Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1096/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “avtomobilin qaytarılması və müqavilə üzrə borcun ödənilməsi barədə” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, mükafat borcu, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “avtomobilin qaytarılması və müqavilə üzrə borcun ödənilməsi barədə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Aypara lizing” MC Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC məxsus “Ford Fiesta” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 07/0203/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən yaranmış 6571.29 manat əsas borc, 6003.6 manat mükafat borcu 62.27 cərimə faizi cəmi: 12637.16 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 07/0203/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2016-cı il buraxlışı olan, “Ford Fiesta” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Cavabdeh MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 7200 manat təşkil edir. Bu ümumi məbləğdən 2834 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 278,71 manat olmaqla ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 278,71 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 1026 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC faktiki qeydiyyatda olduğu ünvanı olaBnakı şəh.,ünvan 1if tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən Tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək Bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə taxes.gov.az satından vergi ödəyicisinin şəxsi kabinetinə “İddia ərizəsi və pretenziya” məktubu göndərilmişdir. İşin meidasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ekspertiza qərarına hec bir etirazı yoxdur. Həmcinin iddiaçının nümayəndəsi Bakı şəhəri ərazisində olmadiğı üçün məhkəmənin baxış iclasının iştiraki olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/0203/DLİZ saylı daxili lizinq müqaviləsinə əsasən :
8. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalamış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş lizinq verənlə satıcı arasına bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2015-ci il buraxılışlı olan, X4 markalı, mühərrik, ban 3EADP4EJ3FN204762 nömrəli, nəqliyyat vasitəsini lizinq alanın müəqqəti sahilik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtəşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq verənin hüquqları
11. Müqavilənin 4.1.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək;
12. Müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.3% həcmində cərimə tələb etmək;
13. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmlazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək;
14. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alanın vəzifələri
15. Müqavilənin 4.4.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək;
16. Müqavilənin 4.4.7-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə xitam verildikdə, lizinq obyeki müqavilə şərtləri pozulduğunda görə lizinq alandan geri təhvil alınmalı olduqda lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizin verəndən aldığı vəziyyətdə geri qaytarmaq, əks halda lizinq obyektinə dəyən bütün zərər məbləğini qeydşərtsiz ödəmək;
17. Müqavilənin 4.4.13-cü bəndinə əsasən lizinq obeytkinin idarə edilməsi ilə bağlı lizinq verən tərəfindən lizinq alana təqdim edilmiş etibarnamənin müddəti bitdikdə həmin gün yeni etibarnamənin alınması üçün lizinq verənə yazılı müraciət etmək.
18. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq alan tərəfindən ödənilən ödənişlərin ümumi məbləğidir və lizinq verənin xeyrinə həyata keçirilir.
19. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişiin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir.
20. Müqavilənin 11.1-ci bəndinə əsasən aşağıdakı hallarda lizinq verənin maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır:
21. Müqavilənin 11.1.1-ci bəndinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
22. Müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutula ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə;
23. Müqavilənin 11.1.7-ci bəndinə əsasən lizinq alan lizinq verənlə bağlanmış bu müqavilə və ona edilmiş əlavələr üzrə öhdəliklərini pozduğu halda;
24. AD №585921 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X4” 90PB561 saylı nəqliyyat vasitəsinin sahibi kimi İddiaçı MMC qeydiyyata alınmışdır.
25. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə məxsus “Ford Fiesta” markalı 90PB561 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə təhvil verilmişdir.
26. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə yaranmış əsas borcu 6571,29 manat, mükafat borcu 6003,60 manat və gecikdirilmiş cərimə borcu 62,27 manat olmaqla cəmi borc 12637,16 manat təşkil etmiş və cəmi ödənilmiş məbləğisə 1026 manat olmuşdur.
27. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 148 saylı məktubunda cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 1026 manat pul vəsaitinin 628,71 manat hissəsi əsas borcdan, 397,29 manat hissəsi isə əsas məbləğin faiz hissəsindən çıxıldığı və xx.xx.2022-ci il tarixə yaranmış 6571,29 manat əsas borc, 4160,54 manat mükafat borcu və 62,27 manat cərimə borcu olmaqla cəmi 10795 manat pul vəsaiti iddiaçıya ödənilməli olduğu qeyd olunmuşdur.
28. Azərbaycan Respublikası MEM-in xx.xx.2024-cü il tarixli, 9/3237 saylı rəyinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas lizinq borcunun 6571,30 manat, lizinq mükafatı üzrə 4160,54 manat, xx.xx.2023-cü il tarixə yəni maliyyə arayışının verldiyi tarixə əsas lizinq borcu 6571,30 manat, lizinq mükafatı üzrə 6003,61 manat müəyyən edilmişdir.
29. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 07/0203/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2016-cı il buraxlışı olan, “Ford Fiesta” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Cavabdeh MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 7200 manat təşkil edir. Bu ümumi məbləğdən 2834 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən cəmi 1026 manat məbləğində ödəniş edilməklə müqavilə üzrə ödənişlər iki dəfədən artıq müddətə ödənilməmişdir.
31. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
33. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
34. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
35. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
36. Həmin Məcəllənin 748-.2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
37. Göründüyü kimi lizinq alan Cavabdeh MMC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən İddiaçı MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini və lizinq obyektinin geri alınmasını tələb etməkdə haqlıdır.
38. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir.
39. Həmçinin məhkəmə ekspert rəyi ilə ödənilməli olan əsas borc iddia tələbi ilə eynilik təşkil etdiyindən əsas borca dair hissədə iddia tələbindəki məbləğin, lakin mükafat borcu iddia tələbindən daha aşağı həddə müəyyən edildiyindən həmin hissədə ekspert rəyinin (müqavilə müddətinin bitdiyi tarixə hesablanan mükafat borcu) əsas götürülməsini qanuni və əsaslı hesab edir.
40. Hazırkı halda isə aydındır ki, lizinq müqaviləsi xx.xx.2022-ci il tarixdən bitdiyindən lizinq müddəti ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir.
41. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
42. Göstərilən normanın məzmunundan da göründüyü kimi müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə yeni öhdəlikləri yaranmır. Odur ki, sözügedən normanın tələbləri baxımından da yanaşsaq, lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (əsas və faiz borcunun) ödənilməsini tələb etməkdə haqlıdır.
43. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi cavabdeh tərəfindən hazırkı qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 1026 manat məbləğində ödəniş edilmiş və həmin borcun bir hissəsi əsas və digər hissəsi faiz borcuna çıxılmaqla müqavilə müddətinin bitdiyi tarixə qədər yaranmış borcların cavabdehdən tutulmasını məhkəmə qanuni və ədalətli hesab etmişdir.
44. MPM-in 218-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 6571,29 manat əsas borc, 4160,54 manat faiz borcu (mükafat) tutularaq iddiaçıya ödənilməlidir.
46. Cavabdehdən tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin:
47. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
48. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
49. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə 62,27 manat dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə əsasən ödənişlər vaxtı-vaxtında və tam şəkildə edilmədiyi üçün, iddia qismən təmin edilməli, Lizinq obyekti olan “Ford Fiesta” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixdə 07/0203/DLİZ nömrəli X3 Müqaviləsi üzrə 6571,29 manat əsas borc, 4160,54 manat mükafat borcu və 62,27 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə xərclərinə gəldikdə, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən iş üzrə 200 manat mediasiya xərcinin əvəzi ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci isə 100 manat təşkil edir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 123 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) mediasiya xərci və 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Lizinq obyekti olan “Ford Fiesta” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixdə 07/0203/DLİZ nömrəli X3 Müqaviləsi üzrə 6571,29 manat əsas borc, 4160,54 manat mükafat borcu və 62,27 manat dəbbə pulu olmaqla, ümumilikdə 10.794,1 (on min yeddi yüz doxsan dörd manat, on qəpik) manat və mediasiya xərcinin əvəzi olaraq 123 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova