Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-112/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1yə görə əsassız və yanlış hesablanmış, iddiaçı tərəfindən məcburi (elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün) cavabdehə ödənilmiş 6400 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC Lənkəran şəhəri, Təngivan kəndində sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi xx xxxxxx 2015-ci il tarixdən qeyd olunan ərazidə fəaliyyət göstərir. Həyata keçirilən fəaliyyətlə əlaqədar iddiaçı ilə “xxxx” ASC Lənkəran EŞ və İİ ilə X1yə görə müvafiq müqavilə bağlanmışdır. İddiaçı MMC hər ay aylıq istifadə olunan X1yə görə ödənişi cavabdehin təqdim etdiyi elektron vergi-hesab fakturaya əsasən həyata keçirir və bu xx xxxxxx 2015-ci ildən bugünə qədər belə davam edir. İddiaçının maliyyə sənədlərinə əsasən cavabdeh ilə müqavilə bağlandıqdan sonra ona X1yə görə borcu yoxdur. Lakin iddiaçının nümayəndəsinə “xxxx” ASC Lənkəran EŞ və İİ-də təqdim olunan xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən İddiaçı MMC-nin xx xxxxxx 2015-ci il tarixə qədər 1637,66 manat, həmin tarixdən xx xxxxxx 2019-cu ilə qədər isə 4383,71 manat borcu vardır. Maraqlı məqam odur ki, cavabdeh ilə iddiaçı arasında X1yə görə müqavilə xx xxxxxx 2015-ci ildən sonra bağlanmışdır, belə olan halda həmin tarixə qədər iddiaçının 1637,66 manat borcunun olması mümkünsüzdür. Bununla bağlı iddiaçının regional satış idarəsinin əməkdaşları bildirmişdir ki, qeyd olunan qalıq borc daha əvvəlki abonentə məxsusdur. Əvvəlki abonentin borcunun iddiaçının şəxsi hesab vərəqəsində saxlanılması iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Belə ki, cavabdehin regional qurumlarının əməkdaşları tərəfindən əvvəlki abonentə məxsus borcla bağlı iddiaçıya verilə elektrik enerjisi dəfələrlə kəsilmiş, bu zaman iddiaçının elektrik enerjisi ilə yanaşı yaxınlıqdakı yaşayış kəndinin də işığı kəsilmiş, bu da kənd sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Cavabdehə dəfələrlə əvvəlki abonentin borcuna görə elektrik enerjisinin verilməsinin kəsilməməsi barədə müraciət olunmuş, lakin bir nəticə verməmiş, cavabdehin əməkdaşları tərəfindən müəyyən vaxtlarda iddiaçıya aid olmayan borcun ödənilməsinin təmin edilməsi məqsədilə qərəzli olaraq elektrik enerjisi kəsilmişdir. Buna görə də, hazırda xx xxxxxx 2015-ci il tarixə qədər hesablanmış və iddiaçıya aid olmayan 1637,66 manat borcun silinməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bir müddət öncə, məhkəməyə müraciət edilməsi üçün sənədlərin yığılması məqsədilə, cavabdehə iddiaçının nə qədər borcunun olması və bu borcun nəyə əsasən yaranması, buna dair sənədlərin təqdim edilməsi barədə vəkil sorğusu göndərilmişdir. “xxxx” ASC-nin X2 Təchizatı və Satış İdarəsi tərəfindən sorğuya verilən xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda yuxarıda qeyd edilən üzləşmə aktından fərli olaraq iddiaçının xx xxxxxx 2015ci il tarixə qədər hər hansı borcunun olmaması, hətta, 1100 manat artıq ödənişinin olması, bugünə qədər X1yə görə hesablanmış və ödənilməyən 1424 manat və yeni tipli elektron sayğacın bədəli olan 418 manat borcunun olması, ümumilikdə abonentin 1821 manat borcunun olması qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının X1yə dair borcu ilə bağlı hər dəfə fərqli məbləğlər göstərilmiş, konkret olaraq borcun nə qədər olması və bu borcun nəyə əsasən yaranması barədə məlumat verilə bilməmişdir. Bundan istifadə edərək də, cavabdehin əməkdaşları iddiaçının elektrik enerjsiindən istifadəsinə qərəzli olaraq maneəçilik yaradır və istehlakçı kimi hüquqlarını kobud şəkildə pozur. Yuxarıda da qeyd etdiyim kimi, iddiaçı xx xxxxxx 2015-ci il tarixdən sonra cavabdeh ilə müqavilə bağlamaqla X1 edir, həmin vaxta qədər əvvəlki abonentə hesablanmış borcun iddiaçıya aidiyyəti yoxdur. Digər tərəfdən, xx xxxxxx 2015-ci il tarixdən bugünə qədər hesablanmış X1 haqları cavabdehin təqdim etdiyi elektron vergi hesab fakturalara əsasən ödənilmişdir, iddiaçının maliyyə-mühasibatlıq sənədlərində hər hansı ödənilməyən elektron vergi-hesab faktura aşkar edilməmişdir. Cavabdeh ödənilməyən elektron vergi-hesab faktura olduğunu iddia edirsə, məhkəmə araşdırması zamanı konkret olaraq hansı ilin, hansı aylarında ödənilməyən faktura olmasını bildirə bilər və iddiaçının maliyyə sənədləri ilə tutuşdurulmaqla bu fakt müəyyən ediləcəkdir. xx xxxxxx 2015-ci il tarixə qədər əvvəlki abonentə hesablanmış və ödənilməyən (üzləşmə aktında qeyd olunur, akt qoşmada əlavə olunur) 1637,66 manat borc, xx xxxxxx 2015-ci ildən bugünə qədər iddiaçının borcu ilə bağlı cavabdeh tərəfindən yanlış hesablanmış 1821 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı pretenziya qaydasında cavabdehə xx xxxxx 2019-cu il tarixdə müraciət edilmişdir. Cavabdeh müraciətlərini aldıqdan sonra əsaslandırılmış cavab vermək əvəzinə, qərəzli olaraq iddiaçının elektrik enerjisini kəsmiş və dolayısı ilə pulun ödənilməsinə iddiaçını məcbur etmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının ümumilikdə 6400 manat borcu olmuşdur, lakin bu borcun hansı aylara və hansı əsasla yaranması barədə ətraflı məlumat verilməmiş, sadəcə 6400 manat qalıq borcun qeyd edildiyi hesab-faktura təqdim edilmişdir. xx xxxxx 2019-cu il tarixdə iddiaçı işin dayanmaması üçün cavabdeh tərəfindən təqdim edilən və əsassız hesablanmış borc məbləğinə dair hesab-faktura əsasında 6400 manat ödəniş etmişdir, yalnız bundan sonra elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Bundan sonra cavabdehə yeni məzmunda, yəni ödənilmiş pulun geri qaytarılması ilə bağlı xx xxx 2019-cu il tarixdə müraciət edilmişdir. Həmin müraciət məktubu cavabdeh tərəfindən elə həmin gün qəbul edilmişdir, bunu təsdiq edən qəbzin surəti ərizəyə əlavə olunur. Müraciətdə 1 həftə ərzində cavab verilməsi xahiş edilmişdir, lakin cavabdeh bugünə qədər müraciətlərinə cavab verməmişdir. Buna görə də hazırda əsassız hesablanmış borca görə cavabdehə ödənilmiş 6400 manat pulun geri qaytarılması barədə iddiaə rizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC ölkənin cənub regionunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə tikilən avtomobil yollarının tikintisində və ümumiyyətlə regionda gedən quruculuq işlərində yaxından iştirak edir. Belə ki, bu məqsədlə tərəflərindən 2014-cü ildə Lənkəran rayonu, Təngivan kəndi ərazisində qum-çınqıl karxanası yaradılmışdır və sözü gedən müəssisə bölgədə icra olunan sosial layihələrə öz töhfəsini verməkdədir. Sözü gedən müəssisə bigə istismar etmək məqsədi ilə “Bayram-M” şirkəti ilə birlikdə yaradılmışdır və bu məsələ bütun hüquqi sənədlərdə öz əksini tapmışdır. Lakin “Bayram-M” şirkətinin qeyri konsruktiv mövqe tutması səbəbindən sözü gedən müəssisənin birgə istismarı mümkünsüz olmuş və müəssisə “09” dekabr 2015-ci il tarixə qədər “Bayram- M” şirkəti tərəfindən birtərəfli qaydada istismar edilmişdir. Sözü gedən tarixdə “Bayram-M” şirkəti layihədəki payını İddiaçı MMC-yə sataraq layihədəki fəaliyyətini dayandırmışdır. Bu tarixə qədər İddiaçı MMC tərəfindən sözü gedən müəssisədə X1 edilməmişdir. İddiaçı MMC tərəfindən elektrik enerjisinin istifadəsinə bu tarixdən sonra başlanmışdır. Tərəfimizdən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözü gedən tarixə qədər istifadə edilmiş elektrik enerjisinin haqqı “Bayram-M” şirkəti tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Belə ki, “xxxx” ASC-nin X2 Təchizatı və Satışı İdarəsi istifadə edilmiş elektrik enerjisinin haqqını “Bayram-M” şirkətindən aldığı halda bu məbləğ yenidən İddiaçı MMC-dən tələb edirlir. Araşdırma nəticəsində bir fakt da məlum olmuşdur ki, “xxxx” ASC-nin baş idarəsi bu məsələdən xəbərsizdir. Məhz bu səbəbdən qurumun baş idarəsi və regional idarəsi ilə aparılmış üzləşmə nəticəsində xx.xx.2015-ci il tarixinə sonuncular 2737,66 manat fərqlə üzləşmə aktları təqdim etmişlər. Sözügedən müəssisənin fəaliyyəti tərəflərindən icra olunan layihənin yekunlaşması səbəbindən 2016-cı il iyul ayında dayandırılmış və 2017-ci il dekabr ayında bərpa edilmişdir. Bu dövrə müavafiq olaraq müəssisəyə elektrik enerjisinin verilişi xxxx ASC tərəfindən dayandırılmış və bu dövr ərzində müəssisədə X1 edilməmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlananda müvafiq arayış xxxx ASC-yə təqdim olunmalı idi. Digər aylardan olan borc da götərilir. 2017-ci ildə İddiaçı MMC fəaliyyət göstərmirdi. Həmin obyektə həm sayğac üzrə hesablaşma, həm də metodiki hesablama olmuşdur. Abonent haqqında məlumatda sayğacın göstəriciləri 2015ci ilin avqust ayından başlayır. 2017-ci ildə fəaliyyət yox idi və 2018-ci ildə sayğac quraşdırılmışdır. 2019-cu ildə iddiaçının 24138 manat borcu olmuş və 23532 manat ödənilmişdir. Fevral ayında iddiaçı tərəfindən 3 dəfə ödəniş olmuşdur. Tərəflərindən təqdim olunan hesab fakturada keçən ayın sərfiyyatı göstərilir, gələn ay üçün ödəniş olduğundan növbəti aylarda məbləğ az göstərilir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”- nın 8.2-ci maddəsinə əsasən, “elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 (bir) ay qəbul olunur.” İddiaçı MMC-nin - abunə kodu **********4 hər ay istifadə olunmuş elektrik enerjisinə - sayğacın göstəricisinə - görə elektron vergi hesabfakturaları təqdim olunur. Həmin hesab fakturalarında aylıq istifadə olunmuş elektrik enerjisi sayğac üzrə və keçmiş aylardan ödənilməmiş hesabatın borc məbləği qeyd olunur. Məhkəməyə təqdim edilmiş hesab-fakturaları və abunə haqqında məlumatdan görünür ki, İddiaçı MMC ilə hesablaşma EEİQ-nin 8.2 bəndinə əsasən aparılır və abonentə artıq məbləğ qeyd edilməmişdir. Təqdim edilmiş sübutları və iddia tələbinin əsassız olduğunu nəzərə alaraq, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddilarının təmin edilməsini və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli, B/P-02 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – “Bayram-M” şirkəti ona məxsus Lənkəran rayonu, Təngivan kəndi, Lənkəran çayı vadisində yerləşən “qum-çınqıl” karxanasındakı qum-çınqıl “qırma-ələmə” avadanlıqlarını alıcı – “xxxx” MMC-yə satır, alıcı – İddiaçı MMC həmin malı qəbul edir. xx.xx.2015-ci il tarixli malın təhvil-təslim aktından görünür ki, xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Lənkəran şəhərinin Təngivan kəndində yerləşən Karyer Drabilka ilə birlikdə İddiaçı MMC-yə təhvil verilmişdir. X1yə görə üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2015-ci il tarixə qalıq borcu 1637,66 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 2117,71 (1637,66+480,05=2117,71) manat təşkil edir. xx.xx.2019-cu il tarixli X1yə görə üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2015-ci il tarixə qalıq borcu 1637,66 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 4383,71 (1637,66+2746,05=4383,71) manat təşkil edir. xx.xx.2019-cu il tarixli, HX-19/0643 nömrəli məktubdan görünür ki, xxxx ASC (insan resursları departamentinin direktor müavini Rövşən Məcidov) Vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən obyektin xx.xx.2015-ci il tarixinədək heç bir borcu olmamış, hətta abonent tərəfindən 1100 manat artıq ödəniş (avans) edilmişdir. xx.xx.2015ci il tarixdən xx.xx.2018-ci il tarixədək abonent istifadə etdiyi elektrik enerjisi haqqını tam ödəmədiyindən 1424 manat borcu yaranmış, həmin obyektə xx.xx.2018-ci il tarixdə yeni elektron tipli sayğac quraşdırılmış və sayğac bədəli 418 manat əlavə olunmaqla nəticədə 1821 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, abonent kodu **********4 olan İddiaçı MMC elektrik enerjisi xidmətinə görə xxxx ASC-yə 6400 manat ödəniş etmişdir. “xxxx” ASC tərəfindən təqdim edilmiş hesab ödəniş vərəqələrindən görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2019-cu illər ərzində İddiaçı MMC sərf etdiyi elektrik enerjisinə görə vaxtaşırı ödənişləri yerinə yetirməklə “xxxx” ASC qarşısında borcu yaranmışdır. xx xxxxxxxx 2020-ci il tarixli, 1693 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixinə (yəni 6400 manat vəsait ödənilənə qədər) xxxx ASC-yə olan borcu 1274,36 (42913,08-35509-6129,72=1274,36) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın: 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı MMC sözügedən obyekti (karxana-karyeri) xx.xx.2015-ci il tarixdə təhvil alarkən, onun xx.xx.2015-ci il tarixinədək heç bir borcu olmamış, hətta tərəflərindən 1100 manat artıq ödəniş (avans) edilmişdir, lakin, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli üzləşmə aktlarına əsasən xx.xx.2015-ci il tarixə İddiaçı MMC-nin qalıq borcu 1637,66 manat göstərilmiş, müvafiq olaraq xx.xx.2019-cu il tarixə qalıq borcu 2117,71 (1637,66+480,05=2117,71) manat və xx.xx.2019-cu il tarixə qalıq borcu 4383,71 (1637,66+2746,05=4383,71) manat təşkil etmiş, halbuki “xxxx” ASC tərəfindən təqdim edilmiş hesab ödəniş vərəqələrindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2105-ci il tarixə borcu olmamış, xx.xx.2019-cu il tarixə İddiaçı MMC-nin qalıq borcu 4737,95 manat olmuş, həmçinin İddiaçı MMC-nin X1 borcu haqqında məlumatda MMC-nin xx.xx.2019-cu il tarixə qalıq borcu 2793,14 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə iş materiallarında olan sənədlərdəki ziddiyətli məqamların aydınlaşdırılması yəni, İddiaçı MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (yəni 6400 manat məbləğində ödəniş olunanadək) borcunun müyyənləşdirilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühasibatlıq ekpertizası təyin etmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixinə (yəni 6400 manat vəsait ödənilənə qədər) xxxx ASC-yə olan borcu 1274,36 (42913,08-35509-6129,72=1274,36) manat təşkil etmiş və iddiaçı xx.xx.2019-cu il tarixdə 6400 manat ödəniş etdiyi üçün həmin dövrdə xxxx ASC-yə borclu olduğu 1274,36 manat vəsait artıq ödənilən 6400 manatdan çıxılmalı və 5125,64 (6400-1274,36) manat hissədə iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5125,64 manat pul cavabdeh “xxxx” ASC-dən tutularaq, iddiaçıya ödənilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən (80,09%) təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 40,04 manatı “xxxx” ASC-dən, 9,96 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1yə görə əsassız hesablanmış və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5125,64 manat məbləğində pul “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 40,04 manatı “xxxx” ASC-dən, 9,96 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-112/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-112/2020
18.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver