Məhkəmə qərarları › İş №e-2-2(113)-1141/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1141/2023

14.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1141/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Firudin oğlunun iştirakı ilə, İddiaçı (AK Group İç ve Diş Ticaret) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (AK Group İç ve Diş Ticaret) Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 26.715 (iyirmi dörd min altı yüz altımış) ABŞ dolları pulun (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat pulun), xx.xx.2017-ci il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığına görə bir il üçün illik 5 (beş) faiz məbləğ hesablanmaqla 10612 (on min altı yüz on iki) manat faiz məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat pulun və əlavə dövlət rüsumu kimi ödənilmiş 59 (əlli doqquz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, e-2-2(113)-1141/2023 saylı kommersiya mübahisəsi üzrə Cavabdeh qarşı iş üzrə əlavə sübutların toplanması zərurəti yarandığı üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Firudin oğlu iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmənin hazırlıq iclasına gəlməmişdr. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (AK Group İç ve Diş Ticaret) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 59 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar