Məhkəmə qərarları › İş №e-2-2(113)-1155/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1155/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1155/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 (Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 (Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən , Cavabdeh3 və Cavabdeh2 GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğində əsas borc, 3.715,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16.925,04 manat, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 8.740,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37.721,41 manat, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğində faiz borcu, 2.354,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.597,19 manat, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, 1.685,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.587,93 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 14.04.2017-ci il tarixli GTC-155LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4, eyni zamanda 23.10.2018-ci il tarixli X3 1 saylı əlavə imzalanmışdır. Eyni zamanda tərəflər arasında X3 1 saylı əlavə çərçivəsində 23.10.2018-ci il tarixli GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən müştəriyə 23.04.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 14%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 29%, günlük cərimə faizi 0,0806% olmaqla 80.000 manat məbləğində bərpa olunan faktorinq limiti açılmışdır. Sonradan tərəflər arasında 11.01.2019-cu il tarixdə GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 1 saylı əlavə imzalanmış, əlavəyə əsasən limitin məbləği 140.000 manat, limit çərçivəsində Maraqlı şəxs2 MMC şirkəti üçün invoysların diskontlaşdırılması məhsulu üzrə yalnız 50.000 manat məbləğ ayrılacağı, limit müddətinin artırılması üçün, artırılan məbləğ üzrə 0.5% həcmində komissiya haqqı tətbiq edilməsi müəyyən edilmişdir. Daha sonra tərəflər arasında 15.03.2019-cu il tarixdə GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən limit çərçıvəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 75 günədək təyin olunacağı müəyyən edilmişdir. Eyni zamanda GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 27.08.2019-cu il tarixli GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs2 MMC arasında bağlanmış DEL022/07062018 saylı müqavilə, 06.08.2019-cu il tarixli 182978 və 184567 saylı, 19.08.2019-cu il tarixli 670724 saylı, 21.08.2019-cu il tarixli 638544 və 754666 saylı, 10.07.2019-cu il tarixli 00240 saylı elektron qaimələr üzrə təchizatçının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 10.11.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 15,472.54 manat məbləğində pul vəsaiti verilmişdir. Bununla yanaşı GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 26.09.2019-cu il tarixli GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 25.04.2018-ci il tarixli FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 10.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 28,181.27 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan başqa GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 14.10.2019-cu il tarixli GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 25.04.2018-ci il tarixli FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə, 18.09.2019-cu il tarixli 995052 saylı, 03.09.2019-cu il tarixli 327115 saylı, 11.09.2019-cu il tarixli, 685843 saylı elektron qaimələr üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 28.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 8,006.44 manat məbləğində pul vəsaiti verilmişdir. Eyni zamanda GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 14.10.2019-cu il tarixli GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı Cavabdeh1MMC ilə alıcı Maraqlı şəxs2 MMC arasında bağlanmış DEL022/07062018 saylı müqavilə, 17.10.2019-cu il tarixli 870587 saylı qaimə üzrə təchizatmının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1MMC-yə Bank tərəfindən 28.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 5,732.87 manat məbləğində pul vəsaiti verilmişdir. Müştəri Cavabdeh1 MMC-nin bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh3 arasında 23.10.2018-ci il tarixli, ZF0023 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 11.01.2019-cu il tarixli 1 saylı əlavə, eyni zamanda Cavabdeh2 arasında 23.10.2018-ci il tarixli, ZF0024 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 11.01.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışdır. Lakin Müştəri GFA0161/31 saylı faktorinq üzrə 415 gün, GFA0161/32 saylı faktorinq üzrə 387 gün, GFA0161/33 saylı faktorinq üzrə 367 gün, GFA0161/34saylı faktorinq üzrə 367 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək müştəriyə PBCOS-1387 saylı xəbərdarlıq məktubu, Zaminlərə isə PBCOS-OUT-00018/2021 saylı və PBCOS-OUT- 00017/2021 saylı xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin 05.01.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13.209,19 manat məbləğində əsas borc, 3.715,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16925,04 manat. Gecikmə günün sayı – 415 - GFA0161/32saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 8.740,11 manat cərimə borcu olmaqla, cəmi 37.721,41 manat. Gecikmə günün sayı – 387 - GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.006,44 manat əsas borc, 236,63 manat faiz borcu, 2.354,12 manat cərimə borcu olmaqla, cəmi 10.597,19 manat. Gecikmə günün sayı – 367 - GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5.732,87 manat əsas borc, 169,44 manat faiz borcu, 1.685,62 manat cərimə borcu olmaqla, cəmi 7.587,93 manat. Gecikmə günün sayı – 367 Tərəflər arasında imzalanmış 23.10.2018-ci il tarixli X3 1 saylı əlavənin şərtlərinə əsasən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Eyni zamanda əlavənin 11.7-ci bəndinə əsasən alıcı nəzərdə tutulan müddət ərzində ödəniş etmədikdə və ya ödənilmiş məbləğ “maliyyələşdirmə üçün ərizə (alış sifarişi əməliyyatı üzrə)” formasında göstərilən məbləğdən az olduqda bank alış sifarişi üzrə maliyyələşdirməni dayandırmaq və müştəridən müvafiq məbləğin ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında 14.04.2017-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-155LE/2017 saylı X4 imzalanmışdır. X1: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən yuxarıda qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydasıvə bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.5-ci yarımbəndinə əsasən bu müqavilə bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan ssuda hesabına, cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Şərtlər toplusu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir - 23.10.2018-ci il tarixdə Cavabdeh1 MMC (müştəri) və bank İddiaçı ASC (bank) 14.04.2017-ci il tarixli GTC-155LE/2017 saylı bank xidmətlərinin göstərilməsinə dair X3 1 №-li Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən tərəflər bank tərəfindən yeni məhsulların təklif edilməsi ilə əlaqədar müqavilənin Xİ.5.3 bəndinə əsasən həmin müqaviləyə, İV.8, İV.9 və V-İ bəndinin əlavə edilməsi barədə razılığa gəlirlər. İV bəndə əlavə edilən İnvoys əsasında maliyyələşdirmənin invoysların diskontlaşdırılması) xüsusiyyətləri adlanan 8-ci yarımbəndinin birinci hissəsinə görəəsasən Bank Müştərinin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələblərinin və invoysların maliyyələşdirilməsi məqsədi ilə bu müqaviləyə əlavə olan “Maliyyələşdirmə üçün ərizə “ ilə müəyyən olunmuş şərtlər əsasında orada göstərilən məbləğ və valyutada Müştərini maliyyələşdirir. Həmin bəndin 4-cü hissəsinə görə bank yalnız tam tam icrası müvafiq sənədlərlə təsdiqlənən məhsul və ya xidmət üzrə tələbləri (invoysu) qəbul edərək maliyyələşdirir. “İnvoysların diskontlaşdırılmasına dair şərtlər” adlanan 9-cu yarımbəndin 2-ci hissəsinə görə bu müqavilə üzrə maliyyələşdirilmiş tələblərlə bağlı borclu tərəfindən müştəriyə ödəniş edildikdə, müştəri dərhal həmin vəsaiti banka verməlidir (ödəməlidir). 9.3-cü yarımbəndinə görə borclu maliyyələşdirilən invoys ilə əlaqədar yaranmış öhdəliyinin icrasını gecikdirdiyi zaman müştəri “Maliyyələşdirmə üçün ərizə” (İnvoysların diskontlaşdırılması Əməliyyatı üzrə) əsasında müəyyən olunan cərimə faizlərini banka ödəmək öhdəliyi daşıyır. 9.9-cu yarımbəndinə görə isə bank maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən reqress qaydada tələb etmək və həmin məbləğği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Şərtlər toplusuna əlavə edilən “Pul tələbinin güzəşti- Faktorinq” adlanan V-İ bəndinin: 1.1-ci yarımbəndinə əsasən “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” forması ilə müəyyən olunmuş şərtlər əsasında Bank faktor olaraq Müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində Müştəriyə “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə) formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, Müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, Müştəri isə öz növbəsində üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini Banka güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən Banka güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul vəsaiti verir. 1.2-ci yarımbəndinə əsasən bankın faktor olaraq müştəriyə göstərdiyi xidmətlərə aiddir: 1.2.1-ci yarımbəndinə əsasən müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni Bank bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul vəsaiti verir. 2.1.7-ci yarımbəndinə əsasən güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptiz qaydada silmək və və/ya məhkəmə qaydasında tələb etmək bankın hüquqlarına aid edilmişdir. 4.3-cü yarımbəndinə görə güzəşt olunmuş pul vəsaitinə görə faizlər borc alan tərəfindən bildirişdə qeyd olunan hesaba ödənilə məbləğdən akseptsiz qaydada tutulur. Müştəri banka “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatı üzrə) ilə müəyyən olunan illik faizləri ödəyir. 4.4-cü yarımbəndinə görə borclu ödənişləri gecikdirdiyi zaman müştəri “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) ilə müəyyən olunmuş cərimə faizlərini banka ödəyir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) GFA0161 saylı 23.10.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə) müştəri Cavabdeh1 MMC-yə illlik 14%-lə 23.04.2020-ci il tarixədək müddətə 80.000 manat məbləğində faktorinq əməliyyatları üzrə reqress hüququ olan, bərpa olunan limit ayrılmışdır. Limitə müddətin bitmə tarixindən illik 29% cərimə faizi tətbiq edilir. Limitin şərtlərinə görə limit çərçivəsində son maliyyələşdirmə 23.10.2019-cu il tarixində həyata keçirilə bilər. Limit çərçivəsində “faktorinq” məhsulu üzrə yalnız Maraqlı şəxs1 MMC şirkətinə təqdim olunan hesab-fakturalar, “invoysların diskontlaşdırılması” məhsulu üzrə isə Maraqlı şəxs2 MMC şirkətinə təqdim olunan hesab-fakturalar maliyyələşdiriləcəkdir. Gecikmə olduğu halda hesaba daxil olan vəsait ən çox gecikmə gününə malik olan hesabfaktura əsasında yaranmış öhdəliyin icrası üzrə silinəcəkdir. Limit çərçivəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 60 günədək təyin olunacaqdır. Ərizə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -11.01.2019-cu il tarixdə Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizənin şərtlərin dəyişdirilməsi ilə bağlı 1 saylı əlavə imzalanmış, əlavəyə əsasən ayrılmış limitin məbləği 140.000 manat məbləğinədək artırılmışdır. Ərizə tərəflərin rəqəmsal imzaları ilə təsdiq edilmişdir. -15.03.2019-cu il tarixdə Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizənin şərtlərin dəyişdirilməsi ilə bağlı 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən limit çərçivəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 75 günədək təyin olunmuşdur. Ərizə tərəflərin rəqəmsal imzaları ilə təsdiq edilmişdir. - Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) 27.08.2019-cu il tarixli GFA0161/31 saylı invoysların diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə DEL022/07062018 saylı müqavilə üzrə Maraqlı şəxs2 MMC-yə qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 23.10.2018-ci il tarixli GFA0161 saylı limit ərizəsi çərçivəsində 10.11.2019-cu il tarixinədək müddətə illik faiz dərəcəsi 14% olmaqla, 15.472,54 manat məbləğində pul vəsaiti ayrılmışdır. Ərizə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) 26.09.2019-cu il tarixli GFA0161/32 saylı faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 25.04.2018-ci il tarixli FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə Maraqlı şəxs1 MMC-ya qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 23.10.2018-ci il tarixli GFA0161 saylı limit ərizəsi çərçivəsində 10.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 28,181.27 manat məbləğində pul vəsaiti ayrılmışdır. Ərizə hər iki tərəfin rəqəmsal imzası ilə təsdiq edilmişdir. -Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) təqdim edilmiş 14.10.2019-cu il tarixli GFA0161/33 saylı faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 25.04.2018-ci il tarixli FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə Maraqlı şəxs1 MMC-ya qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 23.10.2018-ci il tarixli GFA0161 saylı limit ərizəsi çərçivəsində 28.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 8.006,44 manat məbləğində pul vəsaiti verilmişdir. Ərizə hər iki tərəfin rəqəmsal imzası ilə təsdiq edilmişdir. -Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) təqdim edilmiş 14.10.2019-cu il tarixli GFA0161/34 saylı invoysların diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən “bank tərəfindən Cavabdeh1 MMC-yə DEL022/07062018 saylı müqavilə üzrə Maraqlı şəxs2 MMC-yə qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 23.10.2018-ci il tarixli GFA0161 saylı limit ərizəsi çərçivəsində 28.12.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 5.732,87 manat məbləğində pul vəsaiti ayrılmışdır. Ərizə hər iki tərəfin rəqəmsal imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (bank) ilə Cavabdeh3 (zamin) arasında 23 oktyabr 2018-ci il tarixli, ZF0023 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: 114.04.2017-ci il tarixli GTC- 155LE/2017 saylı X4 çərçivəsində imzalanmış 23.10.2018-ci il tarixli GFA 0161 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana 23.04.2020-ci il tarixinədək veriləcək 80.000 manat məbləğində bərpa olunan İnvoysların Diskontlaşdırılması və Faktorinq limiti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. -11.01.2019-cu il tarixdə İddiaçı ASC (bank) ilə Cavabdeh3 (zamin) 23.10.2018-ci il tarixli ZF0023 nömrəli zaminlik Müqaviləsinə arasında 1 nömrəli Əlavə bağlanmışdır. Həmin Əlavənin: 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borcalana 23.04.2020-ci il tarixinədək veriləcək 140.000 manat məbləğində İnvoysların Diskontlaşdırılması və Faktorinq limiti təşkil edir. 4.5-ci bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla qəbul və təsdiq edir ki, limit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% həcmində aşağı düşməsi halında bank birtərəfli qaydada öhdəliyi təşkil edən limit üzrə faiz dərəcəsini 2% faizədək, həmçinin öhdəlik yaradan müqavilə üzrə müqavilə şərtlərinin pozulmasına görə faiz dərəcəsi bank tərəfindən 5%-ə qədər zamini xəbərdar etmədən birtərəfli qaydada artırıla bilər və bu halda zamin bu müqavilə üzrə təminat verdiyi öhdəlik həcminin müvafiq şəkildə artdığı halda həmin hissədə də öhdəliyini icra edəcəyinə zəmanət verir. Əlavə tərəflərin rəqəmsal imzaları ilə təsdiq edilmişdir. -İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 23 oktyabr 2018-ci il tarixli, ZF0024 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: 14.04.2017-ci il tarixli GTC- 155LE/2017 saylı X4 çərçivəsində imzalanmış 23.10.2018-ci il tarixli GFA 0161 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana 23.04.2020-ci il tarixinədək veriləcək 80.000 manat məbləğində bərpa olunan İnvoysların Diskontlaşdırılması və Faktorinq limiti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. -11.01.2019-cu il tarixdə İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) 23.10.2018-ci il tarixli ZF0024 nömrəli zaminlik Müqaviləsinə arasında 1 nömrəli Əlavə bağlanmışdır. Həmin Əlavənin: 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borcalana 23.04.2020-ci il tarixinədək veriləcək 140.000 manat məbləğində İnvoysların Diskontlaşdırılması və Faktorinq limiti təşkil edir. 4.5-ci bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla qəbul və təsdiq edir ki, limit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% həcmində aşağı düşməsi halında bank birtərəfli qaydada öhdəliyi təşkil edən limit üzrə faiz dərəcəsini 2% faizədək, həmçinin öhdəlik yaradan müqavilə üzrə müqavilə şərtlərinin pozulmasına görə faiz dərəcəsi bank tərəfindən 5%-ə qədər zamini xəbərdar etmədən birtərəfli qaydada artırıla bilər və bu halda zamin bu müqavilə üzrə təminat verdiyi öhdəlik həcminin müvafiq şəkildə artdığı halda həmin hissədə də öhdəliyini icra edəcəyinə zəmanət verir. Əlavə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. -Maraqlı şəxs1 MMC (alıcı) ilə “Delicate LLC” firması (satıcı) arasında 25 aprel 2018ci il tarixdə FTM/101627/326 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməli, dlıcı isə razılaşdırılmış miqdarda , assortimentdə, keyfiyyətdə məli qəbul edib, bu müqavilənin 1 saylı əlavəsində göstərilən şərtlərlə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Maraqlı şəxs2 MMC (alıcı) ilə Cavabdeh1 MMC (təchizatçı) arasında 07 iyun 2018ci il tarixdə DEL022/07062018 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən təchizatçı alıcı tərəfindən sifariş edilən ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh1 MMC tərəfindən Maraqlı şəxs2 MMC-yə 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 06.08.2019-cu il tarixli, EAAY seriyalı, 182978 saylı, 1.187,76 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 11.09.2019-cu il tarixli, EAAZ seriyalı, 685843 saylı, 7.345,01 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 18.09.2019-cu il tarixli, EAAZ seriyalı, 995052 saylı, 7.516,43 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 07.10.2019-cu il tarixli, EBAA seriyalı, 870857 saylı, 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 06.08.2019-cu il tarixli, EAAY seriyalı, 182978 saylı, 1.187,76 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Maraqlı şəxs2 MMC-yə göndərilmişdir. -Cavabdeh1 MMC tərəfindən Maraqlı şəxs1 MMC-yə MMC-yə 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 1.964,56 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 03.09.2019-cu il tarixli, EAAZ seriyalı, 327115 saylı, 9.370,09 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 09.09.2019-cu il tarixli, EAAZ seriyalı, 609806 saylı, 11.09.2019-cu il tarixli, EAAZ seriyalı, 685843 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Maraqlı şəxs1 MMC-yə göndərilmişdir. -08.01.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin 05 yanvar 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə GFA0161/31 saylı kredit müqaviləsinə əsasən əsas borcu 13.209,19 manat, cərimə borcu 3.715,85 manat, cəmi borcu 16.925,04 manat; GFA0161/32 saylı kredit müqaviləsinə əsasən əsas borcu 28.181,27 manat, faiz borcu 800,03 manat, cərimə borcu 8.740,11 manat, cəmi borcu 37.721,41 manat; GFA0161/33 saylı kredit müqaviləsinə əsasən əsas borcu 8.006,44 manat, faiz borcu 236,63 manat, cərimə borcu 2.354,12 manat, cəmi borcu 10.597,19 manat; GFA0161/34 saylı kredit müqaviləsinə əsasən əsas borcu 5.732,87 manat, faiz borcu 169,44 manat məbləğində, cərimə borcu 1.685,62 manat, cəmi borcu 7.587,93 manat təşkil edir. -İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə 30.09.2020-ci il tarixli məktubla müraciət edilərək, müvafiq müqavilələrə əsasən yaranmış mübahisənin həlli və Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası üçün 7 iş günü ərzində möhlət verilmiş, əks təqdirdə bank kreditin geri qaytarılması və və/ya kredit müqaviləsinin ləğvi üçün ümumi şərtlər tolusundan irəli gələrək AR müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -İddiaçı ASC tərəfindən Delicate” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC-yə 26.01.2021-ci il tarixli pretenziya qaydasında məktubla müraciət edilərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 14.04.2017-ci il tarixli GTC-155LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4 çərçivəsində invoysların diskontlaşdırlması və faktorinq limiti üzrə GFA0161/31 saylı, GFA0161/32 saylı, GFA0161/33 saylı, GFA0161/34 saylı, maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklər müqavilə ilə nəzərdə tutulan qaydada icra edilmədiyi üçün AR Mülki qanunvericiliyinin və müqavilənin şərtlərinə əsasən İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh1 MMC tərəfindən 14.04.2017-ci il tarixdə GTC-155LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4 imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş GFA0161 saylı 23.10.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə 23.04.2020-ci il tarixədək müddətə illik 14%-lə 80.000 manat məbləğində invoysların diskontlaşdırılması və faktorinq limiti ayrılmışdır. 11.01.2019-cu il tarixdə həmin ərizənin şərtlərinə dəyişikliklər edilərək cavabdehə ayrılmış limitin məbləği 140.000 manat məbləğinədək artırılmışdır. Həmin limit çərçivəsində təqdim edilmiş 27.08.2019-cu il tarixli GFA0161/31 saylı və 14.10.2019-cu il tarixli GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə invoysların diskontlaşdırılması (maliyyələşdirilməsi) əməliyyatı üzrə illik faiz dərəcəsi 14% dərəcəsi ilə müvafiq olaraq 15.472,54 manat və 5.732,87 manat məbləğlərində pul vəsaiti verilmişdir. Eyni zamanda həmin limit çərçivəsində bank tərəfindən Cavabdeh1 MMC-yə 26.09.2019cu il tarixli GFA0161/32 saylı və 14.10.2019-cu il tarixli GFA0161/33 saylı ərizələrə əsasən faktorinq əməliyyatı üzrə illik faiz dərəcəsi 14% dərəcəsi ilə müvafiq olaraq 28.181,27 manat və 8.006,44 manat məbləğində pul vəsaitləri verilmişdir. Hazırda Cavabdeh1 MMC-nin iddiaçıya “invoysların diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə”lər üzrə - GFA0161/31 saylı ərizə üzrə 13.209,19 manat məbləğində əsas borcu və GFA0161/34 saylı ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, eyni zamanda “faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizələr” üzrə - GFA0161/32 saylı ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, GFA0161/33 saylı ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğində faiz borcu mövcuddur. Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə Cavabdeh1 MMC və İddiaçı ASC tərəfindən imzalanmış, cavabdehə invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə limitin ayrılmasını nəzərdə tutan GFA0161 saylı “maliyyələşdirmə üçün ərizə”yə və həmin limit çərçivəsində cavabdehə pul vəsaitlərinin verilməsini nəzərdə tutan GFA0161/31, GFA0161/32, GFA0161/33, GFA0161/34 saylı “maliyyələşdirmə üçün ərizə”lərə münasibətdə qeyd etməyi zəruri sayır ki, həmin sənədlər “ərizə” adlandırılsa da, mahiyyətinə görə tərəflər arasında imzalanmış və tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranması üçün əsas olmuş yazılı əqdlərdir. Tərəflərin imzaladıqları Bank Xidmətlərinin Göstərilməsinə dair GTC-155LE/2017 saylı X2 məzmunundan da göründüyü kimi invoysların diskontlaşdırılması (maliyyələşdirməsi) əməliyyatı bank tərəfindən müştəriyə təklif edilən kredit xidmətlərindən biridir. Mahiyyət etibarilə invoysların diskontlaşdırılması əməliyyatı müştəri tərəfindən digər şəxsə - borcluya təqdim edilmiş hesab-fakturaların (invoysların) əvvəlcədən maliyyələşdirilməsi məqsədilə müştəriyə kredit verilməsini nəzərdə tutur. Bu baxımdan məhkəmə hesab edir ki, invoysların diskontlaşdırılması əməliyyatlarından irəli gələn münasibətlərə borc (kredit) müqaviləsinə dair qanunvericilik normaları tətbiq edilməlidir. Faktorinq əməliyyatı üzrə ərizələrə gəldikdə həmin ərizələr mahiyyətinə görə reqress hüququ ilə faktorinq müqavilədir. Reqress hüququ ilə faktorinq müqaviləsinin fərqləndirici şərti ondan ibarətdir ki, pul tələbinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirən faktor borclu tərəfindən pul tələbi icra edilmədikdə, maliyyələşdirdiyi pul vəsaitini reqress qaydada müştəridən tələb etmək hüququna malikdir. Hazırkı halda göstərilən şərt iddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X3 1 №li Əlavənin Vİ bəndinin 2.1.7-ci bəndində öz əksini tapmışdır. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC invoysların diskontlaşdırması əməliyyatları üzrə GFA0161/31 və GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs2 MMC-yə) təqdim etdiyi hesab-fakturaları əvvəlcədən maliyyələşdirmiş, lakin borclu qabaqcadan maliyyələşdirilmiş pul məbləğlərini ödəmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər Toplusuna 1 №-li Əlavənin İV bəndinin 9.9-cu bəndinə əsasən iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır; eləcə də İddiaçı ASC faktorinq əməliyyatları üzrə GFA0161/32 və GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs1 MMC-yə) qarşı pul tələblərinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirmiş, güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər toplusuna 1 saylı Əlavənin Vİ bəndinin 2.1.7-ci bəndinə əsasən həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Odur ki, İddiaçı ASC sözügedən maliyyələşdirmə üçün ərizələr (müqavilələr) üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini Cavabdeh1 MMC-dən tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin iddiasının dəbbə pulunun (cərimənin) tutulması tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda Cavabdeh1 MMC tərəfindən cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizələr üzrə maliyyələşdirilmiş pul məbləğlərinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizələr üzrə əsas borc məbləğlərinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Tutulmalı olan dəbbə pulunun məbləğlərinə gəldikdə məhkəmə tutulması tələb olunan dəbbə pulu məbləğlərinin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.300 manat, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.800 manat, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 800 manat, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 500 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh1 MMC-nin invoysların diskontlaşdırılması və faktorinq limitinin ayrılmasına dair GFA0161 saylı 23.10.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh3 arasında 23.10.2018-ci il tarixli, ZF0023 saylı və bank ilə Cavabdeh2 arasında 23.10.2018-ci il tarixli, ZF0024 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 MMC-nin GFA0161 saylı ərizədən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 23.10.2018-ci il tarixli, ZF0023 saylı və ZF0024 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 MMC-nin GFA0161 saylı müqavilədən irəli gələn öhdəliklərinə zamin durduqlarını, Cavabdeh1 MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, GFA0161 saylı müqavilə çərçivəsində bağlanmış GFA0161/31, GFA0161/32, GFA0161/33, GFA0161/34 saylı müqavilələr üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat (on üç min iki yüz doqquz manat on doqquz qəpik) məbləğində əsas borc, 1.300 (min üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 14.509,19 manat (on dörd min beş yüz doqquz manat on doqquz qəpik) məbləğində borc, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat (iyirmi səkkiz min yüz səksən bir manat iyirmi yeddi qəpik) məbləğində əsas borc, 800,03 manat (səkkiz yüz manat üç qəpik) məbləğində faiz borcu, 2.800 (iki min səkkiz yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 31.781,3 manat (otuz bir min yeddi yüz səksən bir manat otuz qəpik) məbləğində borc, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat (səkkiz min altı manat qırx dörd qəpik) məbləğində əsas borc, 236,63 manat (iki yüz otuz altı manat altmış üç qəpik) məbləğində faiz borcu, 800 (səkkiz yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 9.043,07 manat (doqquz min qırx üç manat yeddi qəpik) məbləğində borc, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat (beş min yeddi yüz otuz iki manat səksən yeddi qəpik) məbləğində əsas borc, 169,44 manat (yüz altmış doqquz manat qırx dörd qəpik) məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6.402,31 manat (altı min dörd yüz iki manat otuz bir qəpik) məbləğində borc ümumilikdə, 61.735,87 manat (altmış bir min yeddi yüz otuz beş manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar