Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1091/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, “Dənizkənarı Bulvar İdarəsi” X5 Cavabdeh qarşı qanunsuz ticarət fəaliyyətinin dayandırılması və ticarət köşkünün götürülməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Dənizkənarı Bulvar İdarəsi” X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dənizkənarı Milli Park ərazisində Cavabdeh tərəfindən aparılan qanunsuz ticarət fəaliyyətinin dayandırılması və cavabdheə məxsus Dənizkənarı Milli Park ərazisində (Bakı şəhəri, Neftçilər prospektində) yerləşən köşkün (qeyri-stasionar obyektin) onun hesabına ərazidən götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Dənizkənarı Bulvar İdarəsi “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında” Əsasnaməsinə müvafiq olaraq, ərazidə xüsusi mühafizə rejimini və digər rejimləri təmin etmək müstəsna səlahiyyətlərindən irəli gələrək, Dənizkənarı Milli Park ərazisində müvafiq qərar, icazə və icarə müqaviləsi olmadan qeyri-qanuni fəaliyyət göstərən səyyari ticarət, ictimai iaşə və başqa kiçik həcmli formaların qanunsuz fəaliyyətləri ilə mübarizə aparır. Milli Parkın ərazisində yerləşən xüsusi mühafizə rejiminin tələblərinə, Milli Parkın ümumi görünüşünə və vahid inkişaf konsepsiyasına uyğun olmayan qaydada yerləşdirilmiş sözü gedən obyektlərin ərazidən çıxarılmasına dair cavabdeh şəxslərə qarşı məhkəmə-hüquqi tədbirləri görür. Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi - fərdi sahibkardır, Dənizkənarı Milli Park ərazisində, Bakı şəhəri, Neftçilər prospektində yerləşən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında kiçik bir ərazidə icarə müqaviləsi olmadan ticarət köşkünü yerləşdirib qanunsuz ticarət fəaliyyəti ilə məşğul olur. İddiaçı Dənizkənarı Bulvar İdarəsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Milli Park ərazisində idarə etdiyi müvəqqəti konstruksiyalı daşınar əmlak olan köşk vaxtilə Bakı şəhəri, Səbail rayonu, Ticarət və İctimai İaşə İdarəsinə məxsus olmuş 120 №-li köşk kimi fəaliyyət göstərmiş və Cavabdeh satılaraq, sonuncunun adına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 10.09.1996-cı il tarixli, reyestr nömrəsi 1, qeydiyyat nömrəsi 110 olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə qeydə alınmışdır. Dənizkənarı Milli Parkın idarəçiliyini həyata keçirən iddiaçı Dənizkənarı Bulvar İdarəsi X8 tərəfindən müəyyən müddət ərzində dəfələrlə şifahi formada cavabdehə müraciət edilməklə, eləcə də məhkəməyəqədər pretenziya qaydasında Cavabdeh 11.09.2020-ci il tarixli məktub ünvanlanaraq cavabdehdən Dənizkənarı Milli Park ərazisində qanunsuz fəaliyyətinin dayandırılması və köşkün öz vəsaiti hesabına ərazidən çıxarılması tələb olunsa da, Cavabdeh iddiaçının tələbinə əhəmiyyət verməyərək, Milli Park ərazisində qanunsuz ticarət fəaliyyətini davam etdirmiş, köşkü Milli Park ərazisindən çıxarmayacağını aşkar şəkildə bəyan etmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçı Dənizkənarı Bulvar İdarəsinin sorğusuna cavab olaraq ünvanladığı 25.06.2020-ci il tarixli, **********53 №-li cavab məktubundan görünür ki, 6,48 kv.m. torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış 22.07.1998-ci il tarixli, 40 nömrəli icarə müqaviləsi 22.10.2008-ci il tarixindən ləğv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sözü gedən 25.06.2020-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Cavabdeh 8 ildir ki, dövlət mülkiyyətində olan və Dənizkənarı Milli Parkın daimi istifadəsində olan respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisində olan torpaqda icarə müqaviləsi mövcud olmadan icarəçi hüququ olmamasına və iddiaçı Dənizkənarı Bulvar İdarəsinin hər hansı razılığının olmamasına baxmayaraq, ticarət köşkünü quraşdırıb ticarət faəliyyəti ilə qanunsuz məşğul olur. Cavabdeh bu hərəkətləri ilə iddiaçı Dənizkənarı Bulvar İdarəsi X8n xüsusi mühafizə olunan təbiət ərazisi hesab olunan Milli Park torpaqları üzərində idarəçilik və daimi istifadə hüquqlarını pozur. Dənizkənarı Bulvar İdarəsinin daimi istifadəsində olan Dənizkənarı Milli Park ərasizində yerləşən torpaqları icarəyə vermək üçün ilk növbədə iddiaçı Dənizkənarı Bulvar İdarəsinin razılığı tələb olunur. Cavabdeh özünə məxsus qeyri-stasionar ticarət köşkünü iddiaçı Dənizkənarı Bulvar İdarəsinin razılığı olmadan, səyyar ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə almadan, müvafiq icra hakimiyyəti orqanı ilə müvafiq icarə müqaviləsi bağlamadan, icarə hüquqlarını dövlət qeydiyyatından keçirmədən neçə illərdir ki, Dənizkənarı Milli Park - xüsusi mühafizə olunan təbiət ərazisi torpağında heç bir hüququ olmadan qanunsuz şəkildə yerləşdirməklə ticarət fəaliyyəti ilə məşğul olur. Bundan başqa Cavabdeh Dənizkənarı Milli Park ərazisində yerləşdirdiyi ticarət köşkü Milli Parkın ümumi görünüşü ilə bağlı vahid tələblər konsepsiyasına ziddir. Həmçinin, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə cavabdeh tərəfindən əməl olunmamış, pərakəndə satış davam etdirilmiş, iddiaçı tərəfindən cavabdehə edilmiş çağırış və şifahi xəbərdarlıqlara məhəl qoyulmamışdır. Cavabdeh Dənizkənarı Milli Park ərazisində hüququ olmadan həyata keçirdiyi qanunsuz ticarət fəaliyyəti dayandırılmalı, Dənizkənarı Milli Park ərazisində yerləşən ona məxsus qeyri-stasionar ticarət köşkünün Cavabdeh vəsaiti hesabına Dənizkənarı Milli Park ərazisindən götürülməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdehin adına qeydə alınmış obyekt metal köşkdən ibarət olan daşınar əmlakdır və köşkün altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırkı iddia Cavabdeh metal köşk üzərində olan hüquqlarına toxunmur və sonuncunun köşkün yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyildir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, mübahisə predmeti olan köşkdə o, uzun illər fəaliyyət göstərərək ticarətlə məşğul olmuş, 1998-ci ildə həmin köşk Dövlət Əmlak Komitəsi tərəfindən dəyəri ödənilməklə ona satılmış və bu barədə şəhadətnamə verilmişdir. 2001-ci ildə o, mübahisə predmeti olan köşkü notarial qaydada oğlu X1 bağışlamışdır. 2020-ci ilə kimi o, hər ay icarə haqqını Dənizkənarı Bulvar İdarəsinə ödəmiş, sonuncu ödəniş 2020-ci ilin fevral ayında olmuşdur. Bundan sonra ondan köşkün götürülməsi tələb olunmuş, o, isə bununla razılaşmamışdır. İş materiallarında olan: - 01.07.1996-cı il tarixli, 78 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 20 iyun 1996-cı il tarixində Səbail rayonu, Ticarət və ictimai iaşə idarəsində 3 saylı protokolla keçirilən auksionda Bakı şəhəri Səbail rayonu, Dənizkənarı parkda yerləşən 120 №-li köşk 11092500 köhnə Azərbaycan manatına Cavabdeh satılmışdır. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 10.09.1996-cı il tarixli, 1 saylı, 110 qeydiyyat nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Dənizkənarı park, 120 №-li köşk Cavabdeh adına qeydə alınmışdır və sonuncunun toxunulmaz mülkiyyətidir. - 06.02.2001-ci il tarixli əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X2 Azərbaycan Respublikası DƏK tərəfindən 10.09.1996-cı il tarixdə 01 saylı reyestr kitabının 15-ci səhifəsində 110 nömrəli qeydiyyat, 000110 nömrəli şəhadətnaməyə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən Səbail rayonu, 120 saylı köşkü oğlu X1 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının əsas kimi istinad etdiyi hallardan biri də Bakı şəhəri, Dənizkənarı park, 120 №-li köşkün mülkiyyət hüququ əsasında daşınar əmlak kimi Cavabdeh adına qeydə alınmasıdır. Lakin iddiaçı tərəfindən köşkün məhz daşınar əmlak kimi qeydə alınması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə, yuxarıda göstərilən sənədlərdə mübahisə predmeti olan köşkün Cavabdeh mülkiyyətində olması ilə yanaşı ünvanının Bakı şəhəri, Dənizkənarı park olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş və həmin sorğunun cavabında qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində mövcud olan sənədlərə əsasən qeyd olunan obyektin metal köşkdən ibarətdir, Dövlət Əmlak Komitəsi ilə bağlanmış 1 iyul 1996-cı il tarixli, 78 nömrəli alqı-satı müqaviləsinə əsasən Cavabdeh tərəfindən özəlləşdirilmişdir və 10.09.1996-cı il tarixli, 00110 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən həmin sahə sonuncunun mülkiyyətinə verilmişdir. Məktubun məzmunundan da görünür ki, 10.09.1996-cı il tarixli, 00110 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən obyektin metal köşkdən ibarət olması və həmin sahənin mülkiyyətə verilməsi qeyd olunur. İşin hallarından göründüyü kimi Dövlət Əmlak Komitəsi ilə bağlanmış 1 iyul 1996-cı il tarixli, 78 nömrəli alqı-satı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində, Dənizkənarı Milli Park ərazidində yerləşən 120 saylı köşk Cavabdeh tərəfindən özəlləşdirilmiş və 10.09.1996-cı il tarixli, 00110 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən həmin sahə onun mülkiyyətinə verilmişdir və həmin əmlak üzərində mülkiyyət hüquqları mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarında olan 06.02.2001-ci il tarixli əmlakın bağışlama müqaviləsinə əsasən mübahisə predmeti olan əmlak X2 tərəfindən oğlu X1 bağışlanmışdır. Yəni, hal – hazırda həmin əmlak üzərində sahiblik və istifadə hüquqları X1 məxsusdur. Qeyd olunan xüsusat iddiaçının nümayəndəsinin nəzərinə çatdırılsa da, iddiaçı tərəfindən məhkəməyə R.H.Şahnəzərovun cavabdeh qismində cəlb ollunması ilə bağlı vəsatət verilməmiş və bu barədə tələb irəli sürülməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yolverdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Məhkəmə təqdim olunmuş sübutları şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Bakı şəhəri Səbail rayonu, Dənizkənarı parkda yerləşən 120 №-li köşk üzərində Cavabdeh mülkiyyət hüququ mövcud olduğundan iddia ərizəsində göstərilən xüsusatlar sonuncunun öz mülkiyyətində olan əmlak üzərində hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz və buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Dənizkənarı Bulvar İdarəsi” X5 Cavabdeh qarşı qanunsuz ticarət fəaliyyətinin dayandırılması və ticarət köşkünün götürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1091/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1091/2021
14.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver