Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1108/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6831,71 (altı min səkkiz yüz otuz bir manat yetmiş bir qəpik) manat icarə haqqı borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış 01072022/1 №li, xx.xx.2022-ci il tarixli qısa müddətli avtomobil icarə müqaviləsinə əsasən əvvəlcə, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan bir ədəd Toyota Camry və sonradan müvəqqəti olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək Toyota Prado markalı avtomobillər aylıq icarə haqqı ƏDV xaric 1150 (min yüz əlli) ABŞ dolları olmaqla, xx.xx.2022-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobillərin icarəsinə görə icarə haqqı borcunu ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməmiş və ödəməməkdə davam edir. xx.xx.2022-ci il tarixdə icarə predmeti olmuş bir ədəd Toyota Camry markalı minik avtomobili cavabdehdən təhvil alınmışdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 01072022/1 nömrəli qısa müddətli avtomobil icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 6831,71 (altı min səkkiz yüz otuz bir manat yetmiş bir qəpik) manat borcu vardır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddia tələbi məbləğinin texniki yanlışlıq nəticəsində 6813,71 manat əvəzinə 6831,71 manat yazıldığını, ona görə də iddia tələbi məbləğinin 6813,71 manat məbləğində olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkilməhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, iş materiallarından görünür ki: - İcrəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01072022/1 nömrəli qısa müddətli avtomobil icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəçiyə Toyota Camry markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Toyota Camry markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün aylıq kirayə haqqı 1150 (min yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin bəndə əsasən icarəçi vergilərdən azad deyilsə, qiymətlərə 18% ƏDV əlavə olunacaq. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0043 nömrəli “avtomobilin təhvil forması” adlı sənəddən görünür ki, Cavabdeh MMC-yə Toyota Camry markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0219 nömrəli “avtomobilin təhvil forması” adlı sənəddən görünür ki, Cavabdeh MMC-yə Toyota Prado markalı, ağ rəngli, H029890 dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir. - xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 579579 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 661,98 (ƏDV daxil) manat təşkil edir (“Toyota Prado” markalı avtomobilin icarə haqqı). - xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 178835 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2306,90 (ƏDV daxil) manat təşkil edir (“Toyota Camry” markalı avtomobilin icarə haqqı, müddət xx.xx.2022-xx.xx.2022). - xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 151450 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2306,90 (ƏDV daxil) manat təşkil edir (“Toyota Camry” markalı avtomobilin icarə haqqı, müddət xx.xx.2022-xx.xx.2022) . - xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 233926 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1537,93 (ƏDV daxil) manat təşkil edir (“Toyota Camry” markalı avtomobilin icarə haqqı, müddət xx.xx.2022-xx.xx.2022). - Qeyd olunan olunan elektron qaimələrin əsasında dayanan hesab fakturalar məhkəməyə təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mühasibat arayışından görünür ki, Cavabdeh MMC-nin borcu 6813,71 manat təşkil edir. - İddiaçı MMC xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, icarə haqqı üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və 6813,71 manat (altı min səkkiz yüz on üç manat yetmiş bir qəpik) (661,98+2306,90+2306,90+1537,93=6813,71 manat) məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 6813,71 manat (altı min səkkiz yüz on üç manat yetmiş bir qəpik) məbləğində icarə haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1108/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1108/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver