Məhkəmə qərarları › İş №e-2-2(113)-115/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-115/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-115/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh “11 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“11 saylı X1 Müəssisəsi” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/312 saylı, 18.01.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 82083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83600,31 (səksən üç min altı yüz manat otuz bir qəpik) manat (ƏDV daxil) məbləğində pul, həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322515,52 (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) manat məbləğində pul olmaqla, cəmi 406115,83 (dörd yüz altı min yüz on beş manat səksən üç qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC-dən alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər “xxxx” LTD MMC ilə “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında 18.01.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (“xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, 02.09.2019-cu il tarixdə 683 saylı e-qaimə icarəçiyə göndərilmişdir. Həmin e-qaiməyə əsasən icarəçi tərəfindən 199101,00 (yüz doxsan doqquz min yüz bir) manat əsas məbləğ və 35838,18 (otuz beş min səkkiz yüz otuz səkkiz manat on səkkiz qəpik) manat ƏDV olmaqla, cəmi 234939,18 (iki yüz otuz dörd manat doqquz yüz otuz doqquz manat on səkkiz qəpik) manat məbləğində icarə haqqı ödənilməlidir. Lakin icarəçi qeyd edilən icarə haqqından 152885,87 (bir yüz əlli iki min səkkiz yüz səksən beş manat səksən yeddi qəpik) manat hissəsini ödəmiş, 82083,31 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanan AZTX/312 saylı, 18.01.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən İcarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi 02.09.2019-cu il tarixdən 5 iş günü nəzərə alınmaqla, 09.09.2019-cu il tarixdən hər gecikdirilmiş gün üçün 0.01% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 82083,31 x 0.01%=8,20 manat cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 09.12.2019-cu il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Göstərilənlərə əsasən hesab edirlər ki, tərəflər arasında bağlanmış 18.01.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən ödəməli olduğu 82083,31 manat əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,01% (cərimənin hesablanmağa başladığı 09.09.2019-cu il tarixdən iddia ərizəsinin verildiyi tarixədək 185 günün keçdiyi nəzərə alınmaqla), yəni 185 x 8,20=1517 (bir min beş yüz on yeddi manat) manat cərimə məbləğinin, ümumilikdə 83600,31 (səksən üç min altı yüz manat otuz bir qəpik) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 4.5-ci maddəsinin tələbərinə əsasən icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Müqavilənin 4.6-cı maddəsinə əsasən icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı). Müqavilənin tələblərinə uyğun olaraq GPRS sistemi əsasında texnikaların müqavilə şərtlərindən əlavə olaraq, artıq iş saatlarında istifadə edilməsi müəyyən edilmiş və buna müvafiq olaraq texnikaların hesablanmış əlavə iş saatları üzrə 273318,24 manat ( əsas məbləğ ) və 49197,28 manat ( ƏDV məbləği ) məbləğində sistemə daxil edilən E-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək, geri qaytarılmışdır. Geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir. Geri qaytarılan Eqaimələr qeyd olunmuşdur. Əlavə edilmiş cədvələ müvafiq olaraq cavabdeh “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC-dən müqavilə tələblərinə uyğun olaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas və 49197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322515,52 manat (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) məbləğində pul alınaraq iddiaçı“xxxx” MMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, tərəflər “xxxx” LTD MMC ilə “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında 18.01.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (“xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh həqiqətən də, cəmi 234939,18 (iki yüz otuz dörd manat doqquz yüz otuz doqquz manat on səkkiz qəpik) manat olan icarə haqqından 152885,87 (bir yüz əlli iki min səkkiz yüz səksən beş manat səksən yeddi qəpik) manat hissəsini ödəmiş, 82083,31 manat hissəsi isə hələ də iddiaçıya ödənilməmişdir. Lakin iddiaçının iddia etdiyi texnikaların əlavə iş saatlarına cəlb edilməsi ilə əlaqədar cəmi 322515,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Çünki müqavilənin 3.2-ci bəndinə əsasən icarə obyekti icarəçiyə avadanlığın ümumi vəziyyətini ətraflı bildirən aktlar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi. Müqavilənin 4.5 və 4.6- cı bəndinə əsasən “icarəyə verən” icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasiləsi xaric) olmaqla icarəyə verir; “icarəçi” icarə obyektinin gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunmalı idi: (aylıq icarə haqqı/234 saat)*əlavə iş saatı. İşə əlavə edilmiş 2019-cu ilin fevral - avqust aylarında “xxxx” MMC-nin nümayəndəsi xxx iştirakı ilə hazırlanaraq imzalanmış və həmin aktların əsasında tərtib edilmiş elektron qaimələrin elektron formasından da göründüyü kimi, icarə obyektlərinin işləmə qaydası və buna uyğun ödəniləcək icarə haqqı, nəqliyyat vasitələrinin istifadə olunmuş ümumi iş saatı hesablanaraq aylıq icarə haqqı təsdiqlənmişdir. İcarə obyektlərinin əlavə iş saatlarına cəlb edilməsi barədə aktda heç bir bildiriş və razılaşma qeyd edilməmiş, əlavə ödənişlə bağlı tələb olmamışdır. İcarə müqaviləsində icarə obyektlərinin müqavilədə qeyd olunmuş işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasiləsi xaric) olması nəzərdə tutulmuş, muqaviləyə əlavələrdə özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı 5000 manat, saatlıq icarə haqqı 21,4 manat, ekskavatorların isə aylıq icarə haqqı 9500 manat, saatlıq icarə haqqı 40,6 manat müəyyən olunmuşdur. Lakin tərəflər arasında tərtib edilmiş aktlarda həmin nəqliyyat vasitələrinin iş rejimi, aylıq iş günləri müəyyən edilməklə, bir günü, özüboşaldan yükdaşıyan avtomobilləri üçün 192 manat, ekskavatorlar üçün isə 250 manat və 365 manat müəyyən edilərək, tərəflər arasında akt tərtib edilmiş, həmin akt əsasında da iddiaçı tərəfdən elektron qaimələr göndərilmişdir. Həmin aktlara nəzər salsaq, özüboşaldan yükdaşıyan avtomobilləri üçün bir gününün qiyməti olaraq hesablanmış 192 manatı, saatlıq icarə haqqı olaraq müəyyən edilmiş 21,4 manata böldükdə (192 manat / 21,4 manat = 8,9 saat) təqribi olaraq gündəlik 9 saatdan artıq olmur ki, bu isə müqavilədə nəzərdə tutulmuş gündəlik 10 saat limitin aşılmaması deməkdir. Bundan əlavə 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı, müqaviləyə əlavələrdə nəzərdə tutulmuş 5000 manatdan artıq hesablanmışdır. Bu isə o deməkdir ki, nəqliyyat vasitələrinin artıq iş saatı hesablanaraq akta əlavə edilərək, elektron qaimə iddiaçı tərəfindən həmin aktın əsasında göndərilmişdir. Bundan əlavə, iddiaçı “xxxx” MMC icarə müqaviləsində qeyd edilən nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə müəyyən edilmiş 322515,52 manat borc məbləğini təsdiq edən mötəbər sübutu iş materiallarına əlavə etməmiş, əksinə iddia ərizəsinə əlavə edilmiş 2019-cu ilin fevral – sentyabr aylarını əhatə edən maliyyə arayışında 70053 manat əsas və 12030,31 manat ƏDV olmaqla, 82083,31 manat ödənilməmiş borc qalığı öz əksini tapmışdır. Ona görə də iddia tələbinin cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə 82083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83600,31 (səksən üç min altı yüz manat otuz bir qəpik) manat (ƏDV daxil) məbləğində pul tutulması barədə hissəsində qətnamə qəbul edilməsinə etiraz etmir, lakin iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə “11 saylı X1 Müəssisəsi” MMC (icarəçi) arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür; 2.2-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir; 4.1-ci bəndinə əsasən icarə haqqı aylıq ödənilir; 4.2-ci bəndinə əsasən aylqı icarə haqqı hər icarə obyekti üçün əlavələrdə müəyyən edilir; 4.2.1-ci bəndinə əsasən aylıq icarə haqqına ƏDV (əlavə dəyər vergisi) daxil deyil; 4.3-cü bəndinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura hazırlayacaq; 4.4-cü bəndinə əsasən xidmətlərə görə ödəmələr icarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın icarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 (beş) iş günü ərzində həyata keçirilir; 4.5-ci bəndinə əsasən icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir; 4.6-cı bəndinə əsasən icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı; 4.7-ci bəndinə əsasən icarəçi icarə obyektini gün ərzində icarə obyektində icarəyə verən tərəfindən heç bir əngəl olmadığı halda 9 saatdan az istifadə edərsə, icarə obyektinin iş saatı 9 saatdan (nahar fasiləsi daxil deyil), icarə haqqı isə "aylıq icarə haqqı/234*9 saat" kimi hesablanır; 4.10-cu bəndinə əsasən Faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0.01 % ödəmə faizi hesablanacaq. İcarəçi icarə haqlarının faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. İcarəyə verən icarə haqlarının ödənişinin gecikməsi durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JF-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 2 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JF-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 5 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JR-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JF-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 5000 manat (ƏDV daxil deyil), saatlıq 21,4 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 8 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 1**-FX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2015ci il buraxılışlı 90-T-818 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 6500 manat (ƏDV daxil deyil), saatlıq 27,8 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 9 saylı Əlavədən görünür ki, “Komatsu” markalı, 18-T-783 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsinə 10 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 1**-FX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. - “xxxx” MMC tərəfindən 07.03.2019-cu il tarixli, EAAR seriyalı, 387861 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 133840,42 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 08.04.2019-cu il tarixli, EAAS seriyalı, 745836 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 161119,56 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 07.05.2019-cu il tarixli, EAAU seriyalı, 090874 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 184149,62 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 13.06.2019-cu il tarixli, EAAV seriyalı, 741575 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 214722,24 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 11.07.2019-cu il tarixli, EAAX seriyalı, 022953 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 227122,86 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 14.08.2019-cu il tarixli, EAAY seriyalı, 462064 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 212994,72 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” MMC tərəfindən 04.10.2019-cu il tarixli, EBAA seriyalı, 791494 saylı elektron qaimə tərtib edilərək cavabdeh “11 saylı X1 Müəssisəsi” MMC-dən 234939,18 manat məbləğində haqqın ödənilməsi tələb edilmişdir. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 10.03.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icaarəyə verən) ilə “11 saylı X1 Müəssisəsi” MMC (icarəçi) arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikaların 2019-cu ilin yanvar-avqust ayları ərzində icarəçinin təyin etdiyi ərazidə fəaliyyət göstərməsi ilə əlaqədar qeyd olunan aylar üzrə ümumilikdə 1199838,47 manat (əsas məbləğ) və 215,970,92 manat (ƏDV məbləği) icarə haqqı hesablanmış və icarəçi tərəfindən icarəyə verənə ümumilikdə ******* manat (əsas məbləğ) və 203,355,90 manat (ƏDV məbləği) ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 70083,47 manat əsas məbləğ və 12615,02 ƏDV məbləği ödənilməmiş borcu qalmışdır. Texnikaların əlavə iş saatları üzrə 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləğinə dair sistemə daxil edilən E-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv”xxxx“11 saylı X1 Müəssisəsi” MMC-nin direktoru X3 tərəfindən 20.08.2020-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, “xxxx” MMC ilə aralarında bağlanmış 18.01.2019-cu il tarixli və AZTX/312 saylı icarə müqaviləsinə əsasən qeyd olunan adda ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri, icarə haqqı və ödəniş şərtləri müqavilədə müəyyən edilməklə “xxxx” MMC-dən icarəyə götürülmüş və nəticədə icarə haqqından icarə verənə 82083,31 manat məbləğində ödənilməmiş borc qalmışdır. Lakin iddia tələbində iddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322515,52 (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) manat məbləğində borcun olması hissəsində iddianın əsassız olduğunu, texnikaların müqavilə üzrə müəyyən edilmiş müddətlərdə işlədildiyini qeyd etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2021-ci il tarixli, 9/5020 saylı ekspert rəyində qeyd olunur ki, “xxxx” LTD MMC ilə “xxxx”xxxx“11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatalara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. - İddiaçı “xxxx” MMC AZT/Xİ-1526 nömrəli, 19.12.2019-cu il tarixli pretenziya məktubu ilə “11 saylı X1 Müəssisəsi” MMC-yə müraciət edərək, tərəflər arasında baxğlanmış icarə müqaviləsinə əsasən icarə haqqı və gecikidirilmiş günlər üzrə cərimələr də daxil olmaqla, ümumilikdə 82837,71 manat məlbəğində pulun 14 gün ərzində “xxxx” MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx”xxxxcavabdeh “11 saylı X1 Müəssisəsi” MMC arasında bağlanmış 18.01.2019-cu il tarixli, AZTX/312 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən icarə haqqı qismində 82083,31 (ƏDV daxil) manat əsas borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ƏDV daxil 82083,31 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini gecikdirilmiş günlər üzrə hesablanmış 1517 manat cərimə borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehdən iddiaçının xeyrinə 1517 manat məbləğində cərimə borcu tutulmalıdır. İddia tələbinin digər hissəsi texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322515,52 (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). İddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb edilməsi işin gedişində sübuta yetirilə bilməmiş və ümumilikdə əlavə iş saatlarına görə 322515,52 manat borcun yaranmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda ekspertiza təyin olunmuş, lakin verilən rəydə qeyd olunmuşdur ki, icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatalara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. bundan başqa, əlavə iş saatları ilə bağlı e-qaimələr cavabdeh tərəfindən qəbul olunmayaraq, “səhv” qeydi ilə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən cavabdehin iddiaçıya ümumilikdə 322515,52 (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) manat məbləğində borcunun yaranması sübuta yetirilmədiyindən, iddia tələbi həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat hissəsi iddiaçıya aid edilməli, qalan 6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 41 (qırx bir) manat hissəsi “11 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 159 (yüz əlli doqquz) manat hissəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “11 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 82083,31 manat (səksən iki min səksən üç manat otuz bir qəpik) əsas borc, 1517 (min beş yüz on yeddi) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 6 (altı) manat olmaqla, cəmi 83606,31 manat (səksən üç min altı yüz altı manat otuz bir qəpik) məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 41 (qırx bir) manat hissəsi “11 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 159 (yüz əlli doqquz) manat hissəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar