Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1099/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) və Cavabdeh2 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizərin və cərimənin cavabdehlərdən tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “X1” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “X1” MMC-dən və Cavabdeh2 K3350 saylı kredit müqaviləsinə əsasən 589655,33 manat əsas borc, 3800 manat cərimə borcu olmaqla, cəmi 593455,33 manat borcun, K3697 saylı kredit müqaviləsinə əsasən 99490,80 ABŞ dolları əsas borc, 3526,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 103017,20 ABŞ dolları borcun, K3958 saylı kredit müqaviləsinə əsasən 300000 manat əsas borc, 2875 manat faiz borcu olmaqla, cəmi 302875 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 və cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Bir tərəfdən İddiaçı ASC (etibarnamə üzrə nümayəndəsi X6 şəxsində, şəxsiyyət vəsiqəsi AZE №14845167), digər tərəfdən cavabdeh “X1” MMC (etibarnamə üzrə nümayəndəsi X10 Əziz oğlu şəxsində, şəxsiyyət vəsiqəsi AZE №00185173) və Cavabdeh2 şəxsində şəxsiyyət vəsiqəsi AZE №15166683) (bundan sonra iddiaçı və cavabdehlər birlikdə tərəflər adlandırılacaq) aşağıdakı şərtlərlə bu barışıq sazişini bağladılar:
1. Sazişin ümumi şərtləri.
1.1 Cavabdehlər “X1” MMC və Cavabdeh2 bu saziş bağlanılan ana K3350 saylı, K3697 saylı və K3958 saylı kredit müqavilələri üzrə İddiaçı ASC qarşısında K3350 saylı kredit müqaviləsinə əsasən 589,655.33 manat əsas borc, 3,800 manat cərimə borcu olmaqla, cəmi 593,455.33 (Beş yüz doxsan üç min dörd yüz əlli beş manat otuz üç qəpik) manat, K3697 saylı kredit müqaviləsinə əsasən 99,490.80 ABŞ dolları əsas borc, 3,526.40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 103,017.20 (bir yüz üç min on yeddi dollar iyirmi sent) ABŞ dollar və K3958 saylı kredit müqaviləsinə əsasən 300,000 manat əsas borc, 2,875 manat faiz borcu olmaqla, cəmi 302,875 (üç yüz iki min səkkiz yüz yetmiş beş manat) manat borcunun olmasını etiraf edir və həmin məbləğdə borcların birgə qaydada (hər biri tam həcmdə) ödənilməsi barədə üzərilərinə öhdəlik götürürlər. 1.2. Cavabdehlər “X1” MMC və Cavabdeh2 məhkəmə mübahisəsi üzrə yaranmış, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat məhkəmə xərcinin birgə qaydada (hər biri tam həcmdə) İddiaçı ASC-yə ödənilməsi barədə üzərinə öhdəlik götürür.
2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları.
2.1. Cavabdehlər “X1” MMC və Cavabdeh2 K3350 saylı, K3697 saylı və K3958 saylı kreditlər üzrə saziş bağlanan anda mövcud olan kredit borclarının (bu Sazişin 1.1 bəndində qeyd edilən) və 30 manat məbləğində məhkəmə xərclərinin 2021-ci ilin aprel ayının 25-dən - 2022-ci ilin dekabr ayının 25-dək, yəni saziş bağlanılan andan 20 (iyirmi) ay ərzində, hər ay 50.000 (əlli min) manatdan az olmamaq şərti ilə və hər ayın 25 tarixindən gec olmamaq şərti ilə ödəniş etməklə ödənilməsi, eyni zamanda bu saziş bağlanan gündən etibarən bir iş günündən gec olmamaq şərti ilə 71.460 (yetmiş bir min dörd yüz altmış) manat məbləğində borcun “X1” MMC-nin (40060AZNHC**********) və ya Cavabdeh2 (AZ10PAHA41010AZNFK**********) İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə İddiaçı ASC-yə ödəyəcəyini bəyan edir və bu barədə üzərilərinə öhdəlik götürürlər. K3697 saylı kredit müqaviləsi üzrə ödənişlər, ödəniş gününə olan məzənnəyə uyğun olaraq həyata keçiriləcəkdir. 2.2. Həmçinin Tərəflər yuxarıda qeyd edilən öhdəliklərin icrası ilə bağlı ödənilən vəsaitlərin (kredit ödənişlərinin) 1-ci növbədə K3697 saylı, 2-ci növbədə K3350 saylı 3-cü növbədə isə K3958 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə dair razılıqlarını bu sazişi bağlamaqla təsdiq edirlər. Hər kredit üzrə ödəniş ilk növbədə həmin kredit üzrə cərimə, daha sonra faiz və əsas borcdan silinir. Bu ardıcıllıq İddiaçı ASC-nin mülahizəsinə uyğun olaraq dəyişdirilə bilər.
3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri.
3.1. Bu sazişin şərtləri iddiaçı və ya cavabdehlər tərəfindən pozulduqda və ya icrası cavabdehlər (və ya cavabdehlərdən biri) tərəfindən 15 gün müddətində gecikdirildikdə, Saziş məhkəmə tərəfindən verilmiş (və ya veriləcək) icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında) tələblərinə əsasən məcburi qaydada icra ediləcəkdir. 3.2. Cavabdehlər tərəfindən bu Sazişin hər hansı bir şərti pozularaq lazımi qaydada icra edilmədikdə K3350 saylı, K3697 saylı və K3958 saylı kredit müqavilələri üzrə etiraf edilmiş borcların ödənilməmiş qalan hissəsi cavabdehlər “X1” MMC və Cavabdeh2 tərəfindən birgə qaydada (hər biri tam həcmdə) 3 (üç) gün ərzində tam həcmdə İddiaçı ASC-yə ödənilməlidir. 3.3. Bu Sazişin hər hansı bir şərti pozulduğu halda bu sazişin 3.2-ci bəndi göstərilən qaydada həmin günə olan qalıq borc məbləği “X1” MMC və Cavabdeh2 tərəfindən birgə qaydada (hər biri tam həcmdə) 3 (üç) gün ərzində İddiaçıya ödənilmədiyi halda İddiaçının müraciəti əsasında məhkəmə tərəfindən bu barışıq sazişi icra edilməsi üçün aidiyyəti üzrə icra və probasiya şöbəsinə göndərilir.
4. Digər müddəalar.
4.1. Bu Sazış bütün cavabdehlər (və ya onların səlahiyyətli nümayəndələri) və iddiaçı (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2. Bu Sazış eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır.
İddiaçının nümayəndəsi X6 və cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1099/2021 saylı qərardadına əsasən cəmiyyətə məxsus “Qaz 33020214” yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
Bir tərəfdən İddiaçı ASC (etibarnamə üzrə nümayəndəsi X6 şəxsində, şəxsiyyət vəsiqəsi AZE №14845167), digər tərəfdən cavabdeh “X1” MMC (etibarnamə üzrə nümayəndəsi X10 Əziz oğlu şəxsində, şəxsiyyət vəsiqəsi AZE №00185173) və Cavabdeh2 şəxsində şəxsiyyət vəsiqəsi AZE №15166683) (bundan sonra iddiaçı və cavabdehlər birlikdə tərəflər adlandırılacaq) aşağıdakı şərtlərlə bu barışıq sazişini bağladılar:
1. Sazişin ümumi şərtləri.
1.1. Cavabdehlər “X1” MMC və Cavabdeh2 bu saziş bağlanılan ana K3350 saylı, K3697 saylı və K3958 saylı kredit müqavilələri üzrə İddiaçı ASC qarşısında K3350 saylı kredit müqaviləsinə əsasən 589,655.33 manat əsas borc, 3,800 manat cərimə borcu olmaqla, cəmi 593,455.33 (Beş yüz doxsan üç min dörd yüz əlli beş manat otuz üç qəpik) manat, K3697 saylı kredit müqaviləsinə əsasən 99,490.80 ABŞ dolları əsas borc, 3,526.40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 103,017.20 (bir yüz üç min on yeddi dollar iyirmi sent) ABŞ dollar və K3958 saylı kredit müqaviləsinə əsasən 300,000 manat əsas borc, 2,875 manat faiz borcu olmaqla, cəmi 302,875 (üç yüz iki min səkkiz yüz yetmiş beş manat) manat borcunun olmasını etiraf edir və həmin məbləğdə borcların birgə qaydada (hər biri tam həcmdə) ödənilməsi barədə üzərilərinə öhdəlik götürürlər. 1.2. Cavabdehlər “X1” MMC və Cavabdeh2 məhkəmə mübahisəsi üzrə yaranmış, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat məhkəmə xərcinin birgə qaydada (hər biri tam həcmdə) İddiaçı ASC-yə ödənilməsi barədə üzərinə öhdəlik götürür.
2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları.
2.1. Cavabdehlər “X1” MMC və Cavabdeh2 K3350 saylı, K3697 saylı və K3958 saylı kreditlər üzrə saziş bağlanan anda mövcud olan kredit borclarının (bu Sazişin 1.1 bəndində qeyd edilən) və 30 manat məbləğində məhkəmə xərclərinin 2021-ci ilin aprel ayının 25-dən - 2022-ci ilin dekabr ayının 25-dək, yəni saziş bağlanılan andan 20 (iyirmi) ay ərzində, hər ay 50.000 (əlli min) manatdan az olmamaq şərti ilə və hər ayın 25 tarixindən gec olmamaq şərti ilə ödəniş etməklə ödənilməsi, eyni zamanda bu saziş bağlanan gündən etibarən bir iş günündən gec olmamaq şərti ilə 71.460 (yetmiş bir min dörd yüz altmış) manat məbləğində borcun “X1” MMC-nin (40060AZNHC**********) və ya Cavabdeh2 (AZ10PAHA41010AZNFK**********) İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə İddiaçı ASC-yə ödəyəcəyini bəyan edir və bu barədə üzərilərinə öhdəlik götürürlər. K3697 saylı kredit müqaviləsi üzrə ödənişlər, ödəniş gününə olan məzənnəyə uyğun olaraq həyata keçiriləcəkdir. 2.2. Həmçinin Tərəflər yuxarıda qeyd edilən öhdəliklərin icrası ilə bağlı ödənilən vəsaitlərin (kredit ödənişlərinin) 1-ci növbədə K3697 saylı, 2-ci növbədə K3350 saylı 3-cü növbədə isə K3958 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə dair razılıqlarını bu sazişi bağlamaqla təsdiq edirlər. Hər kredit üzrə ödəniş ilk növbədə həmin kredit üzrə cərimə, daha sonra faiz və əsas borcdan silinir. Bu ardıcıllıq İddiaçı ASC-nin mülahizəsinə uyğun olaraq dəyişdirilə bilər.
3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri.
3.1. Bu sazişin şərtləri iddiaçı və ya cavabdehlər tərəfindən pozulduqda və ya icrası cavabdehlər (və ya cavabdehlərdən biri) tərəfindən 15 gün müddətində gecikdirildikdə, Saziş məhkəmə tərəfindən verilmiş (və ya veriləcək) icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında) tələblərinə əsasən məcburi qaydada icra ediləcəkdir. 3.2. Cavabdehlər tərəfindən bu Sazişin hər hansı bir şərti pozularaq lazımi qaydada icra edilmədikdə K3350 saylı, K3697 saylı və K3958 saylı kredit müqavilələri üzrə etiraf edilmiş borcların ödənilməmiş qalan hissəsi cavabdehlər “X1” MMC və Cavabdeh2 tərəfindən birgə qaydada (hər biri tam həcmdə) 3 (üç) gün ərzində tam həcmdə İddiaçı ASC-yə ödənilməlidir. 3.3. Bu Sazişin hər hansı bir şərti pozulduğu halda bu sazişin 3.2-ci bəndi göstərilən qaydada həmin günə olan qalıq borc məbləği “X1” MMC və Cavabdeh2 tərəfindən birgə qaydada (hər biri tam həcmdə) 3 (üç) gün ərzində İddiaçıya ödənilmədiyi halda İddiaçının müraciəti əsasında məhkəmə tərəfindən bu barışıq sazişi icra edilməsi üçün aidiyyəti üzrə icra və probasiya şöbəsinə göndərilir.
4. Digər müddəalar.
4.1. Bu Sazış bütün cavabdehlər (və ya onların səlahiyyətli nümayəndələri) və iddiaçı (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2. Bu Sazış eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizərin və cərimənin cavabdehlərdən tutulması barədə iş üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1099/2021 saylı qərardadına əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Qaz 33020214” yük markalı 99JM343 dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” minik markalı 10PR572 dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinin “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov