Məhkəmə qərarları › İş №e-2-2(113)-1090/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1090/2020

18.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1090/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 13574 manat pulun tutularaq onun “xxxxxxxxxx” QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı cavabdehlə aralarında bağlanmış 021/018 saylı, xx xxxxxx 2018-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən tərəflərindən sifarişçi olaraq cavabdehə təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokoluna” əsasən aralarında razılaşdırılmış, görülmüş işlər haqqında katlarlan nümayəndələri tərəfindən təhvil verilmiş və cavabdehin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. 02 saylı, xx xxxx 2018-ci il tarixli protokola əsasən 3845 manat, xx xxxxx 2018-ci il tarixli protokola əsasən 1900 manat, xx xxxxx 2018-ci il tarixli protokola əsasən 4329 manat və xx xxx 2018-ci il tarixli protokola əsasən isə 3500 manat olmaqla cəmi 13574 manatlıq iş görülmüş və təhvil verilmişdir. Lakin borc məbləği hal – hazıradək ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - İddiaçı Qrigoryevna ilə Cavabdeh MMC arasında bağlanmış Təmir xidmətlərinin göstərilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 021/018 saylı müqaviləyə əsasən Cavabdeh MMC təmir xidmətlərinin göstərilməsini sifariş verib İddiaçı Qrigoryevnaya razılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı Qrigoryevnaya isə Cavabdeh MMC-nin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 02 №-li Qiymətlərin razılaşma protokoluna əsasən görülmüş işlər 3845 manat və xx xxxx 2018-ci il tarixli 02 saylı görülmüş işlər haqqında akta əsasən 02 saylı razılaşma protokolunda göstərilən işlər tam şəkildə göstərildiyi və “xxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 717870 saylı elektron qaiməyə əsasən İddiaçı Qrigoryevna tərəfindən Cavabdeh MMC göstərilmiş xidmətin məbləği 3845 manat təşkil etmişdir. - 03 №-li Qiymətlərin razılaşma protokoluna əsasən görülmüş işlər 1900 manat və xx xxxxx 2018-ci il tarixli 03 saylı görülmüş işlər haqqında akta əsasən 03 saylı razılaşma protokolunda göstərilən işlər tam şəkildə göstərildiyi və “xxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 717969 saylı elektron qaiməyə əsasən İddiaçı Qrigoryevna tərəfindən Cavabdeh MMC göstərilmiş xidmətin məbləği 1900 manat təşkil etmişdir. - 04 №-li Qiymətlərin razılaşma protokoluna əsasən görülmüş işlər 4329 manat və xx xxxxx 2018-ci il tarixli 04 saylı görülmüş işlər haqqında akta əsasən 04 saylı razılaşma protokolunda göstərilən işlər tam şəkildə göstərildiyi və “xxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 718463 saylı elektron qaiməyə əsasən İddiaçı Qrigoryevna tərəfindən Cavabdeh MMC göstərilmiş xidmətin məbləği 4329 manat təşkil etmişdir. - 05 №-li Qiymətlərin razılaşma protokoluna əsasən görülmüş işlər 3500 manat və xx xxx 2018-ci il tarixli 05 saylı görülmüş işlər haqqında akta əsasən 05 saylı razılaşma protokolunda göstərilən işlər tam şəkildə göstərildiyi və “xxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 718574 saylı elektron qaiməyə əsasən İddiaçı Qrigoryevna tərəfindən Cavabdeh MMC göstərilmiş xidmətin məbləği 3500 manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. xx.xx.2018-ci il taixli, 021/018 saylı təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndindən göründüyü kimi göstərilən xidmətlərin müqaviləyə əlavə edilmiş xidmət haqqı ilə müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 02 saylı, xx xxxx 2018-ci il tarixli protokola əsasən 3845 manat, xx xxxxx 2018-ci il tarixli protokola əsasən 1900 manat, xx xxxxx 2018-ci il tarixli protokola əsasən 4329 manat və xx xxx 2018-ci il tarixli protokola əsasən isə 3500 manat olmaqla cəmi 13574 manatlıq iş görülmüş və həmin işlərin grülməsi müqaviləyə əlavə edilən vər iki tərəfin imzası ilə təsdiqlənmiş aktla öz təsdiqini tapmış və cavabdeh tərəfindən təhvil alınmışdır. İşin hallarından göründüyü kimi iddiaçı tərəf icraçı kimi müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan qaydada təmir xidmətini həyata keçirmiş, lakin öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 13574 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya məxsus hesaba köçürülməlidir. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 13574 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı məxsus hesaba köçürülsün. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar