Məhkəmə qərarları › İş №e-2-2(113)-1106/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1106/2022

25.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1106/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsi cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, CavabdehX1 Nazirliyinin 12 dekabr 2008-ci il tarixli 000007 nömrəli xəzinə vekseli əsasında imzalanmış 26 dekabr 2008-ci il tarixli borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma Pprotokolu üzrə öhdəliklərini icra edərək iddiaçı "xxxx" EİM-nin 48.627,05 manat, ƏDV üzrə 7.417,69 manat məbləğində borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyun 2008-ci il tarixində “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında” 785 nömrəli Fərman imzalanmışdır. Həmin fərmanın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin dövlətə olan borclarının, həmçinin kreditor və debitor borclarının tənzimlənməsi barədə” 29 iyul 2008-ci il tarixli, 173 nömrəli qərarı qəbul edilmişdir. Qərarın 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci ilin aprelin 1-nə olan kreditor borclarının və həmin tarixə olan debitor borclarının ödənilməsinin tənzimlənməsi və bununla əlaqədar dövlətin maliyyə dəstəyinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xeyrinə, onun tabeliyində olan müəssisələrin borclarının inventarlaşdırılması əsasında 2.876.600 manat məbləğində xəzinə veksellərinin buraxılmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 12 dekabr 2008-ci il tarixli, 000007 nömrəli 124.930,20 manat pul məbləği həcmində xəzinə vekseli buraxılmışdır. Həmin vekselə əsasən, yuxarıda qeyd edilən Nazirlər Kabineti qərarına istinad edilərək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcu, o cümlədən 19.057,15 manat məbləğində ƏDV həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilmişdir. Həmin xəzinə vekselini rəhbər tuturaq Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, onun tabeliyində olan müəssisələr və keçmiş Cavabdeh QSC Bakı şəhər Baş İstehsalat Qaz İdarəsi arasında 26 dekabr 2008-ci il tarixində borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolu imzalanmışdır. Protokola əsasən, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan qurumların, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin 48.627,05 manat, ƏDV üzrə 7.417,69 manat məbləğində qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcları həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilmişdir. Razılaşma Cavabdeh QSC-nin səlahiyyətli şəxsi tərəfindən imza və möhürlə təsdiqlənməsinə baxmayaraq QSC tərəfindən razılaşma ilə üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Belə ki, iddiaçı "xxxx" EİM tərəfindən həmin tarixdən etibarən hər ay istehlak olunan təbii qaza görə aylıq ödəniş tam şəkildə ödənilir. Lakin bu günə qədər Cavabdeh tərəfindən borclar barədə təqdim edilən sənədlərlə həmin məbləğ borc qalığı kimi göstərilir. Hesab edirlər ki, bu razılaşmanın kobud surətdə pozulması, eyni zamanda cavabdehin üzərinə götürdüyü öhdəlikdən bilərəkdən yayınması kimi qiymətləndirilməlidir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq məsələ hələ də öz həllini tapmamışdır. Belə ki, iddiaçının çoxsaylı müraciətlərinə cavabdeh tərəfindən məsələyə aidiyyəti olmayan şəkildə cavablar verilir. Cavabdeh öz cavab məktubunda bildirmişdir ki, borcların qarşılıqlı əvəzləşdirilməsi və ya borcun silinməsinə görə cavabdehlə iddiaçı arasında protokol olduğu halda, cavabdehin dövlət büdcəsinə olan kreditor borcu silinmədiyi üçün həmin debitor borcunun silinməsi mümkün deyildir. Bu tamamilə əsassız bir yanaşmadır. Cavabdeh bu məzmunda cavab versə də, özünün dövlət büdcəsinə olan borcunun silinməsi ilə bağlı müvafiq orqana müraciət etməsi barədə hər hansı bir məlumat təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh öz müraciətində sözügedən protokol onlara təqdim edilmədiyinə görə həmin borcun silinməsinin imkan xaricində olduğunu bildirmişdir. Bu fakt heç də inandırıcı deyil. Birincisi, ona görə ki, elə bir ciddi sənəd, ciddi dövlət orqanları və tabe qurumlar arasında bağlanmış protokol hər halda hər bir iştirakçıya çatacaq nüsxədə nəşr edilmişdir. Yəni cavabdehə protokolun bir nüsxəsinin verilməməsi absurd bir yanaşmadır. Ola bilər ki, cavabdeh həmin protokolun hüquqi varisi olduğu Cavabdeh QSC tərəfindən imzalanmasını əlində bəhanə edərək öhdəliklərindən yayınmağa çalışır. İkinci bir məqam da odur ki, cavabdeh həmin protokolun nüsxəsinin olmamasına istinad edir. Halbuki həmin protokolun surəti iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin buna baxmayaraq yenə də əvəzləşdirilmiş borc məbləği silinməmişdir. Bu hal cavabdehin tək tərəflər arasında imzalanmış protokolun icrasından yayınması deyil, eyni zamanda cənab Prezident tərəfindən imzalanmış Fərmanın, Nazirlər Kabinetinin qəbul etdiyi qərara, Maliyyə Nazirliyinin buraxdığı xəzinə vekselinə riayət edilməməsi kimi qiymətləndirilməlidir. 2009cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cavabdeh QSC yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə verilmiş və Cavabdeh olaraq fəaliyyətini davam etdirir. Həmin sərəncamdan da aydın görünür ki, Cavabdeh İB Cavabdeh QSC-nin hüquqi varisidir. Lakin təəssüf ki, cavabdeh bu hüquqi varisliyi yalnız aktiv öhdəliklər hissəsində “qəbul etməyi” seçir. Belə ki, cavabdeh protokolda qeyd edilmiş borc məbləğini qəbul edərək hələ də öz ödəniş sənədlərində qalıq borc kimi qeyd etsə də, hüquqi varisi olduğu müəssisənin üzərinə götürmüş olduğu öhdəlikləri isə icra etmək istəmir. Cavabdehin silinməli olan borc məbləğini tələb etməsi iddiaçının hüquqlarının kobud surətdə pozulması ilə bərabər, eyni zamanda iddiaçının qaz enerjisindən istifadə etməsini riskə atır. Bilindiyi kimi, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər qurumlar kimi, "xxxx" Elmi-İstehsalat Müəssisəsi də öz fəaliyyəti ilə əlaqədar olaraq kommunal xidmətlərdən, o cümlədən qazdan mütəmadi olaraq istifadə edir. Lakin həmin borc məbləğinin hələ də silinməməsi cavabdehin həmin məbləği əsas götürərək qaz sərfiyyatını dayandırmasına, bununla da iddiaçının istehsalatına ciddi ziyan vurmasına səbəb ola bilər. Ona görə də hesab edirlər ki, qeyd edilən mübahisə məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında abonent saldosundan iddiaçının 2010-cu ildən başlayaraq 51.000 manata yaxın borcu olmasının göründüyünü, borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokoluna əsasən Cavabdeh İBnin dövlət büdcəsinə borcunun əvəzləşdirilməsi həyata keçirilmədiyini, bu səbəbdən də İB tərəfindən həmin protokolun icra edilməsinin mümkün olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Dövlət Xüsusi Maşınqayırma və Konversiya komitəsi tərəfindən 21.04.1995-ci il tarixdə təsdiq edilmiş “Nord” elmi-istehsalat birliyinin nizamnaməsindən görünür ki, “Nord” elmi-istehsalat birliyi hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.05.1995-ci il tarixdə D-412 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.05.1995-ci il tarixdə D-412 nömrə ilə qeydiyyata alınmış “Nord” Elmi-İstehsalat Birliyinin adında və Nizamnaməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 07.01.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla edilmiş əlavələr və dəyişikliklərdən görünür ki, “Nord” Elmi-İstehsalat Birliyinin adındakı “Nord” sözü "xxxx" sözləri ilə, “Birliyinin” sözü isə “Müəssisəsinin” sözü ilə, “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi” sözləri “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.05.1995-ci il tarixdə D-412 nömrə ilə qeydiyyata alınmış Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin nizamnaməsində Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 19.03.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla edilmiş əlavələr və dəyişikliklərdən görünür ki, "xxxx" sözləri "xxxx" sözü ilə, tabe olduğu Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyinin adındakı “Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə” sözləri “Üfüq” sözləri ilə əvəz edilmiş və müəssisənin tam adı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsi kimi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin dövlətə olan borclarının, həmçinin kreditor və debitor borclarının tənzimlənməsi barədə” 29 iyul 2008-ci il tarixli, 173 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyun 2008-ci il tarixli 785 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci ilin aprelin 1-nə olan kreditor borclarının və həmin tarixə olan debitor borclarının ödənilməsinin tənzimlənməsi və bununla əlaqədar dövlətin maliyyə dəstəyinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xeyrinə, onun tabeliyində olan müəssisələrin borclarının inventarlaşdırılması əsasında 2.876.600 manat məbləğində xəzinə veksellərinin buraxılmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmışdır (Qərarın 3.2-ci bəndi). Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 12 dekabr 2008-ci il tarixli, MN 000007 nömrəli buraxılmış 124.930,20 manat məbləğinə xəzinə vekselindən görünür ki, həmin vekselə əsasən yuxarıda qeyd edilən Nazirlər Kabineti qərarına istinad edilərək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcu, o cümlədən 19.057.15 manat məbləğində ƏDV həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, onun tabeliyində olan müəssisələr və keçmiş Cavabdeh QSC Bakı şəhər Baş İstehsalat Qaz İdarəsi arasında 26 dekabr 2008-ci il tarixində imzalanmış borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolundan görünür ki, həmin protokolda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan qurumların, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin 48.627,05 manat, o cümlədən ƏDV üzrə 7.417,69 manat məbləğində qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcları həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. Razılaşma həmçinin Cavabdeh QSC-nin səlahiyyətli şəxsi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. 12/415 saylı 05.12.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Cavabdehnə müraciət edilərək, 01.04.2008-ci il tarixə "xxxx" Elmi- İstehsalat Müəssisəsinin Cavabdeh İB-yə olan 48.627,05 manat məbləğində borcun silinməsinə köməklik göstərilməsi xahiş edilmişdir. 12/415 saylı 05.12.2017-ci il tarixli məktuba Cavabdeh tərəfindən verilmiş 29.12.2017-ci il tarixli cavab məktubundan görünür ki, borcların qarşılıqlı əvəzləşdirilməsi və ya borcun silinməsinə görə Cavabdeh İB (Cavabdeh QSC-nin hüquqi varisi) ilə "xxxx" Elmi-İstehsalat Müəssisəsi arasında protokol olduğu halda, Cavabdeh QSC-nin dövlət büdcəsinə olan kreditor borcu silinmədiyi üçün həmin debitor borcun silinməsi mümkün deyil, yəni üçüncü tərəfin Azərbaycan Respublikası Vergilər Nazirliyinin protokolu onlara təqdim edilmədiyindən həmin borcun silinməsi imkan xaricindədir. Abonent saldosundan görünür ki, İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin (abonent kodu: **********00000) qazdan istifadəyə görə Cavabdeh İB-yə olan borcu 2010-ci ilin iyun ayına 51.613,95 manat olmuş, 2022-ci ilin fevral ayının əvvəlinə (hazırkı iddia ilə məhkəməyə müraciət edilən vaxta) isə 52.108,29 manat təşkil etmişdir.Saldodan həmçinin müəyyən edilir ki, saldonun əhatə etdiyi müddət ərzində abonent tərəfindən yalnız cari borcların ödənilməsi həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin dövlətə olan borclarının, həmçinin kreditor və debitor borclarının tənzimlənməsi barədə” 29 iyul 2008-ci il tarixli, 173 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyun 2008-ci il tarixli 785 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci ilin aprelin 1-nə olan kreditor borclarının və həmin tarixə olan debitor borclarının ödənilməsinin tənzimlənməsi və bununla əlaqədar dövlətin maliyyə dəstəyinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xeyrinə, onun tabeliyində olan müəssisələrin borclarının inventarlaşdırılması əsasında 2.876.600 manat məbləğində xəzinə veksellərinin buraxılmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyi 12 dekabr 2008-ci il tarixli, MN 000007 nömrəli 124.930,20 manat məbləğinə xəzinə vekselini buraxmış və həmin vekseldə Nazirlər Kabineti qərarına istinad edilərək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaza görə Cavabdeh QSC (cavabdehin hüquqi sələfi) Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcunun, o cümlədən 19.057.15 manat məbləğində ƏDV-nin həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra 26 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsi ilə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsi arasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələrin kreditor borclarının, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin qaza görə Cavabdeh QSC (cavabdehin hüquqi sələfi) Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan 48.627,05 manat məbləğində (o cümlədən 7.417,69 manat ƏDV) kreditor borcunun cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi barədə “Borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma” protokolu imzalanmış, lakin həmin razılaşma Cavabdeh QSC tərəfindən icra edilməmiş və razılaşmada qeyd edilən borc məbləğinin ödənilməsi hazırda da Cavabdeh İB tərəfindən iddiaçıdan tələb edilir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı borcun silinməsinə dair iddia tələbinə əsas kimi, ilk növbədə, yuxarıda istinad edilən borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolundan irəli gələn öhdəliklərin cavabdehin hüquqi sələfi tərəfindən icra edilməməsinə istinad etmişdir. Göstərilən əsasla bağlı məhkəmə qeyd edir ki, sözügedən protokol 26 dekabr 2008ci il tarixində, yəni məhkəmədə hazırkı iddia qaldırılmamışdan 13 il əvvəl bağlandığından və həmin müddət ərzində cavabdehin protokol üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərin hər hansı bir hissəsi icra edilmədiyindən iddiaçının həmin protokoldan irəli gələn tələb etmə hüquqlarına müddətin keçməsi əsası ilə xitam verilmişdir. Odur ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi həmin protokol üzrə öhdəliklərin icrası olaraq mübahisəli borcun caavbdeh tərəfindən silinməsini tələb etməkdə haqlı deyil. Digər tərəfdən "xxxx" Elmi-İstehsalat Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə borcun silinməsinə əsas kimi Mülki Məcəllənin 551-ci maddəsinə də istinad etmişdir. Göstərilən əsasla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi- İstehsalat Müəssisəsinin 2010-ci ilin iyun ayına olan borcu 51.613,95 manat olmuş, 2010cu ilin iyun ayından 2022-ci ilin fevral ayına qədər istifadə olunmuş cari qaz sərfinə görə ödənişlər edilmiş və 2022-ci ilin fevral ayının əvvəlinə 52108,29 manat məbləğində borc təşkil etmişdir. Protokolun imzalanmasından ötən on iki ildən artıq müddət ərzində Cavabdeh İB (və ya onun hüquqi sələfi) tərəfindən həmin borcun ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməmiş, həmçinin iddiaçı tərəfindən həmin borcdan ödəniş edilməmiş, borc öhdəliyi başqa formada icra edilməmiş, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə müvafiq olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 553.1.1-ci maddəsinə görə müddətlərin keçməsinə görə öhdəliklərin xitamını tənzimləyən müddəalarına görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə, o cümlədən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir. Belə olan halda iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə Cavabdeh İB tərəfindən hesablanmış ƏDV daxil 48.627,05 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən həmin məbləğ abonentin hesabından silinməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokoluna istinad etməklə 48.627,05 manat məbləğində borcdan əlavə 7.417,69 manat məbləğində ƏDV borcunun silinməsi tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 26 dekabr 2008-ci il tarixli borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolunun məzmunundan da görünür ki, protokolda əvəzləşdirilməsi nəzərdə tutulmuş "xxxx" Elmi-İstehsalat Müəssisəsinin Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan 48.627,05 manat məbləğində kreditor borcu ƏDV daxil borc məbləğidir. Əvvəla, ona görə ki, sözügedən protokolda "xxxx" Elmi-İstehsalat Müəssisəsinin Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə qaza görə kreditor borcunun “48.627,05 manat, o cümlədən ƏDV üzrə 7.417,69 manat olması” qeyd edilmişdir. Odur ki, protokolun göstərilən şərtini hərfi mənasına görə təfsir etsək 48.627,05 manat məbləğində borca 7.417,69 manat ƏDV məbləğinin də daxil edildiyi qənaətinə gəlmək olar. İkincisi, 48.627,05 manat əsas məbləğinə hesablanmalı olan ƏDV məbləği 7.417,69 manat deyil, 8.752,87 manat (48.627,05x18%=8.752,87) təşkil edir. Digər tərəfdən 7.417,69 ƏDV məbləği 41.209,38 (7.417,69x100/18) manat məbləğində əsas borca hesablanır ki, həmin məbləğlərin cəmi də 48.627,07 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən hallar ona dəlalət edir ki, iddiaçının silinməsinin tələb etdiyi 26.12.2008-ci il tarixədək olan dövrdə yaranmış və 26.12.2008-ci il tarixli protokolda əvəzləşdirilməsi nəzərdə tutulmuş 48.627,05 manat məbləğində borc - 7.417,69 manat məbləğində ƏDV-nin də daxil olduğu borc məbləğidir. Nəhayət, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, abonent saldosundan da göründüyü kimi 2010-2022-ci illərdə qazdan istifadəyə görə iddiaçının cavabdehə olan borcu ƏDV daxil 51.000-52.000 civarında olmuşdur. İddianın qaldırıldığı tarixə iddiaçının cavabdehə silinməsini tələb etdiyi məbləğdə - 56.044,74 manat (48.627,05 manat,+7.417,69 ƏDV) məbləğində borcu ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 259 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 259 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən 26.12.2008-ci il tarixədək olan müddət üçün iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi- İstehsalat Müəssisəsinə hesablanmış ƏDV daxil 48.627,05 manat məbləğində borc silinsin. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə ödənilsin. İddia verilərkən ödənilmiş 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar