Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1137/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı X4 Cəmiyyətinin cavabdeh “X1” ASC-yə qarşı müqavilənin ləğvi, avadanlıqların geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İncon-Servis” X4 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı X4 Cəmiyyəti ilə “X1” ASC arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müqavilənin ləğv edilməsini, icarə haqqının və hesablanmış peniyanın, cəmi 19197,42 manatın Cavabdeh ASC-dən tutularaq iddiaçı “İncon–Servis” ATSC-ə ödənilməsi barədə, həmin pul vəsaitin məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə 1900 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müqavilənin predmetləri olan 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kebellərin, sayğacların və elektrik şitlərinin, həmçinin eni 3 metr, uzunluğu 6 m., hündürlüyü isə 3 m. olan dəmir kabinin (butka), 4 ədəd uzunluğu 8 metr olan 32-lik və 4 ədəd uzunluğu 12,5 metr olan 50-lik dəmir relslərini yararlı (saz) vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə, ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə əsasən müqavilənin ləğv edilməsi təklifi ilə bağlı digər tərəfin imtinası və ya otuz gün müddətində hər hansı cavab almamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı X4 Cəmiyyətinin cavabdeh “X1” ASC-yə qarşı müqavilənin ləğvi, avadanlıqların geri qaytarılması və pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X4 Cəmiyyətinin cavabdeh “X1” ASC-yə qarşı müqavilənin ləğvi, avadanlıqların geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı İncon-Servis” X4 Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə riayət etdikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1137/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1137/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver