Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-114/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2003,98 manat əsas, 863,65 manat faiz, 3164,32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 293,16 manat faiz borcu və 106 manat məbləğində mediasiyaya dair xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xırdalan filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 480003091/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 1 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 6165,7 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 33 ay təyin edilmişdir. ********* nömrəli xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Həmin əlavə sazişlər üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “Restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1,40 manat) 7941,05 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı borcun ödənilməsi tələbinə dair mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/12/2023/00327 nömrəli, xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********022 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 180 (bir yüz səksən) manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 6325,11 manat təşkil edir. Bundan 2003,98 manat əsas, 863,65 manat faiz, 3164,32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 293,16 manat faiz borcu təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçı və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi “AZEMİS“ elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında qeyd etmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu və digər məbləğlərlə razı deyildir. Borcun yalnız ondan tutulmasını xahiş edir.
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, 24 (iyirmi dörd) ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.
8. ********* nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2017-ci il tarixi sonuncu ödəniş tarixi olaraq razılaşdırılmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə bağlanmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 480003091/ZM saylı zaminlik müqaviləsindən görünür ki, 6500 ABŞ dolları təşkil edən kredit məbləği, 24 ay təşkil edən kreditin qaytarılma müddəti, 28% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 56% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 4,67% cərimə faizi zaminliklə təmin edilmiş öhdəliklərdir.
11. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 480003091/ZM saylı zaminlik müqaviləsinə 1 nömrəli əlavə bağlanmışdır.
12. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki, 1.1. müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 6165,7 (altı min bir yüz altmış beş tam onda yeddi) ABŞ dolları təşkil edir. 1.2. müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti 33 ay təyin edilir.
13. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki, 1.1. müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 6165,7 (altı min bir yüz altmış beş tam onda yeddi) ABŞ dolları təşkil edir. 1.2. müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti 33 ay təyin edilir.
14. Dəmirbank” ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 12 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişin şərtlərindən məlum olur ki, 1.1 kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 ABŞ dolları - 1.4 manat) 7941,05 (yeddi min doqquz yüz qıx bir manat beş qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5442,35 (beş min dörd yüz qırx iki manat otuz beş qəpik) manat əsas borc, 2309,58 (iki min üç yüz doqquz manat əlli səkkiz qəpik) manat faiz borcu və 189,13 (yüz səksən doqquz manat on üç qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 ABŞ dolları - 1.4 manat məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlə ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. 1.2 Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % (on beş) ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15 (on beş) faiz təşkil edir. 1.3 Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 30 (otuz) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Borcalan kreditora kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu müqavilənin 0 (sıfır) % məbləğində komissiya haqqı ödəyir. 1.5 Bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirildi və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. 1.6 Borcalanın yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı müqavilə müddəti ərzində gecikmə gülərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə bu əlavə sazişə birtərəfli qaydada xilam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin hesablanacaq faiz və və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. Bu əlavə sazişə kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman borcalanın güzəşti məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixində qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq borcalan tərəfindən dərhal kreditora ödənilir.
15. İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsi üzrə 12 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən və İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh2 arasında imzalanmış zaminlik müqaviləsi üzrə 12 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən məlum olur ki, 1.1 Borcalanın kreditor qarşısındakı 5672,18 ABŞ dolları kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 ABŞ dolları - 1.4 manat) 7941,05 (yeddi min doqquz yüz qıx bir manat beş qəpik) manat təşkil edir. 1.1.1 Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5442,35 (beş min dörd yüz qırx iki manat otuz beş qəpik) manat əsas borc, 2309,58 (iki min üç yüz doqquz manat əlli səkkiz qəpik) manat faiz borcu və 189,13 (yüz səksən doqquz manat on üç qəpik) manat cərimə borcu təşkil edir. 1.2 Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir. 1.3 Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % (on beş) ödənilir. 1.4 Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 (otuz) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
16. 08 yanvar 2015-ci il tarixli 1/17/77535115 USD saylı kassa məxaric orderindən məlum olur ki, 6500 ABŞ dolları Cavabdeh3 verilmişdir.
17. 13 mart 2023-cü il tarixli **********640 nömrəli maliyyə arayışından görünür ki, 12 aprel 2017-ci il tarixli KM036T04170011S01 saylı kredit müqaviləsi üzrə 23 fevral 2023-cü il tarixinə 2003,98 manat əsas borc, 863,65 manat faiz borcu, 3164,32 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 293,16 manat faiz borcu hesablanmışdır.
18. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda cəmi 6321,47 manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8418 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 aprel 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 2708,21 manat, faiz borcu üzrə 22 manat; sualda qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 2708,21 manat, faiz borcu üzrə 22 manat, faiz borcu 5% ilə 1 manat məbləğində müəyyən edilir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2629 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu aşağıdakı kimi: xx.xx.2020-ci il tarixə (sualda sorusulan tarixə) əsas borc üzrə 2014,28 manat, faiz borcu üzrə 327,32 manat; xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 2014,28 manat; faiz borcu üzrə 327,32 manat, əldən çıxmış fayda borcu üzrə 51,55 manat (illik 5%-lə) müəyyən olunur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
24. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 24 (iyirmi dörd) ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 12 aprel 2017-ci il tarixli 02 nömrəli nömrəli əlavə saziş bağlanmış və həmin sazişlə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 480003091/ZM saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müvafiq olaraq zaminlik müqavilələrinin müddətinin uzadılmasına dair müqavilələlər bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
25. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2003,98 manat əsas, 863,65 manat faiz borcunun tutulması təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, xx.xx.2024-cü il tarixli, 9/2629 saylı ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 2003,98 manat (iki min iüç manat doxsan səkkiz qəpik) əsas borc, 327,32 manat (üç yüz iyirmi yeddi manat otuz iki qəpik) faiz borcu (rəyə uyğun, müqavilə müddətinin sonuna olan faiz borcu) ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
27. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 3164,32 manat cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, kredit razılaşması üzrə 100 (yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. İddiaçı kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 293,16 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, müqavilə müddəti başa çatan tarixdən (xx.xx.2020-ci il) maliyyə arayışında qeyd edilən tarixə (23 fevral 2023-cü il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanan, ekspert rəyi ilə müəyyən olunan 51,55 manat (əlli bir manat əlli beş qəpik) məbləğində (ekspert rəyinə uyğun) pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
32. Borc məbləğinin zamin olan Cavabdeh2 və Cavabdeh1 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə birmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdeh – zaminlərə münasibətdə iddia təmin olunmamalı, iddia Cavabdeh3 münasibətdə göstərilən qaydada qismən təmin olunmalıdır.
33. Eləcə də, iddiaçı 106 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
34. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 41,60 manat (qırx bir manat altmış qəpik) mediasiya xərci Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
35. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 121,50 manat (yüz iyirmi bir manat əlli qəpik) hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 78,50 manat (yetmiş səkkiz manat əlli qəpik) hissəsi isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 2003,98 manat (iki min iüç manat doxsan səkkiz qəpik) əsas borc, 327,32 manat (üç yüz iyirmi yeddi manat otuz iki qəpik) faiz borcu, 100 (yüz) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 51,55 manat (əlli bir manat əlli beş qəpik) faiz məbləği, 41,60 manat (qırx bir manat altmış qəpik) mediasiya xərci olmaqla, ümumilikdə 2524,45 manat (iki min beş yüz iyirmi dörd manat qırx beş qəpik) məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 121,50 manat (yüz iyirmi bir manat əlli qəpik) hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 78,50 manat (yetmiş səkkiz manat əlli qəpik) hissəsi isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova