Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1083/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin “Səbayil” filialında olan AZ02BBTB******************** saylı hesablaşma hesabından 28860 (iyirmi səkkiz min səkkiz yüz altmış) manat pulun tutularaq iddiaçının "xxxx" QSC-nin Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq Cavabdeh arasında bağlanmış 019/005 saylı, 01 fevral 2019-cu il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı tərəfindən “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasdında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 12 fevral 2019-cu il tarixli, 12 fevral 2019-cu il tarixli, 12 fevral 2019-cu il tarixli, 28 mart 2019cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 25 iyul 2019-cu il tarixli, 20 avqust 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 11 fevral 2020-ci il tarixli, 28 iyun 2020-ci il tarixli, 23 sentyabr 2020-ci il tarixli və 16 noyabr 2020-ci il tarixli Aktlara, müvafiq olaraq 013 saylı, 12 fevral 2019-cu il tarixli, 014 saylı, 12 fevral 2019-cu il tarixli, 015 saylı, 12 fevral 2019-cu il tarixli, 029 saylı, 28 mart 2019-cu il tarixli, 048 saylı, 08 iyul 2019-cu il tarixli, 049 saylı, 08 iyul 2019-cu il tarixli, 050 saylı, 08 iyul 2019-cu il tarixli, 061 saylı, 25 iyul 2019-cu il tarixli, 070 saylı, 20 avqust 2019-cu il tarixli, 088 saylı, 31 oktyabr 2019-cu il tarixli, 008 saylı, 11 fevral 2020-ci il tarixli, 032 saylı, 25 iyun 2020-ci il tarixli, 046 saylı, 23 sentyabr 2020-ci il tarixli, 057 saylı, 16 noyabr 2020-ci il tarixli Hesab-fakturalara və EAAQ seriyalı, 848527 nömrəli, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 848853 nömrəli, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 849077 nömrəli, 25 fevral 2019-cu il tarixli, EAAS seriyalı, 241050 nömrəli, 28 mart 2019-cu il tarixli, EAAW seriyalı, 953886 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAW seriyalı, 953889 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAW seriyalı, 953893 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAX seriyalı, 680825 nömrəli, 26 iyul 2019-cu il tarixli, EAAY seriyalı, 720839 nömrəli, 20 avqust 2019cu il tarixli, EBAB seriyalı, 908206 nömrəli, 31 oktyabr 2019-cu il tarixli, EBAG seriyalı, 235459 nömrəli, 11 fevral 2020-ci il tarixli, EBAQ seriyalı, 373701 nömrəli, 23 sentyabr 2020-ci il tarixli və EBAS seriyalı, 624903 nömrəli, 16 noyabr 2020-ci il tarixli Elektron qaimələrə əsasən cəmi - 48010 (qırx səkkiz min on) manat məbləğində iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə edilən müraciətlərə baxmayaraq, yaranmış borcun 28510 (iyirmi səkkiz min beş yüz on) manat məbləği iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən heç bir əsas göstərilmədən hələ də ödənilməmişdir. Sonuncu dəfə cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 016 saylı məktub göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən vəkillə müqavilə bağlanılaraq 150 (yüz əlli) manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora ödənilməli olan 200 (iki yüz) manat tərəfindən ödənilmişdir. Belə hesab edirlər ki, Cavabdeh hesabından 28510 (iyirmi səkkiz min beş yüz on) manat əsas borc + vəkilə qonarar olaraq ödənilmiş 150 (yüz əlli) manat + mediatora ödənilmiş 200 (iki yüz) manat (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən) olmaqla, cəmi 28860 (iyirmi səkkiz min səkkiz yüz altmış) manat məbləğində pul tutularaq iddiaçının hesabına ödənilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdehndən 28510 (iyirmi səkkiz min beş yüz on) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat hüquqi yardım və 200 (iki yüz) manat mediasiya xərcləri olmaqla, cəmi 28860 (iyirmi səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində İddiaçı ilə “Sifarişçi” qismində Cavabdeh MMC arasında 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən Xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesabfakturada qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə 5 iş gün ərzində həyata keçirilir. - 25.02.2019-cu il tarixli, EAAQ seriyalı, 848527 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1070 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 12.02.2019-cu il tarixli, 013 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 12.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1070 manat təşkil edir. - 12.02.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1070 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 25.02.2019-cu il tarixli, EAAQ seriyalı, 848853 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2400 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 12.02.2019-cu il tarixli, 014 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 12.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2400 manat təşkil edir. - 12.02.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2400 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 25.02.2019-cu il tarixli, EAAQ seriyalı, 849077 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1200 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 12.02.2019-cu il tarixli, 015 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 12.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1200 manat təşkil edir. - 12.02.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1200 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 28.03.2019-cu il tarixli, EAAS seriyalı, 241050 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1560 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 28.03.2019-cu il tarixli, 029 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 28.03.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1560 manat təşkil edir. - 28.03.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1560 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 09.07.2019-cu il tarixli, EAAW seriyalı, 953886 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1470 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 08.07.2019-cu il tarixli, 048 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 08.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1470 manat təşkil edir. - 08.07.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1470 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 09.07.2019-cu il tarixli, EAAW seriyalı, 953889 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 08.07.2019-cu il tarixli, 049 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 08.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 870 manat təşkil edir. - 08.07.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 870 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 09.07.2019-cu il tarixli, EAAW seriyalı, 953893 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1740 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 08.07.2019-cu il tarixli, 050 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 08.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1740 manat təşkil edir. - 08.07.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1740 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 26.07.2019-cu il tarixli, EAAX seriyalı, 680825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2170 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 25.07.2019-cu il tarixli, 061 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 25.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2170 manat təşkil edir. - 25.07.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2170 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 20.08.2019-cu il tarixli, EAAY seriyalı, 720839 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2250 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 20.08.2019-cu il tarixli, 070 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 20.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2250 manat təşkil edir. - 20.08.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2250 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 31.10.2019-cu il tarixli, EBAB seriyalı, 908206 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7115 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 31.10.2019-cu il tarixli, 088 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 31.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 7115 manat təşkil edir. - 31.10.2019-cu il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 7115 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 11.02.2020-ci il tarixli, EBAG seriyalı, 235459 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9520 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 11.02.2020-ci il tarixli, 008 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 11.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 9520 manat təşkil edir. - 11.02.2020-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 9520 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 25.06.2020-ci il tarixli, EBAL seriyalı, 606263 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6720 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 25.06.2020-ci il tarixli, 032 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 25.06.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 6720 manat təşkil edir. - 25.06.2020-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 6720 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 23.09.2020-ci il tarixli, EBAQ seriyalı, 373701 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4025 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 23.09.2020-ci il tarixli, 046 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 23.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 4025 manat təşkil edir. - 23.09.2020-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 4025 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 16.11.2020-ci il tarixli, EBAS seriyalı, 624903 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5900 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar .A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 16.11.2020-ci il tarixli, 057 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 16.11.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 5900 manat təşkil edir. - 16.11.2020-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 5900 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 16.08.2019-cu il tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 2500 (iki min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 20.11.2019-cu il tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 2000 (iki min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 15.01.2020-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 20.11.2020-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 10000 (on min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19 avqust 2021-ci il tarixli 016 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbini Cavabdehndən 28510 (iyirmi səkkiz min beş yüz on) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 28510 (iyirmi səkkiz min beş yüz on) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia ərizəsində göstərildiyi ki, iddiaçı tərəfindən 48010 manat məbləğində xidmət göstərildiyi, həmin məbləğdən 19500 manat hissənin ödənildiyi, qalan 28510 manat məbləğin isə ödənilməmiş qalması öz təsdiqinin tapmışdır. İddiaçı hüquqi yardıma ödənilmiş 150 (yüz əlli) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 150 (yüz əlli) manat və mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 28510 (iyirmi səkkiz min beş yüz on) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat hüquqi yardım və 200 (iki yüz) manat mediasiya xərcləri olmaqla, cəmi 28860 (iyirmi səkkiz min səkkiz yüz altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1083/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1083/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver