Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-114/2023 29.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılma və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılma və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə 50101,52 manat əsas, 11353,84 manat faiz olmaqla, cəmi 61455,36 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq banka ödənilməsi, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 23 oktyabr 2019-cu il tarixli, 3M-1527 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı АSC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə, həmin müqavilə daxilində bağlanan 5.10.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişinə əsasən bank cavabdehə 12 (on iki) ay müddətinə, illik 19 (on doqquz) faiz dərəcəsi olmaqla, 70000 (yetmiş min) manat məbləğində kredit ayırmış, sonra xx.xx.2020-ci il tarixində bağlanmış razılaşma ilə həmin kreditin müddəti 7 (yeddi) ay müddətinə uzadılmış, daha sonra isə xx.xx.2021-ci il tarixli razılaşma ilə kreditin müddəti daha 8 (səkkiz) ay müddətinə uzadılmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin tərkib hissəsi olan sonuncu (xx.xx.2021-ci il tarixli) ödəniş cədvəlinə müvafiq olaraq, xx.xx.2022ci il tarixinə cavabdehin banka borcu 50101,52 manat əsas, 11353,84 manat faiz olmaqla, cəmi 61455,36 manat təşkil edir. Yaranmış borcla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi bu günədək təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə 15 dekabr 2021-ci il tarixli, HD-398/21 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə olunmamışdır. Beləliklə, bank tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, 23 oktyabr 2019-cu il tarixli, 3M-1527 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin şərtlərinə görə cavabdeh ipoteka ilə təmin olunmuş əsas öhdəliklərini və bu müqavilə üzrə öz üzərinə götürdüyü hər hansı bir vəzifəsini icra etmədikdə, bu müqavilə ilə və (və ya) qanunvericiliklə müəyyən olunan digər hallarda ipoteka saxlayan, yəni bank ipoteka predmetinə tutma yönəldə bilər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 269,7, 306.4, 317.1, 319.1,385, 421.1, 442, 449.4, 465.2, 448-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh bank tərəfindən 84 (səksən dörd) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri ə kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit müqavilələri ilə müəyyən olunur.
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KE/95519/71 nömrəli kredit sazişinin məzmunundan görünür ki, müvafiq saziş əsasında Cavabdeh bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə kredit borcunun restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən müqavilə 23 oktyabr 2020-ci il tarixindən 7 (yeddi) ay müddətinə uzadılır və bu müddət ərizində kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir.
10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə kredit borcunun restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən 23 may 2021-ci il tarixindən 8 (səkkiz) ay müddətinə uzadılır və bu müddət ərizində saziş üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir.
11. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 12 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələn gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Cavabdeh həyat yoldaşı X1 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil Cavabdeh adına xx.xx.2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 2123 nömrəli reyestr kitabının 196544 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2123 nömrəli reyestr kitabının 196544 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
15. xx.xx.2022-ci il tarixli, HD-052/22 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MXD-448/20 nömrəli sənəddən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, KE/95519/71 nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 50101,52 manat, faiz borcu 11353,84 manat, cərimə borcu 0 manat təşkil edir.
17. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli, HD – 398/21 pretenziya məktubunda xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi üzrə həmin tarixə olan 50101,52 manat əsas, 7333,72 manat faiz borcunun qısa müddət ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8463 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 25 oktyabr 2019-cu il tarixdə bağlanmış KE/95519/71 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 6587,08 manat olmaqla, cəmi borcu 56294,08 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 6770,72 manat olmaqla, cəmi borcu 56477,72 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 9735,19 manat olmaqla, cəmi borcu 59442,19 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 24426,38 manat olmaqla, cəmi borcu 74133,38 manat məbləğində müəyyən edilir.
19. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, ƏEM/A 124-683/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin likvid dəyəri 161000 manat, bazar dəyəri 170000 manat təşkil edir.
20. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh bank tərəfindən 84 (səksən dörd) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, KE/95519/71 nömrəli kredit sazişi bağlanmış və həmin saziş əsasında Cavabdeh bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə kredit borcunun restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli razılaşmalar bağlanmışdır. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 12 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələn gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.33.-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
26. İddia tələbinin bir hissəsini cavabdehdən 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə 50101,52 manat əsas, 11353,84 manat faiz borcunun tutulması təşkil edir.
27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini də nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı “kredit limitinin ayrılması haqqında müqavilə”, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə banka olan 49707 (qırx doqquz min yeddi yüz yeddi) manat əsas borc, 6587,08 manat (altı min beş yüz səksən yeddi manat səkkiz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdr. Qeyd olunanlara əsasən məhkəmə göstərilən məbləğdə faiz borcunun tutulması qənaətinə gələrkən ekspert rəyindəki xx.xx.2022-ci il tarixə hesablanan faiz məbləğini (pretenziyanın məktubunun göndərilməsi, qəbulu və məzmunu nəzərə alınmaqla) əsas götürmüşdür.
28. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
29. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh məxsus (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi: ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh geri qaytarılmalıdır.
31. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
32. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin likvid dəyərinin 161000 manat olması müəyyən edilmişdir.
33. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin ilkin satış qiyməti 161000 (yüz altmış bir min) manat məbləğində müəyyən edilməlidir.
34. İddia tələbinin bir hissəsini də satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması təşkil edir.
35. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.
36. Eləcə də, iddiaçı 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
39. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı “kredit limitinin ayrılması haqqında müqavilə”, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə banka olan 49707 (qırx doqquz min yeddi yüz yeddi) manat əsas borc, 6587,08 manat (altı min beş yüz səksən yeddi manat səkkiz qəpik) faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 56694,08 manat (əlli altı min altı yüz doxsan dörd manat səkkiz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin ilkin satış qiyməti 161000 (yüz altmış bir min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova