Məhkəmə qərarları › İş №e-2-2(113)-1130/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1130/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1130/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmamətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana heyvandarlığın inkişafı məqsədi üçün İllik 6 % hesablanmaq şərti ilə, 36 ay mü Həmin müqavilənin: 3.1.2-ci bəndinə əsasən borcverən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə lutulmıiş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və öhdəliyini icrasını “Borcalan”dan tələb edir. 3.2.2-ci bəndinə əsasən borcalan krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşma ilə müəyyən olunmuş tarixlərdə «Borcverən»ə qaytarır. 3.2.6-cı bəndinə əsasən borcalan öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) «Borcverən»ə ödənilməsini təmin edir. 6.1-ci bəndinə əsasən bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (borcverən-ipoteka saxlayan) ilə Cavabdeh (borcalan-ipoteka qoyan) arasında 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “AtraBank" ASC ilə "Borcalan” sahibkar fiziki şəxs Cavabdeh arasında bağlanmış KM 01 saylı “30” iyul 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin elmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış laizlərm qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə Tərəflərin razılığa gəlmələri təşkil edir. 2-ci bəndinə əsasən ipoteka predmeti Cavabdeh məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19, mənzil 12-dir. 2.2-ci bəndinə əsasən “ipotekaqoyan" ipoteka predmeti ilə bu müqavilənin 4-cü bəndində göstərilən öhdəliyin icrasına, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya qoyulmuş əmlakın saxlanılması və salamatlığı üçün "lpotekasaxlayan"ın çəkdiyi zəruri xərclərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir. 3.2-ci bəndinə görə ipoteka ilə yüklü edilmiş əmlak 60.000 manat məbləğində qiymətləndirilir. 4.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin (bundan sonra - "əsas öhdəlik" adlandırılacaq) mahiyyəti "Borcverən" ilə "Borcalan" sahibkar fiziki şəxs Cavabdeh arasında bağlanmış "30" iyul 2015-ci il tarixli KM 01 saylı kredit müqaviləsinə əsasan verilmiş kredit və kredit faizlərinin qaytarılmasından ibarətdir. 4.2-ci bəndinə əsasən verilən kreditin məbləği kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən köçürülmüş hər biri 15.000 manat olmaqla, ümumilikdə 30.000 manat təşkil edir. 4.3. Kreditin qaytarılma müddəti 36 aydır. 4.4. Kreditin istifadəsinə görə ödənilməli olan faizlərin dərəcəsi illik 6 (altı) % təşkil edir. 7.7-ci bəndinə əsasən “ipotekaqoyan” əsas öhdəlik üzrə vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə "ipotekasaxlayan” tələblərin ödənilməsi üçıin ipoteka predmetınə tələb yönəldə bilər. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanın imzası (o cümlədən ipoteka saxlayanın) möhürü vurulmaqla notariat qaydasında təsdiq edilmişdir.

3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19, mənzil 12 üzərində Cavabdeh mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə istinad edilmişdir.

4. xx.xx.2015-ci il tarixli KM 01 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən bank tərəfindən verilmiş 15000 manat kredit borcuna görə 36 ay müddətində (son ödəniş tarixi xx.xx.2018-ci il olmaqla) 2.062,50 manat faiz, ümumilikdə 17.062,50 manat ödənilməli idi.

5. 01.08.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli KM 01 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə xx.xx.2023-cü il tarixə 12.210,14 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 1.793,65 manat, cərimə borcu 329,67 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 3.097,40 manat olmaqla müqavilə tələbləri əsasında yaranmış ümumi borcu 17.430,86 manat təşkil edir.

6. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinə ünvanladığı müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19-da yerləşən 12 saylı mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.

7. 23.06.2023-cü il tarixli M.Ş.C/1/00744 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü il, İMS üçün ərizənin tarixi xx.xx.2023-cü il olmuşdur.

8. İddiaçı ASC tərəfindən borc alan Cavabdeh xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 1oteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2015-ci il tarixli KM 01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı ASC tərəfindən borc alan Cavabdeh pretenziya (xəbərdarlıq məktubu) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 10."xxxx" MMC-nin 01 aprel 2024-cü il tarixli, LP-033/2024 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19-da yerləşən 12 saylı mənzilin hazırki bazar qiyməti 97.800 manat, likvid qiyməti isə 88.000 manat dəyərində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli, 9/2149 saylı ekspert rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas borcu 14.190,95 manat, faiz borcu 56,76 manat, xx.xx.2023-cü il tarixə (maliyyə ayarışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 11.747,71 manat əsas borcu, 0 manat faiz borcu, 5%-lə hesablanmış faiz borcu 2.981,06 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.

12. LPO İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli KM 01 nömrəli saylı kredit müqaviləsi üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

13. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmamətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.210,14 manat əsas, 1.793,65 manat faiz borcu, 329,67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3.097,40 manat məbəğində faiz (5%) borcu, cəmi 17.430,86 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19, mənzil 12-yə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, mənzil satıldıqdan sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə İM01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19, mənzil 12 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bundan əlavə tərəflərindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması təklifi göndərilmiş, lakin təklif cavablandırılmamışdır. Hazırda borclunun Banka ödənilməmiş 12.210,14 manat əsas, 1.793,65 manat faiz borcu, 329,67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3.097,40 manat məbəğində faiz (5%) borcu, cəmi 17.430,86 manat məbləğində borcu mövcuddur. Tərəflərindən cavabdehə xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 385, 386, 442, 445, 448, 739, .1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

16.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İddia müddətinin tətbiqi barədə ərizənin dəilləri

17. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

18. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti 36 ay, yəni xx.xx.2018-ci il tarixə kimi müəyyən olmuşdur (1 saylı əlavə). Həmçinin kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 07 mart 2019-cu ilin mart ayına təsadüf edir. Belə olan halda AR Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 (üç) illik iddia müddətinin axımı 2019-cu ilin müvafiq tarixindən başlayaraq 08 mart 2022-ci ildə bitir. Hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırılmış iddia müddətinin tətbiq edilməsinə dair ərizə məhkəmə tərəfindən təmin edilməlidir.

19. İddiaçı iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, aşağıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edirlər və həmin ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunmalıdır ki, hazıki iş üzrə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli hazırlıq iclasları təyin edilmiş və həmin iclaslar barədə cavabdehin şəxsi kabinetinə elektron məhkəmə sistemi vasitəsilə bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən hazırlıq iclasları vaxtı heç bir ərizə təqdim edilməmiş yalnız xx.xx.2024-cü il tarixinə təyin edilmiş baxış iclası vaxtı iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Göründüyü kimi cavabdehin kifayət qədər vaxtı olmasına baxmayaraq hazırlıq iclaslarında həmin ərizə təqdim edilməmişdir. Buna görə də hesab edirlər ki, baxış iclasında iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi yol verilməzdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsində qeyd olunur ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli,KM 01 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir vətərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi üçün 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kreditin verilməsi 36 ay müddətinə müəyyən olunsa da, müqavilənin müddəti həmin müddətə deyil, tərəflərin öhdəliklərinin tam icra olunması anınadək müəyyən edilmişdir. Qed olunmalıdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddia ərizəsi verilən tarixə cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 17.430,86 manat məbləğində borcu qalmışdır. Belə olan təqdirdə hesab edirlər ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi müddəti borc ödənilmədiyindən bitmiş hesab olunmur. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsini məhkəmədən xahiş edirlər.

d) İşdə iştirak edən şəxslər və onların izahatları

20. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində eləcə də iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qarşı verilmiş etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 21.Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiqi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

24. AR Mülki Məcəlləsinin: - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2-ci, 377.3-cü, 375.2 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. - 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə ddia müddətinin axımı dayandırılır. - 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

25. “Mediasiya haqqında” Azərbaycan Respubliaksının Qanunun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 24.7-ci maddəsinə görə b u Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 32.1.4-cü maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir.

26. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

27. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

28. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında 30 iyul 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə heyvandarlığın inkişafı məqsədi üçün İllik 6 % hesablanmaq şərti ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Kreditin təminatı olaraq İddiaçı ASC (borcverən-ipoteka saxlayan) ilə Cavabdeh (borcalan-ipoteka qoyan) arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi Cavabdeh məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 19, mənzil 12 ipoteka ilə yüklü edilmişdir.

32. Hazırda iddiaçı LPO İddiaçı ASC həmin müqavilə üzrə 12.210,14 manat əsas, 1.793,65 manat faiz borcu, 329,67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 3.097,40 manat məbəğində faiz (5%) borcu, cəmi 17.430,86 manat məbləğində kredit borcunun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.

33. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə (maliyyə ayarışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 11.747,71 manat əsas borcu, 0 manat faiz borcu, 5%-lə hesablanmış faiz borcu 2.981,06 manat məbləğində müəyyən edilmişdir.

34. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

35. İşin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, əsas borcun, eləcə də müqavilə müddəti bitdikdən sonrakı müddət üçün faizlərin tutulması hissəsində iddia qismən əsaslı, müqavilə üzrə faizlərin tutulması hissəsində isə əsassızdır.

36. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməsi də əsaslıdır.

37. İpotekaya tutma yönəldilməsinə dair hissədə iddia tələbinə gəldikdə qeyd edilməlidir ki, işin yuxarıda göstərilən halları ilə Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi öz təsdiqini tapdığından iddiaçı “İpoteka haqqında” Qanunun mübahisəi hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 34.1.1-ci bəndinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

38. Bununla yanaşı iş materiallarından görünür ki, işə məhkəmədə baxılarkən cavabdehlər Cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

39. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

40. Hazırkı işin materiallarından isə müəyyən edilir ki, 30 iyul 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Həmin kredit müqaviləsi üzrə sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdə edilmişdir. Odur ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamalıdır.

41. Odur ki, iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC hazırkı iddianı iddia müddətinin axımı başladığı vaxtdan 4 il 10 ay 9 gün müddət keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini (mediasiya üçün müddətin dayandırılmalı olduğu 30 günlük müddət də nəzərə alınsa belə) buraxmışdır.

42. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia iddia müddəti buraxılmaqla verildiyindən kredit müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

43. Müddətin tətbiqi barədə ərizəsinə etirazında iddiaçının istinad etdiyi – iddia müddətinin tətbiqi barədə ərizənin baxış iclasında təqdim edilməsi barədə dəlilinə mün asibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərindən də göründüyü kimi müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək istənilən vaxt verilə bilər. Digər tərəfdən MPM-də işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməli olan prosessual hərəkətlərin dairəsi müəyyənləşdirilsə də, müddətin tətbiqi barədə ərizənin baxış iclasında verilməsi imkanı məhdudlaşdırılmamışdır.

44. Mübahisəli kredit müqaviləsində öhdəliklər tam icra edilənədək müqavilənin qüvvvədə olması barədə şərtin yer alması və belə olan halda müqavilə hələ qüvvədə olduğundan iddia müddətinin ötürülməməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edirr ki, Mülki Məcəllənin yuxarıda istinad edilən normalarının tələblərinə. əsasən iddia müddətinin axımı müqavilənin qüvvədən düşdüyü tarixdən deyil, öhdəliklərinin icrası müddəti başa çatdığı vaxtdan hesablanır. Mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti isə yuxarıda da qeyd edildiyi kimi xx.xx.2018ci il tarixdə çatmışdır.

45. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçdiyindən dəbbə pulunun, öhdəliyin gecikdirilməsinə görə faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində də iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

47. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir .

48. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaiti də iddiaçı LPO İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmamətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaiti də iddiaçı LPO İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar