Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1128/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi və alğı-satqı müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 14 fevral 2022-ci il tarixli 06-22 nömrəli alqı-satğı müqaviləsinin ləğv edilməsi, bu müqavilə üzrə yaranmış 2.360,00 (iki min üç yüz altmış) manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 14 fevral 2022-ci il tarixli 06-22 nömrəli alqı-satğı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin 1 nömrəli əlavəsində göstərilən çeşiddə və texnik göstəricilərinə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında cavabdehə satmış, hazır məhsulun dəyərinin ödənilməsi ilə bağlı öhdəliklər onun tərəfindən tam şəkildə yerinə yetirilməmiş və nəticədə sonuncunun 2.360,00 (iki min üç yüz altmış) manat məbləğində ödənilməyən qalıq borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə 7 oktyabr 2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə 7 oktyabr 2022-ci il tarixinə yaranmış 2.360,00 (iki min üç yüz altmış) manat manat borc məbləğinin ödənilməsi tələb olunmuş, həmçinin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən alıcının müqavilənin bəndləri ilə müəyyən edilmiş öhəliklərini icra etmədikdə satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququna malik olduğu göstərilmiş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 2.360,00 (iki min üç yüz altmış) manat məbləğin ödənilməsi tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata 14 fevral 2022-ci il tarixli 06-22 nömrəli alqı-satğı müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında imzalanmış müqavilənin 10.6. bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə imzalandığı gündən etibarən xx.xx.2023-cü ilədək qüvvədədir. Həmin müqavilənin 10.7-ci bəndində nəzərdə tutulmuşdur ki, hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında müqavilənin ləğv edilməsi halını razılaşdırmışdır. Belə ki, iddiaçı tərəf müqavilənin yuxarıda qeyd edilən bəndinə uyğun olaraq, qarşı tərəfə bildiriş göndərməklə müqaviləni ləğv edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsini tələb edən bir hal olmadığında iş üzrə icraata xitam verilməlidir. AR MPM-nin 261.0.1 iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam veririlir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəyə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi və alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə icraata 14 fevral 2022-ci il tarixli 06-22 nömrəli alqı-satğı müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1128/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1128/2023
27.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver