Məhkəmə qərarları › İş №e-2-2(113)-1108/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1108/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1108/2022 04.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc – 247654.87 (iki yüz qırx yeddi min altı yüz əlli dörd manat, səksən yeddi qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 111962.57 (bir yüz on bir min doqquz yüz altmış iki manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 359617.44 (üç yüz əlli doqquz min altı yüz on yeddi manat, qırx dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650.59 (altı yüz əlli manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc – 247654.87 (iki yüz qırx yeddi min altı yüz əlli dörd manat, səksən yeddi qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 111962.57 (bir yüz on bir min doqquz yüz altmış iki manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 359617.44 (üç yüz əlli doqquz min altı yüz on yeddi manat, qırx dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650.59 (altı yüz əlli manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2nə münasibətdə mediator tərəfindən tərtib edilmiş sənəd iddia ərizəsinə əlavə olunmasına baxmayaraq digər cavabdehlərə münasibətdə mediator tərəfindən tərtib edilmiş sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc – 247654.87 (iki yüz qırx yeddi min altı yüz əlli dörd manat, səksən yeddi qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 111962.57 (bir yüz on bir min doqquz yüz altmış iki manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 359617.44 (üç yüz əlli doqquz min altı yüz on yeddi manat, qırx dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650.59 (altı yüz əlli manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar