Məhkəmə qərarları › İş №e-2-2(113)-115/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-115/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-115/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və “X4 İnşaat” Anonim Şirkətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, zaminliyə xitam, qeyri-yaşayış sahəsinin boşaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və “X4 İnşaat” Anonim Şirkətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və “X4 İnşaat” Anonim Şirkətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 saylı kredit müqaviləsi üzrə əsas borc 2 006 563,13 ABŞ dolları, faiz borcu 516 164,58 ABŞ dolları və cərimə borcu 1 112 108,1 ABŞ dolları olmaqla ümumilikdə 3 634 835,81 ABŞ dolları məbləğində borcun, iddiaya görə ödənilmiş 3480,07 manat dövlət rüsumunun, mediasiya xərci olaraq 410 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 MMC və “X4 İnşaat” Anonim Şirkətindən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 (müqavilə bağlanarkən mülkiyyətçi Vəkilov İsa Teymur oğlu olmuşdur) məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, “X4 İnşaat” Anonim Şirkətindən müştərək qaydada tutulması, tutma Cavabdeh1 məxsus adıçəkilən qeyri-yaşayış sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1 və digər şəxslərin həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh2 MMC ilə iddiaçı arasında 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borcalana 800 000 ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərtilə 28 dekabr 2018-ci il tarixindən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Daha sonra sözügedən baş kredit müqaviləsinə müvafiq olaraq 30 may 2019-cu il tarixli, 17 mart 2020-ci il tarixli, 16 mart 2021-ci il tarixli və 02 mart 2022-ci il tarixli əlavə razılaşmalarla ilkin ayrılmış kredit limiti 5 000 000 manat məbləğindək artırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində verilmiş kreditlər yekun olaraq restrukturizaya olunaraq həmin günə ümumi borc 2 393 653 ABŞ dolları olmaqla tərəflər arasında 020CRLN19000001-16 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə bağlanmış və yeni ödəniş qrafiki imzalanmışdır. 2.2. Yuxarıda göstərilən kredit öhdəliyinin təminatı olaraq aşağıdakı müqavilələr bağlanmışdır: 1. Cavabdeh1 (müqavilə bağlanarkən mülkiyyətçi Vəkilov İsa Teymur oğlu idi) məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ipoteka qoyulması barədə iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi; 2. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002GRNT19000001 nömrəli zaminlik müqaviləsi; 3. Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002GRNT19000009 nömrəli zaminlik müqaviləsi; 4. “X4 İnşaat” Anonim Şirkəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002GRNT19000002 nömrəli zaminlik müqaviləsi. 2.3. Borcalan yuxarıda göstərilən bütün öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə mediasiya təşkilatına müraciət olunmuş və müraciət əsasında xx.xx.2024-cü il tarixində Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün adıgedən mediasiya təşkilatı tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 317.1, 442, 448, 449.1, 472-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X6, Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanlış qiymətləndirilmiş, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən qeyd edilən hal öz təsdiqini tapmışdır.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh fiziki şəxslərin yaşayış yeri üzrə qeydiyyata alındıqları ünvanlara, Cavabdeh2 MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, cavabdeh “X4 İnşaat” Anonim Şirkətinin məhkəmə tapşırığı ilə hüquqi ünvanına məhkəmə bildirişləri göndərilməsinə (yerləşirilməsinə), fiziki şəxslərin və Cavabdeh2 MMC-nin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 020CRLN19000001 nömrəli baş kredit müqaviləsinə əsasən, müqavilənin predmeti kreditorun borcalana 800 000 USD (AZN və EUR ekvalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə, 28 dekabr 2018-ci il tarixindən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Borcalan ayrılmış kreditdən 28 dekabr 2018-ci il tarixindən 12 ay müddətində istifadə edə bilər. Həmin müddət bitdikdə, istifadə müddətinin uzadılması barədə kreditor tərəfindən qərar verilə bilər. – Həmin baş kredit müqaviləsinə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 may 2019-cu il tarixli 01 nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, həmin redaksiyaya görə, bu müqavilənin predmeti kreditorun borcalana 900 000 USD (AZN və EUR ekvalenti) məbəğində, illik faiz dərəcəsi 30,90 %-dən, kreditin qaytarılması gecikdirüdiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə, 28 dekabr 2018-ci il tarixilidən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalaıım isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. – Həmin baş kredit müqaviləsinə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 02 nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, həmin redaksiyaya görə, bu müqavilənin predmeti kreditorun borcalana 900 000 USD (AZN və EUR ekvalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə, 01 noyabr 2019-cu il tarixindən 84 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. – Həmin baş kredit müqaviləsinə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli 03 nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, həmin redaksiyaya görə, bu müqavilənin predmeti kreditorun borcalana USD 1 000 000 (AZN və ya EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılınası gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə, 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. – Həmin baş kredit müqaviləsinə 16 mart 2021-ci il tarixli əlavə razılaşmaya əsasən, bu müqavilənin predmeti kreditorun borcalana 4 000 000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 %-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. – Həmin baş kredit müqaviləsinə 02 mart 2022-ci il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, həmin redaksiyaya görə, bu müqavilənin predmeti kreditorun borcalana 5 000 000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyamn ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 %-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. – Həmin baş kredit müqaviləsinə 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavəyə əsasən, iddiaçı 2 393 653 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 6,5 faiz dərəcəsi ilə, 36 ay müddətinə – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. – Sözügedən baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə cavabdeh “X4 İnşaat” Anonim Şirkəti arasında xx.xx.2019-cu il tarixli 002GRNT19000002 nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsinə əsasən kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə 30 may 2019-cu il tarixli 01 nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, 01 noyabr 2019-cu il tarixli 02 nömrəli əlavə razılaşma ilə kreditin müddəti xx.xx.2019-cu il tarixdən 84 ay, 17 mart 2020-ci il tarixli 02 nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 ABŞ dolları, kredit müddəti 120 ay, 16 mart 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat kimi şərtləşdirilmişdir. – Sözügedən baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli 002GRNT19000009 nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsinə əsasən kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə 30 may 2019-cu il tarixli 01 nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, 01 noyabr 2019-cu il tarixli 02 nömrəli əlavə razılaşma ilə kreditin müddəti xx.xx.2019-cu il tarixdən 84 ay, 17 mart 2020ci il tarixli 02 nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 ABŞ dolları, kredit müddəti 120 ay, 16 mart 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat, 02 mart 2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləği 5 000 000 manat kimi şərtləşdirilmişdir. – Sözügedən baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 002GRNT19000009 nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsinə əsasən kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə 30 may 2019-cu il tarixli 01 nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, 01 noyabr 2019-cu il tarixli 02 nömrəli əlavə razılaşma ilə kreditin müddəti xx.xx.2019-cu il tarixdən 84 ay, 17 mart 2020ci il tarixli 03 nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 ABŞ dolları, kredit müddəti 120 ay, 16 mart 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat, 02 mart 2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləği 5 000 000 manat kimi şərtləşdirilmişdir.

11. İddiaçı 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit razılaşması üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 516 164,58 ABŞ dolları faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.

12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

13. Məhkəmə, əvvəla, cavabdehlərdən biri xarici şəxs olduğundan hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

14. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.

15. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

16. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.

17. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.

18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).

19. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 002GRNT19000002 nömrəli zaminlik müqaviləsinin 6.4 və 6.5-ci bəndlərindən görünür ki, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunur... Bu müqavilə və bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

20. Göründüyü kimi, tərəflər aralarında bağlanmış saziş ilə müqavilədən irəli gələn mübahisənin həllində Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.

21. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002GRNT19000002 nömrəli zaminlik müqaviləsindən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.

22. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).

23. Tərəflər xx.xx.2019-cu il tarixli müqavilədə tətbiq ediləcək hüquq barəsində razılığa gələrək Azərbaycan Respublikasının qanunvericiliyini seçdiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

24. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

25. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

28. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

29. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərək gecikdirilmiş borc məbləğini tələb etmiş, yalnız iddia ərizəsi və əlavə edilmiş sənədlər göndərilərkən bütün əsas məbləğinin ödənilməsini xahiş etmiş, həmin bildiriş cavabdeh “Kraun MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, Cavabdeh2 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.

30. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

31. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

33. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

34. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-yə məktub yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin məktubun qəbul edildiyi xx.xx.2024-cü il tarixdən kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

35. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1721/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3498 nömrəli 18 sentyabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

37. Lakin xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 saylı əlavə kredit müqaviləsi üzrə ABŞ dolları ilə kreditin verilməsi və qaytarılması nəzərdə tutulsa da, 9/3498 nömrəli 18 sentyabr 2024-cü il tarixli ekspert rəyində hesablama nəticə hissəsində Azərbaycan manatı ilə aparılmışdır.

38. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1721/2024 nömrəli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10049 nömrəli 06 fevral 2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-nin əsas borcu 2 013 055,85 ABŞ Dolları, faiz borcu 56 337,6 ABŞ dolları təşkil edir.

39. Lakin məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §7, 218.3-cü maddə)

40. Belə olan halda, məhkəmə hesab edir ki, 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit razılaşması üzrə 2 006 563,13 ABŞ dolları əsas borc və 56337,6 ABŞ dolları faiz borcu mövcuddur.

41. Məhkəmə zamin “X4 İnşaat” Anonim Şirkətin öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

42. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

44. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.

45. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).

46. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

47. Məhkəmə qeyd edir ki, 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsinə 02 mart 2022-ci il tarixli əlavə razılaşma ilə kredit limiti məbləği artırılmış, 5 000 000 manat təşkil etmişdir. Lakin “X4 İnşaat” Anonim Şirkəti kredit məbləğinin artmasına yazılı razılıq ifadə etməmiş, iddiaçının nümayəndəsi də belə bir yazılı razılığın olmadığını bildirmişdir. Həmçinin, “X4 İnşaat” Anonim Şirkəti ilə 16 mart 2021-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə sonuncu əlavə razılaşmaya əsasən kreditin məbləği 4 000 000 manat kimi şərtləşdirilmsə də, 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavəyə əsasən, verilən kreditin məbləği 2 393 653 ABŞ dolları məbləğində olmuş, həmin məbləğ isə AZN ekvalenti ilə 4 000 000 manatdan artıq olmuşdur.

48. Beləliklə, məhkəmə hesab edir ki, 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsi üzrə kredit limiti məbləği artırılıdığından və həmin əlavə ilə razılaşdırılanlar zamin “X4 İnşaat” Anonim Şirkətinin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasına daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zamin “X4 İnşaat” Anonim Şirkətinin belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, “X4 İnşaat” Anonim Şirkətinin zaminliyinə xitam verildiyindən ona qarşı 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.

49. Lakin digər zaminlərlə qeyd edilən yazılı razılaşma bağlanmışdır.

50. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

51. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

52. Beləliklə, məhkəmə hesab edir ki, 02 mart 2022-ci il tarixli 020CRLN19000001- 16 nömrəli əlavə kredit razılaşması üzrə 2 006 563,13 ABŞ dolları əsas borc və 56337,6 ABŞ dolları faiz borcu cavabdehlər cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

53. İddia ərizəsində iddiaçı 1 112 108,1 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

54. 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsinə əsasən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən hesablanır.

55. 02 mart 2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə kredit razılaşmasına əsasən gecikdirilən əsas məbləğə hesablanan gündəlik cərimə faizi 0,1 faiz təşkil edir.

56. xx.xx.2019-cu il tarixli 002GRNT19000009 nömrəli və xx.xx.2019-cu il tarixli 002GRNT19000009 nömrəli zaminlik müqavilələrinə əsasən gündəlik 1 faiz cərimə məbləği şərtləşdirilmişdir.

57. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

58. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

59. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

60. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 61000 ABŞ dolları müəyyən olunması ağlabatan və ədalətlidir.

61. Belə olan halda, cərimə borcu olaraq 61000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

62. İddiaçı eyni zamanda tutmanın Cavabdeh1 (müqavilə bağlanarkən mülkiyyətçi Vəkilov İsa Teymur oğlu olmuşdur) məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, “X4 İnşaat” Anonim Şirkətindən müştərək qaydada tutulması, tutma Cavabdeh1 məxsus adıçəkilən qeyri-yaşayış sahəsinə yönəldikdən və həmin əmlaklar satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1 və digər şəxslərin həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılmasını xahiş edir.

63. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

64. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

65. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

66. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

67. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

68. “İpoteka haqqında” Qanunun (zamana görə qüvvədə olan) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

69. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

70. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

71. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh Vəkilov İsa Teymur oğlu (ipoteka qoyan qismində) və Cavabdeh2 MMC (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 05 dekabr 2018-ci il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

72. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 020CRLN19000001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək olan öhdəlik üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

73. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə razılaşma ilə baş kredit müqaviləsinin 05 fevral 2019-cu il tarixli 020CRLN19000001 saylı baş kredit müqaviləsi olması razılaşdırılmış, kreditin qaytarılması müddətinin xx.xx.2019-cu il tarixdən 84 ay müddətinə olması şərtləşdirilmiş, əlavə razılaşma əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

74. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli əlavə razılaşma ilə kreditin məbləğinin 1 000 000 ABŞ dolları, kreditin qaytarılması müddətinin 120 ay olması, xx.xx.2020-ci il tarixli 03 nömrəli əlavə razılaşma ilə ipoteka qoyanın Cavabdeh1 olması, xx.xx.2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləğinin 4 000 000 manat (USD və ya EUR ekvivalentində) olması razılaşdırılmış, əlavə razılaşmalar əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

75. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləğinin 5 000 000 manat (USD və ya EUR ekvivalentində) olması razılaşdırılmış, əlavə razılaşma əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

76. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

77. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilmişdir.

78. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

79. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

80. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

82. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 04 avqust 2025-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 11 iyul 2025-ci il tarixli LP-113/2025 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir.

83. Azərbaycan Qiymətləndiricilər Palatasının xx.xx.2025-ci il tarixli AQP-431/25 nömrəli məktubundan görünür ki, 24 sentyabr 2025-ci il tarixində X5 iclasında hər iki təşkilat və rəy üzrə qərar qəbul edilmişdir. Qərara əsasən: – İddiaçı ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş CE-25/280 saylı, xx.xx.2025-ci il tarixli rəy qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin, qiymətləndirmə standartlarının və metodologiyanın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. – Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş LP-113/2025 saylı rəyin qiymətləndirmə metodologiyalarının pozulması ilə tərtib edildiyi, yanaşmaların tətbiqində ciddi səhvlərə yol verildiyi, rəydə qiymətləndirmə obyektinə dair məlumatların tam əks etdirilmədiyi müəyyən edilmiş, rəyin qeyri-məqbul hesab edilməsi və bununla bağlı müvafiq əlavə tədbirlərin görülməsi qərara alınmışdır.

84. Belə olan halda ipoteka predmeti olan əmlakın likvid və bazar qiymətinin müəyyənləşdirilməsi iş üçün əhəmiyyətli olduğundan və məsələnin həlli üzrə rəylər arasında ziddiyyət mövcud olduğundan xx.xx.2025-ci il tarixli e-2-2(113)-115/2025 nömrəli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır.

85. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 25/BD nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 15 300 000 manat, likvid dəyəri 13 000 000 manat təşkil edir.

86. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 13 000 000 manat müəyyən edilməlidir.

87. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

88. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh2 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 13 000 000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satımalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

89. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra Cavabdeh1 və digər şəxslərin həmin əmlakdan çıxarılmaları, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

90. Əvvəla, məhkəmə göstərir ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir. “İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinə və mənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsi tələbi irəli sürülən ipoteka müqaviləsinin predmeti qeyri-yaşayış sahəsi olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlak deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.

91. Məhz bu səbəbdən “İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır.

92. Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından və göstərilən səbəblərdən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir.

d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

94. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə əsas, faiz və cərimə borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

e) Məhkəmə xərcləri ilə bağlı

95. İddiaçı eləcə də iddiaya görə ödənilmiş 3480,07 manat dövlət rüsumunun, mediasiya xərci olaraq 410 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir.

96. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/9/2023-02552 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.

97. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

98. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

99. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

100. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin mediasyaya müraciət edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

101. Göründüyü kimi, mediasiya prosesindən keçərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

102. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ********** nömrəli qəbz əsasında 2211 manat, ********** nömrəli qəbz əsasında 1259 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

103. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.

104. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 2000 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.

105. Mülki Prosessual Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

106. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

107. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

108. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

109. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 300 manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 2000 manat müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

V. Nəticə:

110. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 56337,6 ABŞ dolları faiz borcu, 61000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 2 123 900,73 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 13 000 000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli 020CRLN19000001-16 nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 300 manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 2000 manat müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, "xxxx" ASC "Müştəri Xidmətləri Departamenti”, M/h: AZ03NABZ013501**********2944, kodu: 805250, SWİFT: İBAZAZ2X, Hesab: AZ20İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar