Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-116/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 Cavabdeh İB-ə qarşı “aktın və cərimənin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın və cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 10.800 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul fərdi sahibkar olaraq, vergi ödəyicisi kimi 5 saylı Vergilər İdarəsində qeydiyyatdadır- Salyan rayonu Qarabağlı kəndində yerləşən həyətyani sahəsində tərəvəz məhsulları yetişdirmək və satışını təşkil etmək üçün istixana quraşdırmışdır. İstixanaya qanuni əsaslarla qaz xətti çəkərək qaz sayğacı quraşdırmışdır. 2017-ci il ərzində qazdan istifadə etmiş, 2018-ci ildə şəxsi işləri ilə əlaqədar olaraq istixanada əkin işləri aparmamış və qazdan istifadə etməmişdir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə istixanaya 10800 manat cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb kimi guya iddiaçının sayğacsız istixanada qaz işlətməyi olmuşdur. Cavabdehin nümayəndələri qeyd olunan tarixdə iddiaçının həyətində olmuş, texniki baxış keçirəcəklərin bildirmişlər və şahid olmuşdular ki, iddiaçı istixanada əkin işləri aparmamışdır. Bu barədə aktda müvafiq qeydlər aparılmış və iddiaçı tərəfindən həmin akt imzalanmışdır. Həmin vaxt cavabdehin nümayəndələri tərəfindən iddiaçının hesabında olan 2500 manat borcun ödənilməsində tələb edilmişdir. Cavabdehin nümayəndələri tərəfindən iddiaçının həyətində qazdan oğurluq faktı aşkar edilməməsinə baxmayaraq onlar iddiaçıya məlum olmayan səbəbdən əsassız bir akt tərtib edərək, cərimə yazımışlar. İddiaçı yazılmış cərimə barədə ancaq 2019-cu ilin dekabr ayında istixanaya qaz açılması üçün cavabdehə müraciət etdikdə məlumat almışdır. Bu vaxtadək iddiaçıya hər hansı bir akt təqdim olunmamış və ya cərimə ilə bağlı xəbərdarlıq olunmamışdır. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş lakin müraciəti cavabsız qaldığından məhkəmədə pozulmuş hüquqları bərpası üçün iddia qaldırmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 096398 nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 12420 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2016-cı il tarixli 096398 saylı aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və sayğacın plastmas qapağın alt hissəsi desici alətlə bir neçə yerdən deşildiyi aşkar olunmuşdur. -İtirilmiş qazın bərpasına dair xx.xx.2016-cı il tarixli rəydən görünür ki, qaz işlədicilərindən L şəkilli QSSQ-nin maksimal saatlıq qaz sərfi 12 kub metr, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi. (12x12x90=12960 kub metr). - xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və fərdi istixanaya sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə halı aşkar edildiyi qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı X4, ünvan Salyan rayonu, Qarabağlı kəndi ev 96, fəaliyyət növü istixana, abonent kodu **********00000, aşkar edilmiş nöqsan: Fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İcra olunacaq tədbirlər sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Dəymiş ziyan həcminin hesablanması: Qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq sərfi 15 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (15x20x180=54000 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi qeyd olunmuşdur. Əsas: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt. - xx.xx.2019-cı il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və fərdi istixanaya sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı X4, ünvan Salyan rayonu, Qarabağlı kəndi ev 96, fəaliyyət növü istixana, abonent kodu **********00000, aşkar edilmiş nöqsan: Fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İcra olunacaq tədbirlər sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Dəymiş ziyan həcminin hesablanması: Qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq sərfi 15 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (15x20x180=54000 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi qeyd olunmuşdur. Əsas: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt. - İş materiallarına əlavə edilmiş Abonenetin saldosundan görünür ki, abonent kodu **********0000 olan X2 aktlar üzrə 2016-cı ilin 9-cu ayında 1296 manat, 2019-cu ilin 3-cü ayında 10800 manat və 2019-cu ilin 5-ci ayında 324 manat borc hesablandığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2016-cı il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə iddiaçıya məxsus istixanaya baxış keçirilmiş, bu zaman sayğacdan kənar xətt müəyyən edilərək eyni tarixli aktlar tərtib edilmişdir. Aktlar əsasında abonentə cəmi 12420 manat borc yazılmışdır. İddiaçı qeyd olunan aktlar üzrə hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya baxışın keçirilməsi hallarına qiymət verərək bildirir ki, iddiaçının istifadəsində olan obyektə xidmət edən qaz sayğacından kənar xəttin olması əsas gətirilərək aktlar tərtib edilmişdir. Sözügedən baxışlar yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi istixana qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin aktlar əsasında abonentə artıq hesablanmış 12420 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı abonent hesabına (abonent kodu **********00000) xx.xx.2016-cı il tarixli 096398 nömrəli, xx.xx.2019cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 12420 (on iki min dörd yüz iyirmi) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı abonent hesabına (abonent kodu **********00000) xx.xx.2016-cı il tarixli 096398 nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 12420 (on iki min dörd yüz iyirmi) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-116/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-116/2021
14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver