Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1126/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh MMC-dən 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 11070,81 manat əsas borc, 619,37 manat faiz borcu, 2150 manat cərimə borcu olmaqla, ümumilikdə 13840,20 (on üç min səkkiz yüz qırx manat iyirmi qəpik) manat borcun, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 12852,53 manat əsas borc, 786,20 manat faiz borcu, 2150 manat cərimə borcu olmaqla, ümumilikdə 15788,70 (on beş min yeddi yüz səksən səkkiz manat yetmiş qəpik) manat borcun, 27 yanvar 2023cü il tarixli, MXD353-2023 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 21161,82 (iyirmi bir min bir yüz altmış bir manat səksən iki qəpik) manat əsas borc, 1395,71 (bir min üç yüz doxsan beş manat yetmiş bir qəpik) manat faiz borcu, 3540 (üç min beş yüz qırx) manat cərimə borcu olmaqla, ümumilikdə 26097,50 (iyirmi altı min doxsan yeddi manat əlli qəpik) manat borcun və 400 (dörd yüz) manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan aşağıdakı əmlaklara yönədilməsi: - 27 yanvar 2023-cü il tarixli MXD350-2023 saylı ipoteka (avto) müqaviləsinə əsasən yüklü edilmiş 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, “X1 7” markalı nəqliyyat vasitəsinə yönəldilməsinə, - 27 yanvar 2023-cü il tarixli MXD351-2023 saylı ipoteka (avto) müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767, Mühərrik nömrəsi: **********8, dövlət qeydiyyat nişanı **-AL-*** olan, “X1 7” markalı nəqliyyat vasitəsinə yönəldilməsinə, - 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı ipoteka (avto) müqaviləsi əsasən 2022- ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı 77-AL602 olan, “Haval H9” markalı nəqliyyat vasitəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 12 % hesablanmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə avtomobil alışı məqsədi ilə 21500 (iyirmi bir min beş yüz) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq bankla Cavabdeh MMC (kredit alan, alıcı və ipoteka qoyan) arasında 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı ipoteka (avto) müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh 2022-ci il istehsal tarixli, boz rəngli, Ban nömrəsi LGWDBE198NB668766, Mühərrik nömrəsi **********0, dövlət qeydiyyat nişanı 77-AL603 olan, “X1 7” markalı nəqliyyat vasitəsini bank tərəfindən 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsi üzrə ona ayrılmış kredit vəsaiti hesabına əldə edərək İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpotekanın yüklülüyü DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydiyyata alınaraq daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 147961 nömrəli çıxarış təqdim etmişdir. 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 1910,25 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 12 % hesablanmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə avtomobil alışı məqsədi ilə 21500 (iyirmi bir min beş yüz) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq “Bank”la Cavabdeh MMC (kredit alan, alıcı və ipoteka qoyan) arasında 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı ipoteka (avto) müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh 2022-ci il istehsal tarixli, boz rəngli, Ban nömrəsi LGWDBE19XNB668767, Mühərrik **********8 olan, dövlət qeydiyyat nişanı **-AL-*** olan, “X1 7” markalı nəqliyyat vasitəsini bank tərəfindən 27 yanvar 2023cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə ona ayrılmış kredit vəsaiti hesabına əldə edərək İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpotekanın yüklülüyü DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydiyyata alınaraq daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 147960 nömrəli çıxarış təqdim etmişdir. 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 1910,25 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 12 % hesablanmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə avtomobil alışı məqsədi ilə 35400 (otuz beş min dörd yüz) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq bankla Cavabdeh MMC (kredit alan, alıcı və ipoteka qoyan) arasında 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı ipoteka (avto) müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh 2022-ci il istehsal tarixli, qara rəngli, Ban nömrəsi LGWFF77A63NH933041, mühərrik nömrəsi **********0, dövlət qeydiyyat nişanı 77-AL602 olan, “Haval H9” markalı nəqliyyat vasitəsini bank tərəfindən 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə ona ayrılmış kredit vəsaiti hesabına əldə edərək İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpotekanın yüklülüyü DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydiyyata alınaraq daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 147962 nömrəli çıxarış təqdim etmişdir. 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 3145,25 manat təşkil edir Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, müqavilələr üzrə kredit öhdəliklərinin ödəniş qrafiklərində nəzərdə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqavilələrinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 27 yanvar 2023-cü il tarixli, MXD-350- 2023 saylı, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı və 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən bank borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində elektron məhkəmə informasiya sistemindəki bölmədən P3781/2023 və P3783/2023, P3784/2023 və P3785/2023 saylı pretenziya məktubları elektron qaydada göndərilmiş, borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixndə 02/2377 saylı mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2023-cü il tarixində 02/2331, 02/2334 və 02/2330 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər cavabdehə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmiş, lakin hazırkı günə kimi ödənişlər icra edilməmiş olaraq qalmaqdadır. 15 yanvar 2024-cü il tarixinə hesablanmaqla cavabdehin bank qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: - MXD-350-2023 saylı kredit müqaviləsi üzrə ümumilikdə 13840,20 (on üç min səkkiz yüz qırx manat 20 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 11070,81 (on bir min yetmiş manat 81 qəpik) manat əsas borcu, 619,37 (altı yüz on doqquz manat 37 qəpik) manat faiz borcunu, 2150 manat isə cərimə borcunu ehtiva edir. - MXD-351-2023 saylı kredit müqaviləsi üzrə ümumilikdə 15788,70 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 12852,53 manat əsas borcu, 786,20 manat faiz borcunu, 2150 manat isə cərimə borcunu ehtiva edir. - MXD-353-2023 saylı kredit müqaviləsi üzrə ümumilikdə 26097,50 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 21161,82 manat əsas borcu, 1395,71 manat faiz borcunu, 3540 manat isə cərimə borcunu ehtiva edir. Bakı 13 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/13/2023-01878 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 27 yanvar 2023-cü il tarixli MXD-350- 2023 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11070,81 manat əsas borc, 466,55 faiz borcu, 2150 manat cərimə borcu, 399,33 manat gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi hesablanmaqla faiz borcu olmaqla ümumilikdə 14086,69 borcun, 27 yanvar 2023-cü il tarixində MXD-351-2023 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12852,53 manat asas borc, 548,74 manat faiz borcu, 2150 manat cərimə borcu, 464,58 manat gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi hesablanmaqla faiz borcu olmaqla ümumilikdə 16015,85 manat borcun, 27 yanvar 2023-cü il tarixində MXD- 353-2023 saylı kredit müqaviləsi üzrə iddiaçı "Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21161,82 manat əsas borc, 1094,99 manat faiz borcu, 3540 manat cərimə borcu, 764,73 manat gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi hesablanmaqla faiz borcu olmaqla ümumilikdə 26561,54 manat borcun və 400 manat mediasiya xərcinin tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 saylı ipoteka (avto) müqaviləsinə əsasən yüklü edilmiş 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7" markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023-cü il tarixli MXD-351-2023 saylı ipoteka (avto) müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767, Mühərrik nömrəsi: **********8, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7” markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023-cü il tarixli MXD-353-2023 saylı ipoteka (avto) müqaviləsi əsasən 2022-ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, “Haval H9" markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə pretenziya məktubu xx.xx.2023cü il tarixində göndərildiyindən, iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edildiyindən, kredit müqavilələrinin müddəti xx.xx.2024-cü il tarixində bitdiyindən, məhkəmə qərardadı ilə ekspertiza təyin edildiyindən hazırki mərhələdə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinadən hazırkı mərhələdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır və İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı tələbi aşağıdakı kimidir: 1) xx.xx.2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsi üzrə əsas borc 11070,81 manat, faiz borcu 466,55 cərimə borcu 2150 manat, İllik 5% hesablanmaqla faiz borcu 399,33 manat olmaqla, cəmi 14086,69 manat. İllik 5% faiz borcu aşağıdaki qaydada hesablanmaqla qeyd edilən günləri əhatə edir: 11070,81 AZNx5%:100:360=1,53 manat (1 gün üçün), 261 günx1,53 manat=399,30 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr). 2) xx.xx.2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə əsas borc 12852,53 manat, faiz borcu 548,74 manat, cərimə borcu 2150 manat, illik 5% hesablanmaqla faiz borcu 464,58 manat olmaqla, cəmi 16015,85 manat. İllik 5% faiz borcu aşağıdaki qaydada hesablanmaqla qeyd edilən günləri əhatə edir: 12852,53 AZNx5%:100:360=1,78 manat (1 gün üçün), 261 günx1,78 manat=464,58manat ( xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr). 3) xx.xx.2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə əsas borc 21161,82 manat, faiz borcu 1094,99 manat, cərimə borcu 3540 manat, illik 5% hesablanmaqla faiz borcu 764,73 manat olmaqla, cəmi 26561,54 manat. İllik 5% faiz borcu aşağıdaki qaydada hesablanmaqla qeyd edilən günləri əhatə edir: 21161,52 A Z N x 5%:100:360=2,93 manat (1 gün üçün), 261 günx2,93 manat=764,73 manat ( xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinə kimi olan dövr).
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 445.1, 445.2.1, 472.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34-cü maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh MMC tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
7. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 12% olmaqla, 21500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə 1 ay 30 gün, 1 il 360 gün hesab olunur.
10. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 12% olmaqla, 21500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə 1 ay 30 gün, 1 il 360 gün hesab olunur.
11. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 12% olmaqla, 35400 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə 1 ay 30 gün, 1 il 360 gün hesab olunur.
12. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-350-2023 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin mülkiyyətində olan 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766 olan "X1 7" markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
13. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-351-2023 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin mülkiyyətində olan 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767 olan "X1 7" markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-353-2023 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin mülkiyyətində olan 2022-ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041 olan “Haval H9" markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
15. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubunu ünvanlanaraq borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2368 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin cari hesabdan çıxarış məlumatları, avtomobil alışı məqsədi ilə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-350-2023, MXD- ***-**** və MXD-353-2023 saylı kredit müqavilələrinə əsasən istifadə edilmiş məbləğlərin kreditin təyin edildiyi tarixlərdən etibarən Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə maliyyə arayışlarında göstərilən tarixədək, yani xx.xx.2023-cü il tarixədək cavabdehin iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11070,81 manat, faiz borcu üzrə 466,55 manat, xx.xx.2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 12852,53 manat, faiz borcu üzrə 548,74 manat, xx.xx.2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 21161,82 manat, faiz borcu üzrə 1094,99 manat təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
22. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 nömrəli və 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh MMC-yə bank tərəfindən ümumilikdə 78400 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-350-2023 nömrəli, xx.xx.2023-cü il tarixli, MXD-351-2023 nömrəli, xx.xx.2023cü il tarixli, MXD-353-2023 nömrəli ipoteka müqavilələrinə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 nömrəli və 27 yanvar 2023-cü il tarixli, MXD- 353-2023 nömrəli kredit müqavilələri üzrə Cavabdeh MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh MMC-nin mülkiyyətində olan 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766, olan "X1 7" markalı nəqliyyat vasitəsi, 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767, olan "X1 7" markalı nəqliyyat vasitəsi və 2022-ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041, olan “Haval H9" markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqavilələri üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
23. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh MMC-dən 27 yanvar 2023-cü il tarixli MXD-350- 2023 saylı kredit müqaviləsi üzrə 11070,81 manat əsas borc, 466,55 faiz borcu, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə 12852,53 manat əsas borc, 548,74 manat faiz borcu, 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə 21161,82 manat əsas borc, 1094,99 manat faiz borcunun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, Cavabdehndən 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 saylı kredit müqaviləsi üzrə 11070,81 manat əsas borc, 466,55 faiz borcu, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə 12852,53 manat əsas borc, 548,74 manat faiz borcu, 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə 21161,82 manat əsas borc, 1094,99 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
25. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh MMC-dən 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 2150 manat cərimə borcu, 27 yanvar 2023-cü il tarixli MXD-351-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 2150 manat cərimə borcu və 27 yanvar 2023-cü il tarixli MXD-353-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 3540 manat cərimə borcunun tutulması təşkil edir.
26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 700 (yeddi yüz) manat, 27 yanvar 2023-cü il tarixli MXD-351-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 700 (yeddi yüz) manat və 27 yanvar 2023-cü il tarixli MXD- 353-2023 nömrəli əsas kredit müqaviləsi üzrə 1000 (min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 399,33 manat, 27 yanvar 2023-cü il tarixli MXD-351- 2023 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 464,58 manat və 27 yanvar 2023-cü il tarixli MXD-353- 2023 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 764,73 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarındakı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və 27 yanvar 2023-cü il tarixli MXD-350-2023 saylı kredit müqaviləsi üzrə 399,33 manat (11070,81 AZN x 5%:100:360≈1,53 manat (1 gün üçün), 261 gün x 1,53 manat≈399,30 manat (xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr)), 27 yanvar 2023-cü il tarixli MXD- 351-2023 saylı kredit müqaviləsi üzrə 464,58 manat (12852,53 AZN x 5%:100:360≈1,78 manat (1 gün üçün), 261 günx1,78 manat≈464,58 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr)) və 27 yanvar 2023-cü il tarixli MXD-353-2023 saylı kredit müqaviləsi üzrə 764,73 manat (21161,52 A Z N x 5%:100:360≈2,93 manat (1 gün üçün), 261 günx2,93 manat≈764,73 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr)) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində 1 ayın 30 gün, 1 ilin 360 gün hesab olunması razılaşdırılmış, qeyd olunan hesablama iddiaçı tərəfindən həmin şərt nəzərə alınaraq aparılmışdır.
29. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
30. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən "xxxx" MMC-yə məxsus yuxarıda qeyd edilən nəqliyyat vasitələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7" markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767, Mühərrik nömrəsi: **********8, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7” markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023cü il tarixli, MXD-353-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, “Haval H9" markalı nəqliyyat vasitələrinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ "xxxx" MMC-yə qaytarılmalıdır.
32. Əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qətnamə ilə ümumilikdə iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdehdən tutulması qət edilmişdir. Hazırkı halda əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etməyi halda, qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi məsələləri icra qanunvericiliyi çərçivəsində həll edilə bilər.
33. Eləcə də, iddiaçı 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
34. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın 91 manatı Cavabdehndən, 9 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı kredit müqaviləsi üzrə 11070,81 manat (on bir min yetmiş manat səksən bir qəpik) əsas borc, 466,55 manat (dörd yüz altmış altı manat əlli beş qəpik) faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu, illik 5 faizlə hesablanmış 399,33 manat (üç yüz doxsan doqquz manat otuz üç qəpik) olmaqla, ümumilikdə 12636,69 manat (on iki min altı yüz otuz altı manat altmış doqquz qəpik), 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı kredit müqaviləsi üzrə 12852,53 manat (on iki min səkkiz yüz əlli iki manat əlli üç qəpik) əsas borc, 548,74 manat (beş yüz qırx səkkiz manat yetmiş dörd qəpik) faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu, illik 5 faizlə hesablanmış 464,58 manat (dörd yüz altmış dörd manat əlli səkkiz qəpik) olmaqla, ümumilikdə 14565,85 manat (on dörd min beş yüz altmış beş manat səksən beş qəpik), 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı kredit müqaviləsi üzrə 21161,82 manat (iyirmi bir min yüz altmış bir manat səksən iki qəpik) əsas borc, 1094,99 manat (min doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu, 1000 (min) manat cərimə borcu, illik 5 faizlə hesablanmış 764,73 manat (yeddi yüz altmış dörd manat yetmiş üç qəpik) olmaqla, ümumilikdə 24021,54 manat (iyirmi dörd min iyirmi bir manat əlli dörd qəpik), 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 51624,08 manat (əlli bir min altı yüz iyirmi dörd manat səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan 27 yanvar 2023-cü il tarixli, MXD-350-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE198NB668766, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7" markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023-cü il tarixli, MXD-351-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, boz rəngli, Tip: Pikap, Ban nömrəsi: LGWDBE19XNB668767, Mühərrik nömrəsi: **********8, dövlət qeydiyyat nişanı **-AL-*** olan, "X1 7” markalı nəqliyyat vasitəsinə, 27 yanvar 2023-cü il tarixli, MXD-353-2023 saylı ipoteka müqaviləsinə əsasən 2022-ci il istehsal tarixli, qara rəngli, Tip: Universal, Ban nömrəsi: LGWFF7A63NH933041, Mühərrik nömrəsi: **********0, dövlət qeydiyyat nişanı **- AL-*** olan, “Haval H9" markalı nəqliyyat vasitələrinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdehnə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın 91 manatı Cavabdehndən, 9 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova