Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1145/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi X4, cavabdeh X2, üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, X1 EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 6,087.03 (altı min səksən yeddi manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,436.50 (əlli üç min dörd yüz otuz altı manat əlli qəpik) manat borcun,EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas borc, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 786.80 (yeddi yüz səksən altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,757.01 (beş min yeddi yüz əlli yeddi manat bir qəpik) manat borcun, EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 2,381.81 (iki min üç yüz səksən bir manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 18,340.36 (on səkkiz min üç yüz qırx manat otuz altı qəpik) manat borcun, EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 1,480.98 (min dörd yüz səksən manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,466.45 (on iki min dörd yüz altmış altı manat qırx beş qəpik) manat borcun, EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 4,871.35 (dörd min səkkiz yüz yetmiş bir manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 42,822.19 (qırx iki min səkkiz yüz iyirmi iki manat on doqquz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən 06.11.2019-cu il tarixli EXPF0144 saylı faktorinq müqaviləsi bağlanmışdır. Tərəflər arasında EXPF0144 saylı faktorinq müqaviləsi çərçivəsində 29.11.2019-cu il tarixli EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı X5 ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli 001 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X3 Faktor tərəfindən 28.03.2020-ci il tarixinədək illik faiz dərəcəsi 11% olmaqla, 80,175.03 (səksən min yüz yetmiş beş manat, üç qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0144 saylı faktorinq müqaviləsi çərçivəsində 22.01.2020-ci il tarixli EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı X5 ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli 001 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X3 Faktor tərəfindən 21.05.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 4,780.58 (dörd min yeddi yüz səksən manat, əlli səkkiz qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0144 saylı faktorinq müqaviləsi çərçivəsində 13.02.2020-ci il tarixli EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı X5 ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli 001 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X3 Faktor tərəfindən 12.06.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 16,102.75 (on altı min yüz iki manat, yetmiş qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0144 saylı faktorinq müqaviləsi çərçivəsində 28.02.2020-ci il tarixli EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı X5 ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli 001 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X3 Faktor tərəfindən 27.06.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 10,559.57 (on min beş yüz əlli doqquz manat, əlli yeddi qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0144 saylı faktorinq müqaviləsi çərçivəsində 10.03.2020-ci il tarixli EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı X5 ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli 001 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X3 Faktor tərəfindən 08.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 11% olmaqla, 40,296.73 (qırx min iki yüz doxsan altı manat, yetmiş üç qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Lakin Müştəri EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 276 gün, EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 224 gün EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 202 gün EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 185 gün EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 176 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Faktor tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Müştəriyə PBCOS-1416 saylı xəbərdarlıq məktubu göndərilmiş və Faktor qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin 05.01.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri öhdəlikləri aşağıdakı kimidir; - EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 6,087.03 (altı min səksən yeddi manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,436.50 (əlli üç min dörd yüz otuz altı manat əlli qəpik) manat, gecikmə günün sayı – 276 - EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas borc, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 786.80 (yeddi yüz səksən altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,757.01 (beş min yeddi yüz əlli yeddi manat bir qəpik) manat, gecikmə günün sayı-224 - EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 2,381.81 (iki min üç yüz səksən bir manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 18,340.36 (on səkkiz min üç yüz qırx manat otuz altı qəpik) manat, gecikmə günün sayı – 202 - EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 1,480.98 (min dörd yüz səksən manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,466.45 (on iki min dörd yüz altmış altı manat qırx beş qəpik) manat, gecikmə günün sayı – 185 - EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 4,871.35 (dörd min səkkiz yüz yetmiş bir manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 42,822.19 (qırx iki min səkkiz yüz iyirmi iki manat on doqquz qəpik) manat təşkil edir, gecikmə günün sayı – 176 dır.Tərəflər arasında imzalanmış EXPF0144 saylı kaktorinq müqaviləsinin 3.4.5-ci maddəsinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Eyni zamanda müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X1 EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 8,104.65 (səkkiz min yüz dörd manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 55,454.12 (əlli beş min dörd yüz əlli dörd manat on iki qəpik) manat borcun,EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas borc, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 998.34 (doqquz yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,968.55 (beş min doqquz yüz altmış səkkiz manat əlli beş qəpik) manat borcun,EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 3,087.97 (üç min səksən yeddi manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 19,046.52 (on doqquz min qırx altı manat əlli iki qəpik) manat borcun;EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 1,948.24 (min doqquz yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,933.71 (on iki min doqquz yüz otuz üç manat yetmiş bir qəpik) manat borcun, EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 6,486.01 (altı min dörd yüz səksən altı manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 44,436.85 (qırx dörd min dörd yüz otuz altı manat səksən beş qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qismən qəbul edərək borcunu pandemiya səbəbilə yaranmış vəziyyət nəticəsində ödəyə bilmədiyini, kredit məbləğinin ödənilməmiş əsas və faiz hissəsini qəbul etdiyini bildirərək , cərimə hissəsində iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi X10 izahatında bildirmişdir ki, Maraqlı şəxs MMC ilə X5 arasında xidmət müqaviləsi bağlanmışdır. Ə.Əlyarbəyov təchizatçı qismində şirkəti dərman vasitələri ilə təchiz edirdi. Aralarında olan hesablaşmalar bank vasitəsilə ödəniş tapşırıqlarına əsasən həyata keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -06.11.2019-cu il tarixli faktorinq müqaviləsindən görünür ki, faktorinq əməliyyatı üçün nəzərdə tutulan “Maliyyələşdirmə üçün ərizə” forması (bundan sonra “Maliyyələşdirmə üçün Ərizə” adlandırılacaq) ilə müəyyən olunmuş şərtlər əsasında faktor olaraq müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən faktora güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. -həmin müqavilənin 1.1-ci bəndinə əsasən güzəşt edilən pul məbləğindən yalnız müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün istifadə ediləcək. -həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində gələcəkdə bir Tərəflə bağlanacaq ayrıca “Maliyyələşdirmə üçün Ərizə” forması digər tərəfi bu müqavilə üzrə bütün öhdəliklərdən azad etmir. -həmin müqavilənin 1.2-ci bəndinə əsasən faktorun müştəriyə göstərdiyi xidmətlərə aşağıdakılar aiddir: -müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir;-kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, Borcludan alınan maliyyə vəsaitini toplayır. -həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. -həmin müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. -29.11.2019-cu il tarixli EXPF0144/02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 80,175.03 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir, ərizədə kreditin illik faiz dərəcəsi 11%, illik cərimə faiz dərəcəsi 26% (gündəlik 0,0722%), kreditin faktik illik faiz dərəcəsi 11% göstərilmişdir, kreditin müddəti 28.03.2020-ci ilə qədər müəyyən edilmişdir. -22.01.2020-ci il tarixli EXPF0144/03 nömrəli “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 4780.58 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir, ərizədə kreditin illik faiz dərəcəsi 12%, illik cərimə faiz dərəcəsi 27% (gündəlik 0,075%), kreditin faktik illik faiz dərəcəsi 12% göstərilmişdir, kreditin müddəti 21.05.2020-ci ilə qədər müəyyən edilmişdir. -13.02.2020-ci il tarixli EXPF0144/04 nömrəli “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 16,102.75 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir, ərizədə kreditin illik faiz dərəcəsi 12%, illik cərimə faiz dərəcəsi 27% (gündəlik 0,075%), kreditin faktik illik faiz dərəcəsi 12% göstərilmişdir, kreditin müddəti 21.06.2020-ci ilə qədər müəyyən edilmişdir. -28.02.2020-ci il tarixli EXPF0144/05 nömrəli “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 10,559.57 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir, ərizədə kreditin illik faiz dərəcəsi 12%, illik cərimə faiz dərəcəsi 27% (gündəlik 0,075%), kreditin faktik illik faiz dərəcəsi 12% göstərilmişdir, kreditin müddəti 27.06.2020-ci ilə qədər müəyyən edilmişdir. -10.03.2020-ci il tarixli EXPF0144/06 nömrəli “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 40,296.73 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir,ərizədə kreditin illik faiz dərəcəsi 11%, illik cərimə faiz dərəcəsi 26% (gündəlik 0,0723%), kreditin faktik illik faiz dərəcəsi 11% göstərilmişdir, kreditin müddəti 08.07.2020-ci ilə qədər müəyyən edilmişdir. -24.12.2020-ci il tarixli hesab çıxarışından görünür ki, 01.10.2019-cu il tarixdən 24.12.2020-ci il tarixə qədər İddiaçı ASC tərəfindən cavabdeh X2 bank hesabına faktorinq müqaviləsi üzrə 29.11.2019-cu il tarixdə 80,175,03 AZN, 22.01.2020-ci il tarixdə 4780,58 AZN, 13.02.2020-ci il tarixdə 16,102.75 AZN, 28.02.2020-ci il tarixdə 10,559.57 AZN, 10.03.2020-ci il tarixdə 40,296.73 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. -21.010.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, təchizatçı qismində cavabdeh X5 dərman, bioloji fəalllığa malik qida əlavələri, gigiyenik vasitələr və aptek təşkilatında satılan digər vasitələrlə alıcı qismində Maraqlı şəxs MMC-ni təchiz etməyi, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. -15.01.2021-ci il tarixli PB/PBL-059 saylı maliyyə arayışından görünür ki, X2 05 yanvar 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri;-EXPFO144/02 saylı kredit müqaviləsinə əsasən 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 6,087.03 (altı min səksən yeddi manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,436.50 (əlli üç min dörd yüz otuz altı manat əlli qəpik) manat. Gecikmə günün sayı 276, EXPFO 144/03 saylı kredit müqaviləsinə əsasən 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas borc, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 786.80 (yeddi yüz səksən altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,757.01 (beş min yeddi yüz əlli yeddi manat bir qəpik) manat. Gecikmə günün sayı - 224, EXPFO 144/04 saylı kredit müqaviləsinə əsasən 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 2,381.81 (iki min üç yüz səksən bir manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 18,340.36 (on səkkiz min üç yüz qırx manat otuz altı qəpik) manat. Gecikmə günün sayı – 202, EXPF0144/05 saylı kredit müqaviləsinə əsasən 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 1,480.98 (min dörd yüz səksən manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,466.45 (on iki min dörd yüz altmış altı manat qırx beş qəpik) manat.Gecikmə günün sayı – 185, EXPF0144/06 saylı kredit müqaviləsinə əsasən 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 4,871.35 (dörd min səkkiz yüz yetmiş bir manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 42,822.19 (qırx iki min səkkiz yüz iyirmi iki manat on doqquz qəpik) manat təşkil edir. Gecikrnə günün sayı – 176-dır. -İddiaçı ASC tərəfindən cavabdeh X3 ünvanlanmış PBCOS-1416 nömrəli, 09.10.2015-ci il tarixli xəbərdarlıqdan görünür ki, maliyyələşdirmə üçün ərizə formalarının şərtlərinə əməl etməyərək gecikmələrə yol vermişdir. EXPF0144/02 nömrəli müqavilə üzrə öhdəliyin şərtləri 185 (bir yüz səksən beş), EXPFO 144/03 - 133 (bir yüz otuz Uç), EXPFO 144/04 - 111 (bir yüz on bir), EXPFO 144/05 - 94 (doxsan dörd), EXPFO 144/06 - 85 (səksən beş) gün pozulmuşdur. Müvafiq müqavilələrə əsasən, yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası üçün cavabdehə 7 iş günü müddətində möhlət verilmişdir, əks təqdirdə cavabdehə bildirilmişdir ki, kreditin qaytarılması, kredit müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC cavabdeh X5 arasında EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 8,104.65 (səkkiz min yüz dörd manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 55,454.12 (əlli beş min dörd yüz əlli dörd manat on iki qəpik) manat; EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 998.34 (doqquz yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,968.55 (beş min doqquz yüz altmış səkkiz manat əlli beş qəpik) manat; EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 3,087.97 (üç min səksən yeddi manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 19,046.52 (on doqquz min qırx altı manat əlli iki qəpik) manat; EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 1,948.24 (min doqquz yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,933.71 (on iki min doqquz yüz otuz üç manat yetmiş bir qəpik) manat; EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 6,486.01 (altı min dörd yüz səksən altı manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 44,436.85 (qırx dörd min dörd yüz otuz altı manat səksən beş qəpik) manat borcun gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində qeyd olunub ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh X2 faktorinq müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC faktorinq müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdeh X1 tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, cavabdeh X5 ona verilmiş məbləğ üzrə hesablanmış faizləri iddiaçıya ödəməmiş, iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir, bununla da tərəflər arasındakı razılaşmada nəzərdə tutulan qaydada İddiaçı ASC tərəfindən cavabdehə cərimə (dəbbə pulu) hesablanmasına əsas vermişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu, EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 810 manat, EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99 manat, EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 300 manat; EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 194 manat; EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 648 manat məbləğində cərimə borcu müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh X1 EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 810 (səkkiz yüz on manat) manat cərimə borcu olmaqla, cəmi 48,159.47 (qırx səkkiz min yüz əlli doqquz manat qırx yeddi qəpik qəpik) manat , EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas , 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla, cəmi 5,069.21 (beş min altmış doqquz manat iyirmi bir qəpik) manat borc,EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 16,258.55 (on altı min iki yüz əlli səkkiz manat əlli beş qəpik) manat , EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 194 (yüz doxsan dörd) manat cərimə borcu olmaqla, cəmi 11,179.47 (on bir min yüz yetmiş doqquz manat qırx yeddi qəpik) manat , EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 648 (altı yüz qırx səkkiz) manat cərimə borcu olmaqla, cəmi 38,598.84 (otuz səkkiz min beş yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 EXPF0144/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 47,349.47 (qırx yeddi min üç yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 810 (səkkiz yüz on manat) manat cərimə borcu olmaqla, cəmi 48,159.47 (qırx səkkiz min yüz əlli doqquz manat qırx yeddi qəpik qəpik) manat , EXPF0144/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,780.58 (dörd min yeddi yüz səksən manat əlli səkkiz qəpik) manat əsas borc, 189.63 (yüz səksən doqquz manat altmış üç qəpik) manat faiz borcu, 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla, cəmi 5,069.21 (beş min altmış doqquz manat iyirmi bir qəpik) manat ,EXPF0144/04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15,958.55 (on beş min doqquz yüz əlli səkkiz manat əlli beş qəpik) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 16,258.55 (on altı min iki yüz əlli səkkiz manat əlli beş qəpik) manat , EXPF0144/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,559.57 (on min beş yüz əlli doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 425.90 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, 194 (yüz doxsan dörd) manat cərimə borcu olmaqla, cəmi 11,179.47 (on bir min yüz yetmiş doqquz manat qırx yeddi qəpik) manat , EXPF0144/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37,892.94 (otuz yeddi min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borc, 57.90 (əlli yeddi manat doxsan qəpik) manat faiz borcu, 648 (altı yüz qırx səkkiz) manat cərimə borcu olmaqla, cəmi 38,598.84 (otuz səkkiz min beş yüz doxsan səkkiz manat səksən dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1145/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1145/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver