Məhkəmə qərarları › İş №e-2-2(113)-1135/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1135/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1135/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" X3 Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5206,83 manat pulun və 72,07 manat dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə ilə "xxxx" ATSC arasında bağlanmış, 05/7 saylı 22 may 2024-cü il il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 370 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh MMC-nin müddətli icarəsinə verilmişdir. Həmçinin bağlanmış xx.xx.2024-cü il tarixli 05/8 saylı icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumisahəsi 30 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi də aylıq icarə haqqı 150 (bir yüzəlli) manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh MMC-yə müddətli icarəyə verilmişdir. Yuxarıda sözügedən 22 və 29 may 2024cü il tarixli müqavilələrə 20 sentyabr 2024-cü il tarixində tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilmiş və həmin sazişin 2-ci bəndində tərəflər bəyan etmişlər ki, Cavabdeh MMC-nin icarə haqqına görə 5000 (beş min) manat, elektrik enerjisindən istifadəyə görə 206,83 (iki yüz altı manat səksən üç qəpik) manat, ümumilikdə 5206,83 (beş min iki yüz altı manat səksən üç qəpik) manat "xxxx" ATSC-yə borcu qalmışdır və bu məbləğ müqavilə üzrə icra edilməmiş öhdəliklərdir. Həmçinin sözügedən müqavilənin 3-cü bəndinə əsasən xitam sazişi qüvvəyə mindikdən sonra sazişdə qeyd olunan 5206,83 (beş min iki yüz altı manat səksən üç qəpik) manat borcu 10 (on) gün müddətinə tamamilə ödənilməlidir. Qeyd etməyi zəruri hesab edirik ki, hazırkı vaxtadək tərəfinizdən yuxarıda sözügedən müqavilələr üzrə yaranmış 5206,83 manat borc cavabdeh tərəfindən ödənilməmiş qalır. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ATSC tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziyada yuxarıda göstərilən borc məbləği könüllü olaraq ödənilməsi xahiş olunsa da, cavabdeh borcunu ödəməmişdir Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin "xxxx"ATSC-yə 5206,83 (beş min iki yüz altı manat səksən üç qəpik) manat borcu yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Musayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icarədar) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/08 nömrəli icarə müqaviləsinə görə icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti ofis kimi istifadə üçün icarəyə verir.

8. Müqavilənin 3-cü bəndinə görə icarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir.

9. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 150 manat müəyyən edilir.

10. İddiaçı (icarədar) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/7 nömrəli icarə müqaviləsinə görə icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 370 kv.m olan təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti ofis kimi istifadə üçün icarəyə verir.

11. Müqavilənin 3-cü bəndinə görə icarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir.

12. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 1850 manat müəyyən edilir.

13. xx.xx.2024-cü il tarixli, 01 nömrəli akta görə, xx.xx.2024-cü il tarixli, 05/7 saylı icarə müqaviləsinin 7-ci bəndinə əsasən cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilmiş enerji sərfiyyatına görə 51,87 manat ödəniş etməlidir.

14. xx.xx.2024-cü il tarixli, 02 nömrəli akta görə, xx.xx.2024-cü il tarixli, 05/7 saylı icarə müqaviləsinin 7-ci bəndinə əsasən cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilmiş enerji sərfiyyatına görə 21,71 manat ödəniş etməlidir.

15. xx.xx.2024-cü il tarixli, 03 nömrəli akta görə, xx.xx.2024-cü il tarixli, 05/7 saylı icarə müqaviləsinin 7-ci bəndinə əsasən cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilmiş enerji sərfiyyatına görə 65,65 manat ödəniş etməlidir.

16. xx.xx.2024-cü il tarixli, 04 nömrəli akta görə, xx.xx.2024-cü il tarixli, 05/7 saylı icarə müqaviləsinin 7-ci bəndinə əsasən cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilmiş enerji sərfiyyatına görə 67,60 manat ödəniş etməlidir.

17. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişinin 1ci bəndinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/7 saylı və xx.xx.2024-cü il tarixli 05/8 saylı icarə müqavilələrinə xitam verilmişdir.

18. Sazişin 2-ci bəndinə görə cavabdehin iddiaçıya icarə haqqına 5000 (beş min) manat, elektrik enerjisindən istifadəyə görə 206,83 (iki yüz altı manat səksən üç qəpik) manat, cəmi 5206,83 (beş min iki yüz altı manat səksən üç qəpik) manat borcu qalmış və icra edilməmişdir.

19. Sazişin 3-cü bəndinə görə saziş qüvvəyə mindikdən sonra 5206,83 (beş min iki yüz altı manat səksən üç qəpik) manat borc cavabdeh tərəfindən 10 gün müddətində iddiaçıya ödənilməlidir.

20. Sazişin 4-cü bəndinə görə hazırki xitam sazişi tərəflərin imza və möhürü ilə təsdiq olduğu andan qüvvəyə minir.

21. 11.09.2024-cü il tarixli, 259047 nömrəli kassa mədaxil orderinə görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 05/7 saylı icarə müqaviləsi üzrə 3000 manat ödəniş edilmişdir.

22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/7 nömrəli və xx.xx.2024-cü il tarixli, 05/08 nömrəli icarə müqavilələri üzrə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən qeyri-yaşayış sahələri iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh tərəfindən müqavilələr ilə üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 5000 manat icarə haqqı, elektrik enerjisindən istifadəyə görə 206,83 manat, cəmi 5206,83 manat borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişi ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/7 nömrəli və xx.xx.2024-cü il tarixli, 05/08 nömrəli icarə müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Xitam sazişi ilə cavabdehin iddiaçıya 5206,83 manat borcunun olması və saziş təsdiq edildikən 10 gün müddətində ödəməsi razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/7 nömrəli və xx.xx.2024-cü il tarixli, 05/08 nömrəli müqavilələr üzrə 5206,83 manat borcu tələb etməkdə haqlıdır, iddia tələbi təmin edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin təmin edildiyindən iş üzrə ödənilmiş 72,07 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 5206,83 manat məbləğində pul, 72,07 manat dövlət rüsumu, ümumilikdə 5278,9 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar