Məhkəmə qərarları › İş №e-2-2(113)-1121/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1121/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1121/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “ödənilmiş vəsaitin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 866.00 manat (səkkiz yüz altmış altı manat,00 qəpik) məbləğində vəsaitin, 40,00 (qırx) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş ilk hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixə təyin olunmuş növbəti məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin o da mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınsa da tərəflər məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Tərəflərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə məhkəmə iclası 29 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Tərəflər xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasına gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “ödənilmiş vəsaitin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar