Məhkəmə qərarları › İş №e-2-2(113)-1146/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1146/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1146/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.01.2021-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən cavabdehdən ümumilikdə 7646,40 manat məbləğində ödənilməmiş icarə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 18.01.2021-ci il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower”də Əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən icarəyə verən binanın 4-cü mərtəbəsində yerləşən 90 kv.m sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən icarəçi 18.01.2021-ci il tarixdən 17.01.2022-ci il tarixinədək 2.160 manat + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.1ci maddəsinin (f) bəndinə əsasən icarəçi tərəfindən icarə haqqının ödənilməsi hesabfaktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə icarəçiyə binanın istifadəsində texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. İddiaçı MMC-nin kassa mədaxil orderlərinə əsasən Cavabdeh MMC yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə ümumilikdə 16566,80 manat (on altı min beş yüz altmış altı manat səksən qəpik) icarə haqqını ödəsə də, avqust, sentyabr və oktyabr ayları üzrə göndərilən 02.08.2021-ci il tarixli 771210 saylı, 02.09.2021-ci il tarixli 503788 saylı və 01.10.2021-ci il tarixli 086237 saylı elektron qaimələr üzrə icarə haqqı ödənilməmişdir. Hesab üzrə mühasibat cədvəlindən də göründüyü kimi, Cavabdeh MMC tərəfindən göstərilən qaydada və vaxtda icarə haqqı ödənilmədiyindən hazırki icarə müqaviləsi üzrə 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün ümumilikdə ödənilməmiş cəmi 7646,40 manat (yeddi min altı yüz qırx altı manat qırx qəpik) (əsas borc – 2.160*3 = 6.480 manat, ƏDV – 388,80*3 = 1166,40 manat) icarə haqqı borcu mövcuddur. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verilməsinə baxmayaraq, heç bir ödəniş olunmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmamışdır. Yaranmış mübahisə ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 23 dekabr 2021-ci il tarixli arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. Eyni zamanda 11 yanvar 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə sistemi vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, iş materiallarından görünür ki: - 18.01.2021-ci il tarixli, 202103 nömrəli ofis icarəsinə dair müqaviləyə əsasən əsasən İddiaçı MMC Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower”-də əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. - 18.01.2021-ci il tarixli, 202103 nömrəli ofis icarəsinə dair müqaviləyə Əlavə 1-ə əsasən icarəçi 18.01.2021-ci ildən 17.01.2022-ci ilədək 2160 manat + 18% ƏDV aylıq icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş hər ay 2160 manat olmaq şərti ilə aylıq elektron hesab faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. - 24.01.2021-ci il tarixli, EBAW seriyalı, 487910 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 01.02.2021-ci il tarixli, EBAW seriyalı, 812841 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 01.03.2021-ci il tarixli, EBAY seriyalı, 112407 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 01.04.2021-ci il tarixli, EBAZ seriyalı, 552069 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 26.05.2021-ci il tarixli, EBBC seriyalı, 288339 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1274,40 (ƏDV daxil) manat təşkil edir. - 01.06.2021-ci il tarixli, EBBC seriyalı, 569506 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 01.07.2021-ci il tarixli, EBBE seriyalı, 206319 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 02.08.2021-ci il tarixli, EBBF seriyalı, 771210 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 02.09.2021-ci il tarixli, EBBH seriyalı, 503788 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - 01.10.2021-ci il tarixli, EBBK seriyalı, 086237 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,80 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, ĞLL seriyalı, 239616 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 3822,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli, ĞLL seriyalı, 239624 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 2548,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli, ĞLL seriyalı, 239665 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 2548,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, ĞLL seriyalı, 239703 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 2548,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, ĞLL seriyalı, 239743 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 2500 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, ĞLL seriyalı, 239756 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən 2597,6 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfndən Cavabdeh MMC-yə münasibətdə tərtib olunmuş cədvəldən görünür ki, tərəflər arasında ümumi dövriyyə 24213,60 manat olmuş, həmin məbləğdən cavabdeh tərəfdən 16566,8 manat ödənilmiş, qalıq borc 7646,80 manat təşkil etmişdir. - İddiaçı MMC 11.01.2022-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və 7646,40 manat (yeddi min altı yüz qırx altı manat qırx qəpik) məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7646,40 manat (yeddi min altı yüz qırx altı manat qırx qəpik) məbləğində icarə haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar