Məhkəmə qərarları › İş №e-2-2(113)-1086/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1086/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1086/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4664,52 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 5064,52 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 940 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 57 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 116.6 kv.m. dövlət mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3- 21-3/2-9647/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, həmin iş üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş iddia ərizəsində qeyd olunur ki, onunla iddiaçı arasında 22 oktyabr 2021-ci il tarixdə 940 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfindən qeyri-yaşayış sahəsinin torpağı üzrə icarə haqqı ödənilməli idi. Halbuki, tərəfindən həmin müqavilə o şərtlə bağlanılmışdır ki, həmin torpaq sonradan onun xüsusi mülkiyyətinə keçsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhs mənim tərəfimdən müraciət olunmuşdur ki, həmin torpaq sahəsi üzrə müqavilə bağlansın və nəticə olaraq, həmin torpaq sahəsi mənim xüsusi mülkiyyətimə verilsin. Beləliklə həmin müqavilə mənimlə Əmlak Məsələləri Dövlət Xidməti arasında müqavilə bağlandığı zaman Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı tərəfindən ona məlumat veilmişdir ki, ilk olaraq bu icarə müqaviləsi bağlanır, sonradan isə həmin müqaviləyə əsasən Baş idarəyə müraciət etmək lazımdır ki, torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin. Müqavilənin bağlanmasına baxmayaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən danışıqlara əməl olunmamış və torpaq sahəsi mənim xüsusi mülkiyyətinə verilməmişdir. Sonradan tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinə həmin torpaq sahəsinin mənim xüsusi mülkiyyətinə keçirilməsi barədə müraciət olunmuşdur. Lakin 116,6 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətinə keçirilməsində heç bir cavab verilməmişdir, tərəfindən hətta dəfələrlə qəbula düşməyə cəhd olunsa da, ona düzəlməyini vəd etmişdirlər, lakin heç bir cavab və ya tədbir görülməmişdir və buna əsasən tərəfindən Bakı İnzibati məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati məhkəməsində iş hakim Bəhlul Cəlalovun icraatında olaraq məhkəmə tərəfindən verilmiş sorğulara əsasən aydın olmuşdur ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilməlidir. Hətta Əmlak Məsələləri Dövlət xidmətinin nümayəndəsi tərəfindən məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, hissə-hissə ödəniş istəmirlər, tam ödəniş etmək lazımdır və həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün məbləği razılaşdırmaq lazımdır. Lakin həmin iş üzrə müqavilələr olduğu üçün, iPM-nin 6.1 və 6.2-ci bəndlərinə əsasən iş rayon məhkəməsində baxılmalı olduğu üçün, iddia mümkün sayılmadığı barədə qərardad çıxmışdır. Hal-hazırda tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunubdur. Tərəfindən 22 oktyabr 2021 -ci il tarixdə 940 nömrəli müqavilə ondan ötəri bağlanılmışdır ki, həmin 116.6 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin torpağı onun xüsusi mülkiyyətinə verilsin. Bunu da bildirmək istəyir ki, tərəfindən həmin icarə müqaviləsinin ləğv edilməsi barədə tərəfimdən məhkəməyə müraciət edilib.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Rüstəmov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçirilməsinə razılıq verdiyi təqdirdə tələb edilən borcu ödəyəcəkdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 940 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 57 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 116.6 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 2400 manat, aylıq icarə haqqı 200 manat təşkil edir.

12. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2021-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu xx.xx.2024-cü il tarixə 5064,52 manat təşkil edir.

13. Daşınmaz əmlakın dövlət registrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 116,6 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.

14. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış binası cavabdehin xüsusi mülkiyyətindədir.

15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən yalnız bir dəfə (xx.xx.2021-ci il tarixdə 600 manat olmaqla) ödəniş edilmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin istifadəsindədir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 5064,52 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

22. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 70,65 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 5064,52 (beş min altmış dörd manat əlli iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh2 70,65 (yetmiş manat altmış beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar