Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1124/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankının nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankın Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 708000 manat məbləğində icarə haqqı üzrə borcun və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 717912 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına qarşı iddiaçı tərəfindən aralarında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 22 iyul 2020-ci il tarixdən ləğvinin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 16.01.2021-ci ildən ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının öhdəliklərinə Müqavilənin 8.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 29 mart 2020-ci il tarixdən başlayaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 12 dekabr 2020-ci il tarixədək tam, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsi, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş ******* manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 465000 manat maliyyə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 21 yanvar 2021-ci il tarixinə mövcud olan 519200 manat məbləğində icarə haqqı üzrə borcun və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 529112 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına qarşı cavabdeh tərəfindən aralarında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 22 iyul 2020ci il tarixdən ləğvinin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 16.01.2021ci ildən ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının öhdəliklərinə Müqavilənin 8.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ- Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 29 mart 2020-ci il tarixdən başlayaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 12 dekabr 2020-ci il tarixədək tam, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (Müqavilənin 3. l-ci bəndimlə müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsi, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş ******* manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 708000 manat məbləğində icarə haqqı üzrə borcun və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 717912 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən aralarında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 22 iyul 2020-ci il tarixdən ləğvinin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 16.01.2021-ci ildən ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının öhdəliklərinə Müqavilənin 8.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 29 mart 2020-ci il tarixdən başlayaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 12 dekabr 2020-ci il tarixədək tam, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsi, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş ******* manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 465000 manat maliyyə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16.01.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə bağlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bankın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə ictimai iaşə (yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili) növündə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin icarəsi üzrə aylıq icarə haqqı ƏDV daxil olmaqla 47200 manat (Müqaviləyə 29.01.2019-cu il tarixli 01 №-li Əlavə Sazişə əsasən), icarə müddəti isə 5.1-ci bəndə əsasən 16 yanvar 2019-cu il tarixdən etibarən 5 il müəyyən edilmişdir. İcarəçi Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilə hər iki tərəfdən imzalandıqdan sonra təqdim edilmiş ödəniş sənədləri əsasında 3 iş günü ərzində 4 aylıq (aprel, may, iyun, iyul) icarə haqqını, yəni 180000 manat məbləğində pul vəsaitini birdəfəlik ödənişlə icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin təmir edilməsi, müqavilədə nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə 2019-cu ilin yanvar, fevral və mart ayları üçün icarəçi tərəfindən icarə haqqı ödənilmir. İcarəçi aylıq icarə haqqı üzrə ödənişi müqavilənin 3.4-cü bəndinə əsasən (Müqavilənin 3.2-ci və 3.3-cü bəndləri nəzərə alınmaqla) növbəti ödənişin 16.08.2019-cu il tarixindən başlanılması şərtilə hər təqvim ayının 16-dək həyata keçirməyi üzərinə götürmüşdür. Lakin icarəçi qeyd edilən öhdəliyi lazımınca icra etmədiyinə görə Bank tərəfindən cavabdehə 18.09.2019-cu il tarixli 2087 №-li, 11.02.2020ci il tarixli 258 №-li Xəbərdarlıq məktubları göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktublarından sonra cavabdeh müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirsə də daha sonra yenidən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan sonra Bank tərəfindən cavabdehə 22 may 2020-ci il tarixli 1148 №-li xəbərdarlıq məktubu göndərilərək Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən Müqaviləyə 22 iyul 2020-ci il tarixdən birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və Şirkətin Müqavilə üzrə 22 may 2020-ci il tarixinə Bank qarşısında mövcud olan icarə haqqı və penya borclarının ən qısa zamanda tam şəkildə ödənilməsi və icarə obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Banka təhvil verilməsi tələb edilmişdir. Lakin bugünə qədər həmin xəbərdarlıq məktubunda göstərilən borc məbləği tam ödənilməmiş, icarə obyekti olan qeyri-yaşayış sahəsi isə boşaldılmamışdır. Şirkətin Müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə icarə haqqı üzrə ödənilməmiş borcu 198240 manat məbləğində təşkil edirdi. Şirkət tərəfindən icarə obyekti olan qeyri-yaşayış sahəsinin bugünə qədər istifadə edildiyini nəzərə alaraq bildirir ki, 02 iyun 2021-ci il tarixinə Şirkətin Banka ümümilikdə 708000 manat məbləğində icarə haqqı üzrə borcu yaranmışdır. Bundan başqa, Müqavilənin 4.2-ci bəndinə əsasən İcarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə Şirkət gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda penyanı Bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 22 iyul 2020-ci il tarixindən birtərəfli qaydada xitam verildiyini nəzərə alaraq bildirir ki, Şirkətin icarə haqqının gecikdirilməsinə görə 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya (cərimə) borcu mövcuddur. Eyni zamanda, İcarəçi Müqavilənin 2.3.15-ci bəndinə əsasən Müqavilənin müddəti qurtardıqdan sonra və ya Müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə Qeyriyaşayış sahəsini, onun normal istismarı üçün yararlı olan vəziyyətdə Müqaviləyə xitam verildiyi tarixdən 7 gün müddətində İcarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Müqaviləyə 22.07.2020-ci il tarixdə xitam verilməyinə baxmayaraq İcarəçi bugünədək Qeyri-yaşayış sahəsini boşaltmamış və Banka təhvil verməmiş, bununla da İddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Göründüyü kimi, Müqaviləyə xitam verilməsindən 6 ay keçməsinə baxmayaraq, Bank bu günədək Qeyri-yaşayış sahəsinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi Nümayəndə ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankının iddia ərizəsi əsaslandırılarkən qeyd olunmuşdur ki, guya Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilə, müqavilənin 2.2.2-ci bəndinə əsasən 22 iyul 2020-ci il tarixdən tək tərətli qaydada ləğv edilmişdir. İddiaçının tərəflər arasında olan və qüvvədə olma müddəti 60 ay müəyyən edilmiş müqaviləni bu şəkildə - qanunvericiliyin tələbini və müqavilənin şərtlərini nəzərə almadan ləğv etmiş hesab etməsi qanunsuz olduğundan həmin ləğvetmə etibarsızdır, həmçinin Cavabdehnə qarşı irəli sürülmüş ilkin iddia tələbi əsassızdır. Ona görə ki, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsi 60 ay müddətinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Cavabdehnə icarəyə verilmişdir. Cavabdeh tərəfindən Müqavilənin şərtlərinə müvafiq olaraq icarəyə götürülmüş obyektə görə 188.000 manat avans şəklində olmaqla, ümumilikdə isə 472000 manat pul vəsaiti ASC "xxxx" Bankının hesabına ödənilmişdir. Həmçinin mübahisə predmeti olan Obyektin təmirinə isə Cavabdeh tərəfindən ******* manat xərc çəkilmişdir. 16 mart 2020-ci il tarixədək Cavabdeh icarə müqaviləsi üzrə ASC "xxxx" Bankına ödənilməmiş qalan borcu yoxdur. Lakin Bütün dünyada olan pandemiya eləcə də ölkədə koronavirus (COVİD-19) infeksiyasınm yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2020-ci ilin mart ayının 16-sı tarixindən qısaldılmış iş gününə keçirilmiş 29 mart saat 00:00-dan etibarən isə xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyəti tam dayandırılmışdır. Məlum olduğu kimi ölkədə xüsusi karantin rejiminin müddəti 02.11.2020-ci il tarixədək uzadılmış həmçinin, 27.09.2020-ci il tarixdən isə Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxxxx hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alınaraq ölkədə hərbi vəziyyət elan edilmişdir. "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir. Bundan başqa, 8 dekabr 2020-ci il tarixdə ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00dək uzadılmış, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Bütün bunlar Cavabdeh özündən asılı olmayan, qarşısı alınması mümkün olmayan hal kimi (fors-major hal) onun, ASC "xxxx" Bankı ilə aralarında bağlanmış 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləni icra etməsini qeyri-mümkün etmişdir. Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin Fors-Major halla bağlı müddəaları nəzərdə tutan 8-ci bəndinə əsasən tərəflər Bu Müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Tərəflərin iradəsindən asdı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri müqavilənin bağlanmasından sonra yaranmış qarşısı alınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısı alınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən qarşısı alınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və.s), müharibə və ya hərbi əməliyyatlar. Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanının qəbul etdiyi Müqavilənin icrasının imkansızlığına səbəb olan qərarı. Müqavilənin qeyd olunan tələblərinə əsasən hesab edir ölkədə hərbi vəziyyətin qüvvədə olduğu, həmçinin COVİD-19 pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə Cavabdeh Müqavilə üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddır. Qeyd olunanlara əsasən hesab edir, xüsusi karantin rejimi tətbiq olunduğu müddətdə, həmçinin hərbi vəziyyətin qüvvədə olduğu müddətlərdə Cavabdeh müqavilə üzrə öhdəliklərinin icrası qarşısı alınmaz haldan mümkün olmadığı üçün Müqavilənin 8-ci bəndinə müvafiq olaraq həmin müddətlərdə Cavabdehndən Müqavilə öhdəliklərin icrasının tələb olunması əsassızdır. Bu barədə olan mövqeyini xxxx Bankı ASC-yə ünvanladığı məktublarda bildirmişdir. Bununla əlaqədar Cavabdeh tərəfindən ASC "xxxx" Bankına ünvanlanmış cavab məktubunda, eyni zamanda məsələnin həlli ilə bağlı aparılan şifahi danışıqlar zamanı həmçinin bildirilmişdir ki, Cavabdeh olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərdə qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində icarə haqqı ödəyə bilər". Lakin ASC "xxxx" Bankı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq nə xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərinin fəaliyyətinin dayandırıldığı müddəti, nə də ki qısaldılmış iş rejiminin tətbiq olunduğu müddəti nəzərə almadan icarə haqqının tam ödənilməsini tələb etmişdir. Cavabdeh isə göstərilənə əsasən ASC "xxxx" Bankının tələbinin müqavilənin şərtlərinə zidd olmasını Bankın nəzərinə çatdırmışdır. Bütün dünyada tüğyan edən COVİD-19 pandemiyasına səbəb Cavabdeh olmadığından, eyni zamanda həmin pandemiva ilə mübarizə çərçivəsində aidiyyatı dövlət orqanlarının qərarlarına əməl etmək məcburi olduğundan və müqavilə bağlanarkən Cavabdeh həmin halı nəzərə ala bilməsini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı hərkəsə məlum olan faktdır. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh 30.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 16 yanvar 2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən və müqaviləyə 29 yanvar 2019-cu il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.metr olan qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarə haqqı 47.200 manat olmaqla Cavabdehnə icarəyə verməyi, Cavabdeh isə icarə haqqını Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödəməyi öhdələrinə götürmüşlər. Maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 5 aylıq icarə haqqı borcu ƏDV daxil 236000 manat, cərimə borcu 9912 manat, müqaviləyə birtərəfli xitam verildikdən sonrakı 10 aylıq istifadə haqqı borcu ƏDV daxil 472000 manat təşkil edir. 12 ədəd Ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən 16 yanvar 2019cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən icarə haqqı üzrə 17.01.2019-cu il tarixdə 152.542,37 manat, 21.01.2019-cu il tarixdə 27.457,63 manat, 14.02.2019-cu il tarixdə 7.457,63 manat və 1.342,37 manat, 17.02.2020-ci tarixdə 80.000 manat və 14.400 manat, 24.09.2019-cu tarixdə 40.000 manat və 7.200 manat, 16.12.2019-cu il tarixdə 40.000 manat və 7.200 manat, 29.10.2019-cu il tarixdə 7200 manat və 40.000 manat olmaqla ümumilikdə 424.800 manat məbləğində pul vəsaiti Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankın hesabına ödənilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2019-cu il tarixli 0700/19/FS saylı Xərcin hesablanmasına dair hesabatdan görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində aparılmış ayrılabilməyən yaxşılaşdırmaların dəyəri 189297 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı ilə Cavabdeh arasında 16 yanvar 2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə və müqaviləyə 29 yanvar 2019-cu il tarixli 1 saylı Əlavə Saziş bağlanmış və həmin müqavilələrə əsasən Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.metr olan qeyriyaşayış sahəsini 60 ay müddətinə icarə haqqı 47.200 manat olmaqla Cavabdehnə icarəyə verməyi, Cavabdeh isə icarə haqqını Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödəməyi öhdələrinə götürmüşlər. İcarəyə verilmiş restoran açıq sahəsi olmamaqla qapalı məkandır. Tərəflər arasında bağlanmış müqaviləyə Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı tərəfindən 22 iyul 2020-ci il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh hazırda həmin qeyri-yaşayış sahəsindən istifadə edir. Cavabdeh müqavilə üzrə 5 aylıq icarə haqqı borcu ƏDV daxil 236000 manat, cərimə borcu 9912 manat, müqaviləyə birtərəfli xitam verildikdən sonrakı 10 aylıq istifadə haqqı borcu ƏDV daxil 472000 manat təşkil edir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.metr olan qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarə haqqı 47.200 manat olmaqla Cavabdehnə icarəyə vermiş, bununla da Açıq Səhmdar Cəmiyyətinin müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququ yaranmasına baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə görə Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankının qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məlum olduğu kimi dünyada pandemiya elan edilmiş və nəticədə müəyyən fəaliyyət sahələri, o cümlədən restoran fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə dayandırılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi icarəyə verilmiş qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən restoran fəaliyyəti həyata keçirilməklə müştərilərə yerində xidmət göstərilmiş və bu restoranın açıq sahəsi olmamaqla qapalı məkandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək dayandırılmışdır. Yəni həmin qərarlar Cavabdeh üçün müqavilənin icrasının imkansızlığına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər Bu Müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri müqavilənin bağlanmasından sonra yaranmış qarşısı alınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısı alınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən qarşısı alınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və.s), müharibə və ya hərbi əməliyyatlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanının qəbul etdiyi Müqavilənin icrasının imkansızlığına səbəb olan qərarı. Belə olan halda məhkəmə hesab edir ki, bu hal tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.2-ci bəndinin tələblərinə əsasən “fors-major” halı kimi qiymətləndirilir və bu, Cavabdeh öz öhdəliklərini müqavilənin 8.1-ci bəndində göstərildiyi qaydada yerinə yetirməkdən azad edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət dayandırılmış 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan dövrlər, ümumilikdə 5 ay 6 gün üzrə Cavabdehndən icarə haqqı tutula bilməz. Həmin dövrlər üzrə Cavabdeh ödəməkdən azad olduğu icarə haqqı məbləği isə ümumilikdə 245.439,98 manat (236.000 manat (5 ay x 47.200 manat (aylıq icarə haqqı) + 9439,98 manat (6 gün x 1573,33 manat (47.200 manat (aylıq icarə haqqı) / 30 gün = 1573,33 manat) = 9439,98 manat) təşkil edir. Bu halda Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankının tələb etdiyi 708.000 manat icarə haqqı məbləğindən 245.439,98 manat çıxılmaqla qalan 462.560,02 manat icarə haqqı borcu Cavabdehndən tutularaq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə Cavabdeh gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 9912 manat cərimə Cavabdehndən tutularaq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödənilməlidir. İddia tələbinin qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 yanvar 2019-cu il tarixli Qeyriyaşayış sahəsinin icarəsi haqqında müqavilənin 2.3.14-cü bəndinə əsasən İcarəçi Müqavilənin müddəti qurtardıqdan sonra və ya Müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə Qeyri-yaşayış sahəsini, onun normal istismarı üçün yararlı olan vəziyyətdə Müqaviləyə xitam verildiyi tarixdən 7 gün müddətində İcarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qarşılıqlı iddianın 16.01.2019-cu il tarixli Qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilənin 22 iyul 2020-ci il tarixdən ləğvinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmuş, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 5-ci bəndində ləğvetmə qaydası ilə yanaşı, müqavilənin 2.2.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, icarəyə verən, icarəçi tərəfindən icarə haqqının ödənilməsinin uzunmüddətli (30 gün və daha çox) gecikdirilməsi, habelə icarə haqqının ödənilməsi müddətlərinin mütəmadi olaraq pozulması halında icarəçidən icarə haqqının vaxtından əvvəl ödənilməsini (iki təqvim ayından çox olmayaraq) tələb etmək, bu tələb yerinə yetirilmədiyi təqdirdə isə icarəçini 60 gün əvvəl xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı tərəfindən 22 may 2020-ci il tarixli 1148 saylı xəbərdarlıq məktubu ilə müqaviləyə xitam veriləcəyi ilə bağlı Cavabdehnə xəbərdar edilmiş, 60 gün sonra 22 iyul 2020-ci il tarixdə Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmiş (icarə haqlarının ödənilməməsi) və bu hissə ilə bağlı Cavabdeh qarşılıqlı iddia ərizəsində dəlillərini bildirməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müqavilənin ləğvinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda Cavabdeh müqavilənin ləğvinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə qarşılıqlı iddiasını sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi göstərilən hissədə təmin oluna bilməz. Qarşılıqlı iddia tələbinin müqavilənin 16.01.2021-ci ildən ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbinin həmin hissəsi müqavilənin ləğvinin etibarsız hesab edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə qarşılıqlı iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Cavabdeh qarşılıqlı iddia tələbində öhdəliklərinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 12 dekabr 2020-ci il tarixədək tam xitam verilməsini xahiş etmişdir. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsə də, hərbi vəziyyət müddətində restoranların fəaliyyəti dayandırılmadığından və bu vəziyyət müqavilənin icrasının imkansızlığına səbəb olmadığından qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Qarşılıqlı iddiaçı tələbində öhdəliklərə qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə qismən (Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsini xahiş etmişdir ki, bu hal tərəflər arasında bağlanmış müqavilədə, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmadığından qarşılıqlı iddia həmin hissədə də təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh çəkilmiş xərcə görə ******* manat tələb etsə də, bu xərci təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 16 yanvar 2019-cu il tarixli Qeyriyaşayış sahəsinin icarəsi haqqında müqavilənin 3.9-cu bəndinə əsasən bu müqaviləyə icarəyə verənin təşəbbüsü və icarəçinin təqsiri olmadan vaxtından əvvəl xitam verildiyi halda icarəyə verən xitam olunma tarixinə növbəti aylar üçün avans şəklində ödənilmiş bütün icarə haqlarını qeyd-şərtsiz qaytarır, həmçinin icarəçiyə təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyasını ödəyir. Göründüyü kimi icarəyə verən icarəçinin təqsiri olmadan vaxtından əvvəl müqaviləyə xitam verildiyi halda təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyasını ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi icarəyə verən tərəfindən müqaviləyə icarəçinin təqsirindən xitam verilmişdir. Bu halı təkzib edən hər hansı bir sübut Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda qeyri-yaşayış sahəsinə çəkilmiş xərclər müqavilənin tələbinə əsasən Cavabdeh tərəfindən Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankından tələb oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka təhvil verilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bank qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 462.560,02 manat məbləğində icarə haqqı üzrə borc və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka verilməli, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 65,81 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,74 manat məbləği Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına ödənilməli, qalan 10,26 manat məbləği Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankına aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka təhvil verilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bank qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 462.560,02 manat məbləğində icarə haqqı üzrə borc və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka verilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,74 manat məbləği Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka verilsin, qalan 10,26 manat məbləği Açıq Səhmdar Cəmiyyəti «xxxx» Banka aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1124/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1124/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver