Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-115/2020 05.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Bağman qızının katibliyi ilə, İddiaçı Nümayəndə1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehin xx xxxxxx 2020-ci il tarixə olan xx xxx 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 7045,04 manat, cəmi 732058,56 manat, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 6947,53 manat, cəmi 732063,55 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehin xx.xx.2019-cu il tarixə xx xxx 2016-cı il tarixli 55182-1/SKMF №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* manat, faiz borcu üzrə 9253,5 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 816,69 manat, cəmi 1010070,19 manat, xx.xx.2019–cu il tarixə xx xxx 2016-cı il tarixli 55182-2/SKMF №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* manat, faiz borcu üzrə 9253,5 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 816,69 manat, cəmi 1010070,19 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehin xx xxxxxx 2020-ci il tarixə olan xx xxx 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 7045,04 manat, cəmi 732058,56 manat, xx xxx 2016-cı il tarixli 55182- 2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 6947,53 manat, cəmi 732063,55 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 55182-1/SKMF №-li kredit müqaviləsinə əsasən ona illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində və xx xxx 2016-cı il tarixli 55182-2/SKMF №-li kredit müqaviləsinə əsasən ona illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən cavabdeh Kredit müqavilələrində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaitləri 60 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditlərin verilmə tarixindən sonra bu Müqavilələrə 1 saylıƏlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən ödəmə günü həmin müqavilənin 5.2-ci bəndinə əsasən gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu(cərimə) hesablanır və cərimənin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2019–cu il tarixə xx xxx 2016-cı il tarixli 55182-1/SKMF №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* manat, faiz borcu üzrə 9253,5 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 816,69 manat, cəmi 1010070,19 manat və xx.xx.2019–cu il tarixə xx xxx 2016-cı il tarixli 55182-2/SKMF №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* manat, faiz borcu üzrə 9253,5 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 816,69 manat, cəmi 1010070,19 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ödənişlər olunmuş, hazırda cavabdehin xx xxxxxx 2020-ci il tarixə olan xx xxx 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 7045,04 manat, cəmi 732058,56 manat, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 6947,53 manat, cəmi 732063,55 manat borcu vardır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə münasibətini yazılı formada məhkəməyə təqdim edərək, bildirmişdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və Azərbaycan hökumətinin ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək məqsədilə daxili bazarın idman toplarına və tikinti materiallarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli maliyyə vəsaiti hesabına x xxx 2016-cı il tarixində Fondun müvəkkil kredit təşkilatı olan iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə olmaqla ümumilikdə 2.000.000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Ayrılmış kredit vəsaiti və daxili imkanlar hesabına Cəmiyyət tərəfindən Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində müasir standartlara cavab verən “ALOFF” Made in Azerbaijan milli markalı idman topları, Qızıldaş qəsəbəsində isə üzlük daşlar istehsalı müəssisəsi yaradılmışdır. İstehsal sahələrinin yaradılmasına, texnoloji avadanlıqların, xammal və materialların alınmasına ümumilikdə 4 milyon manat investisiya qoyulmuşdur. İstehsal olunan idman topları və tikinti materialları idxal olunan anoloji məhsullarla müqayisədə daxili bazara 15-20 faiz aşağı qiymətə təklif olunmaqdadır. Müəssisədə istehsal olunan müxtəlif idman topları daxili bazarın təlabatının ödənilməsinə baxmayaraq mənşəyi bilinməyən ucuz və keyfiyyətsiz anoloji məhsul növləri xarici ölkələrdən respublikamıza ixdal olunmaqdadır. İdxal olunan anoloji məhsullar istehlak bazarında yerli məhsulların satışının sıxışdırılmasına, eyni zamanda müəssisədə istehsal prosesinin və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarmışdır. Müəssisədə açılmış 54 yeni iş yeri hazırda 9 iş yerinə enmişdir. Bütün bunların nəticəsində hazırda Cəmiyyətdə ciddi maliyyə çətinliyi yaranmış, eyni zamanda kredit və faiz borcunun qrafıq üzrə ödənişində gecikmələr baş vermişdir. Bundan əvvəl Cəmiyyətin maliyyə durumunun yaxşı olmadığı haqda, daxili bazarda məhsulun satışında, eyni zamanda kredit borcunun ödənilməsində yaranmış çətinliklərə bağlı X1 və Nümayəndə1 açıq səhmdar cəmiyyətinin Baş idarəsinə rəsmi müraciət olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə illik 6%-lə, ******* manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. xx xxx 2016-cı il tarixli 55182-2/SKMF nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə illik 6%-lə, ******* manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəmə günü həmin 5.2-ci bəndinə əsasən gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu (cərimə) hesablanır və cərimənin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 6%-lə, ******* manat məbləğində, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 6%-lə, ******* manat məbləğində kreditlər verməyi, cavabdeh kreditləri və kreditlər üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin xx xxxxxx 2020-ci il tarixə olan xx xxx 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 7045,04 manat, cəmi 732058,56 manat, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 6947,53 manat, cəmi 732063,55 manat borcu vardır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqavilələrinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehə verilmiş xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli kredit müqaviləsi üzrə əsas kredit məbləğinin ödənilməmiş 706646,27 manat, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə isə əsas kredit məbləğinin ödənilməmiş 746028 manat məbləğində borclar iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli və 55182-2/SKMF nömrəli Kredit müqavilələrinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğlərinə hesablanmış xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli kredit müqaviləsi üzrə 18367,25 manat və xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə isə 18369,74 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən cavabdeh dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli kredit müqaviləsi üzrə 7045,04 manat və xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə isə 6947,53 manat məbləğində cərimə cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilələrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin 8.1.1-ci bəndinə əsasən Borcalan əsas borc və ya faizlər üzrə ödənişləri ardıcıl 2 dəfə yerinə yetirmədikdə bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlləri ilə müəyyən olunur ki, cavabdehin hazırki dövrə hər iki müqavilə üzrə ümumilikdə 666.666,80 manat əsas kredit məbləği borcu qalmalı olduğu halda, iddia tələbindən də göründüyü kimi nəinki əsas kredit məbləği, faiz borcu da qalmışdır. Bu xüsusat cavabdeh tərəfindən əsas borc və ya faizlər üzrə ödənişləri ardıcıl 2 dəfədən artıq yerinə yetirmədiyini təsdiq edir, bu halda məhkəmə hesab edir ki, müqavilələrin qeyd olunan bəndləri, iddiaçıya həmin müqavilələrin ləğv edilməsinə əsas verdiyindən tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nümayəndə1 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 55182-1/SKMF nömrəli və xx xxx 2016-cı il tarixli 55182-2/SKMF nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixə olan xx xxx 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu üzrə 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə üzrə 7045,04 manat, cəmi 732058,56 manat, xx xxx 2016-cı il tarixli 55182-2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu üzrə 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə üzrə 6947,53 manat, cəmi 732063,55 manat və 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq Nümayəndə1 açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-115/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-115/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver