Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1126/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs (Maraqlı şəxs MMC) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9646,92 (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) manat əsas borc, 181,88 (yüz səksən bir manat səksən səkkiz qəpik) manat faiz borcu, 1509,88 (min beş yüz doqquz manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11338,68 (on bir min üç yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Müştəri”) arasında xx.xx.2019-cu il tarixli İDK0373 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Müştəriyə xx.xx.2021-ci il (kredit limitindən istifadə müddəti xx.xx.2020-ci il) tarixinədək, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 1-9 olmaqla maliyyələşmə məbləği 30000 (otuz min) manat məbləğindən az olduqda 13.50%, 30000 (outz min) manata bərabər və artıq olduqda 12.50%, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 10 və daha çox olmaqla, maliyyələşmə məbləği 30000 (otuz min) manat məbləğindən az olduqda 14.50%, 30000 (otuz min) manata bərabər və artıq olduqda 12.50% olmaqla 40000 (qırx min) manat məbləğində krеdit limiti açılmışdır. Eyni zamanda invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/19 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh1 MMC-yə Bank tərəfindən xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 14.50% olmaqla, 9,646.92 (doqquz min altı yüz qırx altı manat, doxsan iki qəpik) manat məbləğində krеdit limiti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli İDK0373 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi üzrə Müştəri Cavabdeh1 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh2 (bundan sonra “Zamin”) arasında xx.xx.2019-cu il tarixli, ZF0266 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Müştəri İDK0373/06 saylı faktorinq üzrə 311 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Müştəriyə PBCOS-1414 saylı xəbərdarlıq məktubu, Zaminə isə PBCOS-OUT-00016/2021 saylı xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0373/06 saylı invoysların diskontlaşdırılması üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən 9646,92 (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) manat əsas borc, 181,88 (yüz səksən bir manat səksən səkkiz qəpik) manat faiz borcu, 1509,88 (min beş yüz doqquz manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11338,68 (on bir min üç yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat təşkil edir, gecikmə günün sayı – 311. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli İDK0373 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin 5.4.9-cu maddəsinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Eyni zamanda müqavilənin 3.9-cu bəndinə əsasən Bank maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Daha sonra iddiaçı tərəfdən iddia tələbinin həcminin artırılması barədə ərizə verilərək, Cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9646,92 (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) manat əsas borc, 181,88 (yüz səksən bir manat səksən səkkiz qəpik) manat faiz borcu, 1976,28 (min doqquz yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11805,08 (on bir min səkkiz yüz beş manat səkkiz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Müştəri”) arasında xx.xx.2019-cu il tarixli İDK0373 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi imzalanmış və bank tərəfindən müştəriyə xx.xx.2021-ci il (kredit limitindən istifadə müddəti xx.xx.2020-ci il) tarixinədək, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 1-9 olmaqla maliyyələşmə məbləği 30000 (otuz min) manat məbləğindən az olduqda 13.50%, 30000 (outz min) manata bərabər və artıq olduqda 12.50%, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 10 və daha çox olmaqla, maliyyələşmə məbləği 30000 (otuz min) manat məbləğindən az olduqda 14.50%, 30000 (otuz min) manata bərabər və artıq olduqda 12.50% olmaqla 40,000 (qırx min) manat məbləğində krеdit limiti açılmışdır. - xx.xx.2019-cu il tarixli, İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/19 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh1 MMC-yə Bank tərəfindən xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 14,50% olmaqla, 9646,92 (doqquz min altı yüz qırx altı manat, doxsan iki qəpik) manat məbləğində krеdit limiti açılmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, ZF0266 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/19 saylı müqaviləyə əsasən satıcı (Cavabdeh1 MMC) alıcının (Maraqlı şəxs MMC) sifariş etdiyi məhsulları tədarük etməyi, alıcı isə onları qəbul edib, haqqını bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. - xx xxxx 2021-ci il tarixli maliyyə arayışından görünür edilir ki, Cavabdeh1 MMC-nin xx xxxx 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0373/06 saylı kredit müqaviləsinə əsasən 9646,92 (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) manat əsas borc, 181,88 (yüz səksən bir manat səksən səkkiz qəpik) manat faiz borcu, 1976,28 (min doqquz yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11805,08 (on bir min səkkiz yüz beş manat səkkiz qəpik) manat təşkil edir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilərək yaranmış borcun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında faktorinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 655-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə müqavilə şərtlərinə görə zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərdən borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə iddia ərizəsində qeyd olunan maliyyələşdirmə üçün ərizələr üzrə cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 26 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9646,92 manat (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) əsas borc, 181,88 manat (yüz səksən bir manat səksən səkkiz qəpik) faiz borcu, 300 (üç yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 10154,8 manat (on min yüz əlli dörd manat səksən qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 4 (dörd) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1126/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1126/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver