Məhkəmə qərarları › İş №e-2-2(113)-1096/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1096/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1096/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidmətinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinə görə icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidməti Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinə görə icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehdən xx.xx.2020-ci il tarixinə mövcud olan 1458 nömrəli icarə müqaviləsi üzrə 12875 (on iki min səkkiz yüz yetmiş beş) manat və 1459 nömrəli icarə müqaviləsi üzrə 12362 (on iki min üç yüz altmış iki) manat məbləğində vəsait X4 Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X4 Komitəsi ilə "Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən İnşaat Mexanikləşdirmə İdarəsinin yerləşdiyi 15770.9 kv.metr olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2011 -ci il tarixli, 1458 nömrəli və ünvan 2 ünvanında yerləşən X1 yerləşdiyi 14584.4 kv.metr olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2011 -ci il tarixli, 1459 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqavilələri ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixinə 1458 nömrəli icarə müqaviləsi üzrə 12875 (on iki min səkkiz yüz yetmiş beş) manat, 1459 nömrəli icarə müqaviləsi üzrə isə 12362 (on iki min üç yüz altmış iki) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2020-ci il tarixli, **********70 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidməti və icarəçi Cavabdeh ASC arasında bağlanan 1458 nömrəli xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, icarəyə verən bu müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverənin icarəyə verdiyi ünvan 3 ünvanında yerləşən İnşaat Mexanikləşdirmə İdarəsinin yerləşdiyi 15770.9 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 10724.21 manat aylıq icarə haqqı 893,68 manat Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın 10-dan gec olmayaraq X4 Komitəsinin (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməlidir. İcarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidməti və icarəçi Cavabdeh ASC arasında bağlanan 1459 nömrəli xx.xx.2011 il tarixli müqavilədən görünür ki, icarəyə verən bu müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverənin icarəyə verdiyi ünvan 4 ünvanında yerləşən X1 yerləşdiyi 14584,4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 9917,39 manat aylıq icarə haqqı 826,45 manat Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın 10-dan gec olmayaraq X4 Komitəsinin (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən icarə haqqının ödənilməsi tələbi ilə cavabdehə müraciət olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq tərəflər arasında xx.xx.2011-ci il il tarixində bağlanmış 1458 və 1459 saylı icarə müqavilələri üzrə qalıq borclarını olduğunu etiraf edərək həmin borcun qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1458 nömrəli xx.xx.2011-ci il tarixli müqavilə üzrə cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, qeyd olunan tarixə Cavabdeh ASC-nin icarə haqqı üzrə ödənilməmiş borcu 12602,65 manat olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1459 nömrəli xx.xx.2011-ci il tarixli müqavilə üzrə cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, qeyd olunan tarixə Cavabdeh ASC-nin icarə haqqı üzrə ödənilməmiş borcu 11722,46 manat olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidməti və Cavabdeh ASC arasında 1458 və 1459 nömrəli xx.xx.20211 il tarixli icarə müqavilələri bağlanmışdır. Müqvailələrə əsasən icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda X4 Xidməti 1458 nömrəli müqavilə üzrə ünvan 3 ünvanında yerləşən İnşaat Mexanikləşdirmə İdarəsinin yerləşdiyi 15770.9 kv.m torpaq sahəsi illik icarə haqqı 10724.21 manat aylıq icarə haqqı 893,68 manat, 1459 nömrəli müqavilə üzrə isə ünvan 4 ünvanında yerləşən X1 yerləşdiyi 14584,4 kv.m torpaq sahəsi illik icarə haqqı 9917,39 manat aylıq icarə haqqı 826,45 manat olmaqla icarədara verilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Daha sonra iddiaçı qeyd olunan müqavilələr üzrə icarədarın qalıq icarə haqqının olması səbəbindən həmin borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdeh tərəfindən ona ünvanlanmış pretenziyalara cavab olaraq qeyd olunan borcun olduğu və qısa müddət ərzində həmin borcun ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan müəyyən olunur ki, hal-hazırda cavabdehin iddia tələbində göstərilən borc məbləğindən daha az borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ASC-dən 1458 nömrəli müqavilə üzrə 12602.65 manat, 1459 nömrəli müqavilə üzrə 11722.46 manat pul məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 1458 nömrəli müqavilə üzrə 12602.65 (on iki min altı yüz iki manat altmış beş qəpik) manat, 1459 nömrəli müqavilə üzrə 11722.46 (on bir min yeddi yüz iyirmi iki manat qırx altı qəpik) manat pul məbləği iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar