Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-116/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh qarşı (X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: delikt) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndə/vəkili Vəkil iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh qarşı (X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Firması iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 49.505 manat məbləğində pulun və ödənilmiş 297 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, bina 56-da yerləşən 37 kv.m iki otaqdan ibarət 34 nömrəli mənzildə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində baş vermiş yanğın hadisəsi nəticəsində direktoru olduğum "xxxx" firmasının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, bina 56-da yerləşən üç otaqlı 92 nömrəli mənzil tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə zidd olaraq mənzildən təyinatı üzrə istifadə olunmayaraq ticarət obyekti kimi fəaliyyət göstərilmişdir. Cavabdeh obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olynması üçün cavabdeh şəxs təyin etməmiş, həmin vəzifənin icrasını öz üzərində saxlamışdır. Onun etinasızlıq və səhlənkarlıqla müşaiyət olunan qanunsuz hərəkəti nəticəsində firmaya 49.505 manat maddi ziyan dəymiş, həmin yanğın faktına görə AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat - İstintaq idarəsində araşdırma aparılmış, baş vermiş yanğın hadisəsi zamanı hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından, hadisə ölümə və digər ağır nəticəyə səbəb olmadığından Azərbaycan Respublikası CPMnın 39.1.2-ci maddəsi qaydasında cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat orqanı tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, hadisə yerinə baxış keçirilmiş, çoxsaylı şahidlər, o cümlədən zərərçəkmiş şəxslər dindirilmiş məhkəmə texniki, məhkəmə yanğın-texniki ekspertizaları keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh qizı üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda təhlükəsizlik qaydalarını pozduğuna görə hadisə baş vermiş və nəticədə kənar mülkiyyət sahiblərinə,o cümlədən "xxxx" firmasının mülkiyyətinə külli miqdarda ziyan dəymişdir. Buna görə də, o cavabdeh şəxs kimi "xxxx"xxxx"MMC-nin vermiş olduğu xx.xx.2023 -cü il tarixli ƏEM\D 99-1144|23-cü il tarixli zərəri ilə müəyyənləşdirilmişdirki, cəmi 49.505 manat maddi zərər dəymişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,1096, 1097.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq yanğının baş verdiyi mənzilin Cavabdeh məxsus olduğunu, qeyri-yaşayış sahəsi olmadığını, onun həmin mənzili qeyri-qanuni olaraq obyekt kimi istifadə etdiyini, cinayət təqibi üzrə aparılmış ilkin araşdırma zamanı dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmədiyini, izahatda qeyd edilən 11 000 manat zərərin mənzildə olan əşyalara dəymiş zərər kimi müəyyən edildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, iddiaçı ona məxsus mənzilə hər hansı bir ziyanın dəyməsinə dair və bu ziyanın nədən ibarət olmasına təsdiq edən dəlil və əsaslarını iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə təqdim edərək sübuta yetirə bilmir, ən azından məhkəməyə təqdim etmir. Etirazın əsasları olaraq aşağıdakıları bildiririk: 1. Sözü gedən FHN-nin Qərarı ilə müəyyən edilir ki, “Peçat dönər” evinin sahibi Cavabdeh yox, X5r. Beləki yuxarıda qeyd edilən qərarın əsaslandırıcı hissəsində X4 özünün şəxsən verdiyi izahatdan görünür ki, 2017-ci ilin iyul ayından sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri ərazisində “Peçat dönər” evi əmtəə nişanı altında qida məhsulunun satışı işlərini həyata keçirir. xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq Cavabdeh məxsus ünvan 1 ünvanında birinci mərtəbədə yerləşən 37 kv.m., ərazini icarəyə götürərək sahiblik və istifadə hüquq əsasında dönər satışını həyata keçirir. Həmçinin Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. 2. Cavabdeh qərarda qeyd edildiyi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olmasına dair hər hansı bir sənəd (onun tərəfindən imzalanmış təlimat, xəbərdarlıq, yanğından mühafizə qaydalarına dair bildiriş, iltizam və s.) nəqərarda olan ekspert rəylərində, nədəki qərarın özündə mövcud deyil. Hesab edirəm ki, bu sənədlərin olubolmamasının araşdırılması zəruridir və müvafiq orqandan tələb edilməlidir. Nəzərə alsaq ki FHN-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, adından göründüyü kimi heç bir cinayət məsuliyyətinin olmadığını təsdiq edir. Qərarda istinad edilən ekspertiza rəyi isə məhkəmə üçün əvvəlcədən heç bir əhəmiyyət daşımır, yalnız sübutlardan biri kimi qiymətləndirilə bilər. Həmçinin FHN-nin qərarının əsaslandırıcı hissəsində şahid qismində izahatı alınmış X8 bildirmişdir ki, “Peçat dönər” evində menecer vəzifəsində işləyir, ondan başqada 7 nəfər işləyir. Obyektdə yanğın təhlükəsiszliyi qaydalarına məsul şəxs təyin edilməmişdir. Qeyd edilənlərdən aydın olur ki, heç bir fiziki və sair iştirakı (fəaliyyəti) olmadan, digər şəxslərə qanuni şəkildə icarəyə (sahiblik və istifadəyə) verdiyi obyektdə baş vermiş hadisəyə görə Cavabdeh nəyə görə məsuliyyət daşımalıdır!? 3. Bildiyimiz kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Göründüyü kimi, Cavabdeh baş vermiş yanğında hər hansı cinayət, inzibati yaxud da mülki qaydada təqsirinin sübuta yetirilməsinə dair mötəbər sübut yoxdur. Belə ki, FHN-nin cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, cinayət hadisəsi yoxdur və heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Belə olan halda, müvafiq dövlət orqanı müəyyən etməli idi ki, hadisədə inzibati pozuntu, xəta mövcuddurmu və buna görə kimdir məsuliyyət daşıyan şəxs. Lakin Qərardan və sair sənədlərdən görünür ki, hadisəylə bağlı heçbir inzibati araşdırma başlanılmayıb və inzibati məsuliyyətə cəlb etmə haqqında hər hansı bir qərar mövcud deyildir. Halbuki, AR İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarda istinad edilən ekspert rəyindən görünür ki “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, bazar və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələbləri pozulmuş və “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Əgər baş vermiş hadisə də cinayət tərkibi yox idisə, deməli dövlət orqanı inzibati xətanın olubolmamasını araşdırmalı və təqsirli şəxsi müəyyən edərək İXM-nin yuxarıda qeyd edilən maddəsi ilə məsuliyyətə cəlb etməli idi. Deməli göründüyü kimi inzibati xəta da mövcud deyil. Belə olan halda hesab edirik ki, mülki işə baxan birinci instansiya məhkəməsi özü, mülki mühakimə qaydasında baş vermiş deliktdə təqsirli şəxsi müəyyən etməlidir. 4. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsini verməmişdən əvvəl cavabdehin düzgün seçilməsinə diqqət yetirməmişdir. Beləki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi FHN-nin Qərarından icarə və subicarə müqavilələrinin mövcudluğu və bu müqavilələr əsasında yaranmış hüquq münasibətlərini nəzərə almamışdır. FHN-nin qərarında qeyd edilir ki, yanğın “Peçat dönər” evinin sahibi tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş vermişdir. Daha sonra qeyd edir ki, guya “Peçat dönər” evinin sahibi Cavabdehdır. Lakin, qərarda qeyd edilən xx.xx.2013 və xx.xx.2017-ci il tarixli icarə və subicarə müqavilələrindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini X17 icarəyə, o isə X1 vermişdir. Həmin müqavilələrin 7 və 8ci bəndlərində qeyd edilir ki, İcarəçi ona icarəyə verilən əmlakın mühafizəsini öz üzərinə götürməklə gələcəkdə baş verə biləcək hər hansı hadisə, günahı üzündən obyektə ziyan dəyərsə (yanğın, su basma və s.) o bu ziyanı ödəməyə borcludur. Bununlada Cavabdeh mülkiyyətində olan əmlaka sərəncam vermək hüququnu özündə saxlamaqla istifadə və sahiblik hüququnu müqavilə əsasında üçüncü şəxslərə ötürmüşdür. Həmçinin qərarda qeyd edilən icarə müqavilələri ilə təsdiq olunur ki, qeyd edilən mənzil Cavabdeh adına olsa da, orada fəaliyyət göstərən “Peçat dönər” evi ilə heç bir əlaqəsi olmamış və umumiyyətlə müqavilə bağladığı andan həmin obyektə nə sahiblik etmiş, nədəki oradan şəxsən istifadə etmişdir. Bu isə delikt üzrə vurulmuş ziyanla hüquqa zid əməl arasında səbəbli əlaqənin düzgün müəyyən edilməsi zərurəti yaradır. 5. AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir. Həmçinin yüksək məhkəmə işəgötürənin öz işçisi tərəfindən vurduğu zərərə görə məsuliyyət daşıması və yüksək təhlükə mənbəyinin sahibin məsuliyyət daşıdığı hallara aydınlıq gətirmişdir. Hazırkı mübahisənin hallarından görünür ki Cavabdeh nə işəgötürən qismində, nədə ki, yüksək təhlükə mənbəyinin sahibi qismində çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, yanğına əsas səbəb olan hal havalandırma sistemində olan qısa qapanmadır. Nərgiz xanım həmin mənzili icarə müqaviləsi əsasında icarəyə vermişdir. Daha sonra da bu icarəçi mənzili başqa bir şəxsə subicarəyə vermişdir. Subicarəçi, yəni 3-cü şəxs tərəfindən mənzil obyekt kimi konstruksiya olunmuş və böyük bir havalandırma sistemi quraşdırılmışdır. Həmin obyektdə icarəyə götürən dönər fəaliyyəti ilə məşğul olmuşdur. Ekspert rəyindən də görünür ki, yanğın havalandırma sistemindən qaynaqlanır. Tərəflər arasında bağlanmış hər iki müqavilədə göstərilmişdir ki, baş verəcək hər hansı hadisəyə görə icarəyəgötürən məsuliyyət daşıyır. Təhlükəsilzik qaydalarına riayət etməli idi. Odur ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə əsassızdır. Cavabdeh xanım baş vermiş hadisə ilə bağlı məsuliyyət daşımır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmənin sualına cavab olaraq icarəçi olduğunu, həmin obyekti X2 verdiyini, axşam saatlarında yuxarı mərtəbədə yerləşən qonşunun mənzilində baş vermiş yanğının bu obyektə keçdiyini, nəticədə ziyan dəydiyini qeyd etmiş, məhkəmənin sualına cavab olaraq müqavilədə nəzərdə tutulmuş mənzilin yanğından və s. mühafizəsi ilə bağlı tədbirlərin təmin edilməsi vəzifəsini üzərinə götürdüyünü, oranı mənzil kimi icarəyə götürdüyünü, sonradan təmir edib obyekt kimi istifadə etməyə başladığını, bu barədə Cavabdeh məlumat verdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmənin sualına cavab olaraq subicarəçi olduğunu, obyekti faktiki olaraq istifadə etdiyini, yanğın hadisəsi baş verdiyi zaman qeyri-yaşayış sahəsinin faktiki olaraq istifadəsində olduğunu bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 23 avqust 2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı (X13) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 11/7726 nömrəli arayışa əsasən, bir otaqlı, ümumi sahəsi – 35,5 kvadrat metr, yaşayış sahəsi – 25,0 kvadrat metr olan Bakı şəhəri, 28 May küçəsində yerləşən 56 saylı evin 92 nömrəli mənzilini alıcının (İddiaçı firması) mülkiyyətinə verir. Cavabdeh (icarədar) ilə X18 (icarəçi) arasında imzalanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsin 1-ci bəndinə əsasən icarədar Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Kitab № 669, səhifə 100 430, qeydə alma N 30/30260, xx.xx.2004-cü il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən 37 kv.metr yaşayış sahəsini qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə aylıq icarə haqqı 100 (bir yüz) manat olmaqla İcarəyə verir. Həmin müqavilənin 7-ci bəndinə əsasən icarəçi ona icarəyə verilən əmlakın mühafizəsini öz üzərinə götürür. 8-ci bəndə əsasən icarəçi icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansı hadisələrə görə cavabdehliyi öz öhdəsinə götürür. X18 (icarəyə verən) ilə X12 (icarəçi) arasında bağlanmış 17 iyul 2017-ci il tarixli sub icarə müqaviləsinin 1-ci bəndinə əsasən sub icarəyə verən - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki invertarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 179075 saylı Qeydiyyat Vəsigəsinə (669 saylı reyestr kitabı; 100430 səhifə; qeydə alma 30/30260; qeydiyyat tarixi - xx.xx.2004-cü il) əsasən özünə məxsus olan ünvan 4 ünvanında yerləşən 37.0 kv.m hissəsini 20 İyul 2017ci il tarixindən 20 İyul 2019-cı il tarixinədək 2 (iki)il müddətinə icarəçiyə subicarəyə verirlər. 7-ci bəndə əsasən icarəçinin günahı üzündən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə ziyan dəyərsə (yanğın, su basma və s.) o bu ziyanı ödəməyə borcludur. “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli qərarda qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər” evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 19 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın –ci mərtəbəsində yerləşən 91 və 92 ssaylı mənzillərə yayılmışdır. Lakin yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölüümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən İddiaçı firmasına məxsus olan ünvan 5 ünvanında yerləşən əmlakın daxilindəki əşyaların və dəymiş zərərin həcmi ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/D99-1144/23 saylı hesabata əsasən əşyalar üzrə 11005 manat, daşınmaz əmlak üzrə 38500 manat olmaqla ümumilikdə dəymiş zərər 49505 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1722/2024 saylı qərardadı ilə iş üzrə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda ekspertizanın aparılmasından imtina edildiyi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-116/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 20 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mənzilə dəymiş zərərin dəyəri (işçilik və material xərcləri ilə birlikdə) 46782,50 manat, mənzilin daxilindəki əşyalara dəymiş ziyan 13618 manat olmaqla, cəmi 60400,50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 16058 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 251 manat, xx.xx.2024-cü il tarixli, 23472 nömrəli qəbzə əsasən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 20 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, xidmətin dəyəri 700 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunmuş sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 27 dekabr 2013-cü il tarixli “İcarə müqaviləsi”nə əsasən icarədar Cavabdeh ona məxsus ünvan 4 ünvanında yerləşən 37 kv.m-lik yaşayış sahəsini icarəçi X17 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-ci il tarixinə qədər (10 illik) icarəyə vermişdir. X18 17 iyul 2017-ci il tarixli sub icarə müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən 37.0 kv.m hissəsini 20 iyul 2017-ci il tarixindən 20 iyul 2019-cı il tarixinədək 2 (iki) il müddətinə icarəçi-X3 vermişdir. German Kim həmin mənzili təmir edərək qeyri-yaşayış sahəsi etmiş və bu zaman müəyyən havalandırma sistemi quraşdırmışdır. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər” evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində verləşən Everton Firmasına məxsus 92 saylı mənzilə yayılmışdır. Hal-hazırda iddiaçı cavabdehə məxsus mənzildə baş vermiş yanğın nəticəsində onun əmlakına dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq sübutlara məcmu şəkilində hüquqi qiymət verib iddiaçının tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin iki növü fərqləndirilir: 1. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər); 2. habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İş materiallarına əlavə edilmiş 27 dekabr 2013-cü il tarixli “İcarə müqaviləsi”nin 7 və 8-ci bəndlərindən görünür ki, icarəçi X11 icarəyə verilən əmlakın mühafizəsini və icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansı hadisələrə görə cavabdehliyi öz üzərinə götürür. Həmçinin, 17 iyul 2017-ci il tarixli sub icarə müqaviləsinin 7-ci bəndinə əsasən icarəçi X9 günahı üzündən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə ziyan dəyərsə (yanğın, su basma və s.) o, bu ziyanı ödəməyə borcludur. Göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçıya, onun mənzilinin yanması nəticəsində ziyanın dəyməsində Cavabdeh təqsiri müəyyən olunmadığından iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh deyildir. Belə ki, xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda baş vermiş yanğın hadisəsinə səbəb Cavabdeh yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi qeyd olunsa da, faktiki olaraq yanğın cavabdehə məxsus obyektdə havalandırma sistemindəki qısaqapanmadan olmuşdur ki, həmin havalandırma sistemi də icarəçi German Kim tərəfindən quraşdırılmışdır. X21 məhkəmədə izahat verərkən özü də bu faktı tədiq edərək obyekti mənzil kimi icarəyə götürdüyünü, sonradan təmir işləri apararaq subicarəyə verdiyini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1722/2024 saylı qərardadı ilə İddiaçı Firmasının Cavabdeh qarşı pul tələbinə dair iş üzrə X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq yanğının baş verməsində məsul şəxslərin həmin obyekti icarə əsasında işlədən və hazırkı məhkəmədə üçüncü şəxs qismində cəlb edilmiş X18 və X7 olduğunu, həmin şəxslərin üçüncü şəxs qismində deyil, cavabdeh qismində işə cəlb edilməli olduğunu qeyd edərək onların əlavə cavabdehlər qismində işə cəlb edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 və X4 əlavə cavabdehlər qismində işə cəlb edilməsi barədə vəsatətini geri götürmüşdür. Beləliklə, işin faktiki hallarından görünür ki, baş vermiş yanğın hadisəsində Cavabdeh təqsirkar olmamış, hər hansı hüquqa zidd hərəkət törətməmişdir. Yanğının yaranmasına səbəb havalandırma sistemindəki qısa qapanma olmuşdur ki, həmin havalandırmanı da icarəçi quraşdırmışdır. Məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 700 manat məbləğində pul vəsaiti də İddiaçı Firmasından tutularaq "xxxx" MMC-nin hesabına ödənməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Firmasının Cavabdeh qarşı (X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 700 manat məbləğində pul vəsaiti İddiaçı Firmasından tutularaq "xxxx" MMC-nin (AZ06 Al İB400600C**********103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: ********* 1 S.W.İ.F.T.: AİİBAZ2X AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-116/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-116/2025
05.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver