Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-113/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Məhəmməd X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoetka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoetka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 69188,26 (altmış doqquz min bir yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat – bundan 17012,38 manat (on yeddi min on iki manat otuz səkkiz qəpik) əsas, 46382,08 manat (qırx altı min üç yüz səksən iki manat sıfır səkkiz qəpik) cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5793,80 manat (beş min yeddi yüz doxsan üç manat səksən qəpik) faiz borcu, iş üzrə ödənilmiş 297,56 manat (iki yüz doxsan yeddi manat əlli altı qəpik) məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat (qırx altı manat qırx beş qəpik) rüsumun cavabdehlər "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Qanuni nümayəndə1 məxsus olan Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evinə (0.0671 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" KFT MMC, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə (0.0671 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və fərdi yaşayış evi (0.0671 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra cavabdehlər Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsinə əsasən "xxxx" KFT MMC-nə 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 389600 (üç yüz səksən doqquz min altı yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətinə kredit verilərkən 30 noyabr 2011-ci il tarixdə bank ilə Cavabdeh5 arasında 108.CL.301111.00001/h və Cavabdeh6 arasında 108.CL.301111.00001/i saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanlarla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Qanuni nümayəndə1 məxsus Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evi (0.0671 ha torpaq sahəsi ilə birlikdə) ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Qanuni nümayəndə1 arasında 30 noyabr 2011-ci il tarixli, 108.LN.301111.00001/c saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Ağsu rayon dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********424 saylı, xx.xx.2022-ci il tarixli və **********682 saylı, xx.xx.2022-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixinə "xxxx" KFT MMC-nin kredit üzrə cəmi borcu 69188,26 (altmış doqquz min bir yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 470.1, 470.2, 472.2, 474.2, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2-ci maddələrinə istinad olunmuşdur.
4. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə1 məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, iddianı əsas borc hissəsində qəbul edir, digər hissələrdə məbləğlərin azaldılmasını xahiş edir.
7. Ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin şərtlərinə əsasən kreditor borcalana 389600 manat məbləğində kredit ayırır; 1.2-ci bəndinə əsasən borcalan kreditdən yalnız daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləri məqsədləri üçün istifadə edəcəkdir; 2.1-ci bəndinə əsasən borcalan istifadə etdiyi kreditə görə kreditora illik 6 faiz ödəyir; 2.2-ci bəndinə əsasən kreditə görə faizlər borcalanın ssuda hesabının debeti üzrə vəsaitin köçürüldüyü gündən onların kreditorun hesabına daxil edildiyi anadək gündəlik hesablanır və hər ayın 30-dan gec olmayaraq borcalan tərəfindən ödənilir; 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, birinci ödəniş 30 dekabr 2011-ci il, sonuncu ödəniş 30 noyabr 2016-cı il tarixdən gec olmayaraq həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəmə qrafikinin məzmunundan müəyyən olunur ki, "xxxx" X1 MMC tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixinə qədər 389600 manat əsas, 88651,33 manat faiz borcu olmaqla, ümumilikdə 478251,33 manat ödəniş edilməli idi. Ödəmə qrafiki tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İpoteka saxlayan – ləğv prosesində olan "xxxx" ASC, ipoteka verən Qanuni nümayəndə1 və borcalan "xxxx" X1 MMC arasında imzalanan xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001/c saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan və "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları ipoteka saxlayana verir. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan "xxxx" ASC və "xxxx" X1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001/c saylı ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m fərdi yaşayış evidir. İpoteka predmetinin dəyəri 48000 manat müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və ləğv prosesində olan "xxxx" ASC və "xxxx" X1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" ASC ilə Cavabdeh6 arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001/i saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh6 müqaviləyə əsasən bank qarşısında xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 389600 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan "xxxx" ASC və "xxxx" X1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC ilə Cavabdeh5 arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001/h saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh6 müqaviləyə əsasən bank qarşısında xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 389600 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan "xxxx" ASC və "xxxx" X1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmamış xx.xx.2022-ci il tarixli, **********05 nömrəli tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı barədə Qanuni nümayəndə1 ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0.067 ha torpaq sahəsi və 137.0 kv.m fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixində tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
14. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə1 məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0.067 ha torpaq sahəsi və 137.0 kv.m fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2011ci il, qeydiyyat nömrəsi: **********.
16. Cavabdeh7 tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmış ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh7 "xxxx" ASC və "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsinin və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Qanuni nümayəndə1 ilə xx.xx.2011-ci il tarixdə bağlanmış İ-SKMF/131/c saylı ipoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən kredit müqaviləsinə əsasən Qanuni nümayəndə1 məxsus olan Ağsu şəhəri mülkiyyətində olan 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına razılıq vermişdir.
17. Cavabdeh3 tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmış ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh7 "xxxx" ASC və "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsinin və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Qanuni nümayəndə1 ilə xx.xx.2011-ci il tarixdə bağlanmış İ-SKMF/131/c saylı ipoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən kredit müqaviləsinə əsasən Qanuni nümayəndə1 məxsus olan Ağsu şəhəri mülkiyyətində olan 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına razılıq vermişdir.
18. Cavabdeh1 tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmış ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh7 "xxxx" ASC və "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsinin və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Qanuni nümayəndə1 ilə xx.xx.2011-ci il tarixdə bağlanmış İ-SKMF/131/c saylı ipoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən kredit müqaviləsinə əsasən Qanuni nümayəndə1 məxsus olan Ağsu şəhəri mülkiyyətində olan 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına razılıq vermişdir.
19. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********373 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış əsas borc 17012 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 46382 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 5793,8 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 69188,26 manat təşkil edir.
20. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
21. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" X1 MMC, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1ya göndərilmiş pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, "xxxx" X1 MMC-dən müqavilə üzrə borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-132/2020 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3646 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq cavabdeh "xxxx" X1 MMC-nin iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 57166,29 manat əsas borc, 39118,55 manat faiz borcu, xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə) 17166,29 manat əsas borc, 39118,55 manat faiz borcu, 15625,45 manat illik 5%-lə hesablanmış faiz borcu müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh "xxxx" X1 MMC-yə olancərimə borcu hesablanmamışdır.
24. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 47-205/25 nömrəli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə1 məxsus Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən, ümumi sahəsi 137.0 kv.m, o cümlədən yaşayış sahəsi 62.3 kv.m və köməkçi sahəsi 74.7 kv.m olan, 16 saylı, 1 mərtəbəli fərdi yaşayış evinin (0.0671 ha torpaq sahəsi ilə birlikdə) xx.xx.2025-ci il tarixinə olan bazar dəyəri 91000 manat, likvid dəyəri 84600 manat təşkil edir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: İpoteka haqqında” Qanunun 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında 1.0.6-cı maddəyə əsasən ipoteka hüququ - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur (2018-ci il 28 dekabr tarixinədək olan redaksiya). 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka haqqında” Qanunun 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında 34-cü maddəyə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi nəzərdə tutulmuşdurur. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka haqqında” Qanunun 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında 41.1-ci maddəyə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında həmin maddəyə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il il tarixli Qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
29. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin şərtlərinə əsasən kreditor borcalana 389600 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəmək vəzifəsi daşımışdır. xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh6 arasında xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh6 müqaviləyə əsasən bank qarşısında xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 389600 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh5 arasında xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh5 müqaviləyə əsasən bank qarşısında xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 389600 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Qanuni nümayəndə1 və borcalan "xxxx" X1 MMC arasında bağlanan xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001/c saylı ipoteka müqaviləsi ilə ipoteka saxlayan və "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan ünvan 1 ünvanında yerləşən 0.0671 ha torpaq sahəsi və orada yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evini ipoteka qoymuş, eləcə də ona olan hüquq və maraqları ipoteka saxlayana vermişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
30. İddia tələbinin bir hissəsini cavabdehlər "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6 17012,38 manat əsas bоrcun tutulması təşkil edir.
31. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, işdə olan sübutları, ekspert rəyini, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulmasına dair iddia tələbi (tələbə uyğun) təmin edilməli, cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 17012,38 manat (on yeddi min on iki manat otuz səkkiz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia tələbinin digər hissəsini cavabdehlər cavabdehlər "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada 108.LN.2004.301111.00001 saylı kredit müqaviləsi üzrə 46382,08 manat cərimə borcunun tutulması təşkil edir.
33. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, 1000 (min) manat məbləğində müəyyən edilməlidir.
35. İddia tələbinin digər hissəsini AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5793,80 manat faiz borcunun tutulması təşkil edir.
36. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5793,80 (beş min yeddi yüz doxsan üç manat səksən qəpik) manat faiz borcu tutularaq ləğv prosesində olan “AG Bank “ASC-nin xeyrinə ödənilməlidir.
37. İddia tələbinin Cavabdeh5, Cavabdeh6 aid hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, bankla zaminlər arasında əsas kredit müqaviləsi üzrə öhdəliklərin icarını təmin etmək məqsədilə xx.xx.2011-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Həmin müqavilələrdə müqavilələrin qüvvədə olma müddəti ilə bağlı konkret tarix qeyd olunmamışdır. Bank tərəfindən əsas kredit müqaviləsinin müddəti bitdikdən sonrakı iki il ərzində zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminlərin öhədliklərinə xitam verilməlidir. Həmçinin qeyd olunur ki, hər iki zamin cavabdeh məhkəməyə teleqramlarla müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötdüyündən onlara münasibətdə iddianın rədd olunmasını xahiş etmişlər.
38. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
39. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, müqavilə üzrə tutma Qanuni nümayəndə1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Qanuni nümayəndə1 qaytarılmalıdır.
41. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır.
43. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/İ 47-205/25 nömrəli mütəxəssis rəyinə əsasən Qanuni nümayəndə1 məxsus Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən, ümumi sahəsi 137.0 kv.m, o cümlədən yaşayış sahəsi 62.3 kv.m və köməkçi sahəsi 74.7 kv.m olan, 16 saylı, 1 mərtəbəli fərdi yaşayış evinin (0.0671 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 84600 manat, bazar dəyəri 91000 manat müəyyən edilmişdir.
44. Məhkəmənin qənaətinə əsasən qeyd olunan rəydəki əmlakın likvid qiyməti əsas götürülməklə, ipoteka predmeti olan, Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evinin (0.0671 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 84600 (səksən dörd min altı yüz) manat müəyyən edilməlidir.
45. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin "xxxx" KFT MMC-dən, Cavabdeh5 və Cavabdeh6 ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin "xxxx" X3 Məhsulları MMC-dən tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
46. İddia tələbinin bir hissəsini də ünvan 1 ünvanında yerləşən 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m fərdi yaşayış evinə tutma yönəldildikdən sonra cavabdehlər Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması təşkil edir.
47. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə "xxxx" X1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 108.LN.2004.301111.00001 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Qanuni nümayəndə1 arasında ipoteka müqaviləsi xx.xx.2011-ci il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixinədək bağlandığından, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsinə dair” iddia tələbinə mahiyyəti üzrə baxılmışdır.
48. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.0671 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 137 kv.m, o cümlədən köməkçi sahəsi 62.3 kv.m fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 həmin əmlaklardan çıxarılmalı və əmlaklar boşaldılmalıdır (notariat orqanına ünvanlanan müvafiq ərizələr məhkəməyə təqdim edilmişdir).
49. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 297,56 (iki yüz doxsan yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsumun bankın xeyrinə ödənilməsini xahiş etmişdir.
50. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat (qırx altı manat qırx beş qəpik) rüsum, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,38 manat (yüz iki manat otuz səkkiz qəpik) "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq banka ödənilməlidir.
51. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
52. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pul cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMCnin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 17012,38 manat (on yeddi min on iki manat otuz səkkiz qəpik) əsas borc, 1000 (min) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləği 5793,80 (beş min yeddi yüz doxsan üç manat səksən qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat (qırx altı manat qırx beş qəpik) rüsum, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,38 manat (yüz iki manat otuz səkkiz qəpik) olmaqla, ümumilikdə 23955,01 manat (iyirmi üç min doqquz yüz əlli beş manat bir qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Qanuni nümayəndə1 məxsus Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evinə (0.0671 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Qanuni nümayəndə1 qaytarılsın. İpoteka predmeti olan, Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evinin (0.0671 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 84600 (səksən dörd min altı yüz) manat müəyyən edilsin. Tutma Qanuni nümayəndə1 məxsus Ağsu şəhəri, İmaməddin Nəsimi küçəsində yerləşən ümumi sahəsi 137 kv.m., o cümlədən yaşayış sahəsi 62.3 kv.m. və köməkçi sahəsi 74.7 kv.m. olan 16 saylı 1 mərtəbəli fərdi yaşayış evinə (0.0671 ha torpaq sahəsi ilə birlikdə) yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Qanuni nümayəndə1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pul cavabdeh "xxxx" X1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova