank tərəfindən verilmiş 400000 manatı kredit borcuna görə 60 ay müddətində (son ödəniş tarixi xx.xx.2027-ci il olmaqla) 400000 manat əsas, 146226,43 manat faiz, ümumilikdə 546226,43 manat ödənilməlidir.
16. İddiaçı (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə zamin **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 üzrə öhdəliyin icrası üzrə borclu ilə brilikdə məsuliyyət götürmüşdür.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/8225 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavə saziş üzrə xx.xx.2024-cü il tarixə əsas borc 396822,22 manat, faiz borcu 48170,88 manat, xx.xx.2024-cü il tarixə (son ödəniş tarixinə) əsas borc 111993,10 manat təşkil edir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
23. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavə bağlanmış, həmin razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdehə 400000 manat məbləğində kredit verilmiş, digər Cavabdeh1 zaminlik müqaviləsi bağlayıb kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavədən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 111993,10 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 111993,10 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 373,78 manat dövlət rüsumu və 400 manat mediasiyaya dair xərc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
31. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 111993,10 manat məbləğində pul, 373,78 manat dövlət rüsumu, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 112766,88 manat (bir yüz on iki min yeddi yüz altmış altı manat səksən səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova