Məhkəmə qərarları › İş №e-2-2(113)-1106/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1106/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1106/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Cavabdehnə qarşı torpaq sahəsinə dair icarə borcunun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti cavabdeh “ Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 56052 (əlli altı min əlli iki) manat məbləğində vəsaitin X3 Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 506 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1200.0 kv.m torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2020-ci il tarixinə 56052 (əlli altımin əlli iki) manat icarə haqqı borcu mövcuddur. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 65652 (altmış beş min altı yüz əlli iki) manat məbləğində vəsaitin X3 Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdeh tərəfindən sözügedən torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçn icarəyə götürülmüşdür. Yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə istismara qəbul edilmiş və sakinlər tərəfindən mənzillər özəlləşdirilərək çıxarışlar əldə edilmişdir. İcarə borcunun xx.xx.2019-cu il tarixədək olan hissəsini qəbul edir. Lakin bina istismara qəbul edildikdən sonra bələdiyyə tərəfindən həmin binada yaşayan sakinlərdən torpaq vergisi tutulmağa başlanılır. Buna görə də iddia tələbini xx.xx.2019-cu il tarixdən sonrakı vaxta münasibətdə qəbul etmir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - X3 Komitəsi (icarəyə verən) ilə “Cavabdeh ” MMC (icarəçi) arasında bağlanmış Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 506 saylı müqavilədən görünür ki, icarəyə verən X3 Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən 1200.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədləri üçün müvəqqəti istifadəyə qəbul edilir; 3.1-ci maddəsinə əsasən torpaq sahəsinin aylıq icarə haqqı 2400 manat, illik icarə haqqı 28800 manat təşkil etmişdir; 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək müəyyən edilmişdir; 7.1-ci maddəsinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verllə bilər. 7.2-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. - Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, tərəflər arasında bağlanılmış 506 saylı icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən icarə haqqı üzrə ödəniş edilməmişdir. xx.xx.2021-ci il tarixə həmin müqavilə üzrə icarəçinin icarə haqqı üzrə borcu 65652 manat təşkil edir. - İddiaçı X3 Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən icarə müqaviləsi üzrə icarə haqqı borcunun 7 gün müddətində ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, işin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı X3 Komitəsi ilə cavabdeh “ Cavabdeh ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi barədə bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş icarə haqqı borcu 65652 manat təşkil edir. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş “ Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin nümayəndəsinin göstərdiyi əsaslarla icarə haqqının xx.xx.2019-cu il tarixədək hesablanmalı olmasına dair mövqeyi ilə razılaşmayaraq qeyd ki, tərəflər arasında bağlanan müqavilənin onun ləğv edilməsinə dair müddəalarına əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verllə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verilə bilməsinin şərtləri də müqavilə ilə müəyyən edilir. Hazırda müqaviləyə xitam verilmədiyindən və müqavilə qüvvədə olduğundan məhkəmə cavabdehin dəlillərini əsassız sayır. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 65652 manat icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verilərkən iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia verilərkən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 65652 (altmış beş min altı yüz əlli iki) manat icarə haqqı borcu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin xeyrinə tutulsun. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar